İKT-yə əsaslanan milli təhsil modeli
“Azərbaycan təhsili İKT-nin sistemli tətbiqinin
templərinə görə nəinki region ölkələrini,
hətta bir sıra Avropa ölkələrini də üstələyir”
Bu gün dünyada belə bir fikir var ki, informasiya və
kommunikasiya texnologiyalarına (İKT) malik olmadan, heç bir nəzəri
metodologiyanı praktikada tətbiq etmək olmaz. Ola bilsin
ki, biz yüksək biliyə və materiallara malik olaq, amma
praktika da onu tətbiq etmək üçün İKT sistemlərinə,
avadanlıqlarına, məlumatların idarə olunmasına,
müasir poroqram təminatı, serverlərə və s. malik
olmaq lazımdır. Məhz buna görə də
Prezident İlham Əliyev Azərbaycanda İKT-nin tətbiqini
prioritet məsələ hesab edir.
İKT-nin təhsildə
tətbiqi Azərbaycan
vətəndaşlarının müasir biliklərə və
bacarıqlara malik olan yeni nəslinin formalaşmasına
birbaşa təsir edən yüksək mahiyyətli məsələdir.
Son illər təhsil sistemində İKT
infrastrukturunun inkişaf etdirilməsi və təhsildə
İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə
çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən
biri olub. Bu dövrdə təhsil sistemində
İKT-nin tətbiqi sahəsində müxtəlif layihə və
tədbirlər hazırlanıb həyata keçirilib ki, bu da
ölkənin təhsil sahəsində aparılan
islahatların çox vacib mərhələlərindən
biri olmaqla təhsil ocaqlarında İKT infrastrukturunun
qurulmasına yönəlib. Təsadüfi deyil ki,
ümummilli lider Heydər Əliyev tətəfindən
İKT-nin 2012-ci
illərə qədər cəmiyyətin müxtəlif sahələrində
tətbiqi ilə bağlı Mili Strategiya qəbul olunub. Həmin siyasi kursun davamı olaraq Prezident İlham Əliyev
tərəfindən də ölkəmizdə informasiya cəmiyyətinin
artıq praktiki müstəvidə, bir konkret fəaliyyət
planı çərçiivəsində icra olunması
üçün müəyyən tədbirlər həyata
keçirilir.
Məlum olduğu kimi ölkə
başçısı respublikamızda, ümumiyyətlə,
informasiya cəmiyyətinin qurulması ilə əlaqədar
bir “Elektron Azərbaycan Dövlət
Proqramı” qəbul edib. Proqramın icrasından əldə
olunan nəticələrin davam etdirilməsi və genişləndirilməsi
məqsədilə bu ilin avqustunda Prezident İlham Əliyev
“Azərbaycan Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər
üçün Dövlət Proqramı”nı
(Elektron Azərbaycan) təsdiqləyib. Dövlət
proqramı dörd əsas istiqamət üzrə
reallaşdırılacaq:bunlar
telekommunikasiya və poçt infrastrukturunun və xidmətlərinin
inkişafı, dövlət və yerli idarəetmə
orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi
və elektron xidmətlərin inkişafı, informasiya cəmiyyətinə
keçid üçün şəraitin yaradılması, eləcə
də İKT ixrac və rəqabətə
davamlılığın
gücləndirilməsidir. Dövlət
proqramında təhsil, səhiyyə, mədəniyyət, ədliyyə,
vergilər və digər sahələrdə ayrı-ayrı
dövlət qurumları tərəfindən həyata
keçirilməsi planlaşdırılan ölkə əhəmiyyətli
İKT layihələri daxil edilib. Xatırladaq
ki, Azərbaycan Prezidentinin sərəncamı dövlət
proqramının yerinə yetirilməsinin əlaqələndirilməsi
ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə
tapşırılıb.
