“Pəri - cadu” əsərində öz Pərisini yaradan
aktrisa
Kəmalə Hüseynova: ”Qadın
problemini göstərən rolları oynamağı sevirəm”
Dövlət
Gənc Tamaşaçılar Teatrının (DGTT) səhnəsində
20 ildir bir-birindən fərqli obrazlar yaradan istedadlı aktrisa Kəmalə
Hüseynova ilə görüşməyimizə səbəb
onun Əbdürəhim bəy Haqverdiyevin “Pəri -cadu” əsərindəki
inandırıcı və dinamik oyunu oldu. Özünün
dediyi kimi, bu tamaşada aktrisa daxilindəki “Pəri-cadu”nu
yaradıb. Aktrisa bizimlə söhbətdə bu
tamaşa ilə yanaşı, ümumi yaradıcılıq
yolundan da danışdı:
-İncəsənətə kiçik
yaşlardan marağım olub, məktəbi bitirib sənədlərimi
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinə verdim və qəbul
oldum. Sonra Dövlət Gənc Tamaşaçılar
Teatrından dəvət aldım və artıq 20 ildir ki, bu teatrda işləyirəm.
Onu qeyd edim ki, bir vaxtlar
arzulayırdım ki, 20 il sonra sənətdə
hansı pillədə olardım, hələki o zirvədə
deyiləm. Bu dediklərim iddia kimi səslənməsin, sadəcə
demək istəyirəm ki, sənətdə
arzuladıqlarıma hələ tam olaraq nail olmamışam.
-Siz artıq 20 ildir DGTT-nın səhnəsində
çalışırsınız. Bu illərdə
başqa teatra keçmək və ya rol oynamaq arzusunda
olmusunuzmu?
-Başqa teatrdan dəvət alaraq, orda
oynamağı özüm üçün yaxşı hesab
etmirəm.O səbəbdən ki, başqa teatrın
ab-havasına, yaradıcı mühitinə öyrəşənədək
, mənə çətin olar. İndi
çalışdığım teatrda daha çox gənclərə
və uşaqlara aid olan əsərlər səhnələşdirilir.
Amma uzun illərdən bir klassik əsər də
oynanılır. Bu zaman da hər dəfə o tamaşada mənə
rol verilməyəcək, çünki başqa aktrisa və
aktyorlarda var. Lakin başqa teatrdan dəvət alsam, ciddi rol
oynamaq istərdim.
-Deyirlər, aktyorlar klassik əsərdə
istedad və yaradıcı imkanlarını tam göstərə
bilirlər. Siz bu
fikirlə razısınızmı?
-Klassik əsəri hər bir aktyor sevir. Sənətdə
tam olaraq özünü təsdiq etmək
üçün klassik əsərdə oynamaq vacibdir. Belə
deyərdim ki, belə əsərdə oynamaq bir növ yaradıcı sınaqdır, klassik əsərdə
aktyor üçün bir yaradıcı qida var.Oynamağa gəldikdə
güclü aktyor hər zaman klassikaya üstünlük verir,
zəif aktyor isə klassik əsərdə
oynamaqdan qaçır: bilir ki, bütün mənfi tərəfləri
açılacaq. Klassik əsər illərin
sınağından keçərək formalaşır.
“Ən böyük arzum C.Cabbarlının “Aydın” əsərində
Gültəkini oynamaqdır”
- Siz Azərbaycan
klassikasında hansı obrazı oynamaq istərdiniz?
- Ümumiyyətlə, ciddi əsərlərdə
oynamağı sevirəm.Ən böyük arzum görkəmli
dramaturq Cəfər Cabbarlının “ Aydın”
əsərində Gültəkini oynamaqdır. Bu
rolu -Gültəkini bir neçə aktrisanın ifasında
görmüşəm. Amma mən bu
obrazı tamamilə fərqli oynardım. Bəlkə
də məni daxilimdə olan fərqli Gültəkini
yaratmaqda suçlardılar və ya əksinə deyərdilər
ki, ən yaxşısı budur. Yəni mən bugünkü Gültəkini
oynamaq istəyirəm. Burda bir haşiyə
çıxım; hələ özümü yaxşı
aktrisa hesab etmirəm və həmişə deyirəm ki, bu
yolda hələ piyadayam və irəliyə gedirəm. Hər zaman “nələr edəcəyəm?”
sözü və sualı qarşımda durur.
