Dünya kitabxanalarında
"Azərbaycan kitabı" fondları zənginləşdirilir,
"Azərbaycan guşələri"
yaradılır
Mədəniyyət
və Turizm Nazirliyinin nümayəndə
heyəti cari ilin 10-15 avqust tarixlərində İsveç
Krallığının Göteborq
şəhərində təşkil
olunan "İFLA-2010" Beynəlxalq
Kitabxana Konfransı çərçivəsində Göteborq şəhər
Kitabxanası ilə tanış olub, kitabxanada Azərbaycan bölməsinin kitab fondunun zənginləşdirilməsi
barədə razılıq
əldə edilib.
Sözügedən nazirliyin mətbuat xidmətində
verilən məlumata görə bununla əlaqədar Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
Azərbaycanın tarixi,
dövlətçiliyi, iqtisadiyyatı,
mədəniyyəti, incəsənəti,
ədəbiyyatı, habelə
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
haqqında kitab və elektron nəşrlər kolleksiyası
hazırlanıb və
Göteborq şəhər
Kitabxanasına göndərilib.
Sözügedən nəşrlər arasında "Prezident İlham Əliyev və mədəniyyət
(I və II cild)",
"Kultura i kulturnıe
şedevrı Azerbaydjana
- unikalnoe poslanie buduşim pokoleniyam", Erich Feigl "Armenia mithomania",
"Soyqırım cinayəti",
F.R.Zeynalov "Qədim
türk yazılı abidələri", A.Bakıxanov
"Gülüstani-İrəm", Səid Nəfisi “Babək”, "Kitabi Dədə Qorqud", klassik və müasir Azərbaycan ədəbiyyatına dair latın qrafikalı kitablar, habelə “The Truth
itself”, "Armenian terrorism", “The tragedy of Khodjaly”,
"Qarabağ düyünü",
“This is our Azerbaijan”, "Azerbaijan motifs DVD", "Azerbaijan carpef”, "Azərbaycanın
kitab abidələri",
Qara Qarayev "Seçilmiş əsərləri",
"Azerbaijan: Azerbaijan music, Azerbaijan Mugam"
və s. elektron nəşrlər, DVD-lər
göndərilib.
"Kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə
dövlət proqramı"na
uyğun olaraq Göteborq şəhər
Kitabxanasında "Azərbaycan
guşəsi"nin yaradılması nəzərdə
tutulub.
Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən
Tacikistan Milli Kitabxanasının yeni binasının açılışı
ilə əlaqədar
Azərbaycan haqqında
kitab və elektron nəşrlər kolleksiyası hazırlanıb
və sözügedən
kitabxanaya göndərilib.
Kitab kolleksiyasına Prezidentin
2004-cü il 12 yanvar tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında" Sərəncamı
ilə nəşr olunan kitablar daxil edilib.
Elektron nəşrlər kolleksiyasına
isə Azərbaycan mədəniyyətinə dair,
habelə Dağlıq
Qarabağ münaqişəsini
əks etdirən DVD-lər də daxil edilib.
GÜNAY
Paritet.- 2010.-12-13
oktyabr.- S. 15.