Tarixçilər
erməni faşizmini ifşa edirlər
Azərbaycan
Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu
son illər tariximizi araşdıraraq dəqiq mənbələrə
əsaslanan faktlar əsasında bir sıra yeni nəşrlərlə
çıxış edib. İnstitutun əməkdaşlarının
da bu sahədə gördüyü işlər, müdafiələri
maraq doğurur. Tarix elmləri
doktoru alimlik dərəcəsi almaq üçün
tarixçi Ataxan Paşayevin “XIX-XX əsrlərdə Ermənilərin
Azərbaycanlılara qarşı törətdikləri
soyqırımları və deportasiyalar adlı avtorefaratı
arxiv sənəd və materiallar əsasında yazılıb.
2007-ci ildə yazılmış dissertasiya işi AMEA Tarix
İnstitutunun Azərbaycanın Sovet dövrü tarixi (1920-1991 ci il) şöbəsində
yerinə yetirilib.
Dissertasiyanın
ümumi səciyyəsində mövzunun aktuallığı
ön plana çəkilir. Bu gün xalqımızın
qarşısında duran başlıca məsələlərdən
biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinin
ədalətli həlli problemindən bəhs edilir. Dissertasiyanın
“Çar Rusiyasının Qafqaz siyasətində erməni
amili” adlı birinci fəsli
üç yarımfəsildən ibarətdir. “Qafqazın
istilasından sonra buraya köçürülmüş ermənilərin
türk müsəlmanlara məxsus torpaqlarda məskunlaşdırılması”
adlanan yarımfəsildə göstərilir ki, XVIII-XIX əsrlərdə
Yaxın Şərq, ilk növbədə isə İran və
Osmanlı imperiyalarının əraziləri İngiltərə
və Çar Rusiyası kimi dövlətlərin arasında
başlıca döyüş meydanına çevrilir.
Dissertasiya
işində köçürmələr nəticəsində
İrəvan, Naxçıvan, Qarabağ
xanlıqlarının ərazilərində ermənilərin
demoqrafik vəziyyətində baş vermiş köklü dəyişikliklər
geniş təhlil olunur. Bu işdə Qafqazdakı rus qoşunlarının
baş komandanları A.Yermolov İ.Pakoviçin
etimadını qazanmış erməni mənşəli
generalların erməniləri Cənubi
Qafqaza köçürərək müsəlmanlara məxsus
torpaqlarda yerləşdirilməsindəki rolları ətraflı
təhlil olunur. Rusiya imperiyasında buraxılmış
statistik hesabat və məlumatlar xüsusilə yarım əsrdən
yuxarı müddətdə nəşr olunan “Kafkazskiy kalendar”
məlumat kitablarında 1897-ci ildə Rusiyada
keçirilmiş birinci Ümumrusiya siyahıya
alınmasının nəticələrinə dair nəşrlər
və s təhlil olunaraq indiki Ermənistan ərazisində
yaşayan əhalinin demoqrafik vəziyyətində XX əsrin
əvvəllərinə qədər azərbaycanlıların
yenə də əhalinin əsas hissəsini təşkil
etdiyi göstərilir.
“XIX
əsrin sonlarında yaradılmış millətçi erməni
partiyaları və onların türk müsəlmanlara
qarşı yeritdikləri mürtəce şovinist siyasət”
adlanan ikinci yarımfəsildə millətçi erməni
partiyalarının yaranması və onların Cənubi Qafqazda və Anadolunun
Şərq Vilayətlərində fəaliyyətləri həyata
keçirdikləri iğtişaşlar və terror əməliyyatları
çox saylı tarixi sənəd və materiallar əsasında
geniş təhlil olunur.
“1905-1906-cı
illərdə Cənubi Qafqazda
müsəlman əhalisinə qarşı açıq
silahlı təcavüzü” adlanan üçüncü
yarımfəsildə ermənilərin müsəlman əhalisinə
qarşı silahlı təcavüzü,onun səbəb və
nəticələri geniş təhlil olunur.
