54 yaşlı təhsil ocağı

 

   1946-cı ildə SSRİ Xalq Komissarları Sovetinin 2 fevral tarixli 1313 saylı sərəncamı və Azərbaycan SSR Nazirlər Sovetinin 15 may tarixli qərarı əsasında ikiillik təhsil sistemi olan M.F.Axundov adına Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradılır. İlk tədris ilində instituta 108 tələbə qəbul olunur, ştat cədvəli üzrə institutda 28 əməkdaş işləyirdi. 1948-ci ilin 30 iyulunda Azərbaycan məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmiş mütəxəssislərin ilk buraxılışı olur.

   1952-ci ildə M.F.Axundov adına Müəllimlər İnstitutu rus dili müəllimləri hazırlığı üzrə dördillik tədris müddətli pedaqoji instituta çevrilir.  1956-1957-ci tədris ilində institut beşillik təhsil sisteminə keçirilir.

   1959-cu ilin 14 aprelində Azərbaycan KP MK və Nazirlər Soveti «Azərbaycan SSR-nin ali pedaqoji məktəblərinin istiqamətləri haqqında» qərar qəbul etdi. Bu rəsmi sənədə əsasən, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu bazaları əsasında M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradılır.  1972-ci ildə respublika rəhbəri H.Ə.Əliyevin təşəbbüsü ilə və respublika hökumətinin 2 noyabr 1972-ci il tarixli 362 saylı qərarı əsasında M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun bazasında eyni adlı Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu bərpa edilir.

   2000-ci ilə kimi tədris prosesində əhəmiyyətli dəyişikliklər baş verməyib, əsasən iki ixtisas - Azərbaycan və rus dilli orta məktəblər üçün rus dili və ədəbiyyatı müəllimləri, 1996-cı ildən isə kiçik qruplarda tərcüməçi, çex, polyakbolqar dilləri üzrə mütəxəssislər hazırlanırdı.

   1994-cü ildə beynəlxalq standartlara uyğun olaraq, institut bakalavr hazırlığı üzrə dördillik tədris planına keçmiş, 1997-ci ildən isə magistratura pilləsində kadr hazırlığına başlanır.

   2000-ci il respublikanın ictimai həyatında əlamətdar hadisə ilə yadda qaldı: Prezident H.Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında öz istiqaməti üzrə unikal bir tədris ocağı kimi tanınan və bütün Şərq bölgəsində nadir ixtisaslar üzrə peşəkar kadr hazırlığını həyata keçirən ali məktəb - Bakı Slavyan Universiteti yaradılır.

   Professor, əməkdar elm xadimi, yazıçı-dramaturq Kamal Mehdi oğlu Abdullayev  Prezidentin fərmanı ilə BSU-nun rektoru təyin edilir. Onun rəhbərliyi altında bu təhsil ocağında geniş islahatlar proqramı hazırlanıb həyata keçirilib, universitetin tədris, təlim-tərbiyə, maddi-texniki bazası tamamilə yeniləşdirilib, BSU respublikanın ən qabaqcıl tədris müəssisələrindən birinə çevrilib.  Universitetdə baş vermiş struktur dəyişiklikləri onun bütün fəaliyyət sahələrini əhatə edir. BSU-da altı fakültə, magistraturaqiyabi təhsil şöbələri, hümanitar lisey fəaliyyət göstərir.

   Filologiya fakültəsi “filologiya” və “jurnalistika” ixtisasları üzrə kadr hazırlayır.  Pedaqoji fakültədə respublikanın orta ümumtəhsil məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimləri, həmçinin «İbtidai təhsilin pedaqogikası və metodikası» ixtisası üzrə bakalavrlar hazırlanır.

   Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində beynəlxalq münasibətlər, Turizmotelçilik üzrə mütəxəssislər, Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Polşa, Bolqarıstan, Çexiya və Yunanıstan üzrə geniş profilli regionşünaslar hazırlanır.

   Tərcümə fakültəsində rusingilis, polyakingilis, çexingiliss. üzrə ixtisaslaşan peşəkar tərcüməçilər hazırlanır.

   İxtisasartırma və yenidənhazırlanma fakültəsi pedaqoji kadrların yenidən hazırlanmasını və onların ixtisaslarının artırılmasını təşkil edir. Respublikanın aliorta məktəb müəllimləri burada «Rus dili və ədəbiyyatı» üzrə ixtisaslarını artırır və dinləyicilər müxtəlif sahələr üzrə yeni ixtisaslara yiyələnirlər.

   BSU-nun nəzdində respublikada ilk dəfə olaraq 2007-ci ildə Yaradıcılıq fakültəsi fəaliyyətə başlayıb.Yaradıcılıq fakültəsinin məqsədi Azərbaycanda tələbələrin və istedadlı gənclərin estetik-bədii tərbiyəsinin gücləndirilməsinə, yaradıcılıq potensialının aşkarlanması və püxtələşməsinə, ədəbi mühitin formalaşmasına təkan verməkdir.

