Bakıda beynəlxalq qida sənayesi sərgisi işə başlayıb

 

Növbəti sərgilərBakı Eksposərgi və konfrans mərkəzində keçiriləcək

 

Dünən Heydər Əliyev adına İdman Konsert Kompleksində 16-cı Azərbaycan Beynəlxalq Qida SənayesiWorld Food Azerbaijan 2010” sərgisinin açılışı oldu. Nəzərə çatdıraq ki,  sərgidə”İteka Kaspian LLCvə “İTE Group PLC” şirkətləri sərginin  təşkilatçıları qismində çıxış ediblər, eyni zamanda  sərginin keçirilməsinə  Azərbaycana Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstək verilib. Sözügedən sərgi UFİ-beynəlxalq  sərgi cəmiyyətimumdünya Sərgi Sənayesi Assosiasiyası) tərəfindən yüksək qiymətə layiq görülüb.Qeyd edək ki, builki sərgidə dünyanın  18 ölkəsindən, o cümlədən Azərbaycan, Belarusiya, Bolqarıstan, Latviya, Pakistan, Rusiya, ABŞ, Türkiyə, Ukrayna və digər ölkələrdən 85 şirkət  iştirak edib. Sərginin mühüm olduğunu deyən Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç bildirdi ki,  bu hal da Azərbaycanda iqtisadi və  ticarət sahəsində canlılıq və fəallıq  olduğunu bir daha göstərir:”  Qida sənayesi dünyada ən vacib sahələrdən biridir. 2008-ci  ildə insanların sıxıntılar çəkdiyini hər birimiz xatırlayırıq. Bu quraqlıq  müxtəlif  ölkələrdə bir sıra problemlərə yol açdı. Qida təhlükəsizliyini təmin etmək bütün dünyanın problemidir. Bunun üçün də  insanların bu problemi birgə çözməsi vacibdir”. Sözügedən sərgiyə Türkiyədən 10 şirkətin qoşulduğunu deyən səfir  qeyd etdi ki, bu sərgi Azərbaycan iqtisadiyyatına  öz töhfəsini müsbət tərəfdən  verəcək.

 Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev isə Azərbaycanda biznesin inkişafı istiqamətində keçirilən tədbirlərdən danışıb. Artıq bir sıra Azərbaycan şirkətlərinin öz məhsullarını dünya bazarlarına çıxardıqlarını vurğulayıb.

Dünyada bir müddət əvvəl iqtisadi böhran yaşansa da,bu gün  belə bir sərginin ölkəmizdə  keçirilməsinin sevindirici bir hal  olduğunu deyən “İteka Kaspian” şirkətinin rəhbər  Fərid Məmmədov bildirdi ki, xarici ölkələrlə yanaşı, bu sərgidə  yerli-”Badamlı”, “Beta”, “Jalə”, “John Deere”, “PalSudvə digər məşhur ticarət nişanları təqdim olunur:”Sərginin  ümumi iştirakçılarının 60 faizini yerli şirkətlər təşkil edir. Macarıstan, İran, Fransa, ABŞ, BƏƏ və digər ölkələrdən olan debütantlar sərgi iştirakçılarının  30 faizini  təşkil edirlər”.

 Qeyd edildi ki,  sərgi  bir neçə  tematik ekspozisiyalara bölünüb: “WorldFood”, “World Drink”, “FoodPackvə  WorldFoodTechbölmələri həm xarici, həm daxili meydançaları tutacaq.  WorldFoodsərgisində ət və quş məhsulları, konserviləşdirilmiş məhsullar, süd məhsulları, bal və digər  ənənəvi bölmələr təqdim olundu. Bərdə, Daşkəsən, Qəbələ, Salyan, Şorabat, habelə Azərbaycanın digər rayonlarının yerli zavod və fabriklərinin məhsulları fəal şəkildə nümayiş olundu. Naxçıvan Muxtar Respublikasının birgə stendinə Naxçıvanın qida sənayesinin 20 istehsalçı müəssisələrinin ekspozisiyası daxil olub. F.Məmmədovun sözlərinə görə,hazırda Azərbaycan  üzümçülük sahəsi öz yüksəliş mərhələsini yaşayır. Fransa, Moldova və İtaliyadan olan mütəxəssislər tərəfindən üzüm emalı   və şərab istehsalı üzrə yeni zavodlar inşa edilir: ”Bununla əlaqədar olaraq, “WorldDrinkbölümündə geniş çeşiddə içkilər və onların istehalı inşa edilir. Bununla əlaqədar olan mütəxəssislər tərəfindən  üzüm emalı və şərab istehsalı üzrə texniki istehsal xətləri təqdim  olundu”.

