“Bu gün gənclərin ictimai fəallığı artıb”
Nəcəf Novruzov: “Bu il parlament seçkilərində ilk dəfə səs verəcək gəncləri maarifləndirmək məqsədilə seminarlar keçirəcəyik”
Hazırda respublikamızda müxtəlif sahələr
üzrə gənclərin
fəallığı artıb. Belə ki,
çoxsaylı intellektli gənclərimiz
xarici ölkələrdə,
eyni zamanda beynəlxalq idman yarışlarında Azərbaycanı
layiqincə təmsil edir və bayrağımızı
yüksəklərə qaldırırlar.
Gənclərlə sıx
təmasda olan və onların iştirakı ilə müxtəlif adda tədbirlər keçirən
Bakı Şəhər
Gənclər və
İdman Baş İdarəsinin (BŞGİBİ) gənclərin bu və ya digər
uğurlarında rolu
var. BŞGİBİ-nin gənclərlə
iş sektorunun rəhbəri Nəcəf
Novruzov bizimlə söhbətə ulu öndər Heydər Əliyevin gənclər haqqında dediyi bir fikirlə başladı: “Gənclər
cəmiyyətimizin əksəriyyətini
təşkil edir, onlar bizim həm
bu günümüz, həm də gələcəyimizdir. Biz, Azərbaycan dövləti,
xalqımız gənclərə
böyük ümidlərlə
baxırıq. Gənclərin
təhsil alması, yaxşı şəraitdə
böyüməsi, inkişaf
etməsi və müstəqil Azərbaycanın
əsl vətəndaşları
olması hər birimiz
üçün
çox əzizdir
və çox əhəmiyyətlidir”. Bu dəyərli
fikirləri iş prinsiplərində əsas
götürdüklərini deyən N. Novruzov bildirdi ki, onlar hər
il gənclərlə
bağlı bir-birindən
fərqli mövzular əhatə edən çoxsaylı tədbirlər
keçirirlər.
-Bu il gənclərlə
bağlı hansı tədbirləri və layihələri keçirməyi
nəzərdə tutmusunuz?
- Ümumiyyətlə, BŞGİBİ yarandığı
vaxtdan hər il Bakıda, eyni zamanda paytaxtın
ayrı-ayrı rayonlarında
, qəsəbələrdə gənclər siyasətinin
əsas istiqamətlərinə
uyğun mövzular üzrə rəngarəng
tədbirlər-iclaslar, seminarlar,dəyirmi
masalar, toplantılar, elmi -nəzəri konfranslar, intellektual oyunlar, sərgilər, müsabiqələr, festivallar,
idman-hərbi oyunları
və idman yarışları keçirir.
Bu il gənclərlə
bağlı bir sıra tədbirlər keçirmişik və qarşıda maraqlı layihələrimiz var. Belə ki, 2010-2011-ci il tədris ilində ilk dəfə məktəbə gedən
aztəminatlı ailələrdən
olan uşaqlara məktəbli çantası
və məktəb ləvazimatlarının verilməsi
mərasimini və “21
sentyabr- Beynəlxalq Sülh günü” münasibətilə Bakı
şəhərində yerləşən
Uşaq evlərində
və İnternat məktəblərindən yaşayan
uşaqların rəsm
və əl işlərindən ibarət
sərgi təşkil
etmişdik. Belə sərgiləri təşkil
etməkdə məqsədimiz
yaradıcı gənclərin
istedadının üzə
çıxarılmasına kömək etmək və onların cəmiyyətə inteqrasiyasını
təmin etməkdir.
Bundan başqa bu il parlament seçkilərində
ilk dəfə səsverəcək
gəncləri maarifləndirmək
məqsədilə seminarlar,
“Zərərli vərdişlərə
yox deyək” devizi altında mədəni kütləvi aksiyalar, tələbə gənclər təşkilat
fəallarının və yaradıcı gənclərin
iştirakı ilə
cəbhə bölgələrində
yerləşən “N” saylı
hərbi hissəyə
səfər, “ Narkomanlıq
və QİÇS-ə qarşı
mübarizə bəşəriyyətin
xilası deməkdir” devizi altında tədbirlərin və kütləvi təbliğat
kompaniyalarının və
Tələbə-Gənclər Təşkilatları arasında
“Ən yaxşı layihə” müsabiqəsinin
və “ 1 dekabr-Ümumdünya
QİÇS-lə Mübarizə
günü” münasibətiylə
gənclərin arasında
maarifləndirmə işlərinin aparılması
istiqamətində də
tədbirlərimiz olacaq.
Bu il ölkəmizdə “Ekologiya
ili”dir. Biz də bu sahədə gənclər arasında maarifləndirmə işi
aparmaq məqsədi ilə “Ekologiya ili çərçivəsində”
“Təbiətimizi qorumaq
sağlam gələcəyimizin
təminatıdır” devizi
altında aksiya və iməcliklərin keçirilməsini nəzərdə
tutmuşuq. Eyni zamanda gənclərimiz arasında vətənpərvərlik
hisslərinin artırılması, yeniyetmə
və gənclərin
hərbi xidmətə
həvəsləndirilməsi məqsədi ilə çağırış qabağı
tədbirlərin və
gənclərin hərbə yollanması mərasiminin keçirilməsi
nəzərdə tutulub.
