Bizim sözümüz də, əlifbamız da rənglərdir”

 

Nəvai Məmmədoğlunun rəssam kimi yetişməsində mərhum şair Akif Səməd böyük rol oynayıb

 

İnsan qəlbini riqqətə gətirən rənglər aləmində həm gözəllik, həm nəciblik, həm də  müxtəliflik bir toplu halında birləşir. Ən əsası isə rənglərin toplusundan həyatımızın müxtəlif anlarını özündə təcəssüm etdirən  rəsm əsərləri yaradılır. Yaradılan rəsm əsərlərinin peşəkarlığı, rənglərdən hansı ustalıqla istifadə edilməsi isə  rəssamın professionalığından, təcrübəsindən və dünyagörüşündən  asılıdır.

 

 Belə ki,  bu gün bizim sizə haqqında  söhbət açacağımız rəssamın yaratdığı rəsm əsərləri həqiqətən də insan qəlbini duyğulandırır və uzaqlara aparır. “Bizim sözümüz də, əlifbamız da rənglərdir”- deyən  istedadlı rəssam   Nəvai Məmmədoğluyla  həmsöhbət olub onun rənglər dünyası ilə yaxından tanış olduq. O, bizimlə söhbətə  ilk olaraq rəssamlıq haqqında danışmaqla başladı. Rəssamlıq sənətində heç bir qeyri -adilik görmədiyini deyən rəssam bildirdi ki,  ola bilər kənardan baxanlar üçün bu  sənət  bir az qeyri-adi görünsün. Rəssamlıq mənim üçün həm bir fantaziyadır, həm yaradıcılıqdır. Rəssam da elə bil şeir yazır. Sadəcə, bu şeirin sözləri, qafiyələri yoxdur. Onları rənglər əvəz edir ki, bunu da gözlə görüb, hisslə oxumaq olur”.

 

 

Rəssamın hər əsəri sanki bir romandır

 

Ancaq şair-yazıçı yazır onu qədər desən, tirajlamaq imkanı olur. Rəssam isə hər hansı əsəri bir dəfə yaradır onu geniş tirajlamaq imkanı olmur”-deyən N.Məmmədoğlu qeyd etdi ki,ancaq rəssamın hər əsəri elə sanki bir romandır.  Elə rəsm əsəri var ki, onun haqqında geniş kitab yazmaq olar. Şairin, yazıçının əsərlərini sözlə təbliğ edirlər. Rəssamlar isə sözlərdən yox, rənglərdən istifadə etməklə nəsə deyirlər”.

Rənglərdən söz düşmüşkən, sizdə rənglər aləminə maraq vaxtdan yaranıb?” sualını müsahibim belə cavablandırdı:  Lap uşaqlıqdan bu sənətə böyük həvəsim olub. Müxtəlif şəkillər çəkmək əvvəlcə bir həvəs idi, sonra isə sevdiyim bir peşəyə çevrildi”. Uzun illərin  zəhməti nəticəsində yaratdığı rəsm əsərlərinin təbliğinə gəlincə isə N. Məmmədoğlu bildirdi ki, bu gün bütün sənətlərdə dəbdə olan bir “sponsor” sözü var:” Sponsorsuz heç bir sənəti inkişaf etdirmək olmaz. Elə ona görə özüm 15 ilə yaxın bizneslə məşğul oldum ki, heç kəsə ehtiyacım olmasın. Mənim nəzərimdə pul mənəviyyata xidmət eləməlidir. Biznesdə qazandığım pulu öz yaradıcıhğıma lazım olan avadanlıqqların, rənglərin, kətanların s. alınmasına xərcləyirdim. Sonra gördüm ki, bizneslə sənət, yaradıcılıq tutmur. Odur ki, sənəti seçdim artıq biznesdən aralanmışam. Sənəti inkişaf etdirmək, rəssam kimi təbliğ olunmaq isə xeyli maddi vəsait tələb edir. Bu baxımdan reklam olunmaq bir az çətindir”.

Əsərlərinin  Azərbaycandan kənarda nümayişinə gəlincə rəssam bunları dedi:” Mənim bir ara bizneslə məşğul olmağım yaradıcılığıma xeyli mənfi təsir elədi. İndi-indi özümə gəlirəm. Bütün varlığımı artıq rəssamlıq sənətinin inkişafına, yeni-yeni yaradıcılıq işlərinə həsr edirəm. Artıq Türkiyənin Izmir şəhərində sərgimiz keçirilib. Yəqin ki, bu sərgi mənim işlərimin tanınmasında müəyyən rol oynayacaq”.

 

 

Bədbin anlarımda işləyəndə   özüm bilmədən rənglər tündləşir

 

Əsərlərinizə nəzər saldıqda  tünd rəglərin üstünlük təşkil etdiyini görürük. Buna səbəb nədir?” sualını Nəvai müəllim  belə cavablandırdı:” Açığı heç özüm bu amilə fikir verməmişəm. Ola bilsin kənardan baxanlar belə görür. Yəqin ki, bu da sənətkarın daxili aləmi ilə bağlıdır. Məsələn mənim sənətkar kimi mənən əhvalım xoş, şən olanda rənglərin rəngi açılır. Lakin daxilən narahatçıhq olanda, bədbin anlarımda işləyəndə ola bilsin həmin vaxt özüm bilmədən rənglər tündləşir. Yəni dediyiniz amil sənətkarın əhvalı ilə bağh məsələdir. Bunun başqa bir səbəbini görmürəm”.