Bununla yanaşı cəmiyyətin ayrı-ayrı
müxtəlif sahələrində də İKT-nin geniş tətbiqi
üçün müxtəlif proqramlar qəbul olunur. Və cəmiyyətdə təhsilin missiyası, təhsilin
üzərinə düşən vəzifələr çox
mühüm əhəmiyyətə malikdir. Təbii ki, təhsilin qarşısındakı vəzifələrin
həyata keçirilməsi, təhsilin bu günün tələblərinə
cavab verməsi məqsədilə İKT mühüm vasitə
rolunu oynayır. Məhz bu nöqteyi-nəzərindən
ilkin olaraq 2005-ci ilin avqustunda "Azərbaycan
Respublikasının ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə təminatı
Proqramı"na (2005-2007-ci illər) qəbul
olunub. Həmin
proqramın hədəfi orta ümumtəhsil məktəblərinin
kompüterləşdirliməsi idi. Xüsusən
də hər 29 şagirdə bir kompüterin düşməsi
bu proqramın qarşısında duran əsas vəzifələrdən
bir idi. Amma bildiyimiz ki, təkcə
kompüterləşdirmə ilə bu işləri bitirmək
olmaz. Çünki informasiya cəmiyyəti
təkcə kompüterləşdirmə ilə yox, eyni zamanda
bu kompüterlərin müasir bir şəbəkə
infrastrukturunda qoşulmasını təmin etməkdir.
Ona görə də Prezident İlham Əliyev bu zərurət
və əvvəlki görülmüş işlər nəzər
alınmaqla 2008-ci ilin iyun ayında “2008-2012-ci illərdə Azərbaycan
Resrublikasında təhsil sisteminin
informasiyalasdırılması uzrə Dövlət
Proqramı”nın təsdiq edilməsi haqda
sərəncam imzalayıb.
Dövlət proqram qeyd olunan məsələlərin
səmərəli və kompleks şəkildə həllinə
yönəlib. Proqramın əsas məqsədi
təhsilin bütün pillələrində müasir
informasiya və kommunikasiya texnologiyalarının səmərəli
tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil
mühitinin formalaşdırılması və bu zəmində
əhalinin bütün təbəqələri
üçün keyfiyyətli təhsil almaq imkanlarının
təmin edilməsi, habelə ölkənin təhsil sisteminin
dünya təhsil məkanına inteqrasiya olunması
üçün şərait yaradılmasıdır.
“Simsiz texnologiyalar tədrisin prinsipcə yeni bir səviyyəsində
qurulmasını təmin edə bilər”
İKT-nin təhsildə tətbiqi, eləcə də
adı çəkilən proqramın icrası
baxımından Təhsil Nazirliyi ilə Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi arasında səmərəli
əməkdaşlıq mövcuddur. Rabitə və
informasiya texnologiyaları naziri Əli Abbasov mediaya
açıqlamasında deyib ki, hazırda bu proqram çərçivəsində
əldə edilmiş aralıq nəticələr və nəzərdə
tutulan məqsədlər faktiki olaraq İKT-yə əsaslanan
Milli Təhsil Modelinin qurulması deməkdir: “Azərbaycan təhsili
informasiya kommunikasiya texnologiyalarının sistemli tətbiqinin
templərinə görə nəinki region ölkələrini,
hətta bir sıra Avropa ölkələrini də üstələməkdədir.
Artıq biz bu gün digər ölkələrin
planlaşdırdığı strategiyaları real olaraq həyata
keçiririk və bu, beynəlxalq səviyyədə
böyük maraqla qarşılanır. RİTN-nin
xaricdə iştirak etdiyi müxtəlif səviyyəli tədbirlərdə
biz İKT sahəsində digər maraqlı layhələrlə
yanaşı, təhsil sahəsində görülən
işləri həmişə nümunə kimi əcnəbi həmkarlara
təqdim edirik”.
