“Ahıllar
günü” ilə bağlı tədbir keçirilib
İnsan həyatı üç mərhələyə
bölünür- uşaqlıq,
gənclik və qocalıq. Bu üç mərhələni hər kəs bir cür
yaşayır. Yəni kimi
xoşbəxt, kimi isə bədbəxt yaşayır.
Bu məqamda bir
fikir yada düşdü-xoşbəxt insanların
çoxusunun
taleləri eynidir,
bədbəxt insanların isə taleləri, həyat tərzi bir -birindən fərqlənir.
Bu cür fərqli
həyat tərz ilə keçirən insanların keşməkeşli,
qayğılı həyatı,
yaşayı özü-özlüyündə
bədii ədəbiyyat
nümunəsi olan hekayə və nağılları xatırladır.
Onlarla ünsiyyətdə
olanda, insan özünü başqa
bir aləmdə hiss edir. Belə ki, eyni məkanda yaşayan, artıq böyük bir ailənin üzvlərinə
çevrilmiş müxtəlif
taleyli 200 insanın -ahılın toplaşdığı yerlərdən
biri də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Bilgəhdəki
Müharibə və
Əmək Əlliləri üçün
Pansionatıdır. Pansionata
-qocalar evinə daxil olanda ilk qarşılaşdığın oturacaqlarda tək tənha oturub fikrə dalmış, bulud kimi dolmuş,
gözlərində gizli
bir kədər gizlənmiş, bir təbəssümə və
bir övlad qayğısına ehtiyacı
olan qəlbləri kövrək insanlardır.
Bu ahıl insanlarla həmsöhbət olmaq hər bir gənc üçün
maraqlıdır. O səbəbdən
ki, vaxtı ilə hər biri müxtəlif
peşə və sənət sahibləri olan bu yaşlı
insanlarda keçmişimizi,
tariximizi əks etdirən, bizlərin bilmədiyimiz bir sıra məlumatlar
var. Bir sözlə onlar maraqlı həmsöhbətdir.
Onu da qeyd edək
ki, 1 oktyabr “Ahıllar günü” ilə bağlı Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin
təşəbbüsü ilə Bilgəhdəki Müharibə və Əmək Əlliləri üçün Pansionatda
tədbir keçirildi.
Tədbirdə Baş İdarənin
əməkdaşları, gənclər,
KİV və tanınmış
incəsənət ustaları
çıxış edirdilər.
Qocalara daim dövlət tərəfindən
diqqət və qayğı göstərildiyini
deyən Baş İdarənin rəis müavini Aydın Yusifov “Ahıllar
günü” münasibəti
ilə məni təbrik etdi:” Hörmətli, ata -analarımız biz bu gün sizinlə görüşməyə çox
sevinirik. Bu məkanda sizin
heç bir çatışmazlığınız, ehtiyacınızın olmadığının
bir daha şahidi olduq. Bütün sahələr kimi yaşlı nəslə qayğı və diqqətdə ölkə
başçısının diqqət mərkəzindədir.
Bu hal da bir daha göstərir
ki, siz tənha
deyilsiniz və hər zaman dövlətimiz və bizlər sizin yanınızdayıq”.
Tədbir çərçivəsində
bizdə bir neçə qocalar evinin sakinləri ilə həmsöhbət
olduq. İlk həmsöhbətim
uzun illər yəni, 39 il hərbi sahədə çalışmış, mayor rütbəsi almış
89 yaşlı Adil
Yusifov oldu. Ən maraqlı məqamlardan biri də o idi ki,
Adil müəllim xidmətlərinə görə
ona təqdim edilmiş çoxsaylı
döş nişanlarının
üzərində yer
aldığı
hərbi formasını
bu gündə geyinir:”Bilirsiniz, bu hərbi geyim
və döş nişanları mənə
çox doğmadır.
Gördüyünüz kimi,
hərbi formanı
mən hər zaman geyinirəm. Bu
nişanları çoxsaylı
əziyyətlərim sahəsində
əldə etmişəm.
