“Bu gün
dünyada bir çox problemlərin həllində bir-birinə
hörmət və dözümlülük yanaşmasından
istifadə etmək lazımdır”
Azərbaycanın birinci xanımı Mehriban
Əliyeva Ankarada beynəlxalq konqresdə
iştirak edib
Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva
“Mədəni irs
və musiqi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün
noyabrın 3-5-də Ankarada səfərdə olub.
Noyabrın 4-də Ankaranın Bilkənd Universitetində
“Mədəni irs
və musiqi” beynəlxalq konfransının açılışı oldu.
Türkiyənin birinci
xanımı Hayrünnisə Gül konfransa dəvət olunan Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva, həmçinin Latviya, Sloveniya və Makedoniya prezidentlərinin xanımları ilə görüşüb.
Sonra Bilkənd Universitetinində
“Mədəni irs
və musiqi” beynəlxalq konfransı işə
başlayıb. Tədbirə sədrlik edən Türkiyə Prezidentinin xanımı Hayrünnisə Gül konfransda iştirak edən Azərbaycan, Latviya,
Sloveniya, Makedoniyanın birinci
xanımlarını və digər qonaqları salamlayıb. Mədəni irsin gələcək nəsillərə çatdırılması üçün
qadınların üzərinə böyük vəzifələrin düşdüyünü deyən Türkiyənin birinci
xanımı mədəniyyətlər arasında dialoqun əldə olunmasında
mühüm vasitələrdən birinin
də musiqi olduğunu diqqətə çatdırıb.
Konfransda iştirak edən Makedoniyanın birinci
xanımı Maya İvanova isə diqqəti həqiqi dəyərlərin əldə
olunmasında
mədəni irsin
və musiqinin oynadığı rola
çəkib. O bildirib ki,
Makedoniya da
müxtəlif mədəniyyətlərin qovuşuğunda yerləşir və
təsadüfi deyildir ki, Makedoniya sənətlərin ölkəsi kimi
tanınır: “Biz mədəni irsimizi qorumaqla Makedoniyanın
təməl prinsiplərini qoruyuruq”.
Beynəlxalq konfransın
növbəti hissəsinə sədrlik edən Azərbaycanın
birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti,
YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva
deyib ki,yenidən Türkiyə torpağında
olmağımdan
çox məmnunam. Qurucusu böyük şəxsiyyət İhsan bəy Doğramacı olan Bilkənd Universitetində
olmağımdan
ikiqat səadət duyuram: ”Musiqi
müxtəlif xalqların və
millətlərin, eləcə də bütün dünyanın mədəni zənginliyini təşkil edir.
Humanitar və
əxlaqi dəyərlərdən ibarət musiqi dialoq
üçün nadir və
universal vasitədir. Musiqi insan hisslərini, onun vurğunluğunu özündə cəmləşdirən incə
və maraqlı daşıyıcıdır. Nəhayət, musiqi gözəllik və kamilliyə doğru insanın göstərdiyi daimi
səylərin mücəssəməsidir”.
Sloveniya Prezidentinin xanımı Barbara Mikliç Türk mədəni dəyərləri ölkəsinin mühüm parçası adlandırıb. O qeyd
edib ki,
mədəniyyət sloveniyalılar
üçün, sözün həqiqi mənasında, industriyadır.
“Musiqi və
ədəbiyyat isə bizim milli kimliyimizi təşkil edir”,
- deyən B. Türk vurğulayıb ki, musiqi bütün dövrlərdə insanın inkişafında mühüm amil olub.
Toplantıya
sədrlik edən Mehriban xanım Əliyeva
daha sonra
sözü məşhur
dirijor, bəstəkar və skripka ifaçısı
Lorin Mazelə
verib.
L.Mazel də bu konfransın
keçirilməsinə görə təşəkkürünü çatdırdı və tədbirin mövzusunun həyata keçirilməsində qadınların rolunun böyük olduğunu deyib.
Bilkənd Universitetinin İdarə
Heyətinin sədri, professor Əli
Doğramacı konfransda iştirak edən Türkiyə, Azərbaycan, Latviya,
Sloveniya və
Makedoniyanın
birinci xanımlarına xatirə hədiyyələri təqdim edib.
Noyabrın 4-də Mehriban Əliyeva Azərbaycan xalqının və ulu öndər Heydər Əliyevin dostu
olmuş, Bilkənd Universitetinin qurucusu və böyük alim
İhsan Doğramacının məzarını ziyarət edərək önünə gül dəstəsi qoyub.Mehriban Əliyeva xatirə
kitabına ürək sözlərini yazıb.
İhsan Doğramacının oğlu Əli
Doğramacı Mehriban xanıma Bilkənd Universitetinin ərazisində
aparılan quruculuq işləri barədə məlumat verib. O bildirib ki,
İhsan Doğramacının məzarı qarşısında maraqlı memarlıq üslubunda inşa olunmuş məscid mərhum alimin
rəhbərliyi və
şəxsi nəzarəti altında tikilib. İhsan
Doğramacı bu məscidə atasının adını verib. Mehriban xanım Əliyeva böyük alim İhsan Doğramacının xatirəsinin Türkiyə və Azərbaycan xalqlarının qəlbində əbədi yaşayacağını bildirib.
Azərbaycanın birinci
xanımı Ankaraya səfəri çərçivəsində Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğanın xanımı Əminə Ərdoğan ilə
görüşüb.
Görüşdə Mehriban Əliyevanın
Türkiyəyə səfərindən məmnunluq ifadə
edildi. Bilkənd Universitetində
keçirilən konfransın ölkələrimizin mədəni dəyərlərinin inkişafı və təbliği baxımından vacib olduğu vurğulanıb.
Noyabrın 4-də Bilkənd Universitetində
Azərbaycanın xalq
artisti Alim
Qasımovun və qızı əməkdar artist
Fərqanənin konserti olub.Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva
ilə birlikdə konsertə Latviya,
Sloveniya və
Makedoniyanın
birinci xanımları da tamaşa ediblər.
Noyabrın 4-də axşam Çankaya köşkündə Türkiyə Prezidentinin xanımı Hayrünnisə Gülün adından rəsmi ziyafət təşkil olunub.
Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva
mərasimə dəvət olunan
İhsan Doğramacının həyat yoldaşı
Ayser Doğramacı ilə görüşüb. Daha sonra Türkiyə, Azərbaycan, Latviya,
Sloveniya və
Makedoniyanın
birinci xanımları birgə şam ediblər.
Noyabrın 5-də Azərbaycanın
birinci xanımı ilə Türkiyə Prezidentinin xanımı Hayrünnisə Gülün görüşü
olub.
Görüşdə Mehriban xanımın Türkiyəyə səfərinin uğurla keçdiyi bildirildi.
Qeyd olundu
ki, Ankarada Bilkənd Universitetinin təşkilatçılığı ilə
keçirilən “Mədəni irs və
musiqi” beynəlxalq konfransı
dünyada mədəni irsin
qorunması işinə xidmət edir.
Bu sahədə Azərbaycan ilə
Türkiyə arasında həyata keçirilən layihələrin əhəmiyyətindən də danışılıb.
Noyabrın 5-də Mehriban Əliyevanın
Türkiyəyə səfəri başa çatıb.
Paritet.- 2010.-11-12 noyabr.- S. 7.