Dubayın “Əl-bəyan” qəzetində Azərbaycan haqqında mütəmadi məqalələr dərc olunur

 

   Birləşmiş Ərəb Əmirliklərində nəşr olunanƏl-bəyanqəzetində Azərbaycanla bağlı məqalə dərc olunub. Rusiya Dağlıq Qarabağ probleminin həllinin müzakirəsi üçün yüksək səviyyədə üçlüyün görüşünə ev sahibliyi edəcəkadlı yazı RusiyaninNovostiagentliyinə istinadən verilib.

Yazıda Azərbaycan Prezidenti İlham Əliyev həmkarı Serj Sərkisyanın həftənin 3-cü günü, Dağlıq Qarabağ probleminin həlli yollarını müzakirə etmək üçün Həştərxanda görüşəcəkləri qeyd olunur: “Cənab İlham Əliyev Serj Sərkisyan Rusiya Prezidenti Dmitri Medvedyevin şəxsi dəvətilə bu şəhərə gələcəklər. Bu problemin həlli yolları görüşdə yalnız 3 prezidentin iştirakı ilə müzakirə ediləcək”.

Eyni zamanda qeyd edilir ki, Azərbaycan hökuməti bəyan edib ki, öz hərbi büdcəsini 2011-ci ildə təxminən 2 dəfə artıracaq. Artıq respublikanın Milli Məclisi bu xərclərin, yəni hərbi xərclərə sərf olunacaq məbləgin 2.5 milyard manat olmasına böyük səs çoxluğuyla razılıq verib. Bu da məbləğin keçən ilə nisbətən təxminən 8 faiz çox olması deməkdir”, deyə yazıda bildirilir. Qeyd edək ki, bu rəqəmlər maliyyə naziri Samir Şərifova istinadən verilib.

Xatırladaq ki, ötən həftəƏl-bəyanqəzetində BƏƏ- fəaliyyət göstərənAzərbaycanCəmiyyətinin 18 oktyabr Müstəqillik günü ilə bağlı keçirdiyi tədbirlə bağlı yazı dərc olunmuşdu. Qeyd edək ki, həmin tədbirdə bu qəzetin müxbiri iştirak etmişdi. Müxbir yazıda bildirmişdi ki, Azərbaycan xalqı öz dövlət müstəqilliyinin 19-cu ildönümünü istər ölkəsinin bütün ərazilərində, istərsə xaricdə yaşayan vətəndaşları tərəfindən təntənə ilə qeyd edir: “Bu çərçivədə BƏƏ- yasayan Azərbaycan diasporu da bu bayramı qeyd edib. Tədbirin təşkilatçısı olanAzərbaycanCəmiyyətinin sədri Samir İmanov tədbirdə çıxış edərək Azərbaycanın qədim tarixi, sovetlər dönəmində yaşadığı tarix, 1991-ci ildə müstəqilliyini 2-ci dəfə hansı çətinlik bahasına əldə etməsi  bundan sonrakı illərin tarixi haqda geniş məlumat verib. Bunlara əlavə olaraq son 2 onillikdə milli lider Heydər Əiyevin rəhbərliyi altında əldə etdiyi böyük uğurlar haqda geniş  söhbət açıb”.

Dubay əmirliyində işıq üzü görən bu qəzetdə S.İmanovun müraciəti verdiyi məlumatlar əsasında mütəmadi olaraq Bakı respublikamızın digər böyük rayon şəhərlərinin tarixi, tərəqqisi haqda ətraflı məqalələr çap olunur.

 

 

FUAD

 

Paritet.-2010.- 26-27 oktyabr.- S. 5.