Tarixi şəxsiyyət, böyük alim

 

Dünya şöhrətli elm xadimi, tibb elmləri doktoru, alim-anatom Azərbaycan Respublikasının əməkdar həkimi, Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının akademiki, Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri, tibb elmləri doktoru, professor Vaqif Bilas oğlu Şadlinski.1968-ci ildə Vaqif Şadlinski Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirərək terapevtik-stomotologiya kafedrasında baş laborant vəzifəsində saxlanıldı.Vadlinski 1970-ci ildə insan anatomiyası kafedrasının assistenti vəzifəsinə seçilib və bu kafedrada dosent, professor, kafedra müdiri vəzifəsinə qədər yüksəlib.

O, insan anatomiyası fənni üzrə mühazirə praktik dərslər apararaq yüksək ixtisaslı tibb kadrların hazırlanmasında yaxından köməkliklər göstərib.Vaqif müəllim 1995-ci ildən anatomiya kafedrasına müdir seçilib, bu ağır məsuliyyətli vəzifədə 15 ildir ki, işləyir. Bu işlədiyi illər ərzində tədrisin keyfiyyəti yaxşılaşıb, elmi tədqiqat işləri genişləndirilmişdir. Aparılan islahatlar, yaxşı, gözəl nəticələr verib ki, bu da məzunların anatomiya kafedrasına cəlb olunması bu kafedraya gəlmək həvəsinin artmasına yeni anatomların yetişdirilməsinə imkan zəmin yaradıb. Vaqif müəllimin təhsildə, təlim-tərbiyə sahəsində, gənc anatomların yetişdirilməsindəki nailiyyətlərinə görə dəfələrlə Səhiyyə Nazirliyinin fəxri fərmanlarına layiq görülüb.

Vaqif Şadlinski 1982-ci ildə Tiflisdə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyası müdafiə edib.

O, 1984-cü ildə Azərbaycan Tibb Universitetində insan anatomiyasının dosenti, 1995-ci ildə isə həmin kafedraya müdir seçilərək bu günə kimi kafedraya rəhbərlik edir.

Vaqif müəllim elmi məruzələrlə çıxışlar etmək üçün, onlarla xarici ölkələrdə elmi ezamiyyələrdə olub. Onun rəhbərliyi ilə 16 dissertasiya (6 nəfər doktorluq 10 nəfər namizədlik disertasiyası) yerinə yetirilərək müdafiə edilib. V. Şadlinski 350-dən çox çap olunmuş elmi əsərin, o cümlədən 11 monoqrafiyanın, 20 metodik tövsiyənin, 19 dərslik dərs vəsaitinin bir çox səmərələşdirici təklifin, onlarla elmi-kütləvi məqalələrin müəllifidir.

Akademikin yüksək fəaliyyəti nəticəsində rəhbərlik etdiyi anatomiya kafedrasının beynalxalq əlaqələri durmadan artır, inkişaf edir genişləndirilir. Bununla əlaqədar 1997-ci ildə ATU-nun insan anatomiyası kafedrası ilə   Tiflis Eksperimental Morfologiya İnstitutu, 2000-ci ildə Secenov adına Moskva Tibb Akademiyası arasında, müxtəlif vaxtlarda Türkiyə Ukranynadakı bir necə tibb universitetinin insan anatomiya kafedraları biri-bıriylə qarşılıqlı əməkdaşlıq etmək üçün uzun müddətli müqavilələr imzalanaraq, bir sıra layihələr həyata keçirilib s.

Akademik V. Şadlinski 1998-ci ildən Nyu-York Akademiyasının üzvü, 1999-cu ildən Beynəlxalq Kadrlar Akademiyasının akademiya professoru, 2001-ci ildən Beynəlxalq Morfoloqlar Assosiasiyasının Koordinasiya Şurasının üzvü, 2002-ci ildən Avropa Topoloqlar Cəmiyyətinin üzvü, Qafqaz Xalqları Akademiyasının vitse- prezident seçilib.

O, akademik Yusif Məmmədəliyev adına, Hacı Zeynalabdin Tağıyev adına mükafatlara, Beynəlxalq Kadrlar Akademiyasının qızıl medalına, Azərbaycanın 100 görkəmli alimi layihəsinin fəxri diplomuna onlarla digər fəxri adlarla mükafatlara layiq görülüb. 2008-i ildə akademik V. Şadlinski  Ankara şəhərində Türkiyə Azərbaycanın insan anatomiyası kafedralarının qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsinin xidmətlərinə görə Beynəlxalq Türk Dünyası Araşdırmaları   Elmlər Akademiyasının akademiki seçilib, eləcə üzərində Türkiyənin dövlət rəmzi olan xalat verilib.

2009-cu ilin avqust ayında Avropa Akademiyasının rəyasət heyətinin qərarı ilə V. Şadlinski Avropa Akademiyasının rəyasət heyətinin qərarı ilə akademiyanın üzvü seçilib.

2010-cu ilin 17 iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə ölkəmizdə səhiyyənın inkişafında böyük-fədakar əməyinə görə, “Əməkdar elm xadimifəxri adla təltif olunub.Elə həmin vaxtlarda, yəni 2010-cu ilin 04 iyun tarixində Avropanın təbiətşünaslıq Elmlər Akademiyasında elm xadimi Vladimir Tıminskinin sədirliyi ilə keçirilən elmi şuranın qərarı ilə elmi tədqiqat işlərində xüsusi əməyinə görə diplomla Avropanın ən böyük rütbələrindən olan Robert Koon medalı ilə təltif olunub.

 

 

Ağa Eminov

 

Paritet.-2010.- 26-27 oktyabr.- S. 11.