Bildiyimiz kimi təhsil sisteminin
informasiyalaşdırılmasının əsas istiqamətlərindən
biri də infrastrukturun inkişafıdır. Bu prosesdə
RİTN və Təhsil Nazirliyi yaxından əməkdaşlıq
edərək regionda analoqu olamayan “Azərbaycan Təhsil Şəbəkəsi”ni (AZEDUNET) yaradıblar. Nazir Əli
Abbasov dövlət proqramı çərçivəsində
yaradılan AZEDUNET-in ölkəmizin təhsil sistemini vahid bir
informasiya məkanında birləşdimək məqsədi
daşıdığını vurğulayıb. Onun
fikrincə, AZEDUNET-in əsas məqsədi ölkənin bütün təhsil
ocaqlarını vahid yüksəksürətli internet şəbəkəsi
çərçivəsində birləşdirməkdən
ibarətdir: “Vahid təhsil şəbəkəsinin mövcudluğu
ölkə çərçivəsində təhsil
ocaqları arasında yüksəksürətli məlumat
mübadiləsini təmin etməyə imkan yaradıb və
bununla da milli elektron təhsil şəbəkəsinin
inkişafına təkan veriləcək, həmçinin məzmuna
çıxış daha da asanlaşacaq. Bundan əlavə
təhlükəsiz informasiya sistemlərinin fəal istifadəsi
ilə təhsil ocaqları ardıcıl surətdə internetə
çıxışla təmin olunur”. RİTN rəhbəri
bildirib ki, Azərbaycan Təhsil Şəbəkəsi təhsil
sisteminə dünya standartlarına uyğun bir sıra xidmət
və servisləri təqdim edəcək: “Artıq bu gün
biz bu servis və xidmətlərin bir hissəsini görə
bilərik. Azərbaycan Təhsil Şəbəkəsinin
yaradılması RİTN-nin birbaşa dəstəyi ilə həyata
keçirililir və şəbəkə üzrə işlərin
görülməsi üçün nazirliyimiz AZEDUNET-ə
yaxından kömək edir. Nazirlik bu istiqamətə
işi davam etdirmək üçün öz dəstəyini əsrigəməyəcək”.
O qeyd edib
ki, ümumiyyətlə infrastrukturun təkamülü təhsilin
inkişafına güclü təsir göstərib: “Distant tədris,
təhsil şəbəkələrinin yaradılması və
onların yüksək funksionallığı məzh infrastrukturun
inkişafı sayəsində mükün olub. Simsiz
texnologiyalar isə tədrisin prinsipcə yeni bir səviyyəsində
qurulmasını təmin edə bilər. Simsiz
texnologiyalar üzərindən qurulan tədris “hər yerdə,
hər zaman” məfhumu ilə xarakterizə edilə bilər”.
Bu ilin sonunadək 1000-ə yaxın təhsil müəssisəsi
AZEDUNET-ə qoşulacaq
Nəzər çatdıraq ki, AZEDUNET-ə
qoşulan məktəblərin sayı gündən-günə
artmaqdadır. Hazırda ölkənin 35
şəhərinin təhsil müəssisələri AZEDUNET-ə
qoşulub. AZEDUNET-in direktoru Səməd Abbasov qəzetimizə
bildirib ki, hazırda şəbəkəyə bütün
ölkə üzrə 600-dən artıq təhsil müəssisəsi
qoşulub: “300-dən çox təhsil müəssisəsi
Bakı və Sumqayıt şəhərlərində,
qalanları isə Azərbaycanın 33 şəhərində
yerləşir. Hər bir təhsil müəssisəsində
biz ilkin olaraq kompleks hazırlıq işlərini həyata
keçirirk. Buna bütün kompüter və
proqram təminatının standartlaşdırılması
aiddir. Daha sonra məktəbdə
bütün kompüter siniflərini, direktorun
otağını, müəllimlər otağını və
kitabxananı birləşdirən lokal şəbəkəni
quraşdırırıq. Bundan sonra isə
qoşulmanı təmin edirik”. Onun sözlərinə
görə, 2010-cu ilin sonunadək şəbəkəyə
qoşulmuş təhsil müəssisələrinin sayı
1000-ə yaxın olacaq. Bərdə, Tərtər,
Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Ağsu,
Ağdaş, Kürdəmir, Biləsuvar şəhərlərinin
qoşulması planlaşdırılır.
Təhsil
Nazirliyinin mətbuat xidmətində aldıımız məlumata
görə isə proqram çərçivəsində Məlumat
və Resurs Mərkəzi yaradılıb, 20 məktəbin
iştirakı ilə “Elektron məktəb” pilot layihəsinə
başlanılıb, Milli Təhsil Portalı yaradılıb
(www.edu.az) və s. işlər görülüb. Dövlət
proqramı çərçivəsində 5800 nəfər
inzibati-idarəetmə, 25180 nəfər pedaqoji və 800 nəfər
texniki heyət təlimlərə cəlb olunub. Ümumi olaraq proqram çərçivəsində
treninqlərdə 43 mindən artıq pedoqoji işçi
iştirak edib. Ümumiyyətlə, Azərbaycanda
təhsil sektorunda çalışan 170 min müəllimin
hamısının proqram çərçivəsində
İKT-nin tədrisdə tətbiqi üzrə treninqlərdə
iştirakı gözlənilir.
