BSU slavyan dillərinin
qorunması üçün ciddi addımlar atır
Burada təhsil alan tələbələr həm Azərbaycanla,
həm də Bakı ilə fəxr etdiklərini deyirlər
Bir ölkədə
müxtəlif etnik mənşəli insanların məskunlaşmasına
rəğmən bütünn vətəndaşların vahid
ailə kimi yaşaması əslində mümkündür.
Buna bariz nümunə kimi Azərbaycanı göstərmək
olar. Ölkə uzun müddət (iki əsrə yaxın)
Rusiya imperiyasının təkibində olduğundan slavyan mənşəli
xalqlarla daha çox təmasda olub. Doğrudur, ötən əsrin
60-cı illərindən başlayaraq, xüsusən də
Sovet İttifaqının süqutundan sonra Azərrbaycanda məskunlaşmış
slavyan mənşəlilərin bir qismi ölkəni tərk
etdi. Bununla belə indi də hazırda slavyan mənşəli
vətəndaşlarımız kifayət qədərdir. Və
indiyə qədər onların hansısa
narazılığı, hüquqlarının tapdanması
kimi problemləri meydana çıxmayıb. Şübhəsiz,
bu, dövlətin apardığı uğurlu siyasət, azərbaycanlıların
tolerant xalq olaması, fərqli din və etnik mənşəli
insanların ölkə vətəndaşı kimi qəbul
olunub, ehtiram göstərliməsi ilə bağlıdır.
Hazırda Azərbaycanda
elə yaşayış məntəqələri var ki, ora
tamam slavyan əsilli sakinlərdən ibarətdir (Gədəbəy
və İsmayıllıda).
Onların da digərləri kimi ali təhsil müəssisələrində
təhsil almaq, orduda xidmət etmək, seçib-seçilmək
hüquqları var. Buna bariz nümunə parlament seçkilərində
iştirak etmək istəyən olan namizədlər içərisində
slavyan əsilli vətəndaşlarn da olmasıdır.
Bəs
ölkəmizdə rus dili hansı səviyyədə qorunur,
slavyan əsilli vətəndaşların təhsil alma imkanları necədir? Şübhəsiz,
bu sualların cavabını tapmaq lazım olanda ilk növbədə
Bakı Slavyan Universitetinə(BSU) baş
çəkmək lazım gəlir. Əvvəla, Azərbaycanda
rus ədəbiyyatı, tarixi və mədəniyyəti məhz burada tədris
edilir. İkincisi,
BSU Azərbaycanda slavyan ölkələri ilə ən
geniş əlaqələrə malik universitet kimi
tanınır.
Slavyan
xalqlarının ədəbiyyatı, tarixi, dili barədə
söz düşəndə şübhəsiz BSU-nun Filologiya
fakültəsindən başlamaq lazım gəlir. Elə bu məqsədlə
də fakültə rəhbərliyi ilə görüşmək
qərarına gəldim. Bunu da qeyd etmək
lazımdır ki, keçən illə müqayisdə BSU-da təhükəslizlik
tədbirləri gücləndirilib. Bu
baxımdan içəri keçmək üçün bir qədər
gözləməli oldum. Qəbul
prossedurlarından sonra səs-küydən qulaq tutulan həyətə
daxil oldum.
Səs-küylü həyətdə mavi
gözlü, sarışın slavyan əsilli
xanımların deyib-gülməsi, rus dilində
zarafatlaşmaqları mühitin yüksək səviyyədə
olmasından xəbər verirdi.
Tolerant ölkədə yaşamağın nə qədər
qürurverici hiss olduğunu yaşamaq olduqca xoş idi. Azərbaycanda
yaşayan hər kəsin eyni dərəcədə
yaşamaq, təhsil almaq, ailə qurmaq kimi
hüquqlarının olduğunu gördüyün an bu kimi hissləri daha çox duya bilirsən.
Elə bu əhval-ruhiyyədə də BSU
filologiya fakültəsinin dekanı professor İbrahim Paşa
Babayevin qəbuluna girdim.
