Ermənilər Laçın ərazisindəki 300-ə yaxın toponim və yer adını dəyişiblər

 

Laçın rayonu Azərbaycanın cənub-qərbində dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı, qərbdən isə indiki Ermənistanla həmsərhəddir.  Laçın rayonu coğrafi baxımdan Azərbaycanın mühüm strateji və tarixi-mədəni əhəmiyyətə malik bir ərazisidir.   Azərbaycanın İşğal Olunmuş Ərazilərinin Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin yaydığı hesabatda bildirilir ki, Laçın torpaqlarını İşğal etdikdən sonra ermənilər, xüsusi ilə ABŞ-dan daxil olan maliyyə vəsaitləri hesabına bu ərazilərdə toponimlərin, inzibati yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi ilə başlanan yeni anormal bir fəaliyyətə  başladılar. Belə ki, işğaldan sonra ermənilər bu ərazilərdəki 300-ə yaxın toponim və yer adlarını dəyişdilər, Laçın şəhərində və Zabux kəndi ərazilərində 3 erməni kilsəsi inşa etdilər. 30 alban dövrü sovmə və bazilikaların üzərindən tikilmə tarixini götürdülər, 20 ədəd müxtəlif dövrlərə aid daş yazı nümunələrini İrəvan şəhərindəki Matadaran Muzeyinə apardılar. 200-ə yaxın bədii dekorativ xaç nümunəsi yonularaq qəbistanlıqlarda, abidələrin ətraflarında, istirahət zonalarında yerə basdırıldı, bu proses indi də davam etdirilir. 70 kənd qismən 55 kənd isə tamamilə dağıdıldı.

Qeyd edək ki, adıçəkilən təşkilat tərəfindən Laçın rayonunda 276 tarix və mədəniyyət abidəsi qeydə alınıb. Onlardan 135 memarlıq, 62 arxeoloji abidələr, 75 dekorativ tətbiqi sənət nümunəsi, 1 Rayon tarix diyarşunaslıq muzeyi, 1 şəkil qalareyası, 1 Sarı Aşıq adına ədəbiyyat muzeyi, 1 Mişni kəndində  muzey qeydə alınıb.

Hesabatda bildirilir ki, işğala qədər rayonda 133 idarə və müəssisə, o cümlədən 23 tikinti və 16 sənaye müəsisələri, asfalt-beton zavodu, fəaliyyət göstərirdi. Yevlax - Naxçıvan avtomobil yolu rayonun ərazisindən keçirdi. Laçında bir avtovağzal, 82 avtobus dayanacağı, 2130 km, uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km su kəməri, 33 su anbarı, camaşırxana, 15 km uzunluğunda kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaqdoldurma stansiyası, 2636 km elektrik hava xətləri, 498 km, qaz kəməri, 10200 km radio-telefon komunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər mövcud olub.

Rayonda məktəbəqədər müəssisədə xeyli sayda uşaq tərbiyə olunurdu. 17 ibtidai, 36 səkkizillik, 36 orta məktəbdə 14652 uşaq təhsil alırdı. Rayonda 54 klub müəssisəsi, 67 kitabxana, 34 kinoqurğu fəaliyyət göstərirdi. Laçında 470 çarpayılıq 13 xəstəxana, 30 feldşer-mama məntəqəsi, sanitar-epidomoloji stansiya, 52 həkim 287 orta tibb işçisi var idi.

Qeyd edək ki, rayonda ermənilərin işğalına qədər 23 sovxoz fəaliyyət göstərirdi. Kənd təsərrüfatına yararlı sahə 76 min hektardır ki, bunun da11,1 hektarı şum yeri, 0,3 min hektarı çoxillik bitkilər, 5,2 min hektarı biçənəklər, 56,7 min hektarı otlaqlardır. 10 min hektar əkin sahəsinin 33%-də dənli və paxlalı bitkilər, 67%-də yem bitkiləri əkilirdi. Rayonun ərazisində 46,2 min qara mal, 205,9 min baş davar bəslənirdi. Bir kökəltmə birliyi yaradılmışdı. Laçında Yağ-pendir, məişət xidməti kombinatları, çörək, süd zavodları, Respublikanın Dövlət Kənd Təsərrüfatı İstehsal - Texniki Təminat Komitəsinin rayon şöbəsi var idi.