Bakı və
Sumqayıt şəhərlərinə 2005-ci ildə
verilmiş kompüterlərin 1500 ədədinin
modernizasiyası və onların regionlara göndərilməsi,
bu təhsil müəssisələrinə
götürülmüş kompüterlərin əvəzinə
yeni 1500 ədəd kompüterlərin verilməsi də
qarşıda duran vəzifələrdəndir. “Elektron
məktəb” layihəsinə regionlardan daha 10 məktəbin əlavə
olunması, “İntel” korporasiyası ilə birgə həyata
keçirilən “Bir şagird -bir kompüter” layihəsinin əhatə
dairəsinin genişləndirilməsi məqsədi ilə əlavə
1500 ədəd netbukların verilməsi nəzərdə
tutulub.
Qeyd edək ki, müəllimlərə
İKT üzrə biliklərin verilməsi “Mədəd” təşkilatı
tərəfindən həyata keçirlir. “Mədəd” təşkilatının
İcraçı direktoru Elbrus Zərbalıyevin sözlərinə
görə, treninqləri 250 nəfər
təlimçi və inzibati heyət aparır.
“İntel”, “Relief International”, “Microsoft”, HP, BMT-nin
İnkişaf Proqramı kimi təşkilatlarla əməkdaşlıq
edən “Mədəd” müəllimlərin İKT üzrə
biliklərinin təkmilləşdiriləsi üzrə beynəlxalq
təcrübəni Azərbaycana gətirib. Azərbaycanda təhsil
sahəsində çalışanların İKT üzrə
biliklərinin artırılması üçün beynəlxalq
tədris proqramları bazasında “Müəllimlərin
peşəkar səviyyəsinin təkmilləşdirilməsi”,
“İntel gələcək üçün təhsil”,
“Pedoqoji və inzibati-idarəetmə heyəti
üçün İKT-nin təhsildə tətbiqi və idarəetmə
sistemləri üzrə maarifləndirilməsi”, “Elektron məktəb”
kimi kurrikulumlar hazırlanmış və təlim prosesi məhz
onlar əsasında qurulmuşdur. Dövlət
proqramı çərçivəsində təhsil
işçilərinin İKT üzrə biliklərinin təkmilləşdirilməsi
Azərbaycanın müxtəlif regionlarında fəaliyyət
göstərən 90 təlim mərkəzi vasitəsilə
keçirilir.
“Paritet”-in əməkdaşı
ilə söhbətində o qeyd etdi ki, İKT üzrə
bilikləri effektiv qavrayan müəllimin daxilində
yaradıcılığa meyli artır və terninq vasitəsilə
stimullaşdırılan bu proses müəllimin davamlı
olaraq peşəkar inkişafı üçün zəmin
yaradır.
Yeri gəlmişkən
2010-cu il Təhsil Nazirliyi tərəfindən
“Təhsildə İKT ili” elan olunmasını da Azərbaycanda
bu sahədə görülən işlərin zirvəsi hesab
etmək olar. “Təhsildə İKT ili” çərçivəsində
elektron resursların yaradılması barədə yeni layihələr
və tədbirlər həyata keçirlib. Sevindirici haldır ki, ötən illərdə layihələr
özəl şirkətlərin təşəbbüsü və
Təhsil Nazirliyin dəstəyi ilə həyata keçirilib.
Lakin bu ildən başlayaraq nazirlik öz təşəbbüsü
ilə dövlət proqramı çərçivəsində
“Elektron təhsil” Ümumrespublika Müsabiqəsi keçirib.
Müsabiqədə 810 layihə iştirak edib və
onlar arasından 89 nominant seçilib.
Məlum olduğu kimi, təhsil sisteminin
informasiyalaşdırlması prosesində müəllim əsas
yer tutur. Təhsilin
informasiyalaşdırlmasının müvəffəqiyyəti
məhz müəllimin İKT sahəsində biliklərinin səviyəsindən
və onun bu sahədə olan vərdişlərinin tədrisdə
tətbiqndən birbaşa asılıdır. Maraqldır ki, dövlət proqramı çərçivəsində
pedaqoji hazırlığın komponenti üzrə atılan
addımlar tam olaraq dünya müəllimlərinin İKT
üzrə biliklərinin artırılması istiqamətində
müşahidə edilən islahatlarla da eynilik təşkil
edir.
