Bayrağımız qürur mənbəyimizdir

 

Zəngin tarixi irsdən yaranaraq uğrunda on minlərlə insanın canından keçdiyi üçrəngli bayrağımız dövlətimizin müstəqilliyinin, suverenliyinin rəmzidir. Üçrəngli milli bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. 1918-ci il noyabrın 9-da Bakı şəhərində Fətəli Xan Xoylunun sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasındayaşıl, qırmızı mavi rənglərdən, aypara səkkiz guşəli ulduzdan ibarət olan bayraqdövlət bayrağı kimi qəbul edilib.

Bayrağımızın üçrəngli olması ideyasının müəllifi isə görkəmli Azərbaycan ziyalısı Əli bəy Hüseynzadə olub. Ay-ulduzlu üçrəngli bayraq onun düşüncələrini əks etdirirdi. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi, yaşıl rəng isə dinimizə bağlılığın nişanəsi idi.  1920-ci ilin 28 aprelində Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra üçrəngli dövlət bayrağımız yasaq edildi. Əvəzində bolşevik ideologiyasının məhsulu olan qondarma bayraq dövlət atributu kimi xalqımıza sırındı. 70 il ərzində müqəddəs bayrağımızın xiffətini çox çəkdik. Ondan ötrü vətəndən sürgün edilənlər, qərib diyarlardaməmləkətim, millətim, bayrağım” - deyə, dünyadan vaxtsız köçənlər oldu.

  Üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər ulu öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvan Ali Məclisinə rəhbərlik edən ümummilli lider Heydər Əliyev əsl vətənpərvərlik, lider təəssübkeşliyi ilə dövlət müstəqilliyinin qazanılması milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak edirdi. Respublikada geniş vüsət almış milli azadlıq hərəkatı dövründə xalqda milli heysiyyəti, özünüdərki gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə atılıb. Belə ki, Naxçıvan Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunmuş, Naxçıvan MSSR-in adındansovetsosialistsözləri çıxarılmış, onun Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdi. Sessiyada həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərar qəbul edildi. Muxtar respublikanın ali orqanı üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırdı. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Soveti həmin vəsatət əsasındaAzərbaycan Respublikasının Dövlət bayrağı haqqındaQanun qəbul etdi.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə respublika hakimiyyətinə qayıtdıqdan sonra ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edildi. Konstitusiyanın 75-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir vətəndaş dövlət rəmzlərinə - bayrağa, gerbə himnə hörmət etməlidir. Bundan əlavə, ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixliAzərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqındasərəncamı dövlət atributlarının təbliği baxımından mühüm addım idi.

Bu gün ümummilli liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Dövlətimizin başçısı 2009-cu ilin 17 noyabrında imzaladığı sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il) tarixiniAzərbaycan Respublikasının Dövlət Bayrağı Günükimi təsis edib. Keçmişimizə, milli dəyərlərimizə, tarixi-mədəni irsə yüksək qayğı ilə yanaşan Prezident İlham Əliyevin bu sərəncamının əsasında, ilk növbədə, milli bayrağa, onun fəlsəfəsinə yüksək hörmət, vurğunluq dayanıb. 2010-cu ildən başlayaraq noyabrın 9-u hər il respublikamızdaDövlət Bayrağı Günükimi qeyd olunacaq.

Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanı üçün Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında müvafiq yerin ayrılmasını təmin etdi, 2007-ci il 30 dekabr tarixdə paytaxtın bu unikal tikilisinin layihəsi ilə tanış olaraq təntənəli təməlqoyma mərasiminə qatıldı. 2010-cu il sentyabrın 1-də isə Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi oldu.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının “Trident Support” şirkəti tərəfindən hazırlanmış layihənin icrasını AzərbaycanınAzenCoşirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün in-frastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici yerli mütəxəssislər həyata keçiriblər.

İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. “Ginnesdünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırıb, onun görünüşünə əlavə çalarlar qatıb. Prezidentin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi yaradılıb.Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində geniş nitq söyləyən Prezident bu möhtəşəm layihəyə Azərbaycanın dövlət müstəqilliyinin göstəricisi kimi yüksək dəyər verib: Belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına!”

Bu gün Azərbaycanın üçrəngli Dövlət bayrağı ayrı-ayrı dövlət qurumlarının, diplomatik nümayəndəliklərin binaları üzərində ucaldılır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər məclislərlə yanaşı, ictimai-siyasi toplantılarda, kütləvi-mədəni, siyasi-iqtisadi tədbirlərdə, idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. İdmançılarımızın müxtəlif ölkələrdəki hər qələbəsi şərəfinə ucaldılan bayraq hər bir azərbaycanlının qəlbində böyük sevinc, iftixar hissləri doğurur. Dövlət bayrağının Bakı şəhərinin ən möhtəşəm guşəsində - analoqu olmayan hündürlükdə dalğalanması da xalqda milli özünüdərk müstəqillik ideallarını, həmrəylik duyğularını gücləndirir. Dövlət Bayrağı Meydanı dövlətçiliyimizin keçdiyi şərəfli tarixi nümayiş etdirməklə yanaşı, xalqımızın müstəqil dövlətini qorumaq, inkişaf etdirmək, yaşatmaq əzmini göstərir.

 

 

MURAD

 

Paritet.- 2010.- 8 noyabr.- S. 16.