Kiçik
dialoq və səmimi söhbətdən sonra mövzu məhz
həyətdə öz aləmlərində olan mavi
gözlü xanımların universitetdə təhsil alma,
tarixlərini,ədəbiyyatlarını
hansı dərəcədə öyrənməsi ilə
bağlı oldu. Dekanın verdiyi məlumata
görə, slavyanəsilli vətəndaşlarımız da
digərləri kimi tarixlərini, ədəbiyyatlarını
öyrənmək imkanına malikdirlər. Təhsil
aldıqları dörd il ərzində
xüsusilə rus ədəbiyyatının məhşur
simaları barədə geniş məlumat əldə edirlər.
Bundan əlavə doğma dillərinin
qramatikası, fonetikası da tədris olunur. Bu fakültədə
təhsil alan tələblər paytaxtda fəaliyyət
göstərən orta məktəblərə praktikaya
göndərilir ki, bu isə artıq onların pedoqoq kimi
formalaşmasına xidmət edir. Bundan başqa
tələbələr ildə bir neçə dəfə
qaçqın şəhərciklərinə gedib, orada rus
dilini tədris edirlər. Burada slavyan əsilli
vətəndaşlarımızın fəlallığını
xüsusi olaraq qeyd etmək lazımdr. Amma universitetdə rus
dilinin inkişafı, qorunması heç də bununla məhdudlaşmır.
Slavyan ölkələri ilə mövcud
geniş əlaqələr daha real addımlar atmağa imkan
verir. BSU-nin rəhbərliyinin göstərdiyi əmək
nəticəsində Moskva Dövlət Universiteti (MDU), Moskva
Linqvistik Universiteti (MLU), Moskva Dövlət Pedoqoji Universiteti
(MDPU), Belarusiya
Dövlət Pedoqoji Universiteti (BDPU) kimi təhsil müəssisələri
ilə genş əlaqələr yaradılıb. Bu həm xalqlar arasındakı tarixi əlaqələrin
inkişafına, eləcə də elmi sahədə uğurlu
addımlar atmağa imkan yaradır. Amma bütün bunlar
yalnız slavyan dillərinin daha yüksək səviyyədə
inkişaf etdirliməsi üçün həyata
keçirilmir. Eyni zamanda slavyan ölkələrində
Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin təbliği
məsələsi də nəzərdə tutulur. Elə bu məqsədlə yaxınlarda MLU-da Azərbaycan
dili mərkəzi yaradlıb. BSU-nun müəllimləri
burada ölkəmizin tarixi ilə bağlı əməlli
addımlar atırlar ki, burada da universitetin rektoru Kamal
Abdullanın əməyi danılmazdır. Belə bir mərkəzin yaxın zamanlarda MDPU-da da
açılması nəzərdə tutlur. Şübhəsiz bu kimi addımlar
qarşılıqlı inamnın yaranmasında, xalaqların
bir-birlərinə daha ehtiramla yanaşmasına imkan
yaradır. Mütəmadi olaraq baş tutan
qarşılıqlı səfərlər, konfranslar bu baxmdan
olduqca önəmlidir.
BSU-da son illər çoxsaylı beynəlxalq
konfransların keçirildiyini xüsusi olaraq vurğulayan
İ. Babayev bir neçə gün qabaq baş tutan tədbirdən
söz açdı. Onun sözlərinə
görə, dəvət olunmuş alimlərin içərisində
slavyan ölkələrinin nümayəndələri də
olub. Yaranmış vəziyyətədn maksimum yararlanan
universitet rəhbərliyi qonaq qismində gələn alimlərin
bir həftə tələbələrə mühazirə
söyləmələrin nail olub. Bu həm ədəbiyyat
sahəsində bəzi məsələlərin
aydınlaşmasına xidmət edəcək, həm də
müasir rus dilinin qramatika və fonetikasında baş verən
yeniliklərdən xəbərdar olmağa şərait
yaradacaq. Bu kimi görüşlərdən
əldə olunan uğurlar rus dilin yüksək səviyyədə
tədris olunmasına gətirib çıxarır. Təsadüfi deyil ki, ölkəmizdə yaşayan slavyan
əsilli vətəndaşlarımızın əksər
hissəsi məhz BSU-da təhsil almağa həvəs göstərirlər.
