Heydər
Əliyev haqqında film nümayiş
olundu
Dünən Bank VTB(Azərbaycan)-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə
“Heydər Əliyev. Hakimiyyət pərdəsi
arxasında” adlı sənədli film nümayiş olunub. Filmdə Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti, o cümlədən
Prezident İlham Əliyevin , Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın, Rusiyanın
tanınmış ictimai-
siyasi xadimi Mixail Qusmanın Heydər Əliyev haqqındakı xatirələri
geniş şəkildə
öz əksini tapıb. Həmçinin filmdə Qorbaçovun
SSRİ- nin birinci katibi olmasından sonra Heydər Əliyevin siyasi arenadan gedişi, 20 yanvar hadisələrindən
sonra ümummilli liderin Moskvadan Azərbaycana qayıdışı
və Azərbaycan Respublikasının
prezidenti olmasına
qədər keçdiyi
dövr işıqlandırılıb.
Tədbirdə Heydər Əliyevin mühafizə xidmətinin rəhbəri
olmuş Aleksandr Alekseyeviç İvanov da iştirak edib. İvanov Heydər
Əliyev haqqındakı
xatirələrindən danışaraq
bildirib ki, Heydər Əliyev onun tanıdığı
nadir siyasətçilərdən biridir. O, qeyd edib ki, Heydər
Əliyev görkəmli
siyasətçi olmaqla yanaşı
həmçinin gözəl
ailə başçısı
olub. İvanov Zərifə Əliyeva
haqqındakı təəssüratlarını
bölüşərək bildirib ki, o görkəmli oftalmoloq olmaqla yanaşı, çox gözəl keyfiyyətlərə malik
insan, həmçinin
sadiq həyat yoldaşı olub. O,
Heydər Əliyevlə
Zərifə Əliyevanın
bir-birilərini sevdiklərini
və bu sevginin əbədi olaraq davam etdiyini
də xüsusi olaraq vurğulayıb. İvanov həmçinin Heydər Əliyevin qalstukları çox sevdiyini və ad günündə
onun üçün ən böyük hədiyyənin qalstuk olduğunu bildirib.
Məlumat üçün bildirək
ki, Aleksandr Alekseyeviç İvanov 12
iyul 1950-ci ildə Bakıda anadan olub. 1972-ci
ildə dövlət təhlükəsizliyi orqanlarında
çalışmağa başlayıb.
1979-cu ildən o dövrdə Azərbaycan
SSR-nin Kommunist Partiyasının MK-nin birinci katibi olan Heydər Əliyevin mühafizə xidmətində fəaliyyətə
başlayıb. 1982-ci ildən A,A. İvanov Heydər Əliyevin mühafizə xidmətinə rəhbərlik
etməyə başlayıb
və 1988-ci ilə qədər onunla çalışıb.
A.A.İvanov 2005-ci ildən bu
günə qədər
“İnterfaks-Azərbaycan” İnformasiya
agentliyinin baş direktorudur.
MURAD
Paritet.- 2010.- 8-10 may.- S.9.