Tolerantlığın carçısı və qoruyucusu

 

Azərbaycanda yüzilliklərlə formalaşmış dini, etnik və mədəni tolerantlığın dünyaya model kimi təqdim olunmasına, ölkəmizin müsbət imicinin təbliğinə ehtiyac var. Bu işdə  Heydər Əliyev Fondunun böyük rolu var. Belə ki, 2006-cı il aprel ayında Latın Mədəniyyəti Akademiyası 30-dan artıq latın mənşəli xarici ölkədən görkəmli mədəniyyət və ədəbiyyat xadimlərinin qatıldığı, sayca XIII konfransını Heydər Əliyev Fondu ilə birgə ölkəmizdə keçirib.

 

Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü”

 

Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü” mövzusunda beynəlxalq konfransında  xalqımızın soykökündən, dini inanclarından, ölkəmizdə mövcud olan dinlərin tarixindən və dini konfessiyaların müasir vəziyyətindən bəhs edən, on beş dəqiqəlik, ingilis dilində hazırlanmış “Tolerantlığın ünvanı - Azərbaycanfilmi nümayiş olunub. Sonra Latın Mədəniyyəti Akademiyasının baş katibi Kandido Mendes bildirib ki, peşəkarlıqla çəkilmiş bu  filmdə onların dəstəklədikləri dəyərlər barədə çox müfəssəl məlumat verilib:” Azərbaycanın məhz bu yolla qəti addımlarla gələcəyə irəliləməsi bizə aydındır. Müxtəlif dinlər arasında Allahın istədiyi kimi münasibətlərin məhz Azərbaycanda yaradılması bizi sevindirməyə bilməz”.

İordaniya Krallığının şahzadəsi, Roma Klubunun sədri Əl-Həsən Bin Talal bildirib ki, onun anası İstanbulda dünyaya göz açıb: ”Mən ərəb və türk dünyaları arasında bir körpü kimi fəaliyyət göstərən bir şəxsəm. Elə bir vaxt gəlib ki, biz bir-birimizə qarşı deyil, irqi ayrı-seçkiliyə, bu ağır fəsadlara qarşı mübarizə aparmalıyıq. Biz təzyiqlərə müqavimət göstərməliyik və müəyyən təşəbbüs modelləri irəli sürməliyik ki, mədəniyyətlər arasında dialoq aparmaq mümkün olsun. Dünyada minlərlə mədəniyyət mövcuddur. Mən başa düşürəm ki, onlar üçün bir-biri ilə görüşmək və danışmaq çətindir. Sizin milli şairiniz Nizami Gəncəvi məgər deməmişdirmi ki, dünyanın yeddi gözəli var. Bu yeddi gözəli vəsf edən əsər nəinki Azərbaycan ədəbiyyatının şah əsəridir, eyni zamanda, bütün bəşəriyyətə mesajdır ki, biz istəsək də, istəməsək də, bir dünyanın övladlarıyıq”.

O bildirib ki, maarifləndirmə ön plana çəkilməli və  dini dözümsüzlüyə yol verməməlidir: ”Məlumatın azad mübadiləsini təmin edərək, dünyaya, öz müqəddəs kitablarımıza, digər dinlərin müqəddəs kitablarına yeni gözlə baxaraq, bizi ayıran cəhətləri aradan götürməli, bizi birləşdirən cəhətləri ümumiləşdirməliyik”.

YUNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Jerom Binder isə bildirib ki, sivilizasiyaların dialoqunun uğurlu olması,  monomədəniyyətin və özündən təcrid olunmuş mədəniyyətin bütün təfərrüatlarının araşdırılması üçün xüsusi proqramın tərtib edilməsinə və həyata keçirilməsinə diqqət yetirməliyik: ”Bu gün monomədəniyyətdən söhbət gedirsə, onun qapılarının artıq bütün dünyaya açılması mümkündür. Hətta, ailə mədəniyyətləri qəliblərinə də müəyyən dəyişikliklər gətirib. İngiltərədə insanların mədəniyyətini və davranışını araşdıran alimlər yeni həyat üslubunun mədəniyyətə təsiri məsələsinə diqqət yetiriblər. Belə nəticəyə gəliblər ki, əfsuslar olsun, bizim bəzilərimiz hesab edə bilər ki, dünyanın müxtəlif guşələrində və fərqli ölkələrdə bu cəhətlər insanın mədəniyyətinə mənfi təsir göstərmişdir. Ona görə də insan başqa mədəniyyətlərə başqa bir tərzdə baxmaq məcburiyyətində qalmışdır. Qırğınlar, soyqırımlar baş verib. Bütün bu bəlaların baş verməsi, insanların məhv edilməsi onların beyninə xoşagəlməyən psixoanalitik dəyişikliklər gətirmişdir. Belə halların araşdırılması üçün YUNESKO-da komissiya yaradılıb”.

 Konfransın yekununda vurğulanıb ki, Avrasiyanın mərkəzində yerləşən Azərbaycan həm də Şərq və Qərb mədəniyyətlərinin ən yaxşı ənənələrinin qovuşduğu məkandır, burada mövcud olan din-dövlət münasibətləri, dinlərin qarşılıqlı münasibətləri, dini sektalar və qurumlarla iş təcrübəsi, tolerantlıq, qloballaşma dövründə mədəniyyətlərarası münasibətlər təqdirəlayiqdir və orijinallığı ilə fərqlənir, bu sahədə ölkədə zəngin təcrübə toplanıb.

 

Gənclər sivilizasiyaların alyansı naminə”

 

   Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin bir hissəsidə gənclərlə bağlıdır. Belə ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın himayəsi ilə ölkəmizdə 2006-cı il noyabrın 1-də “Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfrans keçirilib. Mehriban xanım Əliyeva konfransda çıxış edib.

Sonra Qətərin birinci xanımı Şeyxa Moza Bint Nasir Əl-Misnəd Sivilizasiyalararası İttifaqın əhəmiyyətindən danışıb, yaradıcı və innovasiyaya meylli gənclərin görəcəyi işlərin vacibliyini vurğulayıb. O, islam dininin mütərəqqi ideyalarının düzgün təbliğində gənclərin rolundan bəhs edib, müsəlman gənclərə tövsiyə kimi deyib ki, yeni nəsil özündən əvvəlki nəslin səhvlərini təkrar etməməlidir.

Dini və irqi ayrı-seçkiliyin qarşısının alınması üçün məqsədyönlü tədbirlərin həyata keçirildiyini, bu işə dünya ölkələri gənclərinin də töhfə vermələrinin zəruriliyini vurğulayan İSESKO-nun baş direktoru Əbdüləziz Bin Osman Əl- Tüveycri Azərbaycanın sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi işindəki xidmətlərini yüksək qiymətləndirib.

Avropa Şurasının nümayəndəsi Ralf- Rene Vaynqartner Azərbaycanın Şərqlə Qərb arasında körpü rolunu oynadığını xatırladıb. O deyib ki, Avropa Şurasının gənclərlə bağlı xüsusi qurumu fəaliyyət göstərir və bu qurumGənclər sivilizasiyaların alyansı naminə” təşəbbüsünü hər cür dəstəkləməyə hazırdır.

 Konfransda bildirilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva təhsil, elm, gənclər, mədəniyyətlərarası dialoq sahəsində və Azərbaycan mədəniyyətinin dünyada təbliğində xidmətlərinə görə İslam Konfransı Gənclər ForumununGəncliyin inkişafı uğrunda Qlobal Səfiradına layiq görülüb.

 

Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi

 

2008 -ci il 10 iyun tarixində ölkəmizdə Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsimövzusunda beynəlxalq forum keçirilib.Forumda  müxtəlif ölkələrən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak edib.

