İdmançı-aktyor

 

Murad Abdullayev: “İstəməzdim mənə kaskadyor desinlər

 

 Yazımın qəhrəmanı aktyordur. Bütün insanların prototipini yaradan, onların ağrılarını, acılarını, sevinclərini yaşayan   onlar olmağı bacaran aktyor. Peşəsi rejissor olsa da aktyor istəyi bütün varlığına hakim kəsilib. Amma sizə deyim ki, mənim qəhrəmanım sadəcə aktyor deyil. O, idmançı aktyordur. Öz tryuklarını özü edən bunu peşəkarcasına bacaran Murad Abdullayev.

Onun filmoqrafiyasındaSirat körpüsü” , “Silah” , “Qarabağdır Azərbaycan” , “Cavad Xan”,  Ruhların Qovuşan Yeri” , “Kabusun Gözü ilə” , “Bəşəriyyətin xilası” filmlərinin adına rast gəlmək olar. Hazırda isə istehsalatda olanOnun ürəyi”  filmində baş qəhrəmanı canladırır.

 

1 həftənin tamaşası...

 

-15 yaşından aktyor olmaq qərarına gəldim. Van Damın filmləri məndə bu istəyi yaratmışdı. Məktəbdə həmişə tamaşalarda oynayırdım. Hətta o yaşım üçün olduqca məsuliyyətli Qacar rolunu oynamışdım. 1997- ci ildə məktəbi bitirib Mədəniyyət İncəsənət Universitetinə daxil oldum. Aktyorluğa istəsəm qismət elə gətirdi ki, rejissorluq fakültəsinə daxil oldum. Sonra düşündüm ki, aktyorluq insanın içərisindən gəlməlidir. Ona görə ixtisasımı dəyişmədim.  Universiteti bitirəndən sonra öz istəyimlə Xüsusi Təyinatlı Kəşfiyyat Batalyonunda qulluq etdim. O illərdə ancaq kinonu fikirləşirdim. Əsgərlikdən sonra 2002-ci ildə Gənc Tamaşaçılar Teatrında işləməyə başladım. 1 həftə işlədim sonra başa düşdüm ki, bu mən istədiyim deyil, daha teatra getmədim.  Sonra müxtəlif işlərdə çalışdım.

 

3 il aradan sonra

 

- Bəs  kinostudiyada niyə işləmədiniz?

-Onda demək olar ki, kino çəkilmirdi. Kinostudiyaya getdim,  orda bildilər ki, idmançıyam, mənə Əli Məmmədovun telefonunu verdilər. Sonra Əli Məmmədovla tanış oldum, filmlərdə kaskadyor kimi işləməklə bağlı söhbətlərimiz oldu. Amma kaskadyorluq da eləmək istəmirdim. Beləcə 3 il keçdi. Günlərin bir günü dostum Səmimi Fərhad vasitəsi ilə rejissor Samir Kərimoğluyla tanış oldum. Sirat körpüsüfilminin ssenarisinə mənim rolumu əlavə etdi. Bu mənim kinoda birinci işim oldu. Sonra Əli Məmmədov məni  Cavad xanfilminə kaskadyor kimi dəvət etdi. Amma o filmdə mən kaskadyor kimi deyil, aktyor kimi rol da ifa etdim. Həmin filmdən sonra Əli Məmmədovla Kaskadyorlar qrupuna daxil oldum   birgə bir çox filmlərdə  işlədik.

- Özün hansısa filmdə tryuk, yaxud döyüş səhnələrinin quruluşçusu olmusanmı?

-Tryukları qurmaq yaradıcı yanaşma tələb edir. Əli Məmmədovla 7-8 filmdə işlədik. Döyüş səhnələrinin çoxunu mən qururdum. Bu işimi qiymətləndirmədiklərinə görə qrupdan ayrılmaq qərarına gəldim özümMurad Kaskadyor Qrupu”nu yaratdım. Hazırda 5 nəfər üzvü var. Qrup kimi ilk filmimizOnun ürəyioldu.

- Azərbaycan kinosunda kaskadyorların həm maddi, həm mənəvi durumu necədir?

