Qarabağ həqiqətləri yapon dilində

 

Ermənilər tərəfindən abidələrimizin dağıdılması ilə bağlı yapon dilində sənədli film də hazırlanır

 

Heç şübhəsiz bu gün hər birimizi ən çox düşündürən məsələ Dağlıq Qarabağ məsələsidir. Başqa xalqların torpaqlarında özlərinə dövlət yaratmağı qarşılarına məqsəd qoyan ermənilər bu istiqamətdə fəaliyyətlərini ən müxtəlif yollarla, ən müxtəlif üsullarla davam etdirirlər. Hətta başqa xalqların mədəniyyətini mənimsəməkdən, həyata keçirdikləri saysız-hesabsız soyqırımları öz başlarına gətirilmiş faciə kimi qələmə verməkdən belə çəkinmirlər.

İstəsək , istəməsək Dağlıq Qarabağ məsələsində ermənilərin bizdən xeyli qabaqda olduğunu etiraf etməliyik. Çünki ermənilər artıq iki yüz ilə yaxın bir müddətdir ki, Azərbaycana, türk dünyasına qarşı kampaniya aparırlar. Məhz buna görə dünya dövlətləri, beynəlxalq təşkilatların əksəriyyəti bu gün torpaqlarının 20 faizi işğala məruz qalmış, bir milyondan artıq qaçqını olan Azərbaycanın deyil, ermənilərin səsini eşidir, onların tərəfini saxlayırlar. Lakin elə ölkələr var ki, ermənilər öz mənfur niyyətlərini bu ölkələrdə hələ ki, həyata keçirə bilməyiblər. Tez bir zamanda hərəkətə keçməsək, bu ölkələrə Qarabağ həqiqətlərini çatdırmasaq ermənilərin onları da öz tərəflərinə çəkəcəyi şübhəsizdir. Prezident İlham Əliyevin dediyi kimi, biz müdafiə olunmamalı, artıq hücuma keçməliyik. Məhz bu çağırışı özünə şüar seçən Sənaye, Mənəvi Mədəni Tərəqqi Təşkilatı keçən il Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı iləDağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin Yaponiya ictimaiyyətinə çatdırılmasıadlı layihə icra edib.

Məlumat üçün bildirək ki, sözügedən təşkilat 1961-ci ildə Yaponiyada yaradılıb, 2000-ci ildə isə Avropada MDB məkanında ilk dəfə olaraq Azərbaycanda da fəaliyyət göstərməyə başlayıb.

Təşkilatın Azərbaycan bölməsinin rəhbəri Elçin Nəsirli qəzetimizə müsahibəsində həyata keçirdikləri layihənin heç təsadüfən seçilmədiyini söylədi: “Bu bir danılmaz faktdır ki, dövlət müstəqilliyi əldə etdikdən sonra Azərbaycanın tamamilə dirçəlməsi hərtərəfli inkişafı qarşısında bədnam qonşularının- ermənilərin günahından düçar olduğu Qarabağ problemi çox ciddi bir maneədir. Problemin aradan qaldırılması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasətin effektiv olması, bir tərəfdən aparıcı ölkə beynəlxalq təşkilatların ölkəmizin mövqeyini tam surətdə dəstəkləməsindən çox asılıdır. Bu günə qədər münaqişə ilə bağlı Azərbaycanın tutduğu ədalətli mövqeyin dünya ictimaiyyəti tərəfindən olduğu kimi dərk edilib, qəbul olunmamasının ən böyük səbəbkarı güclü erməni diasporunun sistemli lobbiçilik fəaliyyətidir. Detalları yalan, iftira fitnə olan bu mexanizmin hərəkətini dayandırmaq üçün daha güclü adekvat addımlar atmalı, dünya ictimaiyyətini reallıqlarla daha yaxından tanış etməli, erməniləri ifşa etmək üçün hücum taktikasına keçməliyik. Bu hücumun bir istiqaməti informasiyaların kütləvi şəkildə Azərbaycandan kənara daşınaraq müxtəlif ölkələrdə ictimai şüurda məkanlaşdırılmasından ibarətdir. Bunun üçünsə reallıqlarımızı əks etdirə bilən, başqa xalqlarda Azərbaycana qarşı rəğbət hissi oyada bilən bütün növ materiallardan geniş istifadə olunmalıdır. Biz bunu nəzərə alaraq Yaponiya xalqına Azərbaycan həqiqətlərini çatdırmaq üçün fəaliyyətə başlamaq qərarına gəldik”.