 Mehriban xanım Əliyeva bildirib ki, son 15 ildə alimlər və yazıçılar, din xadimləri və siyasətçilər çox sadə səslənən bir suala cavab axtarırlar: Dialoq, yoxsa qarşıdurma?:Bu problem bir çox beynəlxalq forumların və konfransların əsas mövzusu olubdur. Zənnimcə, hər bir belə toplantı özlüyündə dialoq olaraq müxtəlif ölkələrin və mədəniyyətlərin təmsilçilərini bir araya gətirməklə böyük əhəmiyyət kəsb edir. Belə görüşlər ən azı insanların bir-birini daha dərindən tanımasına, fikir və təcrübə mübadiləsinin aparılmasına xidmət edir.  Bu gün biz mədəniyyətlər və sivilizasiyalararası dialoq probleminə qadınların gözü ilə baxmalıyıq, qadın mövqeyini qabartmalıyıq. Qadın olan yerdə həmişə səmimiyyət var,  sevgi var, məhəbbət var. Qadın olan yerdə düşmənçiliyə, qarşıdurmaya, nifrətə yer yoxdur. Zənnimcə, qadınlar əzəldən bəri dialoq tərəfdarıdırlar. Məhz ona görə, qadın potensialı dialoqun möhkəmlənməsində böyük rol oynaya bilər”.

İSESKO-nun baş direktoru Əbdüləziz Bin Osman Əl-Tüveyceri bildirib ki,  qadınlar mədəniyyətlərin dialoqunun inkişaf etdirilməsində çox mühüm rol oynayırlar: ”Bunun üçün qadınlar ilk növbədə savadlı olmalı, mükəmməl təhsil almalıdır. Təhsil dedikdə, biz mədəniyyətlərin dialoqundakı dəyərlərə əsaslanan təhsili nəzərdə tuturuq”.

 Türkiyə baş nazirinin xanımı Əminə Ərdoğan   hazırda dünyada baş verən proseslərdə qadınların rolunun artığını deyib və qeyd edib ki, cəmiyyətin təkanverici qüvvəsi olan qadınların rolunun daha da artması üçün səyləri birləşdirməliyik.

Rusiya Federasiya Şurasının sədrinin müavini Svetlana Orlova forumun mövzusunun aktuallığını xüsusi qeyd edərək bunun cəmiyyətdə qadınların rolunu dəyərləndirməyənlərə tutarlı cavab olduğunu vurğulayıb.

Argentina vitse-prezidentinin xanımı Marta Kristina Çerutti de Kobos qızlara və qadınlara qarşı diskriminasiya hallarının qarşısının alınması məqsədilə təhsil sahəsində mövcud imkanları daha da genişləndirməyin zəruri olduğunu söyləyib.

 ABŞ-ın Con Hopkins Universitetinin professoru Frensis Fukuyama ilk dəfə Bakıda 20 il əvvəl olduğunu söyləyib, budəfəki gəlişində böyük dəyişikliklərin şahidi olduğunu qeyd edib.Qlobal tendensiyaların inkişaf etdiyi cəmiyyətdə qadınların rolunun artdığını vurğulayan professor, müxtəlif ölkələrdə qadınlara yanaşmada fərqlərin mövcudluğunu diqqətə çatdırıb.

 Macarıstanın Təhsil və Mədəniyyət Nazirliyinin beynəlxalq məsələlər üzrə dövlət katibi Katalin Boqyay Azərbaycan və macar xalqları arasında tarixən mövcud olan mədəni əlaqələrdən danışıb və  deyib ki, Macarıstan hər zaman dialoq vasitəsilə digər ölkələrlə mədəni mübadiləyə öz töhfəsini verməyə çalışıb:” Mədəni diplomatiya cəmiyyətin özəyini təşkil edir. Bu mənada mədəniyyətlərarası dialoqun daha da yayılması üçün səyləri birləşdimək lazımdır.

Rusiya Elmlər Akademiyası Sosiologiya İnstitutunun ailə və gender məsələləri şöbəsinin müdiri Tatyana Qurko deyib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq forum həm bu, həm də digər problemlərin həllində mühüm rol oynayacaq, qadınların rolunun artmasına təkan verəcəkdir.