Hazırda kompüterlər müəllimin
köməkçisinə və universal alətə
çevrilib. Ötən
ildən RİTN, Təhsil Nazirliyi, HP və “Microsoft”, “BestComp
Group” şirkətləri tərəfindən
reallaşdırılan “Xalq kompüteri” layihəsinə
başlanıb. Layihənin əsas məqsədi
sadəcə müəllimlərin kompüterlərlə təmin
olunmasından ibarət deyil, məhz onların öz həyatlarına
münasibətlərin dəyişdirilməsi, dəyərlər
haqqında yenidən düşünmələri və
düşüncələrində irəliləyişin əldə
olunması üçün imkanlarının
yaradılmasından ibarətdir. Orta məktəb
müəllimləri layihəsinin ilk
iştirakçıları oldular. Artıq
9300-dən çox müəllim güzəştli şərtlərlə
müasir HP kompüteri əldə edib.
Tabaşir erasının sonu...
Azərbaycan Milli Elmlər
Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun
direktoru, professor Rasim Əliquliyev hesab edir ki, bu istiqamətdə
müəllimlərin özlərinin hazırlanması da əsas
məsələdir: “Yəni artıq tabaşir, lövhə,
kağız qələm yox, müəllimlə tələbə
arasında müasir kompüter vasitələri
olmalıdır. Ona görə artıq müəllim
öz biliklərini ənənvi mühazirə qaydasında
yox, multimedia bilikləri şəklində təqdim etməlidir”.
Ölkəmizdə
bütövlükdə təhsilin özünü təşkil
edən tədris ocaqları vahid bir qurumda birləşməlidir
deyən R.Əliquliyevin fikrincə, bunun üçün
onlayn təhsil mühiti formalaşdırlmalıdır.
R.Əliquliyev
təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi
və İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə
çatdırılmasının bu sistemin inkişafında
prioritet istiqamətlərdən biri olduğunu bildirdi. O, E-tədris və təhsilin idarə
edilməsi, təlimin informasiya texnologiyalarının ümumtəhsil
məktəblərində tətbiqi, bu sahədə elmi əsaslara
söykənmiş tədqiqatların aparılması məsələlərinin
həllinin önəmliyini vurğuladı.
İnstitut
direktoru elektron dərsliklərin yaradılması
texnologiyalarının, bu sahədə olan beynəlxalq
standartların araşdırılması, elektron dərsliklərin
hazırlanması, ekspertizası və qiymətləndirilməsi
istiqamətində təklif və tövsiyələrin
hazırlanmasının mühümlüyünü nəzərə
çatdırdı.
R.Əliquliyev təhsil prosesi
iştirakçılarının informasiya mədəniyyətinin
formalaşdırılması üçün təklif və
tövsiyyələrin hazırlanması, bir sıra ölkələrin
ümumtəhsil və ali məktəblərində
tədris olunan “İnformasiya mədəniyyətinin əsasları”
fənninin tədris proqramları və dərs vəsaitlərinin
təhlilinin önəmliyini bildirdi.
Yetişən nəsilə “XXI əsr
bacarıqları”nı aşılayan təhsilimi
az bir zamanda irəliyə döğru böyük bir addım
atıb. Təhsil Naziri Misir Mərdanovun
“İnformasiya kommunikasiya texnologiyalarının təhsildə
tətbiqi son 5 ildə əsas uğurlardan biridir” deməsi
bunu bir daha təsdiqləyir. Artıq Azərbaycan təhsildə
informasiya kommunikasiya texnologiyalarının səviyyəsinə
görə dünya ölkələri arasında yuxarı
yerlərdən birini tutur: “Bu, bizi
arxayınlaşdırmamalıdır. Məktəbəqədər
təhsildən başlamış orta təhsil və təhsilin
digər pillələrində İKT-nin tətbiqini genişləndirmək
lazımdır”.
Fuad Hüseynzadə
Paritet.- 2010.- 8 noyabr.-S.12;15.