Rayonun cəmi torpaq sahəsi 166488 hektar olub ki, ondan da 75781 hektarı kənd təsərrüfatına yararlı, 12102 hektarı isə əkin yeri idi. Həmin torpaqlardan 1515 hektarı sututar torpaqlardan ibarət idi. Rayon ərazisinin 927 hektarını həyətyanı, 33205 hektarını meşə, 72000 hektarını yaylaq sahələri təşkil edirdi.  Laçın rayonunda əhalinin sıxlığı hər kvadrat km-ə 36 nəfər, hər sakinə 18 kvkm sahə düşür.Rayonda şəhər, qəsəbə və 125 kəndin bazasında 48 şəhər, qəsəbə və kənd inzibatirazi vahidləri üzrə nümayəndəliklər fəaliyyət göstərirdi.

Dünyada ən nadir ağac sayılan qırmızı dəmir ağac, qırmızı palıd, eldar şamı meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, boyaq və müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri var idi.

Qeyd edək ki, Laçında zəngin faydalı qazıntı yataqları və mədənləri də mövcuddur. Rayonda ümumi civə ehtiyatı 1124, 0ton olan üç Nazranlı, Çilgəzçay, Sarıbulaq mədənləri, ehtiyatı 2533 min m3 olan və istismara cəlb edilən, üzlük daşı istehsalına yararlı Hoçaz mərmərləşmiş əhəngdaşı, ümumi ehtiyatı 5125 min m3 olan mişar daşı istehsalına yararlı 2 Ağoğlan və Əhmədli tuf mədəni, təbii ehtiyatı 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatı 998 min m3 olan və kərpic - kirəmid istehsalına yararlı Novruzlu gil yatağı, ehtiyatı 2144 min m3 olan Quşçu Rmza mədəni, ehtiyatı 15794 min m3 olan  Yuxarı Həkəriçay qumm - çınqıl qarışığı yatağı, ümumi ehtiyatı 10449 min ton otan üç vulkan külü, istismar ehtiyatları 4300 min m3/gücolan Minkənd mineral su yataqları var.

Laçın rayonunun Alıcan kəndindən başlayaraq şimal-qərb istiqamətində yan suxurları yararaq üzə çıxan maqmatik suxurlara Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tığik, Turş-Tığik, Nurəddin kənd əraziləri malikdir. Nağdalı, Mirik, Əhmədli, Hacıxanlı, Minkənd  ərazilərində isə narzan tipli müalicə əhəmiyyətli bulaqlar mövcuddur. İpək uran yataqları ilk dəfə 1974-cü ildə Sovet arxeoloqları tərəfindən kəşf edilmişdi.

Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Nadir Abdullayev Laçının işğalı nəticəsində Azərbaycana 7,1 milyard dollar məbləğində maddi ziyanın dəydiyini deyib. Laçının qədim mədəniyyət, memarlıq və dini abidələrlə zəngin olduğunu söyləyən natiq, bu abidələrin hamısının ermənilər tərəfindən qarət edildiyini, erməniləşdirildiyini vurğulayıb: “Digər işğal olunmuş ərazilərlə müqayisədə Laçın rayonunda erməniləşdirmə daha çox aparılıb. 10 mindən çox erməni Laçında məskunlaşdırılıb, adı dəyişdirilib, erməni kilsələri tikilib”.

 

Laçın haqqında yeni sayt

 

“İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi   Laçın rayonu   haqqında yeni  http://mylachin.wordpress.com sayt/bloq istifadəyə verib

 “İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi bu ilin sonuna qədər Azərbaycanın işğal altında olan bütün rayonlarına həsr olunmuş sayt/bloqlar istifadəyə verəcəkdir. Nəzərinizə çatdıraq ki, bu bloqların yaradılması “Mənim Qarabağım, mənim Azərbaycanımdevizi altında həyata keçirilir.Qeyd edək ki, artıq İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi Azərbaycan həqiqətlərinin dünyaya təbliği üçün 10-dan artıq bu qəbildən olan layihəyə müəlliflik edib.

 

Sumqayıt hadisələri haqda kitab və saytın təqdimatı olub

 

 Dünən vəkil Asaln İsmayılovSumqayıt - SSRİ-nin süqutunun başlanğıcı” kitabının və “Sumgayit1988.comsaytının təqdimatını keçirib.

