Ümid neftə qalmadı
“Biz bilirdik
ki, Azərbaycanda
neftdən əldə olunan gəlirlər ən yüksək səviyyədə idarə olunacaqdır”
Son illərdə Azərbaycanın makroiqtisadi göstəricilərində
baş verən müsbət dəyişikliklərin təhlili
göstərir ki, bəzi ekspertlərin proqnoz verdiyi “Holland
sindromu” təhlükəsi Azərbaycandan yan keçdi. Hətta dünyanı
bürüyən qlobal iqtisadi böhran dövründə belə
Azərbaycan iqtisadiyyatı öz istabilliyini qorudu. Artıq bu gün ölkəmizin davamlı
inkişaf sahəsində əldə etdiyi böyük
uğurlar inkişafın Azərbaycan modelindən
danışmağa imkan verir.
Azərbaycanın
öz ümidini yalnız neftə bağlayacağını
düşünənlərin fikrincə, getdikcə ölkədə
“holland sindromu” üçün zəmin yaranacaqdı. Lakin getdikcə nə bu zəmin
yarandı və nə vaxtsa bu sindromun olması ehtimalı
görünmür. Bu fikirdə olanlara Prezident İlham Əliyev
Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında tutarlı cavab verdi: “Xatırlayıram, 5-10 il
bundan əvvəl bəzi xarici elmi mərkəzlərdə Azərbaycanın
neft strategiyası ilə bağlı keçirilmiş
müzakirələrdə belə bir fikir ortaya qoyulurdu ki, Azərbaycanda
“holland sindromu” olacaq, Azərbaycan iqtisadiyyatı birtərəfli
şəkildə inkişaf edəcək, Azərbaycan o təbii
resurslardan səmərəli şəkildə istifadə edə
bilməyəcəkdir. Mən o söhbətləri
yaxşı xatırlayıram və çox şadam ki, bu gün artıq o
söhbətləri eşitmirik. Biz o vaxt da
bilirdik ki, Azərbaycanda nə “holland sindromu” olacaq, nə də
iqtisadiyyat birtərəfli inkişaf edəcəkdir. Bilirdik ki, Azərbaycanda neftdən əldə olunan gəlirlər
ən yüksək səviyyədə idarə olunacaqdır.
Məhz bu məqsədlə Azərbaycan Hasilat
Sənayelərində Şəffaflıq Təşəbbüsünə
qoşulub”.
Qeyd edək ki, “holland sindromu” (ingiliscə:
Dutch Disease) - təbii resursların istismarı ilə istehsal
sektorunun tənəzzülü arasında
qarşılıqlı əlaqəni izah etmək
üçün istifadə edilən iqtisadi konsepsiyadır. Nəzəri yanaşmaya görə, “holland sindromu”
şəraitində təbii sərvətlərdən daxil
olan böyük gəlirlər milli valyutanın mübadilə
kursunu artırmaqla istehsal sektorunun rəqabət qabiliyyətini
zəiflədir.
Holland sindromu
bütünlükdə istehsal sektorunun sadəcə təbii
sərvətlərdən asılılığını
yaradır və digər sahələrin inkişaf perspektivini
azaldır. Bu halda
iqtisadiyyatda süni canlanma meydana gəlir kapital qoyuluşu da təbii
sərvətlərin istismarına və daşınmasına
sərf edilir. Təbii sərvətlər
tamamilə istismar edilib bitdikdə isə sənaye qısa
zamanda strukturunu dəyişə bilmir. XX əsrin
sonlarında bir sıra neft çıxaran dövlətlər
bu vəziyyətə düşmüşdülər. Holland sindromunun baş verməsini əngəlləmək
üçün kapital qoyuluşu sənayenin bütün sahələri
üzrə balanslı və tədricən
paylanmalıdır.
1960-cı illərdə Hollandiya təbii qaz satmaqdan
xeyli pul qazanırdı və birdən məlum oldu ki, qeyri-qaz
sahələri tənəzzülə gedir. Sonralar
“holland sindromu” adını alan bu fenomenin
ilkin əlaməti odur ki, ya yerli pul ölür, ya da daxili
istehsal.