Xüsusilə rus ədəbiyyatı tarixi
ixisasında oxuyan tələbələrin böyük hissəsi
məhz slavyan əsillilərdir.
Filologiya fakültəsində rus dilinin yüksək
səviyyədə tədris olunması xarici vətəndaşların
da burada təhsil almağa həvəsləndirib. Burada əsas yeri Türkiyə tutur. Doğrudur, rus dili filologiyası BDU-da da tədris
olunur. Amma etiraf etmək lazımdır ki,
rus dilinin qorunması və inkişaf etdirilməsində
BSU-nun rolu danılmazdır. Buna nümunə
kimi, hazırda dərslik kimi istifadə olunan rus dilinin
qramatikası, fonetikası ilə bağlı kitablar məhz
BSU-nun müəllimləri tərəfindən
hazırlanır. Bu isə şübhəsiz
slavyan dillərinə göstərilən yüsək diqqətlə
bağlıdır.
Yaxınlarda
filologiya fakültəsinda roman-german dili ixtisası da fəliyyətə
başlayıb ki, burada da rus dili ayrıca fənn kimi tədris
olunur. Bir sözlə, fakültədə
oxuyan tələbələrin hansı ixisas üzrə təhsil
almalarından asılı olmayaraq rus dili xüsusi olaraq
öyrədilir. Amma filologiya fakültəsində
yalnız rus dilinin inkişafı nəzərdə tutulmur.
Slavyan əsilli tələbələrin Azərbaycan
dilinin qramatikasını yüksək səviyyədə
öyrənmələrinə xüsusi diqqət yetirilir.
Bu məqsədlə dərslərdən əlavə hər
şənbə günü pulsuz kurslar təşkil olunur
ki, burada BSU-nun müəllimləri Azərbaycan dili tədris
edirlər. Əgər universiteti bitirən tələbələr
Azərbaycan dilində sərbəst danşa bilməsələr
onlara diplom verilmir. Bu kimi hallar demək olar ki, hər il baş verir.
BSU-nun digər
fakültələrinə də baş çəkmək qərarına
gəldim. Universitetə daxil olmağa icazə alıb, həyətə
ayaq basdığın an rastına
çıxacaq mənzərə əslində ümumi vəziyyəti
təsivir etmək baxımınan çox vacibdir. Həyətdə ilk öncə diqqəti cəlb edən
kitabxananın yerləşdiyi bina olur. Elə
ilk olaraq baş çəkdiyim yer bura oldu. Səliqə ilə düzülmüş kitab rəflərində
müasir Azərbaycanın tarixindən bəhs edən
kitablarla yanaşı, rus ədəbiyyatının şah
inciləri də (Dostayevski, Tolustoy, Çexov və s.) yer
almışdı. Tələbələrin
ehtiyac duyduqları kitabları asankıqla tapması
üçün xidmət iki cür aparılırdı.
Rus dilli əsərləri oxumaq istəyən tələbələrlə,
azərbaycan dilli kitabları götürən oxucuları
ayrı-ayrı işçilər qəbul edirdilər.
Kitabxanadan
aldığım məlumatdan bəlli oldu ki, mövcud
kitabların təxminən 50 faizi məhz rus dilindədir. Hazırda onlar doğma
dilimizə tərcüməsi edilsə də, kitabları rus
dilində oxumağa həvəs göstərən tələbələr
kifayət qədərdir. Bundan əlavə
unversitetdə slavyan əsilli tələblər təhsil
alır ki, şübhəsiz onların öz dillərində
oxumağına da imkan yaradılmalıdır. Bu baxımdan gələcəkdə də rəflərdə
rus ədəbiyyatının incilərini orjinal varantda saxlamaq
daha məqsədəuyğundur.
