Skripkanı dilləndirən gənc musiqiçi

 

Bu dəfə onun ifası Mərakeş tamaşaçılarının rəğbətini qazanıb

 

 Azərbaycanda son illər gənc və istedadlı musiqiçilərin sayı artır.  Belə ki, gənc musiqiçilər öz istedadlarını Azərbaycanla yanaşı, bir sıra beynəlxalq festivallarda da çıxış edərək göstərirlər və ölkəmizin adını yüksəklərə qaldırırlar.  Belə istedadlı gənc musiqiçilərdən biri də  skripkaçı Səlim Abbasovdur. Səlim skripkanı əlinə götürdükdə  sanki elə bil başqa bir aləmə düşür, musiqi  onu elə dinləndirir ki,   o da skripkanı dinamik hərəkət etdirərək hər kəsin qəlbini riqqətə gətirir. Eyni zamanda  Səlim mahnı da bəstələyir.

Onun  dediyinə görə musiqiyə həvəsinin artmasında ailə üzvlərinin rolu var:  Mən musiqiçi ailəsində dünyaya göz açmışam. Atam qarmon ustası olduğundan belə deyərdim ki, ilk musiqi təhsilimi də elə ondan almışam. Yəni musiqinin əlifbasını atamdan öyrənmişəm. Atamla  tez-tez  birgə konsert proqramlarına, el şənliklərinə qatılardım və maraqla musiqiçilərin ifasını dinlərdim. Mən nədənsə  kiçik yaşımdan kamançaya maraq göstərdim. Bunun üçün də məni valideynlərim musiqi məktəbinin  kamança sinfinə qoydular”. Kamança sinifində çox böyük həvəslə təhsil almaqla yanaşı,   Azərbaycanda keçirilən müsabiqələrdə iştirak edərək  yüksək yerlərə layiq görülüb:” Orta məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi kollecinə daxil oldum və həmin vaxtdan etibarən dövlət tədbirlərinə də dəvət almağa başladım. Bu müddət ərzində ustad tarzən Ramiz Quliyevlə, onun oğlu Əyyub Quliyevlə birlikdə konsertlərdə çıxış edirdim. Daha sonra Milli Konservatoriyanın kamança sinfinə qəbul oldum.  Ancaq skripka alətinə olan marağım  səbəb oldu ki, mən paralel olaraq  kamança ilə  eyni vaxtda  skripka dərsləri də alım”.

Gənc olmasına baxmayaraq hazırda pedaqoji fəaliyyətlə məşğul olan S.Abbasov bildirdi ki, hər iki sahə üzrə təhsilini əla qiymətlərlə başa vurduğu üçün Milli Konservatoriyada, Siyavuş Kəriminin rəhbərliyi altında müəllim kimi çalışır:”Əlbəttə, gənc yaşında pedaqoq kimi çalışmağında məsuliyyəti böyükdü. Amma çalışıram ki, layiqincə bu fəaliyyətimi də yerinə yetirim. Skripkaçı gənc olmasına baxmayaraq, artıq istedadının gücü ilə musiqi aləmində özünəməxsus yeri  ilə seçilir.  Belə ki, onun ifası ictimaiyyətlə yanaşı,  görkəmli sənətkarlarında da diqqətini cəb edib. O, həmçinin ifası ilə  Azərbaycanın  görkəmli və məşhur sənətkarı, xalq artisti   Zeynəb Xanlarovanın da rəğbətini qazanıb. Artıq S. Abbasov görkəmli sənətkarla birgə çalışır. Musiqiçi Z. Xanlarova ilə tanışlıqlarından və onun ansamblında çalışması haqqında danışaraq bunları dedi: “Artıq neçə illərdir ki, qarmon ustası Aftandil İsrafilovla birlikdə çalışıram. Bir gün Aftandil müəllim məni özümə heç nə demədən Heydər Əliyev adına Saraya dəvət etdi. Orada məni böyük sənətkarımız Zeynəb Xanlarovayla tanış etdilər. Demə, Zeynəb Xanlarova mənim ifamı efirdən izləyib və bəyənibmiş. Buna görə də mənim onunla birgə çalışmağımı istəyib. Və mənə elə gəlir ki, elə birinci görüşdən Zeynəb xanımın rəğbətini qazana bildim. Həmin vaxtdan Zeynəb xanımın ansamblında çalışıram, onunla birlikdə konsertlərdə çıxış edirəm. Hətta Zeynəb Xanlarovanın İstanbulunBostançı” mərkəzində təşkil olunmuş möhtəşəm konsertində  mən görkəmli sənətkarımızı müşayiət etdim. Zalda böyük bir coşqu vardı. Konsertdən sonra hər kəs yaxınlaşıb deyirdi ki, belə bir möhtəşəm proqramı uzun illər öncə Zeynəb Xanlarovanın konserti zamanı izləmişdik”.