Azərbaycanda yaxın 20-ildə nənki
“holland sindromu”, digər hər hansı sindromun belə baş
verməsi ehtimalları olduqca azdır
İqitisadi
və Sosial İnkişaf Mərkəzinin rəhbəri
Vüqar Bayramov qəzetimizə açıqlamasında
bildirdi ki, Azərbaycanda neft sektorunun payı çox olsa da
“holland sindromu”nun baş verməməsini şərtləndirən
bir sıra səbəblər var. Onun sözlərinə
görə, məhz bunlar birmənalı şəkildə Azərbaycanda
“holland sindromu”nun yaranmasına imkan vermir: “Əvvəla 2007-ci
ildən qeyri-neft sektorunda inkişaf meyillərinin
müşahidə edilməsi birmənalı şəkildə
neft sektoru ilə qeyri-neft sektoru arasında balansın
yaranmasına gətirib çıxarıb. Bu da
təbii ki, “holland sindromu”ndan qaçmağa imkan yaradır.
Manatın məzənnəsinin möhkəmlənməsi
“holland sindromu”nun əlamətlərindən hesab olunur. Amma manatın məzənnəsinin möhkəmlənməsi
daxili iqtisadiyyatda disbalans yaratmır. Bunu
üçün də “holland sindromu”nun baş verməsi
halları məhdududur”.
İqtisadçı-ekspertin fikrincə, Azərbaycanın
üstünlüyü ondan ibarətdir ki, hətta neft
sektorundan gələn gəlirlər belə uzunmüddətlidir:
“Bu, birmənalı şəkildə müəyyən dami
maliyyə mənbələri formalaşmasına imkan
yaradır. Azərbaycanda hətta neftdə bir
neçə 10 ildən sonra müəyyən azalmalar baş
versə də, məhz mavi qaz hasilatının artması nəticəsində
artıq dövlət büdcəsinin gəlirlər hissəsinin
daimi formalaşmasına imkan verir. Eyni
zamanda nəzər alsaq ki, qeyri-neft sektorunda inkişaf templəri
var; bu artım dövlət büdcəsinin artmasına imkan
veririr. O baxımdan dövlət gəlirlərinin
formalaşmasında davamlı və dayanaqlı gəlir mənbələrinin
olması “holland sindromu”nun baş qaldırmasına imkan
vermir”.
V.Bayramov dedi ki, Azərbaycanda yaxın 20-də
nənki “holland sindromu”, digər hər hansı sindromun belə
baş verməsi ehtimalları olduqca azdır. Amma neft
sektorundan asılılığın aradan
qaldırılması istiqamətində addımların
atılmasına ehtiyac var: “Qeyri-neft sektoru birmənalı
şəkildə dövlət tərəfindən dəstəklənməlidir.
Artıq bu prioritet məsələ hesab olunur”.
Həmsöbətimiz bildirdi ki, bütün hallarda “holland
sindromu”nun qarşısını almaq üçün
dövlət büdcəsindən, eləcə də
Ümumdaxili məhsulda bir sektorun payının
azaldılması vacibdir: “Bu gün dövlət büdcəsinin
daimi gəlir mənbələri var. O gəlir mənbələrinin
olması “holland sindromu”ndan yayınmağa imkan verir. Eyni
zamanda nəzərə alsaq ki, regionların inkişafı, Azərbaycan
iqtisadiyyatının stimullaşdırılması,
infrastruktur layihələri və s. ilə bağlı
proqramlar həyata keçirlir. Bütün
bunlar məhz qeyri-neft sektorunun inkişafı üçün
stimul yaradır. Birmənalı şəkildə
məhz Azərbaycanda sözügedən proqramların icra
edilməsi “holland sindromu”ndan qaçmağa imkan verir”.
İqtisadi inkişaf yeni keyfiyyət mərhələsinə
daxil olub
Təqdirəlayiq
haldır ki, son dövürlər Azərbaycanda bir çox
irimiqyaslı siyasət sənədləri (konsepsiya, strategiya
və proqramlar) qəbul olunub. Bu müddət ərzində ‘’ Kiçik və Orta
Sahibkarlığa Dövlət Yardımı Proqramı
(1997-2000-ci illər, sonradan isə 2002-2005-ci illər)”,
“Maşınqayırma sənayesinin inkişafının
Dövlət Proqramı (2002-2005-ci illər)”, “Aqrar bölmənin
inkişafının Dövlət Proqramı (2002-2006-cı
illər)”, “Demoqrafik inkişaf konsepsiyası”, “2002-2005-ci illərdə
turizmin inkişafına dair Dövlət Proqramı”,
“Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə
Dövlət Programı (2003-2005-ci illər)”,
“Regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Programı (2004-2008-ci illər)”
və digər layihələr uğurla həyata
keçirilib. Eyni zamanda, hal-hazırda “Məşğulluq
strategiyası” (2006-2015-ci illər), “Regionların
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”, “2008-2015-ci illərdə yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə
əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı” və digər vacib sənədlər
uğurla icra olunur.