Bakıda
neft sənayesinin sürətlə inkişafı ilə əlaqədar
olaraq XIX əsrin 70-ci illərindən ermənilərin
Bakıya axını sürətlənir. Bakı şəhəri
və quberniyasında baş vermiş erməni -azərbaycanlı
qırğınlarını təhqiq edən senator Kuzminski
qeyd edirdi ki, ermənilərin “ Bakıya kütləvi
axını son 10-15 il ərzində xüsusilə artıb və hazırda (yəni 1905-ci ildə)
şəhər əhalisinin 18%-ni təşkil edir.”
Dissertasiyanın
“Çarizmin süqutundan sonra ermənilərin Cənubi
Qafqazda müsəlmanlara qarşı törətdikləri
soyqırım və deportasiyalar (1917-1920)” adlanan fəsildə və “ Ermənilərin
İrəvan quberniyası və Ermənistan Respublikasında
yaşayan türk- müsəlmanlara qarşı
soyqırım və deportasiyalar” adlanan yarımfəsildə, eləcə də “Ş.
Şaumyanın rəhbərliyi ilə bolşevik
daşnaklardan ibarət silahlı dəstələri Bakı
quberniyası ərazisində türk- müsəlman əhalisinə
qarşı soyqırımları və deportasiyalar ermənilərin
azərbaycanlılara qarşı törətdikləri
qırğınlar, vəhşiliklər bir daha öyrənilir.
Tarixçi
Namiq Əsədov tarix elmləri üzrə fəlsəfə
doktoru elmi dərəcəsi almaq üçün yazdığı “ Azərbaycanın
Qarabağ bölgəsi Rusiya İmperiyasının
köçürmə siyasətində” adlı
dissertasiyasında Qafqaz siyasətində
erməni amilinə toxunur. Aparıcı təşkilat Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrası
olan dissertasiya AMEA adına Tarix
İnstitutunun Qafqaz tarixi şöbəsində yerinə
yetirilib.2010-cu ildə yazılıb.
Dissertasiya
işinin birinci fəsli
“Qarabağın tarixi etnik vəziyyəti” adlanır və
2 paraqrafdan ibarətdir. Birinci paraqafda Qarabağ ərazisinin
konkret sərhədlərinin müəyyənləşdirilməsinə
cəhd edilir və eyni zamanda Qarabağda yaşayan xristian əhalinin
mənşəyi də araşdırılır. Qeyd etmək
lazımdır ki, Qarabağın Ermənistana məxsus
olmasını iddia edən erməni tarixçilərinin saxta
konsepsiyaları həqiqətdən çox - çox
uzaqdır. Ermənilərin nəinki Qarabağın, hətta
Qafqazın aborigen əhalisi olmaması tarixi mənbələr,
görkəmli şərqşünasların və
qafqazşünasların əsərləri və hətta erməni
müəlliflərinin öz əsərlərində göstərilir.
Bu əsərlərdə qeyd edilir ki, ermənilər
Kiçik Asiya və Cənubi Qafqaz ərazilərinin yerli əhalisi
deyil və buraya Qərbdən gəlmişlər. Eyni zamanda
bu paraqrafda Qarabağda yaşayan xristian əhalinin əslində
qədim alban tayfalarının nəsilləri olması əldə
edilmiş tutarlı məlumatlar əsasında sübut edilir.
