16-cı Beynəlxalq İnşaat Sərgisinin açılışı olub

 

Sərgidə 25 ölkədən 260 şirkət iştirak edir

 

 Dünən  BakuBuildBeynəlxalq İnşaat Sərgisinin açılışı oldu. “BakuBuildsərgisi ilə paralel   “8-ci Xəzər Beynəlxalq Mebel, İnteryer Dizayn  2-ci Beynəlxalqİstilik, ventilyasiya, kondisiyalaşdırma, su təchizatı, santexnika ətraf mühitin mühafizəsi üzrə texnologiyalar üzgüçülük hovuzusərgiləri ictimaiyyətə təqdim olundu.

Artıq dörd ildir ki, “BakuBuildsərgisi ardıcıl olaraq Böyük Britaniyanın “ITE Group” şirkəti onun Qafqazdakı tərəfdaşıIteca Caspian” şirkəti sərginin təşkilatçıları qismində çıxış edirlər.  Qeyd edək ki, “BakuBuildsərgisi  Fövqəladə Hallar Nazirliyi,   Dövlət Şəhərsalma Arxitektura Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası, eləcə   Memarlar İttifaqının dəstəyi ilə keçirilir.

 Şəhərsalma Arxitektura Komitəsinin sədr müavini  Dövlətxan  Dövlətxanov bildirdi ki, qonşu ölkələrlə müqayisədə artıq Azərbaycana investisiyaların cəlb edilməsində heç bir problem yoxdur. Problem böyük investisiyaların effektiv istifadəsindədir. .

ASK rəhbəri Məmməd Musayev bildirdi ki, Azərbaycanda bu gün çox gözəl biznes mühiti yaradılıb ki, bu da sahibkarlığın inkişafına imkan yaradır:”Konfederasiyanın əsas vəzifəsi neft qeyri-neft sektorunun inkişafı, ölkənin ixrac potensialının artırılmasıdır. Bu vəzifənin yerinə yetirilməsində bu cür sərgilər böyük rol oynayır. Ümumiyyətlə, sərgilər  bazar iqtisadiyyatına girişin açarıdır”.

Qeyd edək ki, sözügedən sərgidə 25 ölkədən 260 şirkət iştirak edir ki, bunların da arasında Azərbaycan, Yunanıstan, Polşa, Rusiya, Türkiyə başqaları vardır. Sərgidə ilk dəfə iştirak edən debütant ölkələr - Portuqaliya Latviyanı bir neçə şirkət təmsil edir. “BakuBuildsərgisində fərdi stendlərlə bərabər, 6 birgə ekspozisiya da təqdim olunur, bunların da arasında Almaniya, Finlandiya, İran, Litva, İtaliya, Ukrayna vardır.

Sərginin ekspozisiyası müxtəlif çeşiddə çoxlu inşaat bəzək materialları texnologiyalarını əhatə edir. Bura tikinti materialları, bəzək üzlük materialları, pəncərə istehsalı üçün avadanlıqlar, beton sement istehsalı üzrə texnologiyalar, tikinti avadanlıqları, ixtisaslaşdırılmış texnika, sahələrin abadlaşdırılması, arxitektura landşaftın layihələşdirilməsi, kimyəvi inşaat məhsullarının geniş spektri, ağac emalı üçün avadanlıqlar, istehsal xətləri alətlər, santexnika, keramika s. daxildir. Açıq meydançada Almaniya, Türkiyə, Koreya, Böyük Britaniya, Rusiya, İtaliya digər ölkələrin böyük çeşiddə inşaat texnikası avadanlıqları nümayiş olunur.

Bu il ilk dəfə olaraq, “BakuBuildsərgisi ilə yanaşı keçirilən “Aqua-Therm Baku” - beynəlxalqİstilik, ventilyasiya, kondisiyalaşdırma, su təchizatı, santexnika ətraf mühitin mühafizəsi üzrə texnologiyalarsərgisində dünyanın 12 ölkəsindən, o cümlədən Azərbaycan, Almaniya, Danimarka, İran, İtaliya, İsveçrə digər ölkələrdən olan 50-dən çox şirkət artıq şirkət məhsullarını nümayiş etdirdi.