Azərbaycan iqtisadi islahatlar və inkişaf modelinin
həyatqabiliyyətli və səmərəli olmasının
ən yaxşı isbatı son illərdə ölkəmizdə
sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş
nailiyyətlərdir. Belə ki, bu model
üzrə həyata keçirilən siyasət çox tez
bir zamanda ölkə iqtisadiyyatında əsaslı keyfiyyət
dəyişiklikləri baş verməsinə səbəb
olub. İnflyasiya cilovlanıb, Milli Bank tərəfindən
büdcə kəsirinin maliyyələşdirilməsi praktikasına
son qoyulub, büdcə kəsiri ÜDM-in 1-2%-i səviyyəsinə
endirilib. Bu dəyişikliklər nəticəsində
artıq 1996-cı ildə dərin iqtisadi böhran keçirən
ölkədə makroiqtisadi sabitliyə nail olunub, növbəti-1997-ci
ildən başlayaraq isə dinamik iqtisadi inkişafı təmin
etmək mümkün olub. 1996-cı ildə ÜDM-in
artım sürəti 1,3%, 1997-ci ildə 5,8%, 1998-2004-cü illərdə
isə orta hesabla 10% təşkil edib. 2005-2009-cu illərdə
isə real iqtisadi artım tempi müvafiq olaraq 26,4%, 34,5%, 25%,
10,8% və 9,3% olub ki, bu da əhalinin sosial-iqtisadi
rifahının daha da yaxşılaması baxımından
çox böyük əhəmiyyət kəsb edir.
Sahibkarlığın
inkişafı və özəlləşdirmənin həyata
keçirilməsi ilə əlaqədar görülən tədbirlər
nəticəsində ÜDM-də özəl sektorun xüsusi
çəkisi artaraq 1994-cü ildəki 29%-dən 2009-cu ildə
85%-i ötüb. Son illərdə ölkə iqtisadiyyatına
investisiya qoyuluşu da xeyli artıb. 2009-cu ildə
2004-cü illə müqayisədə iqtisadiyyatın və
sosial sahələrin inkişafına bütün maliyyə mənbələri
hesabına 1,8 dəfə çox
investisiya qoyulub və bu dövr ərzində ümumi
investisiyaların həcmi 48 milyard ABŞ dollarından
çoxdur.
Azərbaycanda
yoxsulluğun azaldılması, sosial-iqtisadi rifahın yüksəldilməsi,
regional və sahəvi inkişafın təmin edilməsi
istiqamətində həyata keçirilmiş və
keçirilən iqtisadi islahatların, tədbirlərin (bu
islahat və tədbirlərin hansı siyasi sənədlərlə
həyata keçirilməsi yuxarıda qeyd edilmişdir)
davamlı nəticəsi olaraq ölkədə əhalinin həyat
səviyyəsi ilbə-il yüksəlir, iqtisadiyyatın
regional və sahəvi kəsimdə inkişafı
reallaşır.
“Büdcə sistemi haqqında” qanuna
uyğun olaraq hər il respublikanın
növbəti və gələn üç il üzrə
iqtisadi-davamlı sosial inkişaf konsepsiyası
hazırlanır. Bu baxımdan, “2010-cu və gələn
üç il üzrə iqtisadi-davamlı sosial inkişaf
konsepsiyası” yuxarıda qeyd olunmuş dövlət
proqramları ilə əlaqəli şəkildə
hazırlanıb. Bu sənəd 2010-2013-cü illərdə
iqtisadi və davamlı sosial inkişafının əsas
istiqamətlərini və proqnoz göstəricilərini
müəyyən etməklə 2010-cu və sonrakı
üç il üçün dövlət və icmal
büdcələrinin tərtibini əsaslandırır.
Bütün
bunlar göstərir ki, artıq ölkəmizin iqtisadi
inkişafı yeni keyfiyyət mərhələsinə daxil
olub. Yeni mərhələnin əsas
hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin
yüksəldilməsinə və dünya təsərrüfat
sisteminə səmərəli inteqrasiyasına nail olmaqla,
uzunmüddətli perspektivə ölkədə dinamik
sosial-iqtisadi inkişafın davamlılığını təmin
etməkdən ibarətdir.
F.HÜSEYNZADƏ
Paritet.- 2010.-28-29 oktyabr.- S.1;4.