Ulu
öndər milli-mənəvi dəyərlər haqda
«Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik»
Azərbaycan xalqının Ümummilli Lideri HEYDƏR ƏLİYEV
«Qloballaşan dünyamızda
hamımız bir-birimizə yaxın olmuşuq. Xalqlararası, mədəniyyətlərarası,
dinlərarası dialoqun bu gün dərin məna kəsb etməsi
məhz bununla bağlıdır. Bu dialoqu
inkişaf etdirərək, ona dəstək verərək, məhz
bütün insanların gələcəyi naminə biz
hamımız mədəniyyətlərin və dinlərin
qarşılıqlı dialoqunda ümumi dil tapmalıyıq».
«İslam dini başqa dinlərə
qarşı heç vaxt düşmən
olmamışdır. Çünki bu dinlərin hamısı Allahdan gəlir.
Azərbaycanda müsəlmanlarla yanaşı
başqa dinlərə etiqad edən adamlar da yaşayır.
Onlar da Azərbaycanın bərabərhüquqlu
vətəndaşlarıdır. Çalışmalıyıq
ki, dini, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın
bütün vətəndaşları eyni hüquqlu olsunlar və
onların hamısının birliyini, vəhdətini təşkil
edək. Bu da Allah-Təalanın
buyurduğu bizim yolumuzdur».
«Heç vaxt inamımızdan, dinimizdən
uzaqlaşmayacayıq və bu mənəvi mənbələrimizdən
istifadə edərək gələcəyimizi quracayıq! Azərbaycan öz
Konstitusiyamıza görə, həm də dünyəvi
dövlətdir. Dövlət ilə dini
qurumlar arasındakı münasibətlər Azərbaycan
Respublikası Konstitusiyasının müvafiq müddəaları
ilə, «Dini etiqad azadlığı haqqında» Qanunla və
digər qanunvericilik aktları ilə tənzimlənir. Biz dini ilk növbədə mədəniyyətin,
tarixi irsin, milli mentalitetimizin bir fenomeni və ayrılmaz bir
hissəsi kimi qəbul edirik».
“Azərbaycan
çoxkonfessiyalı bir ölkədir. Bu
baxımdan o, dünyada dinlərarası, mədəniyyətlərarası
əlaqələrin genişlənməsi və möhkəmləndirilməsi
işinə öz layiqli töhfəsini verəcəkdir».
«Ölkəmizdə yetişməkdə
olan nəslin təhsillənməsində müasir elmi-pedaqoji
konsepsiyalar daxilində biz ünsiyyət mədəniyyətini,
dini dözümlülük və əməkdaşlıq mədəniyyətini
formalaşdırmağa cəhd göstəririk və ümumən
desək, buna nail oluruq».
«Hər xalqın öz adət-ənənəsi
var, öz milli-mənəvi və dini dəyərləri var.
Biz öz milli-mənəvi dəyərlərimizlə, öz
dini dəyərlərimizlə, adət-ənənələrimizlə
fəxr edirik. Bizim xalq yüz illərlə, min illərlə adət-ənənələrimizi,
milli-mənəvi dəyərlərimizi yaradıbdır və
bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil
edən amillərdir. Əgər insan mənsub olduğu
millətin milli-mənəvi dəyərlərini bilmirsə,
yaxud onları qəsdən təhrif edirsə, əgər vəziyyət
o dərəcəyə çatırsa ki, hətta Azərbaycanın
dini rəhbəri təhqir olunur, onda təbiidir ki, bu, bizi
narahat etməlidir».
«Biz öz milli-mənəvi dəyərlərimizi,
adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi
bütün istiqamətlərdə qorumalıyıq,
saxlamalıyıq və gənc nəsli əsrlər boyu
böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi
dəyərlər ruhunda tərbiyələndirməliyik».
«Hər xalqın özünə, öz
tarixi köklərinə, əcdadları tərəfindən
yaradılmış milli-mənəvi dəyərlərinə
bağlılığı böyük amildir. Biz də indi dünyanın
mütərəqqi mənəvi dəyərlərindən
istifadə edərək, xalqımızın mədəni səviyyəsini
daha da inkişaf etdirərək, gənc nəsli daha da
sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə
tərbiyələndirməliyik».
«Totalitar rejimlərin və ideologiyaların
süquta uğradığı indiki dövrdə dinlərin
cəmiyyətin həyatında oynadığı rol dinamik
şəkildə dəyişir. Pozitiv proseslərlə yanaşı, bəzi
qüvvələrin dinlərdən terrorizmə və
ekstremizmə təhrik vasitəsi kimi istifadə etmək
halları da artır. Bax, belə halların
baş verməsinin qarşısının qətiyyətlə
alınması üçün cəmiyyətin bütün təbəqələrinin,
xüsusilə siyasətçilərin, alimlərin,
dindarların və din xadimlərinin səfərbər edilməsi
zəruridir».
