Həvva Məmmədova
Dağlıq Qarabağla bağlı film çəkib
35 dəqiqəlik sənədli filmdə xarici ekspertlər Dağlıq Qarabağ və Azərbaycanla bağlı öz fikirlərini səsləndirib
“Azərbaycanın mövcudluğu ermənilərin məğlubiyyətidir. Azərbaycanın mövcudluğu işğal
olunmuş ərazilərin azad
olunacağına
dəlalətdir. Və bu zaman Azərbaycanın
başında
duran sərkərdə və bu sərkərdənin arxasında dayanan böyük Azərbaycan xalqı var”. Bu fikirlər millət vəkili Həvva Məmmədovanın müəllifliyi ilə
yeni çəkilmiş
“Dağlıq Qarabağ:
həqiqətlər, yalanlar...” filmindəndir.
Avqustun 31-də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) bu filmin
təqdimat mərasimi keçirildi. Filmin təqdimatı da ağrılı günə-Qubadlı rayonunun işğal gününə təsadüf edirdi. Buna görə də ilk olaraq
tədbir iştirakçıları Qarabağ uğrunda qurban gedən şəhidlərin ruhunu
1 dəqiqəlik sükutla yad
etdilər. Sonra filmin
nümayişi oldu. Qeyd edək ki,
hər sözü və kadrı erməni yalan və
terrorunu ifşa edən film
tədbir iştirakçılarında bir ağrı, nifrət yaratmışdı.
Tədbiri açan SAM-ın direktoru Elxan Nuriyev
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında təşkilatın qarşısında duran vəziflərə toxundu.
O,
qeyd etdi
ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı
törədilən soyqırım həqiqətləri bütün janrlarda dünya ictimaiyyətinə çatdırılmalıdır: “Dünya ictimaiyyəti
bilməlidir ki, erməni sindromu mövcuddur və
ona qarşı
ciddi mübarizə aparılmalıdır. Məhz bu
fonda bu gün izləyəcəyimiz film
buna bariz
nümunə ola bilər. Filmdə
ermənilərin həqiqi siması
ortaya qoyulub. Ermənilərin tarixi
boyu törətdikləri vəhşiliklər tam
mənzərəli ifadə olunub. Azərbaycan və dünya seyircisi bunu rəğbətlə qarşılayacaq”.
H. Məmmədova çıxış edərək qeyd etdi ki,
35 dəqiqəlik sənədli filmdə ilk dəfə olaraq xarici
ekspertlər
(ABŞ, Rusiya, Türkiyə və Qazaxıstan) Dağlıq Qarabağ
və Azərbaycanla bağlı öz
fikirlərini səsləndirib. H.Məmmədova filmin
ingilis dilinə
tərcümə olunduğunu və
digər dillərə də tərcümə olunacağını
dedi. Filimdə
Milli Təhlükəsizlik Nazirlyinin arxivinə məxsus kadrlardan istifadə
olunub.
Filmin məsləhətçisi, deputat Rəbiyyət Aslanova dedi
ki, Həvva xanım bir
qarabağlı, bir millət vəkili və
bir vətəndaş kimi öz məsuliyyətini dərk edərək bu filmi
çəkib: “Bu onun haqqı
idi. Bu
onun vətən, torpaq, bu ağrı qarşısında bir
borcu idi
ki, onu gercəkləşdirdi”.
Onun sözlərinə görə, filmdə göstərilən faktların heç
biri sovet
dovründə tətbiq olunan tarix
dərslərində qeyd olunmamışdı:
“Bu günki film Azərbaycan tarixşünaslığında yeni
bir mərhələnin başlanğıcıdır. Ona görə də bu gün Azərbaycanın
tarixini yenidən yazanlara minnətdarlığımı
bildirirəm”.
R.Aslanova dünya ictimaiyyətinin,
beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin
həllində maraqlı olmadıqlarını söylədi: “Onlar Dağlıq Qarabağla bağlı bugünkü status-kvonun dəyişdirilməsində maraqlı deyillər. Dünya sanki kordur,
kardır”. Millət vəkilinin fikrincə, 20-ci
əsr insanı
21-ci əsr
insanından daha xoşbəxt idi, çünki
20 əsr insanı
münaqişələrin beynəlxalq təşkilatlar tərəfindən həll olunacağına inanırdı.
Millət vəkili Qənirə Paşayeva bildirdi ki, Həvva xanım əlindən gələni edir
ki, vətəni, milləti qarşısında olan
borcunu yerinə
yetirsin: “Bu
günki filmi də
Həvva xanımın həmin o
keyfiyyətinin
göstəricisidir”. Q.
Paşayeva hesab edir
ki, hər bir
insan özündən başlamaldır: “Əgər biz
danışırıqsa Qarabağ
həqiqətlərini belə təbliğ etmək lazımdır, dünyaya belə çatdırmaq lazımdır. Bunu deyən insanlar heç nə etmirsə və hesab edirsə bunu başqaları etməlidir, o zaman
düzgün fikirləşmirlər. Həvva xanım da o
adamlardandır
ki, özündən başlayaraq Qarabağ məsələsinə yanaşır. Mən nə edə bilərəm? Mənim gücüm nəyə çatır? Öz
gücü və qüvvəsi istiqamətində
bu işləri görür”.
Bu filmin
gələcək nəsillərə bir mesaj olduğunu deyən millət vəkili bildirdi ki, bu baxımdan hər kəs əlindən gələni etməldir: “Cənab Prezident də
bu fikri
azərbaycanlılara vaxtaşırı söyləyir ki, biz müdafiədən hücuma keçməliyik”.
O təklif etdi
ki, film Azərbaycanın xarici
ölkələrdəki səfirlikləri vasitəsilə Azərbaycan diasporuna
çatdırılsın: “50 milyon azərbaycanlı bu
filmi görməli, onu digər insanlar arasında yaymalıdır”.
Prezident yanında Dövlət İdarəçilik
Akademiyasının müəllimi Musa
Quluzadənin
sözlərinə görə, ermənilər öz yalançı
dərdlərini dünyaya çoxdan tanıdıblar və
bu barədə 28 mindən artıq kitab
yazıb müxtəlif dillərə tərcümə ediblər: “Bu mənada da
rus alimi
İvan Petruşevski deyib
ki, erməni xalqı
öz tarixindən daha
çox, öz tarixçilərinə borcludur. Yəni erməni tarixçiləri olmayan
hadisələri, olmayan torpaqları öz
adlarına çıxarıblar və dünya ictimaiyyətini də
buna inandırıblar. İndi bu
inamı, erməni yalanlarını onların qəlbindən qoparmaq üçün belə
sənədli filmlərin böyük əhəmiyyəti var.
Atalar deyir ki,
yüz eşitməkdənsə bir görmək yaxşıdır. Ona görə belə filmləri alqışlamaq
lazımdır. Ermənilərin yalanı
bitib-tükənmir. Dünyanın gözü kordur, yalanı eşitməkdə isə kardır”. Tədbirin digər çıxışçıları
da film
haqqında öz fikirlərini bildirdilər.
FUAD
Paritet.- 2010.- 2-3 sentyabr.-
S. 5.