Şamaxı
Astrofizika Rəsədxanasının maddi-texniki bazası
gücləndiriləcək
Şamaxıda
yaşıllıq sahələrinin artırılması və
ona qulluq göstərilməsi işlərinə diqqət
artırılıb
Son illər Azərbaycan
iqtisadiyyatında əldə edilmiş dinamik inkişaf
artıq davamlı xarakter alıb. 2003-cü
ildən sonrakı dövrü təhlil etdikdə
bütün makroiqtisadi göstəricilərdə müntəzəm
olaraq əsaslı artım müşahidə edilir ki, bu da
öilkə başçısı cənab İlham Əliyevin
daxili və xarici siyasətdə atdığı qətiyyətli
addımların real nəticəsidir. Görülən zəruri tədbirlər
nəticəsində 2009-cu ildə Şamaxı rayonunda da
işlər uğurla davam etdirilib. Bu müddətdə rayonun
sosial-iqtisadi inkişafı təmin olunub, tikinti-quruculuq və
abadlıq işləri aparılıb.
Şamaxı rayon icra
hakimiyyətindən verilən məlumata görə, ötən
ilin 9 ayında rayonda faktiki qiymətlərlə 115 milyon 676
min manat dəyərində iqtisadiyyatın əsas sahələri
üzrə məhsul buraxılışı hesablanıb. 2008-ci ilin müvafiq dövrü ilə
müqayisədə bu rəqəm 626,4 min manat və yaxud 5,7
faiz artıb. İqtisadiyyatın
əsas sahələri üzrə məhsul
buraxılışında faktiki qiymətlərlə əsasən
tikinti sahəsinin göstəriciləri nəzərə
çarracaq həcimdə, yəni ümumi məhsul
buraxılışının 62 milyon 792 min manat və yaxud
54,3 faizi olub ki, bu da rayonda gedən yüksək tikinti-quruculuğun
göstəricisidir. Kənd təsərrüfatı üzrə
göstəricilər isə ümumi məhsul
buraxılışının 27 milyon 107 min manatını və
yaxud 23,4 faizini təşkil edir. Bu onunla izah olunur ki, rayonun
iqtisadiyyatını əsasən kənd təsərrüfatı
təşkil edir. Ticarət və ictimai iaşə xidmətlərinin
payı 20 milyon 646 min manat və yaxud 17,8 faiz olub ki, bu da
rayonda yaşayan əhalinin alıcılıq qabliyyıtinin
artmasının məntiqi nəticəsidir.
Rayonda
adambaşına düşən ümumi məhsul
buraxılışının həcmi ötən ilin 9 ayında 1256 manat təşkil
edib. Qeyd olunan dövrdə
rayonda poçt və rabitə xidmətlərinin, pərakəndə
əmtəə dövriyyəsinin, əhaliyə göstərilən
rullu xidmətlərin həcmi də artıb. Keçən il
mülkiyyət formasından olan müəssisə və təşkilatlar
tərəfindən iqtisadiyyatın və sosial sahələrin
inkişafına bütün maliyyə mənbələrindən
68 milyon 683 min manat və ya əvvəlki ilin 9 ayından 9
milyon 832 min manat və yaxud 16,7 faiz çox əsas kapitala
investisiya yönəldilb.
Xatırladaq ki,
Prezident İlham Əliyev tərərfindən ərzaq təhlükəsizliyi,
xüsusilə taxıl istehsalı ilə əlaqədar
qarşıya daha ciddi vəzifələr qoyulub. Bu vəzifələrin uğurla həll
edilməsi, kifayət qədər
mövcud olan potensial və resurslardan səmərəli istifadə
olunması üçün Şamaxıda ən zəruri tədbirlər
görülüb. Bu sahəyə göstərilən dövlət
qayğısı nəticəsində rayon üzrə 22357
hektar taxıl sahəsindən 46544,2 ton taxıl istehsal edilib.
Bu ilin məhsulu üçün payız əkini işləri
tam başa çatdırılıb.