Bundan sonra
universitetin tarixi ilə bağlı məlumat toplamaq
üçün BSU-nun mətbuat xidmətinin rəhbəri
Adil müəllimlə görüşdüm. Mətbuat xidmətinin verdiyi məlumatdan
bəlli oldu ki, BSU M.F. Axundov adına Pedoqoji Rus Dili və Ədəbiyyatı
İnistutunun bazası əsasında, mərhum prezident Heydər
Əliyevin 13 iyun 2000-ci il qərarı ilə
yaradılıb. Bu,
MDB ölkələri çərçivəsində
yaradılmış ilk Slvayan Universiteti hesab olunur. Sonrakı illərdə slavyan ölkələrin ilə
yaradılan isti münasibətlərdə BSU-nun əvəzsiz
xidmətləri olub. Amma məqsəd yalnz
onların dil və ədəbiyyatını deyil, həmçinin
slavyan ölkələrinin iqtisadiyyatını,
coğrafiyasını, içtimai-siyasi sistemini və mədəniyyətini
öyrənmək, bu sahədə professional mütəxəssislər
yetişdirmək idi. Bu həm ölkəmizdə
slavyan əsilli vətəndaşlarımızın
yaşaması, həm də sözügedən ölkələrlə
yüz illiklər boyunca davam edən əlaqələrimiz
baxımından zəruri idi. Amma
bütün bunları reallaşdırmaq üçün
BSU-nun yenidən qurulması zərurəti meydana
çıxıdı ki, bu da qısa müddətdə həllini
tapmış oldu.
Hazırda
beynəlxalq təşkilatlarda slavyan ölkələrinin Azərbaycana
verdiyi dəstək, universitetlər arasında həyata
keçirilən tələbə mübadilələri, BSU-da
təşkil olunun beynəlxalq konfranslar universitetin heç də
təsadüfdən yaranmadığını göstərir. BSU unikal təhsil və mədəniyyət mərkəzi
kimi slavyan xalqlarının mənəvi dəyərlərini
tədqiq edir. Burada rus və digər
slavyan dilləri və ədəbiyyatı üzrə ciddi tədqiqatlar
həyata keçirilir. Bunun nəticəsidir
ki, artıq BSU adi təhsil ocağından slavistika və
slavyan mədəniyyəti mərkəzinə çevrilib.
Hazırda universitetdə Ukrayna, Rusiya, Polşa tədris-mədəniyyət
mərkəzi, Bolqar dili və mədəniyyəti mərkəzi
fəaliyyət göstərir. Bu həm
sözügedən xalqların keçmişi və bu
günü barədə məlumat əldə etməyə, həm
də dövlətlər arasındakı münasibətləri
daha da inkişaf etdirməyə imkan verir.
Bundan başqa universitetdə ali məktəb tələbələri
üçün elmin müasir tələblərinə cavab
verən yeni dərsliklər və dərs vəsaitlərinin,
lüğətlər və məlumat ədəbiyyatının,
tədris proqramlarının və metodik tövsiyyələrinin
hazırlanmasına xüsusi diqqət verilir. Bütün
ixtisaslar üzrə yeni yeni tədris proqramlarının tərtib
edilməsi, rus ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi,
praktik rus dili, pedaqogika, rus dilçiliyi və elmin digər sahələri
üzrə ali məktəb tələbələri
üçün dərsliklərin və dərs vəsaitlərinin
çapa hazırlanıb nəşr edilməsi və
dördcildli “Azərbaycanca-rusca lüğət”in işıq
üzü görməsi buna bariz nümunədir.
Amma slavyan
dillərinin tədqiq edilib, inkişaf etdirilməsi bununla
bitmir. BSU-nun Təhsil Nazirliyi və Rusiyanın
ölkəmizdəki səfirliyi ilə birgə keçirdiyi
elmi-praktik konfranslarda Azərbaycanın orta ümumtəhsil məktəblərində
rus dili və ədbiyyatının tədrisinin aktual problemləri
gündəmə çıxarılmış, bunun həlli
yolları araşdırılıb, Rus Dili və Ədəbiyyatı
Müəllimlərinin Respublika Koordinasiya Şurası
yaradılıb.
Ölkəmizə
səfər edən slavyan dövlət
başçılarının mütəmadi olaraq BSU-nə
baş çəkməsi də təsadüfi deyil. Onlar da dillərinin yükəsk
səviyyədə tədqiq olunmasna biganə qalmırlar.