«Bizim xalqımız həmişə
dostluğu, qardaşlığı, mehribanlığı
möhkəmləndirməyə cəhd göstərmiş,
insanların dini mənsubiyyətindən asılı olmayaraq
onların arasında sülh və əmin-amanlıq,
mehribanlıq əlaqələrinin olmasına
çalışmışdır”.
«Məlumdur ki, bütün dinlər
dünyada yüksək mənəviyyatı təbliğ edirlər. O da məlumdur ki, bəşər tarixində
insanlar öz şüurunu, adət-ənənələrini və
cəmiyyətlərdə yaranan qanun-qaydaları əsasən
dini dəyərlərdən, dinin insanlara bəxş etdiyi
keyfiyyətlərdən götürüblər».
“Azərbaycanda
qədim dövrlərdən müxtəlif xalqların
nümayəndələri yaşamış, bir çox xalqların
dinləri mövcud olmuşdur. Azərbaycan
və onun xalqı həmişə dini
dözümlülüyü ilə fərqlənmişdir.
Mən şadam ki, burada hamı bunu qeyd etdi və
bu, həqiqətən, belədir. Azərbaycanda
heç vaxt dini zəmində heç bir münaqişə,
heç bir toqquşma olmamışdır. Hətta ötən əsrin 80-ci illərinin
axırı və 90-cı illərinin əvvəllərindəki
ağır dövrdə belə heç bir mənfi fakt qeydə
alınmamışdır. Bu gün də
müstəqil Azərbaycanda biz hər bir insanın
azadlığı üçün, o cümlədən dini mənsubiyyət
azadlığı, vicdan azadlığı üçün hər
cür şərait yaratmışıq. Hər
kəs hansı dinə mənsubdursa, həmin dinə etiqad
edir. Lakin bu, Azərbaycanda insanların
mehriban, qarşılıqlı anlaşma şəraitində
yaşamasına mane olmur, burada milli və dini mənsubiyyətlə
əlaqədar heç bir ayrı-seçkilik yoxdur».
“Bizim gənclərimiz dinimizi olduğu kimi
öyrənməli, qəbul etməli və ondan istifadə
etməlidirlər. Biz heç vaxt yol verə bilmərik ki,
ayrı-ayrı şəxslər, ayrı-ayrı qüvvələr
öz şəxsi mənafelərini güdərək, islam
dini pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsinin
və mənəviyyatının zədələnməsinə
gətirib çıxartsınlar».
«Konstitusiya din azadlığını, vicdan
azadlığını elan etmişdir, biz isə dövlət
kimi bunun təmin olunmasının qarantıyıq, bunu öz
üzərimizə götürmüşük. Bəli, ona görə də bizim dövlətimiz
dünyəvi dövlətdir. Ancaq biz dindən
ayrı deyilik».
«Dünyada bir çox böyük dinlər
mövcuddur. Hər dinin
özünəməxsus yeri var. Biz azərbaycanlılar
İslam dini ilə fəxr edərək, eyni zamanda heç
vaxt başqa dinlərə qarşı mənfi münasibət
göstərməmişik, düşmənçilik etməmişik,
ədavət aparmamışıq və heç bir başqa
xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik.
Ümumiyyətlə, başqa dinlərə
dözümlülük, başqa dinlərlə yanaşı
və qarşılıqlı anlaşma şəraitində
yaşamaq islam dəyərlərinin
xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda
da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda
islam dini ilə yanaşı xristian dini də,
yəhudi dini də əsrlər boyu yaşayıb və indi də
yaşayır. Qafqazda da bu mənzərə var.
Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə
mənsubluğundan asılı olmayaraq, bütün başqa
mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə
də hörmət etməli, o dinlərin bəzən kiməsə
xoş gəlməyən adət-ənənələrinə
dözümlü olmalıdırlar. Dini
nöqteyi-nəzərdən ədavət, münaqişə,
müharibə yolverilməzdir».
«Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu islam
dini özünün mütərəqqi olduğunu və eyni
zamanda islam dininə itaət edən adamların
hamısına özünün nə qədər tərəqqipərvər
və nə qədər dünyəvi əhəmiyyətli
olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik
bəxş edir. Bizim dinimiz müsəlmanları
həyatlarında rast gəldiyi çətinliklərdən
xilas etməyə, düşmənlərə qarşı
mübarizədə qalib gəlməyə və özlərini,
öz ölkələrini, öz dinini, öz məsləkini
qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, islam dini indiyə qədər
olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini,
qüdrətini bundan sonra daha da gücləndirəcək və
bütün islam dininə itaət edən adamların
hamısını xoşbəxtliyə, səadətə gətirib
çıxaracaqdır».
