Ermənilərin mərhələli planı

 

Ermənilərə qarşı internetdə sağlam mübarizə aparılır

 

Hər il türk dünyasını həyəcan içində saxlayan 24 aprel - qondarma erməni soyqırımının il dönümü bu il bizim üçün yaxşı qurtardı.  ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi İsveç parlamentindəerməni soyqırımının tanınması ilə bağlı sənədlər qəbul edilsə , proses irəliləmədi.

Ümumilikdə belə bir fikir hakimdir ki, türklər erməni lobbisinin fəaliyyəti ilə ayaqlaşa bilmir. Ancaq bir qədər araşdırma apardıqda bunun belə olmadığını, əksinə istər türklərin, istərsə azərilərin fəaliyyətində ildən-ilə güclənmə, təşkilatlanma getdiyini görərik.

Bizim fəaliyyətimiz daha güclüdürsə, bəs niyə ermənilərin fəaliyyəti daha qabarıq şəkildə dünya mediasında yer alır, dünya erməni yalanlarına inanır? Bu sualın cavabı olduqca bəsitdir: Bəzi dövlətlər ermənilərdən istifadə edərək Türkiyə Azərbaycanı təzyiq altında saxlamaq istəyirlər.

Uzun illərdir   baş bəlası olanerməni məsələsi”nin üzünü, məsələnin kökündə nələrin dayandığını göstərən layihələrə böyük ehtiyac var. Bu gün virtual aləmdə-internetdə böyük ideoloji mübarizənin getdiyini nəzərə alsaq, internet saytların qədər vacib olduğunu anlayarıq. Bu baxımdan 1999-cu ildə fəaliyyətə başlayan www.ermenisorunu.gen.tr saytı  erməni yalanlarının ortaya çıxarılmasında çox böyük işlər görür.

Dörd - türk, alman, ingilis fransız dillərində  yerləşdirilmiş materiallar zənginliyi əhatə genişliyi ilə diqqət çəkir.  Erməni məsələsimövzusunda yaradılan ilk internet olan www. ermenisorunu.gen.tr eyni zamanda bu məsələ ilə bağlı ən zəngin arxivə malikdir.

Hər gün 35 mindən çox insanın ziyarət etdiyi materillardan sərbəst şəkildə istifadə etdiyi bu sayt peşəkar insanlar tərəfindən idarə olunur. Saytda istifadə olunmuş bütün faktların birdən çox qaynağı mövcuddur.

Sayterməni məsələsi”nin tarixindən tutmuş ardıcıl şəkildə bugünkü duruma qədər bir çox qaranlıq məqama işıq tutur.

Məsələdən ilk olaraq ümumi bəhs edilir, daha sonra erməni planına toxunulur bu planın kökündə nələrin durduğu oxucuların diqqətinə çatdırılır. Saytda erməni terrorunun məqsədinin qondarma erməni soyqırımı iddialarını ermənilərin tələbələrini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olduğu bildirilir. Son hədəfsəBöyük Ermənistanxülyasıdır.Böyük Ermənistan”a gedən yolda ən mühüm addım qondarma iddialarla bağlı ictimai fikir formalaşdırmaq Türkiyəyə qarşı yönəlmiş kampaniyalar aparmaqdır.   Bunun üçün həyata keçirilməsi qarşıya məqsəd qoyulan   planın: tanıtma, təzminat torpaq alma mərhələlərini özündə ehtiva edir. Yəni qondarma erməni soyqırımı bütün dünyaya terror yolu ilətanıdılacaq”, qondarma iddiaları dünya ictimaiyyəti qəbul editdikdən sonra məcburi şəkildə Türkiyə tərəfindəntanınacaq”, qondarma soyqırıma görə Türkiyədəntəzminatalınacaq Böyük Ermənistanröyasını gerçəkləşdirmək üçün lazım olantorpaqTürkiyədən qoparılacaq.