Və gələn qonaqların əksəriyyəti
BSU-nu Azərbaycanla slavyan ölkələri arasında
körpü adlandırırlar. Artıq bir çox məhşur
siyasətçilər bu təhsil müəssiəsinin fəxri
doktoru adına layiq görülüblər.
Bu sırada Rusiyanın keçmiş Prezidenti Vladimir Putin, Ukrayna
parlamentinin keçmiş sədri İvan Plyuşa, Moskva və bütün
Rusiyanın Patriarxı II Aleksi, Bolqarıstanın
keçmiş prezidenti Jelyu Jelev, Ukraynaın keçmiş
prezidenti Viktor Yuşşenko və başqaları yer alır.
Yəqin ki, yuxarıdakı informasiya BSU barədə
təssəvür yaratmağa kifayət edər. Slavyan dillərinə göstərilən
qayğı ölkəmizdə yaşayan bu əsilli vətəndaşlarımızın
da ürəyincədir. Hazırda 3000 təlləbənin
təhsil aldığı BSU-da təxminən 300-ə qədər
slavyan əsilli tələbə oxuyur. Universitetin yeməkxanasında
təsadüfən onlardan biri ilə eyni masada
əyləşməli oldum. Alina adlı
mavigözlü xanımın əsli Belarusiyadan olsa da,
Bakıda boya-başa çatıb. O vaxtilə
anasının da bu təhsil müəssiəsində təhsil
aldığını bildirdi.
Alinanın fikirncə, Bakı dünyanın ən
gözəl şəhəridir: “Hər il
qohumlarımızla görüşmək üçün
Minskə gedirik və ya onlar Bakıya gəlirlər. Yaxınlarımız da Bakının gözəl
olduğunu deyirlər. Çünki burada
heç kəs bizlə başqa millətin nümayəndəsi
kimi rəftar etmir. Rəfiqələrimin
çoxu türklərdir. Hətta
bacım da yaxınlarda azərbycanl ilə ailə həyatı
qurdu. BSU-dakı
şəraitsə çox gözəldir. İlk baxışdan Universitetin Bakıda yox Minskdə
fəaliyyət göstərdiyini zənn edirsən. Hər kəs rus dilində sərbəst
danışır. Mütəmadi olaraq
slavyan ölkələrindən müəllimlər, tələbələr
dəvət olunur. Bir sözlə, mən
kənarda yaşadığmı qətiyyən hiss etmirəm.
Gələcəkdə də anam kimi məktəblərin
birində müəllimə işləyəcəm”.
Elə bununla
da işimi yekunlaşdırıb qayıtmaq istəyirdim ki,
gözüm Tərcümə Problemləri Lobaratoriyasına
satışdı. “Yəqin
burada da slvayan dillərindən tərcümə edərlər”
deyə düşünərək içəri keçdim.
Yazıçı Etimad Başkeçidin başı işə
qarışdığından gəlməyimdən xəbərsiz
oldu. Zənnim məni aldatmamışdı. Burada da diqqət
slavyan ədəbiyyatının tərcüməsinə
yönəlmişdi. Etimad müəllim hazırda
Jirmunskinin “Xalq qəhrəmanları
eposunu” doğma dilimizə tərcümə etdiyini bildirdi. O,
bundan əvvəl də çoxsaylı kitabların orjinaldan
azərbaycan dilinə çevrldiyindən söz
açdı. Buna nümunə kimi Baxtinin “Dostayevski
poetikasının problemləri”, Kunun “Qədim Yunanıstan
mifləri və əfsanələri” kitablarını
nümunə göstərdi.
Maraqlı məqam odur ki, əsərlərin tərcüməsi
BSU-nin rektoru Kamal Abdullanın xüsusi təşəbbüsü
ilə gerçəkləşir. Və bütün maliyyə
xərcləri Universtetin büdcəsi hesabına
reallaşır. Bu işə BSU-da təhsil alan slavyan əsilli
vətəndaşların xüsusi səy göstərməsini
də qeyd etmək lazımdır. Universitetə qonaq gələn
qonaqlar kitabların peşəkar səviyyədə təcümə
olunmasını xüsusi vurğulayıblar.
Məhəmməd TAĞIYEV
Paritet.- 2010.- 8 noyabr.-S. 10-11.