Eyni zamanda rayonda kənd
təsərrüfatının digər perspektivli sahəsi
olan üzümçülükdə də müəyyən
işlər görülüb. Belə
ki, ötən ilin doqquz ayında 231 hektar yeni
üzümlük salınıb, mövcud üzümlüklərə
aqrotexniki qulluq göstərilib. Son illər ərzində isə
rayonda 892 hektar sahədə üzümlüklər
salınıb. Hazırda əkilmiş üzüm
bağlarında 1920 nəfər şamaxılı
çalışır ki, onların da orta aylıq əmək
haqqı 200 manatdırr. Qeyd olunan müddət ərzində
iri və xırda buynuzlu heyvanların, quşların baş
sayı artmış, heyvandarlıq məhsulları
istehsalı çoxalıb. Belə ki, doqquz ay ərzində
rayon üzrə 2324,6 ton ət, 15176,1 ton süd, 4,9 milyon ədəd
yumurta və 305 ton yun istehsal olunmuşdur ki, bu da əvvəlki
dövrlə müqayisədə xeyli artıqdır.
Ötən il rayonda təhsil
sahəsində də nəzərəçarpacaq işlər
görülüb, ümumtəhsil məktəblərinin
maddi-texniki bazası daha da möhkəmləndirilib. Hazırda şəhər 3 saylı məktəb
üçün 640 yerlik, şəhər 2 saylı orta məktəbdə
600 şagird yerlik 30 sinif otağı, şəhər 1
saylı məktəbdə 300 şagird yerlik 15 sinif
otağı tikilb tam istifadəyə verilib, habelə həmin
təhsil ocağının mövcud binası və idman
zalı əsaslı təmir olunub. Əngəxaran kənd məktəbi
üçün 160 yerlik məktəb binası istifadəyə
verilib, Dədəgünəş kənd məktəbi
üçün 80 yerlik yeni binaların tikintisi davam etdirilir.
Məlum olduğu
kimi, 1960-cı ildə istifadəyə verilmiş Milli Elmlər
Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası
nəinki respublikamızda, eləcə də dünyada unikal
elm sahəsi hesab olunur. Prezident
İlham Əliyevin 5 sentyabr 2008-ci il tarixli və 21 iyul 2009-cu
il tarixli sərəncamlarına uyğun olaraq Azərbaycan
Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına
Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki
bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti
işlərinin aparılması məqsədilə təxirəsalınmaz
tədbirlərin görülməsi üçün ehtiyat
fondundan 8 milyon manat vəsait ayrılıb. Şamaxı
Astrofizika Rəsədxanasının maddi-texniki
bazasının gücləndirilməsi
və təmir-tikinti işlərinin aparılması məqsədi
ilə 2008-ci ildən etibarən tədbirlərin həyata
keçirilməsinə başlanılıb. Bu, Azərbaycan
elminin inkişafına, qədim elm və mədəniyyət
mərkəzi olan Şamaxıya göstərilən böyük
qayğı və diqqətin parlaq nümunəsidir.
Rayon mərkəzi xəstəxanasının
əsaslı təmir olunaraq istifadəyə verilməsi nəticəsində
ötən doqquz ay ərzində əhaliyə göstərilən
tibbi xidmət getdikcə
yaxşılaşdırılmaqdadır. Hazırda əsaslı təmir olunan
poliklinika binası və yeni inşa olunan yoluxucu xəstəliklər
şöbəsi ötən ilin sonlarında əhalinin istifadəsinə
verilib və müasir tibb avadanlıqları ilə təchiz
olunub. Şamaxı səhiyyəsinin inkişafında
mühüm rol oynayacaq Müalicə-Diaqnostika Mərkəzində
tikinti işləri başa çatıb.
Keçən ilin
doqquz ayında mədəniyyət sahəsində də
müəyyən işlər görülüb. S.Ə.Şirvani adına
Tarix-Diyarşünaslıq muzeyinin əsaslı təmir
olunması əsasən başa çatdırılıb,
muzeyin həyətində yenidənqurma və abadlıq
işləri yüksək səviyyədə həyata
keçirilib.
