Bəstəkarın həyatının bir anı...
Sevinc Tofiqqızı: “İlk işıq üzü
görəcək musiqi albomumun adı “Həyatın bir
anı” olacaq”
Musiqi-
insanı keçmişə və gələcəyə
aparan möcüzə dolu bir aləmdi. Qəribədir ki, insan həm
sevincli və həm də kədərli anlarında həmişə
musiqiyə müraciət edir və daxilində bir rahatlıq
tapır. Buna
əsasəndə demək olar ki, insanın ən
yaxın dostu və sirdaşı gözəl
yazılmış musiqidir. Bu
gün bizim sizə haqqında danışacağımız bəstəkarın
musiqilərindəki
həzinlik, gözəllik insanı başqa bir aləmə,
yəni xəyal aləminə aparır.”Hər bir bəstəkar
ifaçıya yeni nəfəs gətirməlidir,
hər yazılan musiqi isə tamaşaçının qəlbinə
təsir etməli və həyəcanlandırmalıdır”deyən
istedadlı bəstəkar Sevinc Tofiqqızı bizə sirli
-sehrli sənət dünyasından danışdı.
Musiqinin, poeziyanın və rənglərin qovuşduğu sirli
dünya
-İlk olaraq onu qeyd edim ki, valideynlərim incəsənətə
çox bağlı insanlardır. Atam hazırda inşaat sahəsində
çalışmasına
baxmayaraq, çox gözəl rəssamlıq qabiliyyəti
var. Anam isə ixtisasca həkimdir.
O, musiqi təhsili alıb, ancaq sonradan bu fəaliyyətini təkmilləşdirməyib.
Valideynlərimin incəsənətə sonsuz həvəsini
illər boyunca görmək, eyni zamanda daxilimdə musiqiyə
olan sevgi məni bu sənətə gətirib. Bir
maraqlı faktı da qeyd edim, anam deyir ki, uşaq vaxtı
şıltaqlıq və dəcəllik edəndə
belə məni musiqi ilə sakitləşdirərmişlər.
Orta məktəbin birinci sinfinə gedəndə pianoda çalmaq
istəyinə düşdüm. Bu istəyimi görən
valideynlərim, məni
musiqi məktəbinə qoydular. Doğum
günümdə isə mənə fortepiano hədiyyə
etdilər.Altı yaşımdan rəsm çəkməyə
başladım. Rəssamlığa meylim atamdan gəlib. Atam evin divarında iki rənglə anasının
portretini yaradıb. Atam anasının portretini yaradanda bildim ki,
o, çox istedadlıdır. Həmin rəsmə baxanda elə hiss
edirdim ki, sanki canlı bir insanla ünsiyyətdəyəm.
İlk çəkdiyim rəsm atamın portreti olub.
Düzdür, o zaman çəkdiyim həmin şəkil atama
az oxşayırdı. Getdikcə
öz üzərimdə işləyərək daha orijinal
şəkillər çəkdim. Cizgi
filmlərinə baxırdım, ordakı qəhrəmanların
rəsmini də çəkirdim.Qaldı ki toxumaq, hörmək
işimə- bu mənə anamdan keçib. İkinci
sinifdən anamdan aldığım dərslər nəticəsində
toxuculuqla məşğul oluram. İlk
dəfə şal toxumuşam. Bu gün də
bu sənəti davam etdirirəm.
-Həm gözəl rəsmlərin, həm
də gözəl əl işlərinin müəllifisiniz nə üçün sərginiz olmayıb?
-
Çünki rəssamlıq sadəcə mənim hobbimdir. Yəni
heç zaman fikirləşməmişəm ki, mən rəssam olacağam.
Onu qeyd edim ki, dizayn işi də məndə
yaxşı alınır. Özüm üçün hər
hansı bir geyim alanda onun üzərində işləyib,
qeyri-adi bir forma
verirəm.
-Bildiyimizə görə, müəllifi
olduğunuz şeirlər də var..
- (Gülür) Ara-sıra şeirlərdə
yazıram. Yəni qəlbimdən gələn hissləri
ağ kağız üzərinə
köçürürəm.
Ancaq şeirlərimin nəşr edilməsini və
oxuculara təqdim olunmasını hələ istəmirəm.
İndi əsas
istəyim odur ki, bəstələrimi yetərincə xalqa çatdırım. Gələcəkdə sözlərimə musiqi bəstələnməsini
istərdim və bəlkə elə özüm bəstələdim.
-Sizin musiqilərinizi hansı müğənnilər
ifa edir?
