Gənclərdə turizm sektoruna maraq artıb

 

 Bu il ATİ-yə qəbul olan 320 tələbənin 16-sı 600-dən çox bal toplayıb

 

  Son illər ölkəmizdə  gənclər arasında təhsilə maraq bir qədər artıb. Bu il ali təhsil ocaqlarına  daxil olan gənclər arasında yüksək bal toplayanların sayı çoxluq təşkil edir. Belə ki, ölkənin ali məktəbləri sırasına 2006-cı ildə qoşulsa da, fəaliyyət göstərdiyi qısa müddət ərzində özünə layiqli nüfuz reytinq qazanan  Azərbaycan Turizm İnstitutuna(ATİ) yeni dərs ilində  qəbul olaraq tələbə adını qazanan 320 nəfərdən 16-sı qəbul imtahanlarında 600-dən çox bal toplayıb. ATİ-nin  yüksək bal toplayan  tələbələrinin fikirlərini öyrənmək  gələcək planları haqqında ətraflı məlumat əldə etmək üçün onlarla həmsöhbət olduq.

 İlk həmsöhbətim 645 balla ATİ-nin tələbəsi adını qazanan İsrail Buttayev orta  təhsilini Balakən rayonunda alıb:”Hələ orta məktəbdə oxuyanda sinif yoldaşlarımla hansı ali məktəbdə oxuyacağımızla bağlı müzakirələr aparırdıq. Mən həmişə birinci Azərbaycan Turizm İnstitutunun adını çəkirdim. Çünki burada yüksək səviyyədə təhsil verildiyini eşitmişdim. Bir onu bilirdim ki, ATİ-dən xaricə getmək imkanları var. Mənimsə ən böyük arzularımdan biri təhsilimi xarici ölkələrdən birində davam etdirməkdir”. İ.Buttayev qeyd etdi ki, ölkəmizdə son illər turizm sektoruna diqqət qayğı artıb:” Biri-birindən möhtəşəm hotellər tikilir, eyni zamanda tez-tez ölkəmizdə konfranslar keçirilir beynəlxalq turizm sərgiləri təşkil olunur. Mən istəyirəm ki, turizm sahəsi üzrə daha mükəmməl təhsil alım  xarici ölkələrdə olum bu sahədə təcrübəni mənimsəyim.  Azərbaycanda turizm mərkəzlərindən birində fəaliyyətimi davam etdirim xaricdə  qazandığım təcrübəni ölkəmizdə tətbiq edim”.

  650 balla iqtisadiyyatın təşkili idarəedilməsi fakültəsinə daxil olan  Baba Babayevin dediyinə görə Bakının Xətai rayonunda təhsil alıb   Azərbaycan Turizm İnstitutunda təhsil almaq onun  arzusu olub: “Ölkəmizdə turizm sahəsinin perspektivli olması bu sahədə mövcud kadr çatışmazlığı problemindən xəbərdaram. Düşünürəm ki, səhv seçim etməmişəm. Əsas məqsədim yaxşı bir mütəxəssis kimi yetişmək bu sahədə ölkəmə hər hansı bir töhfə verməkdir”. B.Babayev üçün turizm sektorunda hansı istiqamət üzrə çalışmağın fərqi yoxdur:”Əsas odur ki, seçdiyi sahə üzrə əsl mütəxəssis olum bu sahədə bilik, bacarığımı daha da təkmilləşdirim   Azərbaycana xidmət edim. Onun üçün imtahanın elə bir qorxusu da olmayıb: “İmtahan cavabları çıxanda bildim ki, bir neçə sualın cavabını səhv yazmışam. Bununla belə, topladığım 650 bal mənə istədiyim ixtisası seçməyə imkan verirdi”.

 Samir Şahbazlı orta məktəbi Sumqayıt şəhərində bitirib   builki qəbul imtahanından 619 bal toplayıb. Onun dediyinə görə  ixtisas seçimi edəndə birinci ATİ-nin adını yazıb: “Gün-gündən ölkəmizdə turizm şirkətlərinin hotellərin sayı artır. Bu sahənin perspektivli maraqlı bir sahə olduğunu düşünürəm. Ona görə qarşıdakı dörd illik bakalavr, iki illik magistratura təhsilində yaxşı bir mütəxəssis kimi yetişməyi turizm şirkətlərindən birində çalışmağı məqsəd olaraq qarşıma qoymuşam”. Samirin digər həmkarlarından fərqli olaraq maraqlı  bir arzusu da var:” Artıq inkişaf dövrünü yaşayan turizm sahəsində nailiyyətlərin günü-gündən artması  bizi sevindirir həm həvəsləndirir. Mənim arzum odur ki, yaxşı bir mütəxəssis kimi formalaşım gələcəkdə hər hansı bir turizm şirkətinin əsasını qoyum. Azərbaycana çoxlu sayda turist axınını təşkil edim”.

Növbəti həmsöhbətim Taleh Vahabzadə  instituta 615 balla daxil olub. Taleh deyir ki, turizm sahəsi Azərbaycanda yenicə inkişaf edir. Bu baxımdan da indi ölkəmizdə bu sahədə kadr çatışmazlığı mövcuddur. Onun sözlərinə görə,  ali məktəbi bitirəndən sonra onun üçün tapmaq çətin olmayacaq. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin turizm imkanlarının çox geniş olduğunu deyən Talehin ən böyük arzusu torpaqlarımız işğaldan azad olunandan sonra orada turizm mütəxəssisi kimi çalışmaqdır.

Qəbul imtahanlarında 610 bal toplayan Rəşad Ramazanlı Qəbələ rayonunda doğulub böyüyüb, orta təhsilini elə orda alıb. Bəlkə elə Rəşadın turizm sahəsinə olan marağının səbəbi budur. Çünki özünün dediyi kimi, Qəbələ Azərbaycanın turizm baxımından ən çox inkişaf etmiş rayonlarından biridir. Yaxşı mütəxəssis olmaq Rəşadın da böyük arzusudur: “Ümumiyyətlə, mən fikirləşirəm ki, yaxşı mütəxəssis olmadan heç bir sahədə irəli getmək, nailiyyət əldə etmək mümkün deyil. Ona görə ali təhsil almaq üçün Turizm İnstitutunu seçdim. Burada dərslərin Avropa təhsil sisteminə uyğun keçildiyini bilirəm”.

Seymur Xanəhmədlini ATİ- gətirən səbəb isə bu ali təhsil müəssisəsinin Avstriyanın Krems Universiteti ilə əməkdaşlığı institutun məzunlarının eyni zamanda iki diplom ala bilməsidir. 605 balla ATİ-nin tələbəsi olan Seymur deyir ki, buranı həm valideynlərinin məsləhəti ilə seçib. O da digər yoldaşları kimi turizm üzrə mütəxəssis olub ölkəmizdə çalışmaq niyyətindədir.

Məlumat üçün bildirək ki, əsas məqsədi turizm sektoru üçün ixtisaslı kadr hazırlamaq olan ATİ  ən yaxşı tələbələrini  Türkiyədə, İsraildə, Yunanıstanda, İsveçrədə, Portuqaliyada Almaniyada təcrübə keçməyə göndərir.  Bu il isə sözügedən təhsil müəssisənin tələbələri təcrübə keçmək üçün Kanada ABŞ-a da göndərilməsi nəzərdə tutulub.

 

 

GÜNAY

 

Paritet.- 2010.- 12-13 oktyabr.-S. 11.