 Böyük Britaniyada nəşr olunan “Şərq Maqazinjurnalının baş redaktoru Rim Məğribi isə bildirib ki, qadınlar hər zaman mədəniyyətlərarası dialoqda mühüm rol oynamışlar. Lakin tarixən formalaşmış stereotiplər əsasında hərəkət qadınların ailədə davranışına mənfi təsir göstərir. Bu cür tədbirlər mənfi baxışları dəyişdirəcəkdir.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru xanım İrina Kudryaşova təhsil sahəsində çalışan qadınların problemlərinə toxunaraq deyib  ki, siyasi dözümsüzlük, münaqişələr elmə və təhsilə mənfi təsir göstərir: “Bunun qarşısını almaq üçün İslam dəyərlərinin sosial həyata göstərdiyi təsir Avropa gənclərinə daha geniş şəkildə öyrədilməlidir. İslam dəyərləri bütün cəmiyyətlərin inkişafının təməlini təşkil edə bilər”.  ABŞ-ın Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Tədqiqatları Mərkəzinin direktoru xanım Ancela Stent Bakıda ikinci dəfə olduğunu bildirib, ötən müddət ərzində baş vermiş dəyişiklikləri, sürətli inkişafı yüksək qiymətləndirib. O, qadınların sülhə necə nail olunması istiqamətindəki fəaliyyətinə dair tədqiqatlar aparıldığını qeyd edib və qadınların müxtəlif dövlət vəzifələrində çalışmalarının mühüm olduğunu bildirib.

Beynəlxalq forumun yekun sənədi - Bakı Bəyannaməsi qəbul olunub.    Sonda Ekmələddin İhsanoğlu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisistatusuna dair diplomu təqdim edib.

 

 Qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri

 

Ötən il iyun ayında Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsirimövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyi, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu, Lomonosov adına MDU-nun qlobal proseslər fakültəsi, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu və Rusiya Fəlsəfə Cəmiyyəti tərəfindən təşkil edilib. 15 iyun - Milli Qurtuluş günü ilə əlaqədar keçirilmiş konfransda görkəmli Rusiya və Azərbaycan alimləri iştirak ediblər.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva çıxışında bildirib Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ciddi iqtisadi və siyasi problemlərlə qarşılaşdı:”İqtisadi tənəzzül keçirən, Ermənistan tərəfindən hərbi müdaxiləyə məruz qalan Azərbaycan vətəndaş müharibəsi astanasında idi. Çoxdan gözlənilən müstəqillik təhlükə qarşısında qalmışdı. Yalnız Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı vəziyyəti kökündən dəyişdirməyə imkan verdi, suveren Azərbaycan dövlətinin əsası qoyuldu. Heydər Əliyev bütün ömrünü öz ölkəsinə, Vətəninə həsr etmişdi, onun müdrik siyasəti sayəsində Azərbaycan bu gün inkişaf edir və çiçəklənir”.

 Xalqımızı əsrlər boyu tolerantlıq və dözümlülük ruhunda tərbiyə edildiyinni deyən Lliyeva bildirib ki, ölkəmizdə adət və ənənələrimizi dərindən qiymətləndirir, eyni zamanda dünya ölkələrinin bir-birindən fərqli mədəniyyətlərinə böyük hörmət bəsləyirik:” Dünya birliyində Azərbaycan tolerantlıq nümunəsi ola bilər”.