-Əvvəla onu deyim ki, çox sevinirəm
ki, “Biz ikimiz” adlı bəstəmi böyük sənətkar
Flora Kərimova istedadlı müğənni Aslan Hüseynovla birgə duet
şəkilində ifa ediblər. Eləcə də Nadir
Qafarzadə, “Yeni ulduz” müsabiqəsinin qalibi Vüqar Muradov
və gənc müğənni Əfsanə bəstələrimin
ifaçılarıdır. Şairlərdən
isə, Xanım İsmayılqızının və Asifin
yaradıcılığına müraciət edirəm.
-Xarici ölkələrdən dəvət
almısınızmı?
-Moskva şou-biznesinə qatılmaq
üçün təkliflər çox olub. Hətta
qızım Nərgizi də seriala çəkmək istəyirdilər.
Lakin mən razılıq vermədim.
“Hər bir bəstəkar ifaçılığa yeni nəfəs
gətirmlidir”
-Sizcə əsl bəstəkar necə
olmalıdır?
-Hər bir bəstəkarın öz
iş üslubu olmalıdır. Musiqi gərək
insanı həyəcanlandırsın,
düşündürsün. Hər bir bəstəkar
ifaçılığa yeni nəfəs gətirməlidir.
-Nə üçün siz daha çox
instrumental əsərlər yazırsınız?
-İlk nota aldığım peşəkar
musiqi “Həsrətindəyəm” instrumental kompozisiyam olub. Bu
əsərin belə adlandırılması təsadüfi
deyil. Çünki bu kompozisiya qürbətdə
yaşadığım illərin bəhrəsidir.Musiqilərim
daha çox instrumental üzərində qurulur. İnstrumentala daha çox meylliyəm.
Çox sevirəm bu janrda işləməyi, bu mənim daxilimdən gəlir.
Ümumiyyətlə, bəstələrim mənim
həyatımdı. Dənizin kənarına gedəndə və ya təbiətlə
ünsiyyətdə olanda fikrimə gələn yeni ideyanı
mütləq nota alıram. Sonra gəlib evdə yazıram
və əlavələr edirəm. İnstrumental musiqilərimi
istedadlı və gözəl bəstəkarımız Ruhəngiz Qasımovaya təqdim
etdikdə, o dedi ki, bu əsərlərdən gözəl
musiqilər alınar. Bundan sonra instrumental musiqilərimi mahnılara çevirdim. Və
Xanım İsmayılqızının şeirlərinə gözəl musiqilər
bəstələdim. Mənim ən çox sevdiyim
instrumentalım, “Atv
106”, “Atv international”da Bakının görüntüləri
ilə səslənən “Həsrətindəyəm” əsəridir. “Ümid körpüləri”
instrumental musiqimi də
çox sevirəm və ona klip çəkdirmək
istəyirəm. Sözləri şair Asifin, musiqisi isə mənim
olan, Nadir Qafarzadənin ifa etdiyi
“Doymadım bu sevgidən” mahnıma klip çəkilib. Sözügedən klipdə məndə çəkilmişəm.
Hazırda “Can” qrupunun keçmiş üzvü
Şəbnəmlə işləyirəm. “ Sevgi deyil, bəs nədir” musiqimə bu yaxınlarda klip
çəkiləcək. Əfsanə adlı gənc
müğənni ilə də işləyirəm, o mənim “ Dön” adlı mahnıma klip çəkdirir. Aslan Hüseynovla sözləri Xanım
İsmayılqızına, musiqisi isə mənə məxsus olan
“Çağır məni” mahnıma
klip çəkdirmək fikrimiz var.
-Əvvəl
musiqini bəstələyirsiniz, sonra ona uyğun sözləri
seçirsiniz yoxsa, əksinə?
-Musiqini yazıram, sonra şeiri seçirəm.
Ya da elə olur ki, şeir xoşuma gəlir və
ona uyğun musiqi yazıram.
Çalışıram ki, mənim bəstələdiyim
musiqilərdə
bir tamlıq və
bütövlük olsun
“Musiqi sevilsə, müəllifi ilə maraqlanacaqlar”
-Həyatda çox optimist görünən
Sevinc xanımın nədən musiqilərində gizli bir kədər
duyulur?
- Ola bilsin ki, mənim üz cizgilərim məni
həmişə şən göstərir. Amma bəstələrimdə
hardasa az da
olsa qəm, kədər var. Bu səbəbdən
də mən söylədim ki, bəstələrim mənim həyatımdır.
-Efirdə
çox görünmürsünüz. Buna
səbəb nədir?
