Turizm İnstitutunun kitabxana fondunda beş mindən artıq kitab var

 

 Amma mütəxəssislər bildirdilər ki, turizm sahəsində Azərbaycan dilində tədris materialı azdır

 

 Bu gün ölkəmizdə turizm sahəsi günü-gündən inkişaf edir. Yeni hotellər, müasir standartlara cavabverən istirahət mərkəzləri tikilir. Ancaq  ölkəmizdə turizm sektorunun inkişafı bu sahə üzrə ixtisaslı kadr hazırlığının da təkmilləşməsini zəruri edir. Təhsilli kadrların hazırlanması üçün əsas əyani vəsaitin olmasıdır.  Ancaq  bu baxımdan bir sıra çətinliklər var. Azərbaycanda turizm profilli ali orta ixtisas təhsilli məktəblərdə hazırda rast gəlinən çətinliklərdən biri ana dilimizdə dərs vəsaitlərinin yetərli səviyyədə olmamasıdır. Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq  bu məsələ ilə bağlı turizm mütəxəssislərin fikrini öyrəndik.  Onlar qeyd etdilər ki, dərslik məsələsi Azərbaycan turizm təhsilində ən ciddi problemlərdən biridir.

İlk həmsöhbətim Turizm İnstitutunun Turizmin təşkili idarə edilməsi kafedrasının müdiri Bahadur Bilalov bildirdi ki, hazırda tələbələr az sayda dərsliklərdən istifadə edə bilirlər: «Turizm İnstitutu fəaliyyətə başladığı gündən tədris prosesinin dərslik dərs vəsaiti ilə təmin olunması yönündə işlərini davam etdirir. Mədəniyyət turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü ilə ATİ-nin kitabxanasına xeyli sayda dərs vəsaiti təqdim olunub. Bunların içərisində turizmlə bağlı müxtəlif ölkələrdə nəşr edilmiş kitablar var. Təbii ki, gələcəyin turizm işçiləri mütləq xarici dil bilməlidirlər turizmlə bağlı ixtisaslarına uyğun materiallardan istifadə etməlidirlər».

Həmsöhbətimiz bizimlə söhbətində etiraf etdi ki, bu gün Azərbaycan dilində tədris materialı azdır tələbələr bundan əziyyət çəkirlər: «İnstitutun rəhbərliyi mövcud dərsliklərin Azərbaycan dilində tələbələrə çatdırılması yönündə müxtəlif planlar üzərində işləyir. Dəfələrlə elmi şurada bu məsələ müzakirə edilib. Rektor Cəfər Cəfərovun tapşırığı ilə kafedralarda işçi qrupları yaradılıb. Məqsəd kitabxanada olan dərs vəsaitlərinin ən vaciblərinin seçilib dilimizə tərcümə olunmasıdır».

İnstitut rəhbərliyi bu məsələdə bir çox çətinliklərlə qarşılaşır. Belə ki, dərsliklərin Azərbaycan dilinə tərcümə olunması üçün mütləq onların müəlliflərinin razılığı olmalıdır. Buna nail olmaq isə elə asan başa gəlmir. Bundan əlavə, ATİ-nin kafedralarında Azərbaycan dilində dərs vəsaitlərinin hazırlanması istiqamətində işlər görülür”.   Bu da öz növbəsində

Qeyd edək ki, B.Bilalovun özünün müəllifliyi ilə turizmin tarixinə aid dərs vəsaiti hazırlanıb tələbələrin istifadəsinə verilib: «Kafedranın müəllimi Vüqar Dərgahovun «Turizm ehtiyatları» kitabı dərs vəsaiti kimi işıq üzü görüb. Eyni zamanda turizmin əsasları fənn proqramına uyğun olaraq, müəllimlər arasında keçirilən bölgü əsasında yeni bir dərs vəsaiti hazırlanır. Bu vəsaitin növbəti tədris ilində birinci kurs tələbələrinin ixtiyarına verilməsi nəzərdə tutulur. Bütün bunlardan əlavə, biz çalışırıq ki, mümkün qədər əlimizdə olan imkanlardan istifadə edib tələbələrə bu problemin həllində yardımçı olaq».

 İxtisas ədəbiyyatı baxımından Turizm İnstitutunun kitabxanasının  ölkədə birinci olduğunu mətbuata açıqlamasında deyən Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov bildirib ki,  digər fənlər üzrə isə tələbələr başqa kitabxanalara müraciət edə bilərlər: «Bizim kitabxana fondumuz artıq beş mini keçib. Bunların da xeyli hissəsi ixtisasa aiddir. Rus, ingilis, alman dillərində olan kitablarımız da var. Dövlət Dillər Universiteti məktəbləri istisna olmaqla, heç bir ali təhsil ocağında bizim institutdakı qədər xarici dilə dərs saatı ayrılmır. Bir tələbə təhsil müddətində 3000 saatdan çox dərs keçir. Bunun 1000 saata yaxını dil dərsləridir. Biz çalışırıq ki, tələbələr xarici dildə olan ədəbiyyatlardan istifadə etməyə meyilli olsunlar. Çünki turizm sektorunda çalışan hər bir insan xarici dil bilməlidir. Bəzən elmi şuranın iclaslarında belə bir haqlı sualla qarşılaşıram ki, menecment ixtisası üzrə oxuyan tələbənin vaxtını ixtisasdan çox dil dərslərinə sərf etməsi qədər doğrudur? Amma hələlik buna məcburuq. Çünki dili bilmədən turizm biznesində işləmək qeyri-mümkündür

 

 

G.ƏSƏDOV

 

Paritet.- 2010.- 9-13 sentyabr.- S. 10.