İkinci
paraqrafda Qarabağ əhalisinin etnik say nisbəti
araşdırılır. Təəssüf hissi ilə qeyd etmək
lazımdır ki, xanlıqlar dövründə Qarabağ əhalisinin
say tərkibi və əhalinin say nisbətini müəyyənləşdirmək
üçün tarixi qaynaqlarda məlumat qalmayıb. Buna
görə də Qarabağ xanlığında əhalinin
etnik tərkibini və say dinamikasını
ardıcıllıqla və bütün dəqiqliyi ilə
üzə çıxarmaq mümkün deyildir. Lakin bu o demək deyil ki,
Qarabağ xanlığının yaranması ərəfəsində
Qarabağ əhalisinin etnik tərkibi
haqqında heç bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki,
1727-ci ildə Osmanlı dövlət məmurları tərəfindən
tərtib edilmiş “Gəncə-Qarabağ
əyalətinin müfəssəl dəftəri” əsasında
tam dəqiqliyi ilə olmasa da, Qarabağ
xanlığının tərkibinə düşən ərazilərdə
yaşayan əhalinin say dinamikası və etnik tərkibi barədə
məlumat əldə etmək
mümkündür.
Dissertasiya
işində “Müfəssəl dəftər”in məlumatları
geniş şərh olunub,
Qarabağ əhalisinin etnik tərkibini və say nisbətini
tam dolğunluğu ilə göstərmək
üçün hər nahiyə üzrə ayrıca cədvəl
tərtib edilib. Araşdırmalar nəticəsində məlum
olub ki, XVIII əsrin əvvəllərində Gəncə-Qarabağ
əyalətində 1178 kənd olub. Lakin bu kəndlərin
yalnız 701-də yaşayış
olub. 477 kənd, başqa
sözlə mövcud kəndlərin 40% dən çoxu
boş qalıb.
Tarixçi
Nazim Məmmədov isə “Azərbaycan SSR-in Dağlıq
Qarabağ Muxtar Vilayəti (1923-1991“
adlı dissertasiyasında sovet hakimiyyəti illərinin tarixini
araşdırıb. Araşdırmalardan məlum olub ki,
uzun illər boyu əsl tarixi həqiqət xalqa təhrif
olunmuş formada çatdırılıb. Xüsusilə, Azərbaycanın
İrəvan xanlığı ərazisində məskunlaşdırılmış
ermənilərin “Böyük Ermənistan” dövləti
yaratmaq niyyəti ilə bütün iyirminci yüzillik ərzində
Azərbaycana qarşı təcavüzkarlıq siyasəti,
erməni millətçi təşkilatlarının
başçılığı altında azərbaycanlılara
qarşı dəfələrlə soyqırımı təşkil
etmələri məsələləri XX əsrin 90-cı illərinin
əvvəllərinədək tam halda, obyektiv təhlil və
tədqiqini tapmayıb. Dissertasiya AMEA-nın tarix
İnstitutunun “ Qarabağ tarixi” şöbəsində yerinə
yetirilib.
I
fəsil “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti
XX əsrin 20-30-cu illərində” adlanır. Bu fəsildə
Dağlıq Qarabağda sovet idarə rejiminin qurulması,
Qarabağ üsyanı, DQMV-nin
yaradılması və Azərbaycan SSR-in ərazi
bütövlüyünün pozulması, DQMV-də sosialistcəsinə
yenidənqurmalar, onların sosial iqtisadi və siyasi nəticələri
tədqiq edilir. Həmin fəslin
“Dağlıq Qarabağda sovet hakimiyyətinin qurulması.
Dağlıq Qarabağ üsyanı” adlı birinci yarımfəslində
1920-1923-ci illərdə Dağlıq Qarabağda baş verən ictimai siyasi proseslərə
aydınlıq gətirilib.
Dissertasiyanın III fəslin birinci yarımfəsli “Ermənistanın
Azərbaycana qarşı yeni ərazi iddiaları və
ağır nəticələri” adlanır. Qeyd olunur k,
“Parçala və hökm et” siyasəti imperiyaya daxil olan
xalqların arasında daim münaqişə, süni konfiliktlər
yaradılmasında daha aydın təzahür edirdi.
Qeyd
edək ki, dissertasiya 2009-cu ildə yazılıb.
Günay
BÜNYADZADƏ
Paritet.- 2010.- 8-10 may.- S. 5.