«İndi Azərbaycanda bizim dinimiz v€“ islam dini hər yerdə bərpa olunubdur,
onun azad inkişaf etməsi üçün, hər bir
insanın öz daxili aləminə uyğun olaraq dinə
öz münasibətini bildirməsi üçün və
Qurani-Kərimin ehkamlarından, Ulu Peyğəmbərimizin (s)
qoyduğu yoldan səmərəli istifadə etmək
üçün artıq imkanlar yaranıb və bu son
dövrdə Azərbaycanda din azadlığı əldə
edildikdən sonra qısa bir müddətdə hətta bu dini
unutmuş adamlar belə bu dinin v€“ islam dininin, öz millətinin dininin həyat
üçün nə qədər əhəmiyyətli
olduğunu dərk etdilər. Biz bir dövlət kimi islam
dininin son dövrdə geniş və çox sürətlə
inkişaf etməsini bəyənirik və bundan sonra da Azərbaycan
Respublikasında, müstəqil Azərbaycanda hər bir
insanın sərbəst olaraq öz dini adət-ənənələrinə
xidmət və onlardan istifadə etməsinə bütün
imkanları yaradacağıq. Nəinki imkanlar
yaradacağıq, biz islam dininin
inkişafı üçün dövlət tərəfindən
lazımi tədbirlərin hamısını görəcəyik.
Çünki biz yaxşı bilirik ki, İslam
Azərbaycan xalqının, bütün islam aləminə mənsub
olan insanların, məxluqun ən yüksək mənəviyyat
mənbəyidirV».
«İslam dini bizi heç vaxt işğalçılığa,
qəsbkarlığa sövq etməmişdir. Biz sülhsevər millətik.
Bizim dinimiz də insanlara dostluq, qardaşlıq,
sülh, barışıq yolu göstərmişdir. Biz həmişə bu yolla getmişik».
«Azərbaycan Respublikası çoxmillətli
bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı,
başqa dinlərə mənsub olan vətəndaşlar da
yaşayırlar. Azərbaycan müstəqil,
demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi
öz ərazisində yaşayan bütün xalqlara,
bütün millətlərə dinindən, dilindən, irqindən,
siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq,
hürriyyət imkanları verir. Hər bir
şəxs hürrdür, azaddır, hər bir şəxs
öz daxili aləminə müvafiq olaraq öz
amallarını, öz fikirlərini həyata keçirə
bilər. Ona görə də bizim Qurani-Kərim
bunu göstərir və biz bu yolla gedirik ki, İslam dini
başqa dinlərə həmişə hüsn-rəğbətlə
yanaşıb, heç vaxt başqa dinlərin ehkamlarına
qarşı olmayıb və başqa dinlərə mənsub
adamlarla dostluq və qardaşlıq əlaqələri
yaratmağa çalışıbdır. Bu
bizim tariximizin çox səhifələrində qeyd olunubdur».
«Heç vaxt inamımızdan, dinimizdən
uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən
istifadə edərək gələcəyimizi quracağıq»
«İslam dini həmişə insanları
saflığa, təmizliyə, ülvi mənəviyyata dəvət
etmişdir. Qurani-Kərim insanları düzlük, mənəvi
paklıq ruhunda tərbiyə edir».
«Xalqımızın
çoxminillik tarixi var və çox əsrlərdir ki, islam
dininə itaət edirik. İslam dini bizim
doğma dinimizdir. Xalqımızın milli-mənəvi
dəyərləri, dinimizin adət-ənənələri və
dəyərləri v€“ hamısı birlikdə
bizim milli sərvətimizdir. Biz fəxr edə
bilərik ki, xalqımız çox dəyanətli xalqdır
və zaman-zaman, əsrlər boyu cürbəcür məhrumiyyətlərə
məruz qalaraq bütün bu adət-ənənələri
unutmayıbdır. Nə vaxt ki, rəsmi
dairələr bunu qadağan edib, yaxud da buna mənfi
münasibət göstərib, insanlar bunu qəlbində,
öz ailəsində, evində yaşadıblar. Hətta bizim bəzi fədakar insanlar bu adət-ənənələrimizi
yaşatdıqlarına görə çox əziyyətlər
çəkiblər, bəzən də məhrumiyyətlərə,
cəzalara məhkum olublar».
