“Mart
1918-ci il. Bakı. Azərbaycanlıların
soyqırımı sənədlərdə” kitabı qərəzsiz
elmi mövqedən çıxış edir
Müəllif kitabda müsəlman milli
qüvvələrinin mart qırğınlarında məsuliyyəti
məsələsinə də yer ayırıb
Azərbaycanlılara
qarşı kütləvi
qırğınların
miqyası və coğrafiyası
çox geniş bir
məkanı əhatə
edir. Əsrlər, illər boyu daima ermənilər tərəfindən müxtəlif soyqırımlara məruz qalan xalqımız baş verənləri ən ağır bir yara kimi öz qəlbində daşıyır.Təbii ki, bunlar düşməndən qisas almağa, onu dünyada xar etməyə yetmir. Son illərdə
isə Respublikada erməni
vandalizmini əks etdirən
nəşrlər, ayrı-ayrı
qurumların bu
sahədə gördüyü
işlər
artmaqdadır. Azərbaycan
Milli Elmlər
Akademiyasının
müxtəlif
aidiyyatı institutlarının
bu sahədə
yeni tədqiqatları
diqqəti cəlb
edir.
AMEA-nın
Şəqrşünaslıq
İnstitutunun əməkdaşı,
tarix elmləri
doktoru Solmaz Rüstəmova-Tohidinin “Mart 1918-ci
il. Bakı. Azərbaycanlıların
soyqırımı
sənədlərdə”
kitabı da maraq
doğurur. Vətəninin
hələ də
işğala məruz
qaldığı bir vaxtda
azərbaycanlılara
qarşı dəfələrlə
qırğınlar
törədənlərin
bu gün
tarixi saxtalaşdırmasına
tutarlı cavabı arxiv
sənədlərinin
dili ilə verən
S.Rüstəmova-Tohidi
qərəzsiz
elmi mövqedən
çıxış edib.Toplunun adından bəlli
olduğu kimi
müəllif oxucunun gələcəyi
qənaəti, yaxud
tarixin verəcəyi
hökmü təlqin
etmir. Solmaz xanımın
əhatəli, geniş
məzmunlu, təhlilli
oçerkində bu
vəzifənin
öhdəsindən
gəlməyi
bacarması ikiqat təqdirə
layiqdir. İctimai elmlərdə
subyektiv mülahizənin
aparıcı istiqamətini
bütün
hallarda əngəlləmək
mümkün
olmur. Bəhs
olunan topludakı sənədlərin
hansı məzmun
daşıdığını
nəzərə
alsaq, təkcə
Azərbaycan cəmiyyətini
deyil, ümumən
bəşər övladını
qəzəbləndirməyə
yetərli olduğunu
bilərək, tədqiqatçının
hisslərin fövqündən
elmi məntiqi
və dürüst
yanaşmağı bacarmasını
dəyərləndirmək
lazımdır.
Kitabda “Martovskie sobıtii 1918 q. v
Baku: predposılki,
xarakter, posledstviya” adlanan
oçerk daha
geniş xronologiyada bəhs
olunur.
“Mart hadisələri”nin
“dərin kökləri
və səbəbləri” olduğunu
bildirən müəllif
daha əvvəlki
prosesləri izləməyə
başlayır. Ermənilərin
öz dövlətlərinə
nail olmaq üçün
tarixi zəminin
XIX yüzilliyin əvvəllərində
Rusiya İmperiyasının
Cənubi Qafqazı
istilası prosesində yaradıldığını
və bu ideyanın
sonradan erməni
millətçiliyinin siyasi devizinə
çevrildiyini qeyd edən
müəllif hadisələri
izləyərək
tam qənaətə
gəlir ki, gələcək
erməni dövlətçiliyinin ərazi
baxımından
özülü məhz
1918-ci ilin yazında
qoyulub. “Erməni
dövlətçiliyi”
ideyasını reallaşdırmaq
yolunda, həm
də başlıca
şərt nəzərdə
tutulan dövlət
üçün ərazini
təmin etmək
məsələsi
idi. Erməni
ümummilli təxəyyülündə
yer almış “Böyük
Ermənistan” ideyası
üç dəniz arasında
nəzərdə
tutulurdu. Niyyət
edilən məkanda
ərazilərin
əsasən
Osmanlı İmperiyası və
Rusiya İmperiyası (Qafqaz)
tərkibində olmasının
erməni millətçiləri
tərəfindən
həmin dövlətlərə
münasibətini
şərtləndirən
amilə çevrilməsini
söyləyən
müəllif XX
yüzilliyin əvvəllərindən
başlayaraq hakimiyyət
dairələrinin
mövqeyinə də
açıqlıq
gətirib.