Bundan başqa gənclərin intellektual səviyyələrinin yüksəldilməsi
gənclərin vətənpərvərlik
klubları arasında
“Breyn-rinq” intellektual oyunu, “12 noyabr-Konstitusiya günü” münasibətilə “Mən Konstitusiyanı öyrənirəm”
mövzusunda bilik olimpiadası, həmçinin
“18 noyabr-Beynəlxalq Tələbə
günü” münasibəti
ilə tələbələrin
yaradıcılıq və
idman həftəsi, ümumiyyətlə, Dövlət
bayramları və əlamətdar günlər ilə əlaqədar tədbirlər,
BŞGİBİ və Ədliyyə
Nazirliyinin Penitensiyar xidməti tərəfindən birgə təsdiq edilmiş tədbirlər planı ilə əlaqədar təşkilatı məsələlərin təşkili,
“ Gənclər siyasəti”
haqqında qanunun digər bəndləri üzrə tədbirlər,
xüsusilə də hökumətlərarası beynəlxalq
müqavilələr çərçivəsində və beynəlxalq təşkilatlarla
birlikdə gənclər siyasəti sahəsində
birgə layihələri
və başqa istiqamətlərdə də gənclərlə
bağlı tədbirləri
həyata keçirməyi
nəzərdə tuturuq.
Əsas
məqsədimiz gənclərin
respublikamızın ictimai-siyasi
həyatında daim fəal mövqe tutmasına, öz bilik və bacarıqlarını dövlət müstəqilliyimizin
möhkəmləndirilməsinə,
ölkəmizin inkişaf
etdirilməsinə yönəltməkdir ki, onlar Azərbaycan xalqının keçmişinə, bu gününə və sabahına layiq vətəndaşlar olsunlar.
-Prezident Administrasiyasının
rəhbəri Ramiz Mehdiyevin mətbuatda dərc edilən “İctimai humanitar elmlər: zaman kontekstində baxış”
məqaləsində bu
gün gənclərimizdə
hərbi-vətənpərvərlik hissinin
gücləndirilməsinin vacibliyi
vurğulanıb. Siz, gənclərlə sıx
işləyən qurum
kimi indi bu
istiqamətində hansı
işləri görürsünüz?
-BŞGİB paytaxt gənclərinin hərbi- vətənpərvərlik tərbiyəsinin
gücləndirilməsi istiqamətində
ardıcıl iş aparır və bir sıra layihələr
həyata keçiririk.
Bizim idarənin əməkdaşları gənclərlə
birgə vaxtaşırı
cəbhə bölgələrinə gedir,
əsgərlərlə görüşürlər.
Fikrimcə, hərbi hissələrdə belə
görüşlərin keçirilməsi
bir tərəfdən
əsgərlərimizi Vətənin
keşiyində daha ayıq-sayıq dayanmağa
sövq edir, onlara daha yüksək
döyüş ruhu verirsə, digər tərəfdən də
gəncləri psixoloji cəhətdən
gələcək üçün
hərbi xidmətə
hazırlayır. Bundan başqa,
gənclər və məktəblilər arasında
“Cəsurlar” və “Şahin” hərbi -idman oyunları keçiririk. Paytaxt gənclərinin
hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi
məqsədilə başqa
tədbirlərimiz də
var. Ümumiyyətlə,
BŞGİBİ-nin rəsisi
Raqif Abbasov hərbi-vətənpərvərliklə
bağlı keçirilən
hər bir tədbirə xüsusi bir diqqət göstərir və ümumilikdə həmişə idarəmizdə
bu istiqamətdə gənclər siyasətinin düzgün
və dinamik qurulmasına xüsusi diqqət yetirir.
-Gənclərin bugünkü
ictimai fəallığı
sizi qane edirmi?
-Gənclər cəmiyyətimizin
əksəriyytini təşkil
edir. Bizlər gənclərə
böyük ümidlərlə
baxırıq. Gənclərimiz
milli ruhda və milli - mənəvi dəyərlərimizin
əsasında
tərbiyələnməlidir. Qeyd edim ki, gənclər
həmişə doğma
şəhərimizlə sıx
bağlı olublar. Ölkəmizin
inkişafında elə
bir səhifə yoxdur ki, gənclər orada öz izlərini qoymasınlar və adlarını yazmasınlar. Bu ənənə
bu gündə yaşayır. Gənclərimiz müstəqil Azərbayanın
abadlaşdırılması, burda aparılan quruculuq işlərinə
öz töfələrini
verməyə çalışırlar.
Sevindirici haldır ki, bu gün Bakı gəncləri paytaxtımızın ictimai-siyasi həyatında fəal iştirak edir, respublikamızın ictimai-siyasi həyatında
və dövlət quruculuğunda gənclərin
rolu artıb, daha çox gənc dövlət orqanlarında
məsul vəzifələrə
irəli çəkilib.
Bütün bunlar ölkə rəhbərinin gənclərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını bir daha göstərir.
GÜNAY
Paritet.- 2010.- 5-6 oktyabr.- S. 11.