Qırğızıstanın sabiq prezidenti, REA-nın xarici üzvü, MDU-nun professoru Əsgər Akayev “Şəxsiyyət fenomeni mədəniyyətlərin əbədi inkişaf amili və qarşılıqlı təsiri kimimövzusunda məruzə edib.Heydər Əliyev mənim xatirimdə dərin ensiklopedik biliyə malik insan, bədii istedadların mahir hamisi kimi qalıbdeyən Ə. Akayev bildirib ki,  Azərbaycan ədəbiyyatı, incəsənəti və memarlığının əsl intibahı onun adı ilə bağlıdır:” Heydər Əliyevin şəxsiyyəti xalqlarımızın dostluğunun, milli mədəniyyətlərimizin əbədi əlaqələrinin təcəssümü idi. Həm sovet və həm də sonrakı dövrdə Heydər Əliyevin həyatının mənası və məqsədi yalnız yaratmaq idi. O, ölkəsini hərtərəfli coşqun inkişaf yoluna çıxarmış, kiçik respublikanı energetika dövləti səviyyəsinə yüksəltmiş, Azərbaycanın siyasi təsiri regional çərçivədən çıxaraq beynəlxalq əhəmiyyətə malik olmuşdur. O, öz xalqına zəngin irs qoyub və belə oğulları yetirən ölkə daim bəxtiyar olacaq. Heydər Əliyevin işinin istedadlı davamçısı Prezident İlham Əliyev də onun varisidir”.

 Həmçinin,yuxarıda qeyd  etdiyimiz konfransın məntiqi davamı kimi bu il iyunun 29-da Bakıda  Leyla Əliyevanın təşəbbüsü “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqumövzusunda forum keçirilib. Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov forumun əhəmiyyətini qeyd edərək  deyib ki, biz mədəniyyətlərimizin rəngarəngliyini dəyərləndiririk və qloballaşma şəraitində onu qoruyub saxlamağa çalışmalıyıq. Forum bu məsələləri müzakirə edib, həll yollarını tapmaq üçün yaxşı fürsətdir.O, keçmiş sovet məkanında Azərbaycan və Rusiya alimləri arasında əlaqələrin daha açıq şəkildə inkişafından məmnunluğunu bildirib.

  Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva XXI əsrdə mədəniyyətlərarası dialoq mövzusunun aktuallığını vurğulayıb və  deyib ki, bu cür tədbirlərdə alimlər bir araya gələrək, cəmiyyətin inkişafına aid məsələlərlə bağlı konkret qərarlar axtarıb tapa bilərlər:” Belə konfranslar əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün çox vacibdir. Çünki dialoq yalnız insanların və xalqların biri-birinə etimadı olduğu halda mümkündür. İnsanın cəmiyyətdə yeri, dəyəri və fəlsəfənin bu kimi klassik suallarını cavablandırmaq hələ də aktualdır. Biz bəşəriyyəti təhsil, zəngin mənəvi potensial vasitəsilə anlayırıq. Hər bir savadlı insan fəlsəfəyə meyillidir, özünü və ətrafdakıları dərk etməyə çalışır. Ona görə də biz dünyanın daha yaxşı olması üçün əlimizdən gələni etməliyik”.

 

 Tolerantlığın ünvanı –Azərbaycan

 

Fond sadəcə ölkəmizdəki tolarantlıq mühitinin təbliğatçısı deyil, eyni zamanda bu mühitin qorunmasına və inkişaf etdirilməsinə dəyərli töhfələr verir. Fond tərəfindən həyata keçirilənToleranlığın ünvanı- Azərbaycan  layihəsi çərçivəsində ölkəmizdə məscidlər,kilsələr,sinoqoqlar təmir  edilir, eyni zamanda Azərbaycanda yaşayan  etnik azlıqların təhsil sisteminin daha da yaxşılaşdırılması  üçün müasir satndarlara cavab verən təhsil mərkəzləri tikilir.  Tolerantlığın ünvanı - Azərbaycan  layihəsi çərçivəsində Bakıdakı Müqəddəs Məryəm kilsəsində yenidənqurma işləri aparılıb. Layihə   Roma Katolik dini icması ilə razılaşdırılan əməkdaşlıq çərçivəsində həyata keçirilib. Fondun dəstəyi ilə kilsədə asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilib. VitrajMüqəddəs Ruhun Pak Məryəmə və həvarilərə göndərilməsini əks etdirir. Fondun dəstəyi ilə məbədin fasadında keramik panno da yerləşdirilib. Pannoda müqəddəs rozari duasının sirləri təsvir olunub. Vatikan dövlətinin Azərbaycandakı nümayəndəsi K.Qucerotti fondun   kilsədə gördüyü işləri yüksək dəyərləndirib, Azərbaycandakı tolerantlığın nümunə olduğunu vurğulayıb.