E.Nəsirli üçün məhz Yaponiyanın seçilməsini isə belə izah etdi: “Məlumdur ki, Yaponiya iqtisadi cəhətdən dünyanın ən inkişaf etmiş, özünəməxsus yüksək mədəniyyəti olan dövlətlərindən biridir. Təşkilatımızın Yaponiya ilə sıx əlaqələrinin olmasından mütəmadi olaraq orada keçirilən beynəlxalq konfranslarda iştirak etdikdən sonra məlum oldu ki, bu ölkədə nəinki Dağlıq Qarabağ münaqişəsi, ümumiyyətlə, Azərbaycan haqqında bilgilər demək olar ki, yox dərəcəsindədir. Bəlkə elə bunun nəticəsidir ki, 14 mart 2008-ci il tarixdə BMT Baş Məclisinin 62-ci sessiyası çərçivəsində qəbul olunmuşAzərbaycanın işğal edilmiş ərazilərində vəziyyətadlı qətnamənin dəstəklənməsində Yaponiya təəssüf ki, bitərəf mövqe tutmuşdu. Bu barədə Yaponiyada fəaliyyət göstərən Azərbaycan səfirliyində keçirdiyimiz görüşlərdə geniş fikir mübadiləsi apardıq belə qənaətə gəldik ki, yapon ictimaiyyəti üçün nəzərdə tutulmuş Azərbaycanla bağlı materialların hazırlanıb yayılmasında birgə səylərimizi daha da gücləndirək. İlk öncə isə Heydər Əliyev Fondunun hazırladığıQarabağ həqiqətlərikitabının yapon dilinə tərcümə olunması Yaponiyada yayılmasının təşkil olunmasına qərar verdik”.

Azərbaycan haqqında məlumatların, Qarabağ həqiqətlərinin yapon ictimaiyyətinə çatdırılması istiqamətində ciddi işlərin görülməsinin vacibliyini xüsusi vurğulayan E.Nəsirli, kitabın yapon dilində nəşr olunmasının böyük fayda verəcəyinə əminliyini ifadə edib: “Heydər Əliyev Fondunun çox nəfis şəkildə hazırladığıQarabağ həqiqətləriadlı toplu artıq ingilis, rus, fransız, alman ispan dillərinə tərcümə olunub. Bu kitabın yapon diləndə nəşr olunması isə yapon ictimaiyyətinin Qarabağla bağlı Azərbaycan həqiqətlərini öyrənməsinə yardımçı olacaq. 500 tirajla nəşr olunan kitab   Azərbaycanın Yaponiyadakı səfirliyinin vasitəsilə həmin ölkənin dövlət orqanları, nüfuzlu təşkilatları, müvafiq təhsil qurumları, universitetləri kitabxanaları, eləcə KİV-i arasında yayıldı. İnanırıq ki, bu layihəmiz çox uğurlu alındı nəşr etdirdiyimiz kitab 130 milyon əhalisi olan dünyanın iqtisadi siyasi şəbəkəsində xüsusi çəkiyə malik olan Yaponiya kimi inkişaf etmiş bir ölkədə Azərbaycanın haqq səsinin eşidilməsində, müsbət imicinin formalaşmasında nəhayət, ölkəmiz üçün daha vacib olan yeni informasiya məkanının ələ keçirilməsində əvəzsiz rol oynayacaq”.

E.Nəsirli Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bu il keçirdikləri layihə barədə məlumat verdi. Bildirdi ki, “Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın dağıdılmış tarixi mədəniyyət abidələri haqqında yapon dilində sənədli filmin hazırlanmasıadlanan layihənin keçirilməsində məqsəd Ermənistanın Azərbaycana təcavüzü nəticəsində dağıdılmış tarixi mədəniyyət abidələri haqqında həqiqətlərin yapon ictimaiyyətinə çatdırılmasıdır: “Azərbaycanın 20 faiz ərazisini işğal edən Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına uçurub dağıdıblar. Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə dünyada ilk insan məskənlərindən biri olmuş Azıx Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına aid tikililər digər abidələrimiz qəddarlıqla məhv edilir bu proses indi davam edir. İşğal olunmuş ərazilərdə tarixi mədəniyyət abidələrinin dağıdılması haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə, xüsusən yapon xalqına çatdırılması üçün bu layihənin xüsusi əhəmiyyəti var. Erməniləri ifşa etməklə, yapon ictimaiyyətinə onların necə qəddar, yalançı təcavüzkar olduqlarını çatdırmaq istəyirik. Biz bununla yapon xalqında Azərbaycanın müsbət imcini yaratmaqla yanaşı, beynəlxalq arenada Yaponiyanın Azərbaycanın mövqeyini dəstəkləməsinə nail ola bilərik”.

 

 

Babək CAHANDAROV

 

Paritet.- 2010.- 20-21 may.- S. 5.