-Gültəkin obrazından Kəmalə
Hüseynovada nəsə var ki, onu oynamaq istəyir?
-Əvvəla onu qeyd edim ki, rejissor Mehriban Ələkbərzadənin
“Məhkumlar” filmindən sonra bir jurnalist mənə sual verdi
ki, bu filmdə Əzizə obrazını
yaratmısınız, bu obrazla daxilən hansısa
bağlılığınız varmı? Ona dedim ki, bir insan -qadın olaraq mən
xoşbəxtəm ailəm və üç övladım
var. Yəni Kəmalə Hüseynova kimi özümü
xoşbəxt sayıram, amma Əzizə, Gültəkin, Pəri-cadu
kimi məhv
olmuş, taleyi sönmüş
minlərlə qadın
içimdə yaşayır. Ümumiyyətlə,
bu tipli ümumilləşdirilmiş qadın problemini göstərən
rolları oynamağı sevirəm.
Sənətdə istəklərimdən
biri də , bu gün yazılan elə bir əsərdə qadın
obrazını oynamaqdı ki, gələcəkdə o
klassikaya çevrilsin. Həmin rolun ilk
ifaçısı da mən olum.
-Qadın problemindən
danışdınız, qadınların problemi nədən
yaranır?
-Cəmiyyət içində yaşayan və
ictimai proseslərdə iştirak edən hər bir kəsin
problemi olur. Qadının probleminə gəldikdə isə
deyə bilərəm ki, nə qədər ki, cəmiyyətdə
kişi problemi var, qadının problemi cəmiyyətdə
həll olunmamış qalacaq. Məsələn, Ə. Haqverdiyevin “Pəri
-cadu” əsərindəki Pəri-
cadunun sonda məhv olmasına səbəb kişinin ona problem yaratmasıdır.
Bundan başqa Mehriban Ələkbərzadənin
“Məhkumlar” filmində Əzizə obrazı kişilər tərəfindən
sevilən, atılan və sonda isə məhv olmuş bir
xanım. Deyərdim ki,
kişilərin problemi cəmiyyətdən gəlir və
onlarda problemini qadına ötürür. Qadınlarda problemini övladlarına
ötürür. Zəncirvari bir problem yaranır.
- “Pəri-
cadu” əsərindəki rolunuzdan
danışmağınız maraqlı olardı.
“Aktrisanın plastikası olmalıdır, bu onun sənətinin
tərkib hissəsidir”
-Bir müddət əvvəl “Pəri- cadu” əsəri əsasında
hazırlanmış tamaşanı təhvil verdik. Mən bilirdim ki, bu əsər bir sıra teatrlarda
tamaşaya qoyulub və Pəri-cadu obrazını oynayan
aktrisaları da tanıyırdım, amma onların oyununu
görməmişdim. Bilmirəm o
aktrisaların oyununu görsəydim, bu rolu necə oynardım.
Yəni konkret olaraq hansı Pəri- cadunu
oynayacağımı bilmirdim. Bu səbəbdən də DGTT
səhnəsində qoyulan ”Pəri-cadu” əsərini məşq edərkən öz Pəri-cadumu
canlandırırdım. Həyatda heç nəyi
özümünküləşdirmirəm sadəcə sevirəm.
Oynadığım bütün obrazlar
özümündür, ona görə ki, daxilimdə yüzlərlə
belə obrazlar var. Rol oynayanda da o obrazlardan birini seçirəm və qarşıma məqsəd
qoyuram ki, bu cür oynamalıyam. Tamaşada rol
alanda əsəri oxuyuram və diqqətlə
yazıçının demək istədiyi fikri seçirəm.
O cümlədən də “Pəri-cadu”
rolunu . Cəmiyyətə nəzər
saldıqda qadınların çoxusunun ah-naləsi
olduğunu görmək olur.
-Bu tamaşada səhnədə
böyük bir hörümçək toru vardı, siz
çox dinamik olaraq o tor üzərində hərəkət
etdiniz. Bunun üçün xüsusi bir məşq
keçmişdinizmi?