O, ifası ilə bir sıra xarici və yerli dövlət xadimlərinin  də rəğbətini qazanıb.  O hər zaman yaddaşında qalacaq bir xatirəni danışdı:”Bunu mən bütün müsahibələrimdə qeyd etmişəm. Moldova prezidenti Azərbaycanda səfərdə olarkən onun şərəfinə Muğam Teatrındakı ziyafətə dəvət almışdım. Ziyafət bitəndən sonra möhtərəm prezidentimiz İlham Əliyev Moldova rəhbərinin mənim ifamı bəyəndiyini qeyd etdi. Təbii ki, bu hadisə mənim üçün unudulmazdır. Çünki ölkə prezidentindən öz ifası haqqında yüksək fikirlər eşitmək hər sənətçiyə nəsib olmur”.

Nədənsə efirlərdə az-az görünürsünüz. Səbəb nədir?” sualını  gənc musiqiçi belə cavablandırdı:”Bilirsiniz bu  gün sənət aləmində sponsorsuz, yaxşı prodüsersiz populyarlıq qazanmaq çətindir. İfaçı efirdə müntəzəm görünmək üçün kifayət qədər maliyyə vəsaiti tələb olunur. Amma yaxşı ki, bu gün mənim kimi sənətçiləri təmənnasız efirə dəvət edən kanallarımız da var. Hazırda gələcək sənət fəaliyyətimlə bağlı müəyyən planlarım var. Elə bilirəm ki, onları həyata keçirsəm, sənət aləmində daha da irəliyə gedəcəyəmfalarımdan ibarət albom üzərində çalışıram. Klip çəkdirmək niyyətim də var”.

S.Abbasov həm skripkaçı kimi, həm ifaçı və həm də  bəstəkar kimi də tanınır. Belə ki,  onun bəstələdiyi  bir mahnı  əcnəbi ifaçı tərəfindən  ifa olunub. Bu haqda danışan gənc və istedadlı musiqiçi bildirdi ki,  suriyalı müğənni onun musiqisini ifa edib:” Bakıda keçirilən Beynəlxalq Muğam Festivalında iştirakçı olan suriyalı Rebal mənim ifamda   həmin musiqini çox bəyənib və mənə  işbirliyi təklif etdi.Suriyalı muğam ifaçısı mənim yazdığım musiqinin üstünə sevgilisinə həsr etdiyiQışda” şeiri ilə mahnı yazdırıb. Rebal mahnını repertuarına salmaq üçün mənimlə  internet vasitəsilə razılaşma imzalayıb. Mənə pul təklif edilsə də, götürmədim. Musiqinin müəllifi kimi adımın göstərilməsi ilə qane oldum. Yazdığım musiqinin xaricdə təbliğ olunması sevindirici haldır.

Məlumat üçün bildirək ki, bu günlərdə  Mərakeşdə keçirilən Azərbaycan Mədəniyyət Günlərində  ölkəmizi bir sıra gənc ifaçılar təmsil edib ki, onlardan biri də  istedadlı, gənc skripkaçı  Səlim Abbasov olub. Ounun sözlərinə görə orada da ifası xüsusi bir maraqla qarşılanıb:” Nəinki mənim, ümumilikdə Mərakeşdə çıxış edən digər istedadlı sənətçilərimizin də ifaları xüsusi rəğbətlə qarşılandı və ordan xoş təəssüratla qayıtdıq. Bundan sonra da öz yaradıcı potensialımdan istifadə edərək Azərbaycanın adını ifamla yüksəklərə qaldıracam”.

 

 

GÜNAY

 

Paritet.- 2010.- 4-5 noyabr.- S. 12.