Məlum olduğu
kimi, Şamaxı rayonu tarixi keçmişini əks etdirən
70-dən çox mədəniyyət və arxeoloji abidə
mövcuddur. Bu abidələr
içərisində VII-IX əsrlərdə edilmiş
Şamaxı Cümə məscidinin xüsusi sanbalı
vardır. Lakin hər gün respublikadan və müxtəlif
xarici ölkələrdən onlarla qonağı olan həmin
məscidin yenidən qurulmasına və bərpa olunmasına
ciddi ehtiyac vardır. Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə Cümə məscidinin yenidənqurulması
və bərpası ilə əlaqədar lahiyə-smeta sənədləri
hazırlanıb və yaxın zamanlarda işlərə
başlanacaq.
2009-cu ilin doqquz
ayında rayonda tikinti-quruculuq və abadlıq işləri də
sürətlə davam etdirilib. Belə
ki, qeyd olunan dövr ərzində Yeni Azərbaycan Partiyası
Şamaxı rayon təşkilatı üçün
binanın tikintisi tam başa çatdırılıb və həmin
ərazidə yenidənqurma və abadlıq işləri aparılıb. Rayonda
fəaliyyət göstərən şahmat məktəbi yenidən
əsaslı təmir olunaraq müasir avadanlıqlarla təhciz
edilib və fasad hissəsi müasir formada təmir olunub. Heydər
Əliyev Mərkəzinin yaradılması istiqamətində əsaslı
işlər həyata keçirilib. Mərkəzdə
mult-media, foto, rəsm dərnəkləri, elektron kitabxana,
kompyuter mərkəzi, bufet, konfrans zalları və s. fəaliyyət
göstərməklə rayon sakinlərinə, xüsusilə
gənclər və yeniyetmələrə xidmət göstərəcək.
Həyata keçirilən
tədbirlər nəticəsində əhalinin elektrik enerjisi
və təbii qaz ilə təchizatı əsaslı
yaxşılaşdırılıb, enerji
daşıyıcılarının dəyərinin ödənilməsində
qayda yaradılmışdır. Qeyd
edək ki, rayon üzrə əvvəlki illərlə
müqayisədə elektrik enerjisinin dəyəri 100 faizə,
təbii qazın dəyərinin ödənilməsi 70-80 faizə
çatdırılıb.
Məlum olduğu kimi
uzun illərdir ki, Şamaxının içməli su ilə
təminatı, kanalizasiya sisteminin olmaması ciddi
narahatçılıq doğurudu. Məhz ölkə prezidenti İlham Əliyev cənablarının
tapşırığı ilə birinci növbədə
rayonda bu problemin həllinə start verilib.
2009-cu ildən etibarən
Şamaxı rayonunda da “Azərbaycan kənd investisiya layihəsi
“çərçivəsində işlərin görülməsinə
başlanılıb. Belə
ki, ilkin mərhələdə
rayonun Birinci Çaylı, Quşçu, Həmyəli və
Qonaqkənd əhali ilə
görüşlər keçirilib və əsas görüləcək
işləri müəyyənləşdirilib.
2008-ci ildən
Bakı-Şamaxı-Muğanlı magistral yolunun əsaslı
təmir işlərinə başlanılıb. Ötən ilin doqquz ayı ərzində
həmin yolun 15 km hissəsinə asfalt-beton örtük
vurulub. Hazırda işlər davam etdirilir.
Respublikamızın
bütün bölgələrində olduğu kimi,
Şamaxı rayonunda da geniş və təsirli tədbirlərin
həyata keçirilməsinə başlanıb. Şəhərdə, rayonun bütün kənd
və qəsəbələrində hər hansı fərdi
yaşayış evinin, obyektin tikintisi zamanı
ağacların kəsilməsinin qarşısının
alınması üçün əlaqədar təşkilatlara
ciddi tapşırıqlar verilib. Bununla əlaqədar rayonda
profilaktiki tədbirlər davam etdirilir. Rayonda
yaşıllıq sahələrinin artırılması və
ona qulluq göstərilməsi işlərinə diqqət artırılıb.
F.HÜSEYNZADƏ
Paritet.-
2010.- 12-13 yanvar.- S. 4.