Ermənilərin
növbəti soyqırımı kitablarımıza
qarşıdır
Həvva Məmmədova: “Erməni təbliğatının qarşısının alınması üçün əcnəbi müəllif və tədqiqatçılar ölkəmizə dəvət olunmalıdır”
Bugünkü informasiya müharibəsində Azərbaycanın
ən böyük düşməninin Ermənistan
olduğu hamımıza
məlumdur.
Bunun üçün istər virtual,
istərsə də çap formada onlarla yorulmadan mübarizə aparılmaldır. Erməni lobbisi əlindən
gələni edərək uydurma faktlar əsasında kitablar çap etdirib xarici ölklərdə yayır. Ona görə də biz erməni yalanlarının
ifşa olunması, xalqımıza qarşı törədilmiş soyqırımlarla bağlı təbliğata
çox geniş yer verməliyik. Təqdirəlayiq haldır
ki, bu gün
Azərbaycanın
ziyalıları, tədqiqatçıları, ümumiyyətlə qələm adamları bu istqamətdə işlərini gücləndiriblər. Bu
baxımdan Milli Məclisin
üzvü,
122 saylı Xankəndi seçki dairəsini təmsil edən Həvva Məmmədova da durmadan ciddi tədqiqat işləri aparır və demək
olar ki, onun ildə bir kitabı çap olunur.
“Paritet”-in əməkdaşı
ilə söhbətində
birldirdiyinə görə,
xaqlımızın köçkün
halına salınması,
terrora, soyqırıma
məruz qalması onu da bir
ziyalı kimi narahat dirdi. Buna
görə də o qərara gəlib ki, hər şeydən
əvvəl yaşadığımız
bu ağır dövürlərin, başımıza
gələn fəlakətlərin
elmi tədqiqatını
aparsın. Xanım millət
vəkilinin bu istiqamətdə 5 kitabı
nəşr olunub.
Həmin
kitablar haqda qısa məlumatı dəyərli oxucularımıza
təqdim edirik.
Birinci kitab:
“Qarabağın General-Qubernatorluğunun
erməni təcavüzünə
qarşı mübarizəsi
tarixindən səhifələr”.
1999-cu ildə çapdan çıxıb.
Kitabda Azərbaycan
Xalq Cümhuriyyəti
dövründə Dağlıq
Qarabağda erməni seperatizminə qarşı
görülən işlərdən
danışılır. Məlum olduğu
kimi AXC tərəfindən
1919-cu ildə Qarabağ
General-Qubernatorluğunun yaradılması
haqda qərar qəbul edilib. Elə həmin il yanvarın
29-da görkəmli siyasi
və dövlət xadimi Xosrov bəy
Sultanov general-qubernator
təyin edilib. Müəllif kitabda bu qubernatorluğun Dağlıq
Qarabağda baş qaldırmış ermənilərə
qarşı mübarizəsi
haqda geniş açıqlama verib.
H.Məmədovanın fikrincə ,AXC dövründə bu
general-qubernatorluq yaradılmasaydı
Dağlıq Qarabağın
o zaman məhv edilmək və tamamilə erməniləşdirilmək
təhlükəsi var
imiş: “ Dağlıq
Qarabağda yaşayan
azərbaycanlıların köçkünlük,
qaçqınlıq, qanlı
terrora məruz qalmasının əvvəli
1905-6-cı illərdə qoyulmuşdu.
İlk zamanlar bu, erməni-müsəlman
davası kimi qələmə verilmişdi.
Amma arxiv sənədləri, tədqiqatlar göstərir
ki, ermənilərin başladığı mübarizə
heç də erməni-müsəlman davası
yox, ermənilərin ən böyük ərazi iddiası, bu iddia əsasında
Dağlıq Qarabağı
Ermənistana birləşdirilmək
və azərbaycanlıları
buradan çıxarmaq”.
İkinci kitab:
“Xocalı- şəhidlər,
şahidlər”. 2003-cü ildə çapdan çıxıb. 2006-cı
ildə isə rus və ingilis
dillərinə tərcümə
edilib. 1992-ci ildə fevralın 25-dən
26-na keçən gecə
dünyada analoqu olmayan faciəni Azərbaycan xalqı Xocalıda yaşadı.
Ən ağır əsirilikdən
qayıtmış insanların
taleyi bu kitabda qələmə alınıb. Kitabın özəlliyi
budur ki, ilk dəfə olaraq Xocalı şəhidlərinin
tam siyahısı burada
dərc olunub. Bundan başqa həmin gecə büsbütün
məhv olmuş 8 ailə haqda bütün faktlar burada qeyd edilib.
“Xocalıdan bu
gün həm şahidlər, həm də şəhidlər
var. Sağ qalan hər kəs tarixə, o müdhiş gecəyə şahid olan insanlardır”, deyə millət vəkili kitab haqda danışarkən bildirdi.