   Universitetin Magistratura şöbəsində «Dilşünaslıq», «Filologiya», «Regionşünaslıq», «Beynəlxalq münasibətlər» , «Maarif» istiqamətlərində müxtəlif ixtisaslar üzrə magistr hazırlığı həyata keçirilir.   Humanitar lisey, Qiyabi şöbə universitet həyatında əhəmiyyətli yer tutur.

      Hazırda Bakı Slavyan Universitetində 29 kafedra fəaliyyət göstərir. Universitetin professor-müəllim heyətinə 40-a qədər elmlər doktoru, professor, 200 elmlər namizədi, dosent 200-dən yuxarı baş müəllim müəllim daxildir. BSU-daİctimai-Siyasi Elmlər İnstitutu”, «Lüğət mərkəzi», «Tərcümə problemləri», «Türk-slavyan əlaqələri», «Folklor araşdırmaları», «Ölkəşünaslıq», elmi-tədqiqat laboratoriyaları yaradılıb. Universitetdə yüksək ixtisaslı bakalavr magistr hazırlığını həyata keçirən fakültə kafedralardan, həmçinin ümumi tədris leksikoqrafiyasının, tərcüməşünaslığın, türk-slavyan ədəbi mənəvi əlaqələrinin, azərbaycanşünaslığın aktual problemlərini tədqiq edən elmi-tədqiqat laboratoriyalarından başqa, Xarici əlaqələr şöbəsi, Rus dilinin İnkişafı Mərkəzi, Sosioloji tədqiqatlar xidməti, Ukrayna Bazar günü məktəbi, «Kitab aləmi» nəşriyyat-poliqrafiya mərkəzi, Tələbə teatrı, «Səfir saatı» klubu, “BSU-nun dostlarıklubu, doktorantura, «Russkaya kniqa» kitab mağazası, Azərbaycan İngilis dili Müəllimləri Birliyinin ofisi fəaliyyət göstərir. Universitetdə «BSU-nun elmi əsərləri», «Azərbaycanda rus dili ədəbiyyatı» elmi-metodik jurnalı, «Mütərcim» ədəbi, elmi, tərcümə jurnalı, alim müəllimlərin, aspirant magistrantların elmi məcmuələri nəşr edilir, «Tələbə dünyası» qəzeti çap olunur. BSU-da «Slavyan dilləri», «Dünya ədəbiyyatı» «Müqayisəli-tarixi müqayisəli-tipoloji dilçilik» ixtisasları üzrə doktorluq namizədlik dissertasiyalarının müdafiəsi üzrə Dissertasiya Şurası fəaliyyət göstərir, «Müqayisəli ədəbiyyat», «Müasir dilçiliyin problemləri», tələbə-şagird konfransları digər ənənəvi beynəlxalq elmi konfranslar keçirilir.

  2000-ci ildə universitetin Fəxri doktoru adı təsis edilib. Ölkələrimiz xalqlarımız arasında dostluq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, elm, təhsil mədəniyyətin inkişaf etdirilməsi işində xüsusi xidmətlər göstərmiş bir sıra görkəmli dövlət rəhbərləri ictimai-siyasi xadimlər BSU Elmi Şurasının qərarı ilə bu fəxri ada layiq görülmüşdür.

   Rusiya  Prezidenti (2000-2008) V.V.Putin, Moskva Bütün Rusiya patriarxı II Aleksi, Bolqarıstan Prezidenti (1990-1997) J.Jelev, Bolqarıstan Prezidenti G.Pırvanov, Yunanıstan Prezidenti K.Stefanopulos (1995-2005), Ukrayna Prezidenti V.A.Yuşşenko (2004-2010), Rusiya Federal Məclisinin Federasiya Şurasının Sədri S.M.Mironov, Ukrayna parlamentinin sədri  (2000-2002) V.S.Plyuş, Polşa Prezidenti (2005-2010) L.Kaçinski universitetin Fəxri doktorlarıdır.

   Dövlət başçımız İlham ƏliyevBakı Slavyan Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında” 7 mart 2008-ci il tarixli sərəncamında BSU-nun fəaliyyətinə yüksək qiymət verib.   Universitetdə Rusiya tədris-mədəniyyət mərkəziMoskva auditoriyası»), Ukrayna tədris-mədəniyyət mərkəzi, Müasir Yunan dili mədəniyyəti mərkəzi, Bolqar dili mədəniyyəti mərkəzi, Polşa tədris-mədəniyyət mərkəzi, “Azərbaycanşünaslıqtədris-mədəniyyət mərkəzi, Türkiyə araşdırmaları mərkəzi, Alman Fransız mərkəzləri aktiv fəaliyyət göstərir.

       İstedadlı tələbələrə Heydər Əliyev, M.F.Axundov, M.Kazımbəy, A.A.Bakıxanov, M.Tağıyev adına təqaüdlər, rektor təqaüdləri verilir.

 

Paritet.- 2010.- 8 noyabr.- S. 10-11.