Cənubi
Qafqazın erməni
ekspansionizminin mərkəzinə
çevrilməsi prosesinə
Rusiya hakimiyyətinin
münasibəti
konkret məqamlar
üzrə səciyyələndirilir.
Bu müstəvidə
ictimai-siyasi qüvvələrin
mövqeyi müəllifin
diqqətindən
kənarda qalmayıb. Hadisələrin
bilavasitə şahidi olmuş
azərbaycanlı xadimlərin
mülahizələrinin
daha dəqiq
və konkret olduğunu
bildirib. Məmməd
Səid Ordubadinin
“Qanlı sənələr” əsəri
üzərində xüsusi
dayanaraq 1905-1907-ci illər
hadisələrindən
sonra ermənilərin
rus hakimiyyətinə
“barışmaz” münasibətini
dəyişdirdiyini yazır. Qafqaz
canişini Vorontsov-Daşkovun,
erməni millətçilərinin
və ruhanilərinin
imperator II Nikolaya müraciətlərinin
məğzindən
oxucuları xəbərdar
etməklə yeni
siyasi xəttin
yürüdüldüyünə
diqqəti çəkir.
Erməni Milli
Şurasının
yaradılması və
çarizmin erməniləri
himayəçilik siyasətinə
dönüşü mahiyyətində
belə erməni
muxtariyyəti arzusunun gerçəkləşmədiyi
vurğulanır. Bununla
belə Qərb
ictimai-siyasi fikrini
“erməni dövlətçiliyi
məsələsi”nə
meylli etməkdə
müəyyən
nəticələr
əldə
olunub. S.Rüstəmova-Tohidi
erməni ideoloqlarının
uzun müddət
məqsədyönlü
çalışmalarının
nəticəsiz
qalmadığını etiraf
edir. Belə ki, Cənubi
Qafqazın gələcəyinə
dair planlarda “erməni
dövlətçiliyi
məsələsi” yer
alırdısa, gürcülərin
bu məsələdə
hüququ məqbul
bilinirdisə, müəllifin
göstərdiyi
kimi, regionun çoxsaylı
azərbaycanlı əhalisini nə Qərb
dövlətləri, nə
də xüsusən
Rusiya siyasi qüvvələri
diqqətə belə
almırdılar.
Müəllif
müsəlman
milli qüvvələrinin,
xüsusən “Müsavat”ın
mart qırğınlarında
məsuliyyəti
məsələsinə
də yer ayırıb. Təhlili
mülahizələrindən
sonra bu məsələdə
Azərbaycan milli
qüvvələrinin
verdiyi qiyməti
məntiqi və
ədalətli sayaraq
paylaşıb. 1918-ci
ilin mart hadisələrini
Cənubi Qafqazın
bütün
müsəlman
əhalisinin kökünü
kəsmək
məqsədi
daşıyan məqsədyönlü
siyasət hesab
edib.
Sənədlər
toplusu kimi olduqca
dəyərli
olan kitabın mətnində
və qeydlərində
istifadə olunmuş çoxsaylı
arxiv sənədləri
və materialları sırasında
son dövr
nəşrləri
də yer alıb. Tehranda,
Moskvada çıxan ədəbiyyatla yanaşı, İrəvanda
nəşr olunan
sənədlərin
elektron variantından
istifadə olunub.Bu
arxiv sənədlərinin
Azərbaycan tarixşünaslığında
elmi dövriyyəyə
gətirilməsi
müəllifin faydalı
əməyinin mühüm
bir tərəfidir.
S.Rüstəmova-Tohidi mart
qırğınları zamanı İran təbəqələrinin
qətlə yetirilməsi məsələsinə ayrıca yer
verməklə tədqiqat istiqamətini dərinləşdirmək
ehtiyacı yaradıb. Əksəriyyəti etnik azəri
türkü olan İran təbəələrinin qətliamına
dair müəllif mətni ilə yanaşı kitabın
üçüncü fəslində şahid ifadələrində
məlumatlar geniş yer alıb. Mart
qırğınlarının qarşısını almaq məqsədilə
İran konsulunun fəal müdaxilə cəhdlərinin fayda
verməməsi göstərilir. Bakı kəndlərinin qətliama
məruz qalması, qətlə yetirilmiş əhalinin
sayı barədə, müsəlman meyitlərinin dəfninin
mümkünsüzlüyü haqqında,
qırğınların Azərbaycan qəzalarında davam
etdirilməsinə dair yeni məlumatlar və yanaşma tərzi
maraq doğurur. Bakı Xalq Komissarları Sovetinin tərkibi
daxil olmaqla, fəaliyyəti məzmununda da “erməni amili”nin
yer aldığı konkret nümunələrdə təsbit
olunub.Erməni ideoloqlarının saxtalaşdıraraq
hallandırdıqları məsələlərdən biri də
1918-ci ilin sentyabrında Bakıda baş vermiş hadisələrlə
bağlıdır. Bakının azad edilməsindən sonra
ermənilərin qətlə yetirilməsinə dair
şişirtmə rəqəmlərin yayılmasına müəllif
münasibətini bildirib.