Yeri gəlmişkən son zamanlar ermənlər müxtəlif saytlarda bu kitabdakı bir şəklin guya Kosovoda çəkilmiş
şəkil olduğunu
iddia edirdilər. Bunun ermənilərin
növbəti təxribatı
olduğunu deyən H.Məmmədova bu şəkilin şək-şübhəsiz
Xocalı faciəsindən
çəkilmiş şəkil
olduğunu dedi: “Şəkildəki insanın
bir oğlu və iki nəvəsi
həmin gecə şəhid olublar. Mən
internet səhifələrində bunun haqqında məlumat verdim. Onun sağ qalan
bir oğlu, dörd qızları var. Onlar haqqında da məlumat verdim ki, əgər
kimsə maraqlansa erməni yalanlarının
bir daha şahidi olsun”.
Üçüncü
kitab: “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yuxarı
Qarabağda siyasi vəziyyət. Erməni terrorizminin güclənməsi
(191801920)”. 2006-cı ildə
çap olunub. Müəllifin sözlərinə görə, bu kitab demək olar ki, sırf
arxiv materialları əsasında işlənib.
Kitabda AXC dövrndə
Yuxarı Qarabağda siyasi vəziyyətin gərginləşməsi, ermənilərin
bu ərazidə seperatçı fəaliyyətindən
bəhs olunub: “Belə gərgin vəziyyətdə 1918-ci il də mart hadisələri baş verdi. Mart hadisələrinin
də dermək olar ki, ilk əvvəli
Qarabağdan başlamışdı.
Ermənilər hər
il Novruz
bayramını qara etmək üçün qanlı terror törədirdilər.
Belə bir vəziyyətdə
AXC-nin Dağlıq Qrabağda gördüyü
ən böyük tədbirlərdən biri
Mart soyqırımının araşdırmaq üçün
Fövqəladə Komissiya
yaratmasıdır. Kitabda
bunlar da göstərilib”
Dördüncü kitab: “Xocalı soyqırımı”.
2009-cu ildə ingilis dilində çap olunub. Kitabda Xocalı soyqırımı
ilə bağlı statistik məlumatlar, erməni əsirliyindən
qayıdan şəxslərin
söhbətləri, erməni
vəhşiliyi barədə
qeydlər öz əskisini tapıb.
Bu kitabın ABŞ-ın
4 ştatında təqdimatı
keçirilib. Ümumiyyətlə, ABŞ-da bu kitab
çox geniş yayılıb, o cümlədən
digər ölklərə
də göndərilib.
Hazırda kitabın Almancaya çevirilməsi
istiqamətində iş
gedir. Həvva xanım bildirdi ki, Xocalı faciəsi ilə bağlı hər il yeni əsərlər yazmaq qərarına gəlib:
“Son zamanlar eməni millətçiləri Xocalını
da öz torpaqları kimi göstərirlər. Mənim 2009-cu ildə qarşıya qoyduğum məqsədlərdən
bir də bu oldu ki,
Xocalıda əsirlikdən
qayıtmış qadınların
taleyini onların öz adı ilə bağlayım”.
Beşinci kitab:
“Azərbaycan Respublikasının
xarici siyasətindən
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi”
.2009-cu ildə çap
olunub. Kitabda Dağlıq Qarabağın
tarixinə böyük
ekskursiya edilib. Eyni zamanda Dağlıq Qarabağ münqişəsinin
həlli ilə bağlı ATƏT-in
Perspektiv planda
olan
kitablar: Bu istiqamətdə
tədqiqatlarını davam
etdirən H.Məmmədova
hazırda əsirlik həyatı yaşamış
insanların taleyi ilə bağlı kitab yazdığını
dedi: “Bütün baş verənlərin onların öz adı ilə yazılmasına ehtiyac
var. Hesab edirəm ki, mənim hələ əsrlikdən qayıtmış
insanlara bağlı yarımçıq qalmış
işlərim var. Mən
hazırda da bu işlərimi davam etdirirəm”.
Həmsöhbətimizin
fikrincə, bu gün dünyanın dilində tərcümə
olunmuş kitablara ehtiyac var: “O qədər də qalın kitabların yazılmasına ehtiyac yoxdur. O kitablar ki, insanlar əllərinə
götürəndə oxuya
bilsinlər. Hər hansı bir
məlumat əldə
edəndə təəssüflənsinlər,
ermənilərin necə
terrorist millət olduqlarını
bilsinlər. Ermənilər nəinki insana qarşı terror aparan millətdir. Onlar xarici
ölkələrdəki kitabxanalardan
kitablarımızı götürüb
yandırlar. Yüksək məbləğdə pul xərcləyərək Azərbaycandan
gələn kitabların
qarşısını almaq
üçün terror işləri
görürlər”.
O
təkif etdi ki,
erməni təbliğatının
qarşısının alınması
üçün əcnəbi
müəllif və tədqiqatçılar ölkəmizə
dəvət olunmalıdır:
“Onlarla birlikdə kitablar yazılmalıdır.
Çünki Azərbaycan
arxivi açıqdır,
Ermənistan arxivi kimi bağlı deyil. Ermənistanda çıxan kitablar
erməni xalqını
faciəyə aparır.
Bu gün uydurma
yazılara görə
ermənilər öz
tarixlərinə yox, tarixçilərinə borcludurlar”.
Fuad HÜSEYNZADƏ
Paritet.- 2010.- 22-24 may.- S. 6.