 

 Bundan başqa  fond  xeyriyyəçilik missiyasını Fransanın Strasburq şəhərində davam etdirib.  Belə ki, Strasburqda Kafedral Kilsənin tarixi şüşələrinin bərpası ilə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü ilə göstərilən maliyyə yardımının təqdimat mərasimi keçirilib. Maliyyə yardımını Azərbaycanın Avropa mədəni irsinə verdiyi töhfə kimi qiymətləndirirəm.” - deyən  Strasburq şəhərinin meri R.Ris vurğulayıb ki, orta əsrlərin möhtəşəm abidəsi  olan Kafedral kilsə Avropa mədəni irsinin bir parçasıdır:” Azərbaycan öz mədəni irsinə diqqət göstərməklə yanaşı, Avropa mədəni irsinə də xüsusi qayğı göstərir. Biz Heydər Əliyev Fondunun ayırdığı maliyyə yardımını gözəl jest kimi dəyərləndirir,Xl əsrə aid qədim tarixi abidənin təmiri məqsədi ilə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiririk. Mədəniyyət sahəsində fəal iştirak edən Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva beynəlxalq arenada Azərbaycanın müsbət imicinin formalaşması və təşviqinə böyük diqqət göstərir. Bu təqdirəlayiq haldır”.

   Bundan başqa  layihə çərçivəsində aparılan yenidənqurma işləri tarixi keçmişimizə və dini-mənəvi dəyərlərimizə himayədarlıq missiyasının daha bir gerçək sübutudur. Bütün Cənubi Qafqazda ikinci, indiki Azərbaycan ərazisində isə ilk qədim İslam dini mərkəz və unikal memarlıq abidəsi olan Şamaxı Cümə məscidi 743-cü ildə inşa olunub. 1859-cu il zəlzələsində dağılan məscid yenidən bərpa olunsa da, 1902-ci ildə Şamaxıda baş vermiş güclü zəlzələdə məscidə ciddi ziyan dəyib. Azərbaycanın ilk Avropa təhsilli memarı, şamaxılı Zivər bəy Əhmədbəyov və polşalı mühəndis İosif Pleşkonun layihəsi əsasında 1909-cu ildə yenidən qurulmuş bu memarlıq abidəsinin əvvəlki görkəmi bərpa edilib. Məsciddə aparılan indiki yenidənqurma işləri də həmin layihənin daha möhtəşəm və təkmil variantı əsasında həyata keçirilir.

Şamaxı seysmik zona olduğu üçün məscidin bünövrəsi bir metr dərinliyində dəmir-beton konstruksiyalarla möhkəmləndirilib. Minarələrin davamlılığını artırmaq məqsədi ilə 15 metr dərinliyində özül bərkitmə işləri aparılmışdır. Yeni layihəyə görə, ibadət məkanının qarşısında üstündə günbəz olan 4 metrlik giriş qapısı olacaqdır. Ərazidəki qədim hücrələr də bərpa olunaraq ətrafda geniş abadlıq işləri aparılacaq.