 Rəssamlıq tariximizdə çox görkəmli rəssamların olduğunu deyən N.Məmmədoğlu  xatırlatdı ki, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev, Tahir Salahov kimi dünya miqyaslı rəssamlarımız var :”Adını çəkdiyim rəssamlar dünya miqyaslı böyük korifeylərdir. Tahir Salahov hazırda bizim canlı korifeyimizdir. Əzim Əzimzadə, Bəhruz Kəngərli həmçinin. Azərbaycan rəssamlıq sənəti miniatür janrla başlayıb. Sonralar rəngkarlıq meydana gəldi bu sahədə məşhur rəssamlar yetişdi. Nəcəfqulu, Böyükağa Mirzəzadə böyük rəssamlar idi. Təbii ki, bu sənətkarların mənim rəssam kimi yetişməyimdə böyük rolu olub. Onlarla şəxsi əlaqəm olmasa da, əsərlərindən çox şey öyrənmişəm. Ona görə müasir rəssamlar üçün bu sənətkarlar böyük müəllimdir. Bundan əlavə M.Ə.Rəsulzadənin nəvəsi Rais  Rəsulzadə bu səhnədə müəlliminm olub buna görə ona minnətdaram. Açığı mərhum Akif Səməd mənim rəssam kimi yetişməyimdə böyük rol oynayıb. Baxmayaraq ki, o, şair olub. Amma sənətdən bezən vaxtlarımda, maddi problemlər məngənəsində çabalayanda buna köməyi dəyməyən rəssamlığı atmaq istəyəndə Akif Səməd mənə mənəvi dayaq olub”.

 

 

Portretini çəkəcəyim adam gərək əvvəlcə daxilimdə özünə sevgi qazansın

 

 Ən maraqlı yaddaqalan, hansısa bir hadisəyə səbəb olan əsərindən danışan rəssam bildirdi ki, 1988-ci ildə Meydan hadisələri zamanı Məmmədhüseyn Şəhriyarın portretini çəkib.  Bu əsər çox böyük marağa səbəb olub.

Bundan başqa bir sıra məşhur şəxslərin  portretlərini yaradan rəssam qeyd etdi ki, tanınmışlardan Atatürkü, Heydər Əliyevi, Əbülfəz Elçibəyi, Şəhriyarı, Yaşar Nurini, Oqtay Rzanı, Arif Quliyevi digərlərini çəkib:”O ki, qaldı kimləri çəkmək məsələsinə, burada incə bir nüans var. Belə ki, portretini çəkəcəyim adam gərək əvvəlcə mənim daxilimdə özünə sevgi, məhəbbət qazansın ki, onun portretini yarada bilim”.

Sənətkarın yaradıcıhğı ilə şəxsiyyəti, yəni xarakteri arasında paralelliyin olmasının  vacib olduğunu qeyd edən rəssam bildirdi ki,  insan necə varsa, yaradıcılığı da elə olmalıdır:” Necə ola bilər ki, üzdə bir cür, əməldə isə başqa cür olasan? Mən ikiüzlülüyü heç vaxt qəbul etməmişəm. Xüsusilə yaradıcı adamların ikiüzlü olması qətiyyən qəbul edilən deyil. İnsanın xarakteri onun yaradıcılığında görünməlidir. Əgər xarakteri, şəxsiyyəti başqa, yaradıcıhğı isə tamam başqa olarsa, o yaradıcı adamın sənəti əbədi ola bilməz. Sənətkarın yaradıcılığı onun daxili aləmini açmalıdır. Ona heç bir obyektiv subyektiv səbəblər, zamanın gedişatı mane olmamalıdır. Əsərlərindən onu yaradanın şəxsiyyəti görünməlidir”.

 Sonda N.Məmmədoğlu gənc rəssamla öz tövsiyələrini verdi: Mən artıq qeyd etdiyim kimi rəssamlıqla yanaşı hər cürə işə baş vurmuşam gördüm ki, bunlar seçdiyim peşə ilə uyğun gəlmir. Ona görə rəssamlıqla məşğul olan gənclərə tövsiyə edirəm ki, heç bir çətinliyə baxmadan seçdikləri  peşə ilə axıra qədər məşğul olsunlar. Rəssamlığı heç bir sənət ya bizneslə qarışdırmaq olmaz. Türkiyədə çox maraqlı bir deyim var. Deyirlər ki, Sakın Sabançı adlı milyarder olub. Onun bu dünyadan köçəndə kəfəninin cibi yox idi. Ona görə sənətin qədrini bilmək lazımdır”.

Məlumat üçün bildirək ki, N.Məmmədoğlu 1965-ci ildə şairlər yurdu Qazaxda anadan olub. 1982-ci ildə Ağstafanın Zəlimxan kəndindəki orta məktəbi, 1989-cu ildə isə N.Tusi adına   Pedaqoji Universitetinin Bədii Qrafika fakültəsini bitirib. Müxtəlif mövzularda çoxsaylı əsərlər yaradıb. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 15-ə qədər şeir nəsr əsərlərinə çəkdiyi illüstrasiyalar dövrü mətbuatda çap olunub. 

 

 

GUNAY

 

Paritet.-2010.- 7-8 sentyabr.- S. 12.