S.Rüstəmova-Tohidi
mövzu ilə bağlı son 20 ildə nəşr
olunmuş ədəbiyyatda Fövqəladə Təhqiqat
Komissiyasının sənədlərinin bir qisminin yer
aldığını göstərib, həmin sənədlərin
tam həcmdə nəşrinin aktuallığını bir
daha vurğulayıb. İstisnasız olaraq tədqiqatçıların
paylaşdığı haqlı müəllif qənaətidir
ki, bəhs edilən sənədlər böyük elmi mənbəşünaslıq,
tarixi-siyasi və diplomatik əhəmiyyətə malikdir. Bu sənədlər
bir il ərzində (31 mart 2007-30 mart 2008) S.Rüstəmova-Tohidi
tərəfindən sistemləşdirilib və mətbuatda müvafiq şərhlərlə
dərc olunub. Sənədləri ayrıca toplu şəklində
dərc etmək zərurətindən müəllif onları
fərqli prinsiplərə uyğun təshif edib və
ayrı-ayrı fəsillərdə yerləşdirib. Altı
fəsildə təqdim olunan sənədlər 1918-ci ilin
martında yalnız Bakıda törədilmiş
qırğınları əhatə edir, beş fəsildə
şahid ifadələri məzmunu daşıyır, sonuncu fəsil
isə məhkəmə-istintaq sənədləridir. Müəllifin
təsnifat prinsipi, fəsillərin başlığından bəlli
olduğu kimi, məntiqi-hüquqi əsasa malikdir. Giriş mətnində
müəllif hər bir fəslin ilk növbədə sistemləşməsini
açıqlayıb, əsaslandırıb və qısa
şərhini verib. Fəsillər üzrə şərhdə
ayrı-ayrı məsələlər üzrə sənədlər
nömrələrlə təqdim edilərək ümumiləşdirilib. Sənədlərin
fəsillər üzrə müəllif şərhi ilə
tanış olan hər bir şəxs kifayət qədər əhatəli
məlumat əldə edə bilər. Mart
qırğınlarının mənzərəsini daha
dolğun qavramaq üçün topluya daxil edilmiş
yardımçı vəsait olduqca dəyərlidir.
Sənədlərdə adı
keçən coğrafi yerlərin tarixi və müasir
adları müəllif tərəfindən tərtib edilərək
verilmiş, Bakı şəhərinin 1913-cü ilə aid xəritəsi
də əlavə olunub. Həmçinin, sənədlərin
mətnlərinə dair geniş qeydlər toplunun sonunda rəqəm
ardıcıllığı ilə yerləşdirilib.
“Mart
1918-ci il. Bakı. Azərbaycanlıların
soyqırımı sənədlərdə” (Bakı, 2009)
toplusu XX əsrin əvvəli ilə sonu arasında
körpü, XXI əsr üçün mühüm yaddaşdır.
Bu varisliyin üzvi göstəricisi 1918-ci ildə Azərbaycan
Cümhuriyyəti hökumətinin Fövqəladə Təhqiqat
Komissiyasının yaradılması haqqında qərar idisə,
1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin “Azərbaycanlıların soyqırımı
haqqında” verdiyi fərman oldu. Fərmanın verilməsi
“tarixin hökmü”ndən irəli gəlirdisə, onun
yaratdığı tədqiqat imkanlarından səmərəli,
məhsuldar faydalanmaq çağdaş tarixçilərin
üzərinə düşür. Belə məsuliyyətli və
şərəfli vəzifənin öhdəsindən yüksək
peşəkarlıqla gələn S.Rüstəmova-Tohidinin əməyi
ibrətamizdir. Tarixi sənədlərin əhəmiyyətini
düzgün müəyyənləşdirərək,
xüsusi kitab halında nəşrini gerçəkləşdirən
Milli Təhlükəsizlik Nazirliyinin xidməti də təqdirəlayiqdir.
Toplunun bir sıra xarici dillərdə nəşr olunması
mühüm, zəruri sayılır.
Günay BÜNYADZADƏ
Paritet.- 2010.-18-19 may.-S. 6;12