Bu döş nişanlarımdan
birini mənə
ulu öndər Heydər Əliyev verib və həmişə
mənim ximətlərimi
yüksək qiymətləndirib. Onu da qeyd edim ki, bu
gün özümü
çox sağlam və əsl hərbçi kimi hiss edirəm. Yəni torpaqlarımızın
azadlığı üçün, hər
zaman düşmənlə
üz-üzə gəlməyə
və döyüşməyə
hazıram”.
Əslən Ordubaddan olan A.Yusifov dedi ki, üç övladı- bir qızı
və iki oğlu var:
”Oğlanlarım Bakıda
yaşayır, qızım
isə Ordubadda. Orda mənim çox gözəl evim və böyük meyvə bağım var. Ancaq nədənsə orda qala bilmədim.
Artıq
10 ildir ki, Ordubada getmirəm. Elə bu qocalar evinin
sakini kimi burda yaşayıram.
Övladlarımdan oğlanlarımla görüşmürəm, heç
onlardan xəbərim də yoxdur. Düzdür,
qızımla da görüşmürəm, ancaq
o mənə Ordubaddan
tez-tez bağlama göndərir və telefonla danışırıq.
Hazırda təqaüddəyəm. Hərbçi kimi 200 AZN-dən
çox təqaüd
alıram, heç nədən ehtiyacım yoxdur. Burda hər bir şərait olsa da, amma hərdən çox darıxıram, istərdim ki, övladlarımın yanında
olum. Ancaq nə etmək, taleyin qisməti belə imiş...”.
Orda olan qocalar arasında qeyri-adi taleyi və
həyat yolu olanlardan biri də Lətifə Rozıyevadır. O, beş
ildir ki, bu qocalar evinin
sakinidir:” Uşaqlıqdan
ata-ana himayəsi görməmişəm. Çox kiçik
yaşlarımdan məni
Buzovnadakı Qocalar evinə veriblər. Heç valideynlərimi də tanımıram və onları görməmişəm.
Peşə təhsili almışam
xeyli müddət mətbuatda və başqa bir sıra yerlərdə işləmişəm. Mətbuatda
işləyəndə həyat
yoldaşımla orda tanış oldum və ailə
qurduq. O xəstəlikdən
dünyasını dəyişdi.
Bir övladımla qaldım.
Üç yaşında oğlum
xəstəlikdən öldü. O zamandan tənha qaldım. Sonda da yaşamaq üçün bu məkanı seçmişəm.
Burda da yeganə təsəllim və
həmdəmim göz
yaşlarımdır. Həyatdır
heç kəs bilmir onun axırı
necə olacaq...(Kövrəlir)”.
Özünün dediyi kimi, qocalar
evinin ən gənc qocası Elnarə Eyvazovadır:” Mənim 34 yaşım
var. Birinci qrup əliləm. Ali təhsilliyəm,
ixtisasım ibtidai sinif müəlliməsidir. Müəllim kimi 10 il
işləmişəm. Sonra xəstəliyimlə
əlaqədar, fəaliyyətimi
davam etdirə bilmədim”.”Evimizi satdıq və mənim müalicəmə
sərf etdik. Belarusiyada başımdan əməliyyat
olunmuşam. Orda
uzun müddət qaldım və sonra Bakıya qayıtdım o zaman anam rəhmətə getdi”-deyən Elnarə bildirdi ki, bundan sonra
tənhalıqdan xilas
olmaq üçün,
pansionatı özü
üçün daim yaşamaq üçün məkan seçir:”Nə edim anam
rəhmət gedəndən
sonra tək qaldım və qocalar evinə üz tutdum. İndi buranın ən gənc qocası mənəm”
Tədbir bədii proqramla
- Rəşid Behbudov adına Dövlət
Mahnı teatrının
solistlərinin ifasında
davam etdi. Ahıllar dedilər ki, bu cür tədbirlərin
keçirilməsi onlarda
xoş təəssürat
yaradır və bir neçə saatlıq da olsa qəm, kədərdən ayrılıb,
başqa aləmdə
özlərini hiss edirlər.
GÜNAY
Paritet.- 2010.- 2-4 oktyabr.- S. 8.