- Məşq zamanı rejissor Nicat
Kazımov o tora çıxmağı mənə təklif
etdi. İnanın, ilk dəfədən rahat çıxdım. Aktrisanın plastikası olmalıdır bu onun sənətinin
tərkib hissəsidir. Rəqslə,idmanla
məşğul oluram. Ancaq bu tamaşa
zamanı heç bir məşq keçməmişdim.
-”Pəri-
cadu” dan özünüz üçün nələri əxz
etdiniz?
-Onu deyim ki, həyatda insan nə edirsə,
zaman keçdikcə də onun
nəticəsini görür. Bu əsərində
ideyasında əsas bu fikir durur. Əsərdə reallıqla
mistikanın birləşməsi var. Bu tamaşada yer
almış cinlər, iblis və pərilər haqqında məlumatlandım.
Başqa bir çox məqamları öyrəndim.
-Yaradıcılığınızın bir hissəsi də kino ilə
bağlıdır.Bu barədə nə deyə bilərsiniz?
“Kamera qarşısında suda balıq kimi oluram”
- Bəli, mən
kino aktrisası olmaq arzusunda idim. Teatr
aktrisası olmaqdan da peşman deyiləm. Daha
çox filmlərə çəkilmək arzusundayam. Çünki tarix
özü kinodur, kino tarixdir. Kino hər
bir millətin vizit kartıdır. Deyirlər
ki, teatr canlıdır, bu fikirlə razıyam, amma kinonun
üstünlükləri var.
Kino— sənət adamının tanınmasına və yaddaşlarda
qalmasına səbəb
olur. Ancaq məni cəlb edən
tanınmaq deyil,
sadəcə kinoya çəkiləndə
yaradıcı potensialımı daha çox təcəssüm
etdirirəm. Belə deyərdim ki, kamera
qarşısında suda balıq kimi oluram. Ancaq bir məqamda var ki, filmlərə baxanda səhvlərimi
görürəm, təəssüf ki, düzəltmək
mümkün deyil. Teatrda isə tamaşadan tamaşaya
daha yaxşı oynamaq imkanın var. Filmlərə çəkilmişəm,
bu mənim kino
aktrisası olmağım demək deyil. Sənətdə
ilk addımları kino ilə başlamışam. Hazırda teatrda
işləyirəm, amma buna baxmayaraq
desələr ki, sən üç ildən sonra filmə
çəkiləcəksən çox sevinərəm.
“Hazırda “ Romeo və Cülyetta” əsərində
rol almışam”
-İlk kino
rolunuzu necə xatırlayırsınız?
-İlk dəfə
mən televiziya üçün hazırlanan sənədli
filmdə çəkilmişəm. Ancaq bədii filmə gəldikdə
isə paralel olaraq iki filmə çəkilmişəm.Bunlarda
biri Cahangir
Mehdiyevin “Kişi sözü”, o
biri isə Yefim Abramovun
“Araqarışdıran” filmi olub. Bu obrazlarım
həmin dövrdəki təbiətimə uyğun idi.
Filmdəki rollardan
biri məktəbi yenicə qurtaran şagird idi, o zaman mən də məktəbi
yenicə qurtarmışdım.
Digər rolum isə kəndli qız idi.Bundan sonra
başqa filmlərə çəkilmək təklifi
aldım, eyni zamanda “Məhkumlar”, “Ölüm növbəsi
”filmində rol aldım.
-Rejissorlarla iş birliyiniz necədir?
-İlk olaraq qeyd edim ki, teatrımızda təmirdən sonra çox
gözəl şərait yaradılıb. O ki qaldı iş
birliyimizə, hazırda gənc rejissor Nicat Kazımovla işləməyə
üstünlük verirəm. Çünki o, zövqlü və
istedadlıdır
və onunla işləməkdən yorulmuram. Bəhrəm
Osmanovla, Rafiq Əliyevlə yaradıcı əməkdaşlığımız
yaxşı alınır. Hazırda Şeksprin “ Romeo və Cülyetta” əsrində
rol almışam.
Günay
Paritet.- 2010.- 30 oktyabr-1 noyabr.- S. 11.