-Bilirsiniz , efirlərdə
çox görünməyi
xoşlamıram. Mənim üçün əsas odur
ki, musiqilərimi
ürəyim istədiyi kimi xalqıma
çatdırım. Əgər musiqi sevilsə, istər istəməz
onun müəllifi
ilə maraqlanacaqlar. Ancaq bu yaxınlarda bir
neçə maraqlı layihələrlə efirlərdə
görünəcəyəm.
-CD-niz nə vaxt işıq
üzü görəcək?
-Artıq bir neçə instrumental əsər
yazmışam. İstedadlı
aranjimançı Osman müəllim hazırda onları aranjiman edir.
Sözügedən musiqilər hazır olan kimi ilk diskim
işıq üzü görəcək.Albomda 15 mahnı yer
alacaq və adı isə “Həyatın bir anı”
olacaqdır.
-Hazırda hansı kompozisiya üzərində
işləyirsiniz?
- Mənim ilhamverici qüvvəm təbiətdir,
dənizdir. Sonuncu əsərim elə dəniz kənarında
yazdığım “Həyatın bir anı” instrumental əsərimdir.
-İnstrumental
musiqilərinizin ifa olunmasını istərdinizmi?
-Əlbəttə,
istərdim. Hələ
gələcəkdə istəyim var ki, yazdığım
instrumental əsərlərdən ibarət konsert proqramı ilə
çıxış edim.
“Ailəm mənim səadətim, bəstələrim isə həyatımdı”
-Ailəniz haqqında nə deyə bilərsiniz?
-Qızlarımın ikisi də çox
istedadlıdır. Belə ki, Nərgiz çox
gözəl rəqs edir, dekerativ tətbiqi sənətlə məşğul
olur, maraqlı əl işləri olan gəlinciklər
hazırlayır. Ancaq o həkim olmaq istəyir.
İkinci qızım Lalə isə rəsm çəkməyə
meyllidir. Çox gözəl rəsmləri var.
Bu istedad Laləyə məndən keçib. Amma o da başqa peşənin arxasınca gedəcək.
Həkim olmaq istəyir. Bilirsiniz
ailəm mənim səadətimdir, bəstələrim isə
həyatım.
-Pedaqoji fəaliyyətlə məşğulsunuzmu?
-Bəli , çox
istedadlı 6-7 tələbəm var. Bu tələbələrim
arasında çox istedadlısı,
üçüncü sinif şagirdi olan Səməndər Seyidovdur.
Əminəm ki, o gələcəkdə qəlbindəki
güclü musiqi duyumu ilə
çox gözəl və möhtəşəm əsərlər
yaradaraq istedadlı bəstəkar olacaq. Bir məqamı sizə
xatırladım ki, Səməndərin valideynləri də musiqini çox sevdiklərindən onların arzusu
idi ki, övladları pianoda ifa etsin. Bu uşaqla ilk
tanışlıqda gördüm ki, Səməndərin daxilində bir musiqi
qığılcımı var. Sadəcə bu
qığılcımı alovlandırmaq lazımdır. Həqiqətən
də, qısa bir zaman da Səməndər pianoda
çalmağı öyrəndi və istedadını daha
gözəl şəkildə nümayiş etdirdi. O, artıq müstəqil bir neçə kompozisiya ifa
edib. Onun “Ümid körpüləri“
kompozisiyamı ifa etməsi məni çox
sevindirdi. Hətta Səməndər
hazırda musiqi bəstələməyə
hazırlaşır. Digər istedadlı tələbəlim də
var, onlar notu bilmədən ifa edirlər. Hazırda isə tələbələrə not
öyrədirəm.
Biz Sevinc
xanımın çox istetdadlı və azyaşlı tələbəsi
Səməndər Seyidovla məşq zamanı
görüşdük. O musiqiyə hədsiz sevgisi olduğunu
dedi və gözəl ifası ilə bizi təəccübləndirdi.
Bir neçə dəqiqə müddətində Səməndər müstəqil olaraq, pianoda çox
gözəl musiqilər ifa etdi.
Bizimlə söhbətində
balaca bəstəkar bunları
dedi: “ Musiqini kiçik yaşlarımdan sevirəm.
Hazırda musiqinin sirlərini
Sevinc müəllimədən
öyrənirəm. Müəllimi çox sevirəm və onunla işləməkdən
zövq alıram. Arzum istedadlı musiqiçi- bəstəkar
olmaqdır. Musiqi bəstələmək
istəyirəm”.
Günay
Paritet.- 2010.- 2-3 sentyabr.- S. 12.