-Azərbaycan kinosunda hələ o qədər inkişaf yoxdur ki, kaskadyorlar da tamaşaçıları heyrətləndirsinlər. Amma inanın, Azərbaycan kaskadyorları Hollivudun kaskadyorlarından heç ilə geri qalmır. Bu gün kaskadyorlar kinoda qədər tələb olunsalar da qiymətləndirmə anında ən aşağı pillədə qərarlaşır. Kaskadyorun kino üçün gördüyü böyükdür. Filmlərdən kaskadyor kimi xaricilərə bizə verilən məbləğə baxanda fərqi açıq aydın görmək olar. İstəməzdim mənə kaskadyor desinlər. Mən idmançı -aktyoram. İdmançı aktyor olmaq çox yaxşıdır.  Kaskadyorluq sanki bir möhürdür. Bir həqiqət var, bizdə filmlər az çəkildiyindən aktyor kimi tez -tez tələb olunmursan. Ona görə məcburam kaskadyorluq da edəm. Amma əgər aktyorluğum sabah məni lazımınca təmin etsə, kaskadyorluqla məşğul olmaram.

 

İndi ancaq o filmlə nəfəs alıram

 

- Təsadüfi adamların kinoya çəkilməsinə necə baxırsan? İstedad yoxsa təhsil önəmlidir?

-İstedad daha vacibdir. Təhsil aktyora texniki tərəfdən kömək olur. Məsələn aktyordan ağlamaq tələb olunursa təhsilli aktyor bunu texniki tərəfdən rahat oynayacaq.

- “Onun ürəyifilminə qədər epizodik rollarda oynamısan. İndi baş rolun ifaçısı kimi filmin yükü sənin üzərindədir. İlk dəfə baş rolun həyacanını yaşayırsan. Özünü necə hiss edirsən?

-15 ildir ki, hansısa filmdə baş rolu ifa edəcəyim günü gözləyirəm. qədər gözləmək olardı, hərdən səbrimin tükəndiyi vaxtlar da olurdu, onda da qəhər məni boğurdu. Kinoya gəlişim Samir Kərimoğluyla oldu, elə ilk baş rolu da o mənə təklif etdi. Ssenarini oxuduqdan sonra rol məni tutdu. İndi ancaq o filmlə nəfəs alıram.

-  Səhv etmirəmsə filmdə iki rolu canlandırırsan.

-Əslində eyni adamdır. Sadəcə uşaqlıqdan Ağdanı cadulayırlar, Qədrana çevirirlər. Qədran eybəcər, həyatdan bezmiş, insanlardan küskün biridir. Daxilən yaxşıdır, amma pis olmağa məhkumdur. Sevir amma sevgisini göstərə bilmir.  Ağdan isə müsbət obrazdı. Amma onu tapmaq, onu oynamaq daha çətin idi. İstəyirdim ki, mən özümdəki yaxşını yox,  başqa bir yaxşını yaradım. Necə alındığını tamaşaçılar filmə baxandan sonra deyəcək.

 

İndi- indi mən özümü tapmağa çalışıram

 

- Çəkiliş prosesində rejissor Samir Kərimoğluyla fikir ayrılığınız olurmu? Necə anlaşırsınız?

-Fikir ayrılığımız olmur. Çünki Samiri bir baxışdan anlayıram. Amma yenə kameranın qarşısında olanda onun məsləhətlərinə ehtiyacım olur.

Onun ürəyi”ndə mağaradan qaça -qaça gəldiyim səhnəni çəkirdim. Trostsuz elədim, dabanım sürüşdü yıxıldım durub qaçanda başı üstə qabağa getdim, sürüşdüm...qayalığa dəydim. Qulağımın içində qan axırdı.

-Rejissorluq ixtisasındır. Gələcəkdə özünü rejissor kimi sınamaq fikrin yoxdur?

-Əlbəttə, hətta artıq iki ssenari   yazmışam. Biri dostumun ideyası əsasındaArxadan vuralan zərbə- 2”, “Qisas”, digəriƏməliyyatadlı  qısametrajlı filmin ssenarisidir. Ssenariləri təqdim etmişik, cavab gözləyirik.  

-Aktyorluqda  sənətindən bəhrələndiyin aktyorlar varmı?

Şahrux Xan, Silvester Stallone, Fəxrəddin Manafov, Brüs Li... siyahını daha çoxaltmaq olar. Amma ən çox  Jan Klod Van Damdan bəhrələnmişəm. Hətta aktyorluq sənətini seçməyimdə onun güclü təsiri olub. Van Dam mənim bütün bədənimə daxil olmuşdu. Onun kimi baxırdım, gülürdüm, danışırdım. Amma sonra başa düşdüm ki, aktyor olmaq istəyirəmsə, heç kimə bənzəməli, heç kimi təqlid etməli deyiləm. İndi- indi mən özümü tapmağa çalışıram.

 

 

GÜNAY

 

Paritet.- 2010.- 19-20 oktyabr.- S. 12.