Təqdimat zamanı A. İsmayılov deyib ki, bilavasitə şahidi oldugu 1988-ci ilin Sumqayıt hadisələri ilə bağlı Azərbaycan SSR Ali Məhkəməsinin 1989-cu ildə Bakıda keçirilmiş iclasında dövlət ittihamını müdafiə edən prokuror olub və sonralar Sumqayıt hadisələri barədə gördükləri-eşitdikləri haqqında kitab yazmaq qərarına gəlib: “Amma uzun müddət bu ideyanı özümə çox da yaxın buraxmamışam. Ona görə ki, əvvəla, hər iki xalqın köhnə yaralarını təzələmək istəməmişəm, ikincisi də hesab etmişəm ki, bu, daha çox tarixçilərin işidir. Ancaq ötən illərdə baş verənləri bir daha götür-qoy edəndən sonra əvvəlki mövqeyimə yenidən nəzər salmalı oldum. Saysız-hesabsız erməni siyasətçiləri, peşəkar və həvəskar publisistlər, ermənilərə lobbiçilik edənlər Azərbaycana və azərbaycanlılara maraq göstərən hər kəsi vahiməyə salmaq üçün Sumqayıt hadisələrini qorxunc bir vasitəyə çevirmişdilər.

Bu spekulyasiyalar nəticəsində həmin hadisələrin bilərəkdən saxtalaşdırıldığı minlərlə kitab, məqalə, televiziya verilişi və saytlar ortaya çıxıb. Yeganə məqsəd isə bütün bu hadisələrin təqsirini, özü də ən vicdansız formada bütövlükdə Azərbaycan xalqının üzərinə yıxmaq idi. Vaxt gələcək, tarixi saxtakarların sələfləri bu saxta materialları arxivlərdən çıxaracaq və “başıbəlalı erməni xalqı”nın bu dəfə artıq Sumqayıtda məruz qaldığı “soyqırımhaqqında yeni bir uydurmanı beynəlxalq ictimaiyyətə təqdim edəcəklər”.

1915-ci ildə Türkiyədə baş vermiş hadisələrin hamıya yaxşı məlum olduğunu vurğulayan Aslan İsmayılov istər o illərdə, istərsə də sonrakı dövrdə Türkiyə tərəfinin faktiki olaraq susduğu bir şəraitdə erməni millətçilərinin dərc etdirdiyi on minlərlə kitab və məqalənin doğurduğu əks-sədanı misal çəkib: “Hesab edirəm ki, Sumqayıt hadisələriylə bağlı bitib-tükənmək bilməyən bu yalan, böhtan, uydurmalar axınına qarşı sənəd və sübutlarla əsaslandırılmış araşdırmalar təqdim edilməli, Sumqayıt hadisələrini qızışdıranların hər birinin rolundan və hakimiyyət orqanlarının davranışından tutmuş, yüksək sovet instansiyalarının bu hadisələrə aşkar müdaxiləsinə qədər bütün məqamlar açıqlanmalıdır”.

Asmayılov qeyd edib ki, bu gün Azərbaycan tərəfi hərəkətə gəlməsə, Sumqayıt hadisələri də əleyhimizə çevriləcək əsas ideoloji silahlardan biri olacaq: “Məni - hazırda vəkillik fəaliyyəti ilə məşğul olan bir şəxsi əlimə qələm götürməyə sövq edən də məhz bizi gözləyən bu təhlükənin qarşısını vaxtında almaq istəyidir. Oxuculardan xahişim odur ki, bu kitaba ədəbi təcrübə kimi yanaşmasınlar. Mən sadəcə olaraq Sumqayıt hadisələriylə bağlı iş üzrə prokuror kimi şahidlik edirəm və yalnız bəzi şəxsi mülahizələrimi bildirirəm”.

İsmayılov Aslan Ziyəddin oğlu 1958-ci ildə Gürcüstanın Qardabani şəhərində anadan olub. 1975-1977-ci illərdə Rusiyanın Krasnodar şəhərindəki kompressor zavodunda tornaçı (tokar) işləyib. 1983-cü ildə Kuban Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirib.

 

 

Səbuhi ŞƏLDIYEV ,

 

Babək CAHANDAROV

 

Paritet.-2010.- 27-31 may.- S. 7.