Azərbaycanda yaşayan Milli İcmaların Koordinasiya Şurasının ildönümü qeyd edildi

 

Şuraya üzv olanlar Azərbaycanda onların fəaliyyəti üçün hər cür şəraitin mövcud olduğunu, ölkəmizi sülh, demokratiya tolerantlıq nümunəsi kimi dəyərləndirdiklərini bildirdilər

 

  Dünən Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı Dövlət İncəsənət Muzeyinin konfrans zalında Azərbaycanda yaşayan Milli İcmaların Koordinasiya Şurasının ildönümü mərasimini keçirdi. Tədbirdə  Gənclər İdman Nazirliyi, Mədəniyyət Turizm Nazirliyi, Ombudsman Aparatı, Prezident Aparatının əməkdaşları, millət vəkilləri, səfirliklərin nümayəndələri, KİV əməkdaşları aparıcı QHT rəhbərləri iştirak edirdilər.

 Mərasimi açan AGAT İdarə heyətinin rəhbəri Nərgiz Eyvazova bildirdi ki, Azərbaycan həmişə tolerant ölkə olub:” Biz gənclər  olaraq bir il bundan qabaq  Azərbaycanda yaşayan mili icmaların gənclər təşkilatlarını bir araya topladıq. Bir il ərzində bu təşkilatlarla intensiv işləmişik çox səmimi əməkdaşlıq qurulub. Hal-hazırda şuraya rus, ukraynalı, yəhudi, tatar, yunan, türk polyak gənclər təşkilatları daxildirlər. Şuranın yaradılmasında əsas məqsəd milli icmaların gənclər təşkilatlarının qarşılıqlı əməkdaşlıqlarının təmin olunması, tolerantlıq, mədəniyyətlərarası dinlərarası dialoqa töhvə vermək, onların Azərbaycanın cəmiyyətinə inteqrasiyasını daha da sürətləndirməkdir”.

Sonra AGAT-ın sədri Gülsel Səfərova bu müddət ərazində əldə edilmiş nailiyyətlər gələcək strategiya barədə danışdı. Qeyd edildi ki, sözü gedən qurum Cənubi Qafqazda keçmiş sovet məkanında ilk dəfə olaraq AGAT-ın təşəbbüsü ilə təsis edilib: “Azərbaycan çoxetnoslu ölkədir. Tolerantlıq mənəvi bir keyfiyyətdir. Amma ilk öncə bunu əməldə göstərmək lazımdır. Koordinasiyaya üzv olan hər bir icma öz fəaliyyətini çox rahat  sərbəst şəkildə həyata keçirə bilir. Biz onlarla birgə mədəniyyət inteqrasiyası edirik”.

G.Səfərova dedi ki, bu bir ilə ərzində milli icmalarla birgə həm onların, həm Azərbaycanın əlamətdar günləri ilə bağlı tədbirlər keçirblər: “Görüşlərdə dinlər mədəniyyətlər arası əlaqələri inkişaf etdirmək istiqamətində gələcək fəaliyyət qarşıya çıxan problemlər barədə geniş müzakirələr aparmışıq. Bizim məqsədimiz tolerantlığı, dinlər mədəniyyətlər arası əlaqələri inkişaf etdirmək istiqamətində səylər göstərməkdir. Gələcəkdə sosial-humanitar tədbirlər həyata keçirəcəyik. Amma burada beynəlxalq qurumlarla da aparmağı daha da intensivləşdirmək fikrindəyik”.

AGAT rəhbəri bildirdi ki, ölkədəki etnik dini icmaların təşkilatlanması lazımdır: “Mədəniyyətlərarası dialoq olmalıdır ki, heç bir ixtlilaf yaranmasın. Bu, Avropa demokratik dəyərlərindən biridir. Onu da qeyd etməliyəm ki, Azərbaycanda hər zaman bu mədəniyyət dialoqu olub. Ancaq indi bu Avropa dəyəri hesab olunur. Çünki bu gün Avropada dini deyil, milli tolerantlıq daha geniş yayılıb. Bizim AGAT olaraq bu koordinasiya şurasını yaratmamız Azərbaycan üçün beynəlxalq aləmdə müsbət imic yaradır. Biz bunu yaradanda bütün dövlət strukturlarına xəbər verdik. Onlar da bizi dəstəklədilər. AGAT-ın nəzdində Gənclərin Uğur Mərkəzi  yaradıldı. Sumqayıtda bir görüş həyata keçirdik. Sumqayıt gəncləri ilə həmin şəhərin millət vəkilləri ilə görüş təşkil etdik. Sumqayıtdan sonra isə Lənkəranda millət vəkilləri ilə gənclər arasında görüş keçirməyi planlaşdırırıq. Gənclərin Uğur Mərkəzinin bir ofisi Sumqayıtda açılacaq. Orada Sumqayıt gənclərinin aktiv ictimai fəaliyyətlə məşğul ola biləcəklər. Ümumiyyətlə, region gəncləri ilə işləməkdə AGAT çox maraqlıdır. Biz dəfələrlə regionlarda  tamaşalar təşkil etmişik”.