F.Məmmədov qeyd etdi ki, sərgi bu il də öz ənənələrinə sadiq qalaraq sənayenin yeni sahələrinin inkişafına yardım göstərməkdə davam edəcək:” Belə ki, Qafqazda ilk dəfə olaraqWorldFood Azerbaijan 2010” sərgisi çərçivəsində Azərbaycan və digər ölkələrinhalal” ərzaq məhsulları istehsalçılarını  bir araya gətirən HalalFood Azerbaijanbölməsi təşkil  olunub”.

Bərdə - Yağ Pendir MMC-nin təmsilçisi İlham Qasımov əməkdaşımızla söhbətində  bildirdi ki, bu müəssisə  keçən əsrin 70-ci illərində yaradılıb. Onun sözlərinə görə,  sözügedən zavod fəaliyyətdə olduğu müddətdə   gündəlik 60 ton süd emalı  edərək  müxtəlif çeşiddə təbii süd məhsulları istehsal edib ki,  bu məhsullar nəinki Respublikamızda, hətta keçmiş Sovet İttifaqının digər regionlarında da  öz kefiyyət nişanı ilə tanınıb:” 1993-cü ildən bu günə qədər respublikamızda yaranan iqtisadi və siyasi sabitlik nəticəsində aparılan özəlləşdirmə proqramı çərçivəsində bir çox müəssisələr kimi,  Bərdə-Yağ Pendir zavodu da özəlləşdirilib və səhmdar cəmiyyətə  çevrilib. Bu zəmində xaricdən müasir  texnologiyalara uyğun olaraq avadanlıqlar alınmasına şərait yaradıb”. Hazırda  zavod  gündəlik  fermentlərdən 30 ton  süd tədarük edərək, ən son texnologiyalar və dünya standartlarına  uyğun  olan müxtəlif çeşiddə təbii süd məhsulları istehsal  edir:” Bu da,  ərazidə  aqrar sektorun inkişafına  səbəb olub.  Onu da xüsusi olaraq qeyd edim ki, tərkibi yüksək protein, kalsium, vitamin  və mineral maddələrlə zəngin olan  müəssisəmizin bütün  məhsulları yüksək  qidalandırıcı kefiyyətə malikdir”.

 Deliceran” şirkətinin direktoru Yaşar Kahribi  bildirdi ki,  dünyada 10 il ərzində 500-dən artıqDelimanco” şöbəsi var:” Bilirsiniz, bu texnologiya vasitəsiylə  bir saat ərzində 600 ədədə qədər məhsul istehsal olunur. Koreyalıların istehsalı olanDelimancocihazı ilə   yüksək kefiyyətli pirojna insanın gözü qarşısında istehsal olunur. Qeyd edim ki, tez bir zamanda istehsal olunan bu  pirojna un, yumurta və bitki yağından hazırlanıb və  onun içərisi isə krem ilə doldurulur. Bu cihazı  alış-veriş mərkəzlərində işlədilməsi münasibdir. Belə ki, bazarlarda, metro, hava və dəmiryolları vağzallarının stansiyalarında 4 m. Belə ki,  Koreya istehsalı olan çox yer tutmayan və iki nəfər işçi tələb edən və  bir faizli elektrik ilə işləyən  avadanlıqdır”.