«Bizim bütün milli və dini adət-ənənələrimizin
məqsədi insanları saflığa, düzlüyə,
paklığa dəvət etməkdən, insanları bu əhval-ruhiyyədə
tərbiyə etməkdən ibarətdir”.
“Bütün dinlər həmişə insanları
sağlam mənəviyyata, düz yola dəvət ediblər.
Dinin əsas məqsədi o olub ki, insanlar ədalətli,
xeyirxah, sədaqətli, səmimi olsun, cinayət etməsin, cəmiyyətə
fayda versin. Ona görə də bizim dinə münasibətimiz,
sadəcə, onun əsasları ilə bağlıdır. Azərbaycanda
bundan sonra da din, vicdan azadlığı təmin olunacaq və
hər bir insan öz istədiyi kimi, sərbəst, rahat
yaşayacaqdır. Azərbaycanda müxtəlif dinlərin bu
cür birliyinin olması müstəsna dərəcədə
nümunəvi xarakter daşıyır. Bu, əslində Azərbaycanın
reallığını, eyni zamanda Azərbaycan xalqının
dini dözümlüyünü göstərir. Azərbaycanda
əhalinin əksəriyyətini islam dininə etiqad edən
azərbaycanlılar təşkil edir. Ancaq eyni zamanda Azərbaycanda
xristian-pravoslav, yəhudi dininə etiqad edən insanlar,
müxtəlif millətlərin nümayəndələri də
yaşayırlar. Azərbaycanlılar başqa dinlərə
münasibətdə həmişə dözümlü olublar
və bunu bizə Quran, Həzrəti-Məhəmməd vəsiyyət
ediblər».
«Azərbaycanda islam dini
VII əsrdən yayılıb və Azərbaycan
xalqının milli-mənəvi dəyərlərinin əsasını
təşkil edir. Bizim çoxəsrlik islam dövrü
tariximiz zəngindir. Bu gün iftixar hissi ilə deyirik ki, Azərbaycanın
islam mədəniyyəti, islam dini ilə bağlı olan dahi
insanları : Nizami, Füzuli, Nəsimi, Tusi, Qətran Təbrizi
və bir çox digər böyük şəxsiyyətləri
dünya sivilizasiyasına böyük töhfələr
vermiş və islam mədəniyyətini zənginləşdirmişlər.
Biz bunlarla fəxr edirik».
«Biz azərbaycanlılar öz tariximizlə, milli-mənəvi
dəyərlərimizlə fəxr edirik, öz doğma ana
dilimizlə fəxr edirik. Bunlar hamısı bizim milli mənəviyyatımız,
milli-mənəvi dəyərlərimizdir. Bunlara görə də
biz İslam dininə, İslam mədəniyyətinə mənsub
olmağımızla da fəxr edirik».
«Dünyada bir çox böyük dinlər
mövcuddur. Hər dinin
özünəməxsus yeri var. Biz azərbaycanlılar islam
dini ilə fəxr edərək, eyni zamanda heç vaxt
başqa dinlərə qarşı mənfi münasibət
göstərməmişik, düşmənçilik etməmişik,
ədavət aparmamışıq və heç bir başqa
xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik.
Ümumiyyətlə, başqa dinlərə
dözümlük, başqa dinlərə yanaşı və
qarşılıqlı anlaşma şəraitində
yaşamaq islam dəyərlərinin
xüsusiyyətidir. Bu tarix boyu Azərbaycanda da,
Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də,
yəhudi dini də əsrlər boyu yaşayıb və indi də
yaşayır. Qafqazda da bu mənzərə var.
Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə
mənsubluğundan asılı olmayaraq, bütün başqa
mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə
də hörmət etməli, o dinlərin bəzən kiməsə
xoş gəlməyən adət-ənənələrinə
dözümlü olmalıdırlar. Dini
nöqteyi-nəzərdən ədavət, münaqişə,
müharibə yolverilməzdir. Hər
halda, XX əsrin sonunda və qarşıdan gələn XXI əsrdə
dünyada belə hallara son qoyulmalıdır».
«Quranı-Kərimin bu gün Azərbaycanda
Allahın yolu ilə getməyimiz üçün məşəldir».
«Qurani-Şərifin bizə verdiyi
tövsiyələr, dərs, göstərdiyi yolları
paklığa, düzlüyə, doğruluğa, sədaqətə,
qəhrəmanlığa, cəsarətə, cəsurluğa
dəvət edən tələblərdir, tövsiyələrdir».
«İnsanların mənəvi sərvətlərinin
hamısından dinin fərqi ondadır ki, o, dini mənsubiyyətindən
asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə,
birliyə dəvət etmişdir».
Paritet.- 2010.- 14-15
sentyabr.- S.1;4.