Fondun saytından (http://www.heydar-aliyev-foundation.org) əldə etdiyimiz məlumata görə, Bakının Buzovna qəsəbəsində “Tolerantlığın ünvanı - Azərbaycanlayihəsi çərçivəsində yenidən qurulan Cümə məscidi istifadəyə verilib.  İnşasına 1896-cı ildə başlanmış Buzovna Cümə məscidinin tikintisi 1900-cü ildə yarımçıq qalmışdı. 1918-ci ildə tikinti işlərinə yenidən başlansa da, sovet hakimiyyətinin qurulması bu məscidin binasından başqa məqsədlər üçün istifadə olunması ilə nəticələnib. Sovet dövründə məsciddən anbar və dükan kimi istifadə olunub. 2007-ci ildə Buzovna sakinlərinin Cümə məscidinin binasında bərpa işlərinin başa çatdırılması ilə bağlı  M. Əliyevaya müraciəti tez bir zamanda öz həllini tapıb. Həmin ilin fevralında başlanan yenidənqurma işləri artıq sona çatıb 

Qeyd etdiyimiz kimi, fond milli mənəvi dəyərlərin qorunması və dini ziyarətgahların yenidən qurulması prosesinə fəal surətdə qoşulub. Fondun təşəbbüsü ilə Gəncədə Comərd Qəssab və Cavad xan türbələri yüksək səviyyədə bərpa edilib. Heydər Əliyev Fondunun dəstəyi və yaxından köməkliyi sayəsində Comərdi Qəssabın məzarı və ona aid olan abidənin tarixi yeri aşkar olunaraq, Naxçıvan şəhərindən gətirilib qədim dövrün kərpicləri ilə köhnə layihələrə bərpa olunub. Bərpa olunmuş “Comərd Qəssabtürbəsinin açılış mərasimi 2004-cü ildə olub.

  Bu günlərədə  Bakının Xətai rayonundakı Əbilov yaşayış massivində yəhudi uşaqlar üçün Heydər Əliyev Fondu və “Or-AvnerFondu tərəfindən inşa edilmiş 450 yerlikXabad-Or-Avnertəhsil mərkəzinin açılış mərasimi keçirilib. Bu mərasimdə  Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevada iştirak edib.

 Heydər Əliyev FonduOr-AvnerFondu ilə birlikdə “Tolerantlığın ünvanı - Azərbaycanlayihəsi çərçivəsində ölkəmizdə yaşayan yəhudi uşaqların təhsili üçün mərkəz inşa edilib. Ulu öndər Heydər Əliyev 2003-cü ildə binanın inşası ilə bağlı, Prezident İlham Əliyev isə 2004-cü ilin dekabrında yeni kompleksin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair göstəriş veriblər. 2007-ci il mayın 31-də   Mehriban Əliyeva və MDB Yəhudi İcmaları Federasiyasının və “Or-AvnerBeynəlxalq Fondunun prezidenti Lev Levayev arasında 3 il müddətində təhsil, səhiyyə, mədəniyyət, sosial təyinatlı obyektlərin tikintisi, yenidən qurulması, maddi təchizatı sahəsində əməkdaşlığı nəzərdə tutan saziş imzalayıb. Elə həmin gün paytaxtın Xətai rayonunda Azərbaycanda yaşayan yəhudi uşaqlar üçün təhsil mərkəzinin təməlqoyma mərasimi olub. Bu layihənin reallaşması bir daha təsdiqləyir ki, Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqlar tarixən mehriban ailə kimi yaşayıblar.

Dövlətimizin başçısına və mərkəzin açılışında iştirak etmək üçün ölkəmizə gəlmiş yəhudi təşkilatlarının nümayəndələrinə məlumat verilib ki, mərkəzin digər təhsil müəssisələrindən fərqi burada yəhudi mədəniyyəti əsaslarının tədris olunmasıdır. Belə ki, mərkəz etno-mədəni komponentlidir. Təhsil ocağında şagirdlərə ibrani dili də öyrədiləcək.

 Lev Levayev mərkəzin inşasına görə dövlətimizin başçısına və xanımına minnətdarlığını bildirib və qeyd edib ki, ulu öndər Heydər Əliyev də təhsil sahəsinə böyük diqqət və qayğı ilə yanaşırdı. O, M. Əliyevaya tolerantlığın və konfessiyalararası dialoqun inkişafındakı xidmətlərinə görə mükafat təqdim edib

 

 

Günay ƏSƏDOVA

 

Paritet.- 2010.- 12-13 oktyabr.-S.8-9.