Saytda soyqırım anlayışının açıqlaması verilir beynəlxalq hüququn bu məsələni necə tənzimləməsi haqqında hüquqi sənədlərə toxunulur.Eyni zamanda erməni tarixi haqqında məlumatlara yer verilir erməni məsələsi”nin ortaya çıxma səbəbləri göstərilir. Osmanlı dövlətinin zəifləməyə başlayıb, misioner məktəbləri açılıb, demək olar ki bütün məsələdə Avropanın müdaxilələrinə məruz qalanda türk-erməni münasibətlərində soyuqluq yaranmağa başlamışdı. Bəzi dövlətlər Osmanlı imperiyasını bölərək məntəqədəki hədəflərinə çatmaq üçün erməniləri osmanlı cəmiyytindən qoparmağa çalışırdılar.

Xüsusilə Avropanın bəzi böyük dövlətləri islahat adı altında bir yandan Osmanlı dövlətinin daxili işlərinə qarışır, digər yandan da erməniləri Osmanlı dövlətinə qarşı təşkilatlandırırdılar.

İslahat fərmanı ilə müsəlmanlar qeyri-müsəlmanlar hüquq qarşısında bərabər statusa gətiriləndə fərqliliklərini itirən ermənilər 1877-1878-ci illər Osmanlı-rus müharibəsi nəticəsində Rusiyadanişğal etdiyi Şərqi Anadolu torpaqlarında çəkilməməsinini, bölgəyə muxtariyyət verilməsini ya ermənilərin lehinə islahatlar aparılmasınıistəmişdilər. Ermənilərin bu tələbi ruslar tərəfindən  qismən qəbul edilir, Osmanlı-rus müharibəsindən sonra imzalanan Yaşılköy ya Ayastefanos müqaviləsi daha sonrakı Berlin müqaviləsiyləerməni problemibeynəlxalq səviyyəyə qaldırılır. Beləliklə, İngiltərə Rusiya tərəfindən tarix səhnəsinə çıxarılanerməni məsələsiəslində xristian imperializminin Osmanlı dövlətini yıxmaq bölüşdürmək siyasətinin bir hissəsidir. Qondarma erməni soyqırımı iddiaları yalanları da  bu siyasətin təbliğat maşınıdır.

Türk-erməni münasibətlərinin Səlcuq, Osmanlı, I Dünya Müharibəsi, istiqlal hərbi dövrü  haqqında, Sevr Lozanna müqavilələrində ermənilərin rolu Lozannadan bu günə qədər olan proseslər haqqında tarixi faktlar- fotoşəkillər, fərmanlar, tarixçilərin qeydlərinə saytda geniş şəkildə yer verilib.Olduqca zəngin fotoarxivi olan saytda, Türkiyə, İngiltərə, Fransa, Rusiya başqa dövlətlərin arxivlərindəki faktlara istinad olunub.

Sayta Türkiyənin, eləcə dünyanın bir sıra alimərininerməni məsələsiilə bağlı kitablardan da bəhs olunur. Həmçinin, saytda Azərbaycanın Ankaradakı səfiri  Məmməd Əliyevdən, Türk Tarix Qurumunun keçmiş sədri Yusif Hallaçoğlundan, Maltəpə Universiteti Atatürk Qaydaları İnqilab Tarixi kafedrasının müəllimi Orxan Çəkicdən,  amerikalı yazıçı Samuel Vemsdən, Türk Amerikan İş adamları Assosiasiyasının sədri Zeynalabdin Ərdəmdən, ABŞ-da Türkiyə əleyhinə keçirilən məhkəməni qazanan hüquqşünas Günay Övünçdən alınan müsahibələri oxumaq olar. Saytada ermənilərin Azərbaycanda törətdikləri qətliamlara da yer verilib. 1918-ci ildə erməni quldur dəstələrinin Naxçıvan Naxçıvan ətrafı məntəqələrdə törətdikləri cinayət hadisələrinə toxunulub. İki qardaş xalqın erməni terrorundan əziyyət çəkdiyi, türk olduqlarına görə insanların vəhşicəsinə öldürüldüyü vurğulanıb. Ermənilərin İrəvanın Qaradağlı, Uluxanlı, Cəbəçalı, Hacıbayram, Xəbərbeqli başqa kəndlərində törətdikləri vəhşiliklərə tarixi faklarla toxunulub.

Saytda Azərbaycanın, Türkiyənin dünyanın bir sıra görkəmli tarixçilərinin əsərlərinə istinad edilib.

 

 

Səbuhi ŞƏLDIYEV

 

 Paritet.- 2010.- 13-14 may.- S.11.