 Bəhmənyad aqro-sənaye  şirkətinin təmsilçisi bizimlə söhbətində bildirdi ki,  sözügedən müəssisə 1998-ci ildə təsis edilib:”  Bu gün sözügedən şirkət İranda göbələk istehsalı üzrə ən tanınmış və iri  şirkətlərdən biri sayılır. Həmin zamanlar sözügedən müəssisənin istehsal qüvvəsi 100 tona çatardı və müəssisə tərəfindənSavalan Mushroomticarət nişanı altında göbələk, kompostzvi gübrə), habelə  göbələk konservləri  istehsal edilirdi. Onun sözlərinə görə, 5 il ərzində müəssisənin  adı çəkilən məhsullar üzrə istehsal qüvvəsi artaraq ildə 1.200 ton təşkil etməyə başladı:” Davamlı olaraq inkişaf  proqramlarını davam etdirməklə yanaşı,  müəssisəmiz, Avropa texnologiyalarına əsasən, Niderland şirkətinin bilavasitə nəzarəti altında ildə  200 ton məhsul istehsal  etməyə  imkan verəcək. Hazırda yeni layihənin palnlaşdırılması ilə məşğuluq.Tikinti və montaj işlərinin  2010-cu ilin sonunda başa çatdırılması və yeni istehsal  obyektinin 2011-ci ildə istismara verilməsi  nəzərdə tutulur.  Eyni zamanda şirkətimiz istehsal etdiyi məhsullarını qərbi Avropa texnologiyalarına  əsasən müxtəlif  tipli qablaşdırmalar ilə  bir çox dünya bazarlarına çatdırır.

Pakistanı təmsil edən Hemanişirkətinin  menceri Əli Abbas Xaku bildirdi ki, xatırlatdı ki,  1949-cu ildə əsası qoyulmuş “Hemanibitki ticarətində böyük təcrübəyə malikdir:” Yəni müştərilərin daha təbii yolla faydalanması üçün bitki mənşəli məhsulları istehsal edib. Məhsulların artıq  şimali Afrika  ölkələrində və  şimali Asiyanın  geniş  bazarlarında ad qazanıb. Əsasən biz bitki çayı, bitki yağları, ətriyyat və kosmetik  vasitələr və s. istehsal edirik. Azərbaycanda hazırda  bizim brendimiz yoxdur, amma çox istərdik ki, olsun və məhsullarımız satılsın. Çünki sizin  insanlar   bizim məhsularla çox maraqlanırlar”.

MetalmədəniməişətASC-nin  nümayəndəsi  isə  bildirdi ki, müəssidə dünya satandartlarına uyğun diametri 38 mm-dən 110 mm-dək  Twist qapaqları istehsal olunur:” Qapaqlar müştərinin   istəyinə görə ofset çaplı, sadə emallı, üzərində təhlükəsizlik düyməsi, sterilizasiya və ya pasterizasiya prosesinə uyğun ola bilər. Qapaqlar Almaniya avadanlığında istehsal olunur. Eyni zamanda  1987-ci  ildən fəaliyyət göstərən  Metal qablaşdırma sahəsində 1 kq-dan 20 kq qida və kimyavi məhsullar üçün, üzərində olset çapı vurmaqla dairəvi, dörd və altı  qutular istehsal olunur

 Naxçıvanda fəaliyyət göstərən  Böyrək suyuMMC sədri Kamran İsmayılov bildirdi ki,  2005-ci ildə  böyrək mineral müalicəvi süfrə suyu və  Savalan-Naxçıvanböyrək mineral süfrə  suyunun  qazlı və qazsız formada istehsalına başlayıblar:” Naxçıvanın Şahbuz rayonun Dayalıqlı kəndində fəaliyyət  göstəririk. Savalan mineral suyu isə Babək rayonunun Sirab kəndində istehsal edilir.  Bu sular böyrək suyu su bulağından götürülür.  Suyun götürüldüyü quyunun dərinliyi 76 m-dir. Bu su böyrək daşı və iltihabı xəstəlikləri üçün  çox  faydalıdır. Bakı və Naxçıvanda ticarət obyektlərində  böyrək suyu satılır. Qeyd edim ki, 0,5, 1, 1,5 və 5 litr həcmdə istehsal edilir”.

Sərgidə Bərdə, Daşkəsən, Qəbələ, Salyan, habelə Azərbaycanın digər rayonlarının yerli zavod və fabriklərinin məhsulları - ət, süd və quş məhsulları, konservləşdirilmiş məmulatlar, dondurma, meyvə- tərəvəzlər, uşaq və pəhriz qidaları, tütün, bal və digər ənənəvi bölmələr nümayiş olunur. Sərgi mayın 21-dək davam edəcək.

Onu da qeyd edək ki, artıq növbəti sərgilər yeni bir məkanda “Bakı Ekspo” sərgi və konfrans mərkəzində keçiriləcək.

 

 

GÜNAY

 

Paritet.- 2010.- 20-21 may.- S. 16.