Sərgidə məhsularını nümayiş etdirən şirkətlərdən biri Bakıda fəaliyyət göstərən  “Kale Kilitşirkətidir. Şirkətin  satış meneceri Fuad  Rzayev bildirdi ki, onlar   Azərbaycanda sözügedən şirkətin rəsmi  distribyutoru olaraq 1998-ci ildən  fəaliyyət göstərirlər. “Tez bir zamanda  genişlənən firmanız, bu sektorda liderliyi əldə etməyi bacarıb.Müştəri məmnuniyyətinə   keyfiyyətinə  önəm verən firmamız  yuxarıda  qeyd olunan fəaliyyət  sahələri üzrə xidmət göstərir”. İstehsal etdikləri məhsullara gəldikdə isə  F. Rzayev bunları dedi:”Şirkətimiz cam balkon sisteminin sifarişi,hazırlanması, quraşdırılması, cam balkon profil aksesuarlarının satışı sifarişi   gətirilməsi kimi məsələlər önəm verir”.

“TİMSPORT” idman avadanlıqları   şirkəti administratoru Ramin Bayramov xatırlatdı ki, şirkətləri 19 ildən artıqdır ki, idman komplekslərinin avadanlıqlaşdırılması sahəsində ixtisaslaşıb:” Çoxillik təcrübə peşəkarlıq sayəsində “TİMSPORT” hazırda  Azərbaycanda idman sferasında  fəaliyyət  göstərən  ən böyük şirkətdir. Bizim partnyorlar arasında dünyanın ən tanınmış idman avadanlıqları istehsalçıları var”.R.Bayramov bildirdi ki, “TİMSPORT”  müxtəlif avadanlıqlar   xidmətlər təklif edir:” İdman komplekslərinin dizayn smeta layihələrinin hazırlanması, İdman meydançaları zallarının yer örtükləri, idman  meydançalarının  hasarları işıqlandırma sistemləri, futbol,futzal, basketbol, voleybol, tennis, badminton s. oyunlar üçün avadanlıqlar, tribuna oturacaqları, elektron tablo monitorlar, qoruyucu torlar s. avadanlıqlar təklif edir. Şirkətinin peşəkar mütəxəssisləri montaj qrupları avadanlıqların operativ kefiyyətli quraşdırılmasını təmin edir”.

  Türkiyədə  fəaliyyət göstərənÇağsanşirkətinin direktoru Dəniz Çağlayan bildirdi ki , şirkətləri 1980- ci ildən  fəaliyyətdədir:”Şirkətimizin  fəaliyyət sahələri alüminiumdan olan professional  nərdivanları, körpü sistemləri, ev, ofis üçün  nərdivanları  satışa çıxarmaqdır. Məhsullarımızın kefiyyətinə də xüsusi diqqət yetiririk. Belə ki, sektordakı inkişafları və dünyadakı  yenilikləri yaxından izləyən firmamız, xidmət etdiyi sektorlardakı müştərilərinin ehtiyaclarını diqqətə alaraq  hərəkət etməkdədir. Bunun nəticəsi  olaraq prioritetimiz bütünlüklə keyfiyyətdir. Keyfiyyət bizim üçün müştərilərimizin gözləmələridir. Bu gözləmələrin hər vaxt qarşılanacağı bizim zəmanətimiz altında olacaq”.

SərgidəSantralmebel  firmasının  biri-birindən maraqlı  mebel dəstləri ilə bəzədilmiş stendi hər kəsin marağına səbəb oldu.  Sözügedən şirkətin təmsilçisi qeyd etdi ki, mebellər Türkiyədə istehsal olunur və Azərbaycana gətirilir:”Əsasən tik ağacından dizayn edilmiş, həsir şəklində toxunmuş, bağ şəraitində istirahət üçün rahat döşəkçələrlə təchiz edilib. Onların bəziləri diyircəkli mexanizmlə təchiz edildiyi üçün bir yerdən digər yerə asanlıqla hərəkət etdirmək mümkündür.  Məlumat üçün bildirək ki, Beynəlxalq İnşaat Sərgisi 23 oktyabr tarixinədək davam edəcək.

 

 

GÜNAY

 

Paritet.- 2010.- 21-22 oktyabr.- S. 11.