G.Səfərova bu yaxınlarda milli icmalar arasında 4 istiqamətdə müsabiqə keçirdiklərini qeyd etdi: “Bu layihə öz əhəmiyyətinə görə fərqli unikal idi. Biz milli icmalarla yeni bir layihə işləmək istədik. Ancaq mövzunu onlarla birlikdə müəyyən etdik. Onlarla görüşdük  onların da təklifi ilə qərara aldıq ki, mövzu Heydər Əliyevin irsinin təbliğatı ilə bağlı olsun. İcmalar bu mövzuda müsabiqəyə çox həvəslə yanaşdılar. Heydər Əliyev irsinin təbliğatı ilə bağlıFenomenadlı bədii müsabiqə həyata keçirdik. Müsabiqəyə tək Heydər Əliyevlə bağlı deyil, Azərbaycançılıqla bağlı əl işləri təqdim olundu. Məsələn, yəhudi icmasının təqdim etdiyi şəkil Azərbaycançılıqla bağlı idi. Şeir üzrə yəhudi icması, rəsm əsəri üzrə isə tatar icması qalib gəldi. Bu icmalar arasında mədəniyyət dialoqu idi. Münaqişələr o zaman baş verir ki, millətlər, mədəniyyətlər arasında dialoq olmur.  Hal-hazırda yəhudilərlə türklər arasında çox həssas münasibətlər yaşanır. Ancaq bizim təşkil etdiyimiz müsabiqədə hər ikisi dostcasına iştirak etdi. Bu işi Avropaya inteqrasiyada təqdirəlayiq bir hadisə kimi qiymətləndirirəm”.

 G.Səfərovanın sözlərinə görə icma rəhbərləri ilə anlaşma memorandumu imzalanıb hər 5 ilədən bir bu sənəd təzələnəcək.O həmçinin bildirdi ki,  2007-ci ildə təsis olunan AGAT-ın vəzifəsi ölkəmizdə vətəndaş cəmiyyətinin Qərb modelini tətbiq etməkdir: “Əsas missiyamız isə milli dəyərlərimizlə Avropanın demokratik dəyərlərinin sintezini yaratmaqdır. Yəni Azərbaycanın mədəniyyətini, tarixini olduğu kimi saxlamaqla, Avropaya maraqlı etmək istəyirik. Digər tərəfdən isə, Avropanın mütərəqqi demokratik ideyalarını ölkəmizlə uyğunlaşdırmaq fikrindəyik. Bu məqsədlə indiyə kimi əlliyə yaxın seminar tədbir keçirmişik. Yetmişə yaxın üzvümüz var. Azərbaycanda QHT-lər arasında ilk dəfə olaraq tamaşa tipli yeni qeyri-formal təhsil gətirmişik. QHT sektorunda digər yeniliyimiz isə səhnə tipli Azərbaycan guşəsi yaratmağımızdır. Onu da deyim ki, AGAT Gənclər İdman Nazirliyi, Mədəniyyət Turizm Nazirliyi, Prezident  yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə sıx əməkdaşlıq edir”.

 Tuqan-Tel” Respublika Tatar Mədəniyyəti İcmasının gənclər sektoru rəhbəri

Nazim Muxtarov dedi ki, keçirdikləri tədbirlər vasitəsilə bir-birlərinin adət-ənənlərini, mədəniyyətini daha da yaxından tanıyıblar: “AGAT-la  bu istiqamətdə işlərimizi uğurla davam etdiririk. Biz bundan sonra da AGAT-la dostluq əməkdaşlığımızı davam etdirəcəyik inanıram ki, uğurlu nəticələr əldə edəcəyik”.

Daha sonra Azərbaycan Rus Gəncləri Assosasiyasnın sədri Roman Temnikov, Yəhudi Gənclərinin “Hillel” İctimai Birliyinin sədri İlona Əzimbəyova, Azərbaycanda Ukrayna İcmasının Gənclər Təşkilatının sədri Dmitriy Zareçniy, Türk Tələbələri Konseyinin nümayəndəsi Yunus Altın icmaları təşkilatları barədə geniş məlumat verdilər. Azərbaycanda onların fəaliyyəti üçün hər cür şəraitin mövcud olduğunu, ölkəmizi sülh, demokratiya və tolerantlıq nümunəsi kimi dəyərləndirdiklərini bildirdilər.

 Prezident Admnistrasiyasının ictimai-siyasi şöbəsinin əməkdaşı Vüqar Səlimov keçirlən bu tədbirin Azərbaycanda yaşayan milli icmaların gənclər təşkilatlarının həyatında əlamətdar hadisə olduğunu qeyd etdi. O bildirdi ki, bu şura Azərbaycanda mədəniyyətlərarası və sivlizasiyalararası dialoqun möhkəmlənməsində  böyük rola maikdir: “AGAT-ın təkcə Koordinasiya Şurası ilə bağlı yox, digər layihələrinin də KİV də işıqlandırılamsı onun ciddi bir təşkilat olmasından xəbər verir. AGAT həm beynəlxaq təşkilatlarla, həm də yerli dövlət qurumlarla qarışıqlıqlı və tarazlaşdırılmış şəkildə əməkdaşlıq edir. Bu da hər bir QHT-yə mıüyəssər olamayan məsələdir. Hər iki tərəfdən AGAT-ın dəstəklənməsi layihələrinin aktuallığı, vətəndaş cəmiyyətinin inkişafının tələblərindən irəli gələn məsələlərin qoyuluşu ilə bağlıdır”.

PA rəsmisi təşkilatın milli icmaların gənclər təşkilatlarının interqasiyası, onların mədəniyyətlərinin dialoq şəklinə gətirilməsi istiqamətində bundan sonrakı görəcəkləri işlərdə uğurlar arzuladı.

 Tədbirdə digər çıxışçılar da bu şuranın fəaliyyətini təqdirəlayiq hesab etdiklərini, Şuranın fəaliyyətinə öz dəstəklərini əsirgəməyəcəklərini söylədilər. Çıxışların sonunda dövlət rəsmiləri AGAT-a belə bir təşəbbüslə çıxış edərək Koordinasiya Şurasının yaradılmasında böyük əmək sərf etdikləri üçün təşəkkürlərini bildirdilər.

Qeyd edək ki, mərasim zamanı şuranın 1 il ərzində fəaliyyəti barədə foto çarx nümayiş etdirildi.

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.- 2010.- 25-26 noyabr.- S. 9.