Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının zona müşavirələri keçirilir

 

Zona müşavirələrində iştirak edən bölgələrin 2009-cu il məzunlarının qəbul imtahanlarında nəticələri diqqətə çatdırılır

 

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dünən Şəki şəhərində 2009/2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirib. Tədbirdə TQDK-nın şöbə müdiri Arzu Bağırov   2009-2010-cu tədris ili üçün  keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı  məruzə  ilə  çıxış edib. Zona müşavirəsində TQDK-nın Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynov,  Komissiyanın əməkdaşları, ekspertləri, eləcə də Şəki, Qax, Ağdaş, Ağsu, Balakən, İsmayıllı, Oğuz, Qəbələ, Zaqatala, Zərdab rayonlarının Təhsil Şöbələrinin rəhbərləri, adı çəkilən rayonların qabaqcıl məktəblərinin direktorları və müəllimləri iştirak ediblər. Həmin zona müşavirəsində iştirak edən bölgələrin 2009-cu il məzunlarının qəbul imtahanlarındakı nəticələrinə dair qısa statistik məlumatları diqqətinizə çatdırırıq.

Belə ki, Şəki şəhərinin orta ümumtəhsil məktəblərini 2009-cu ildə 2107 şagird bitirib və onların 1686 nəfəri attestat alıb. Attestat alanların 68.80%-i (1160 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 364 məzunu (imtahanda iştirak edənlərin 31.38 faizi) tələbə adını qazanıb. Onların 51.65 faizi (188 nəfəri) dövlət ali məktəblərinin ödənişsiz, 42.31 faizi (154 nəfəri) ödənişli ixtisaslarına, 6.04 faizi (22 nəfəri) isə özəl ali məktəblərə qəbul olub. Rayonun abituriyentlərinin ədəbiyyat, coğrafiya, ingilis dili fənləri uzrə göstəriciləri respublikanın orta göstəricilərindən aşağıdır. Ana dili, riyaziyyat, fizika, kimya, biologiya, tarix fənləri uzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır.

Rayonun məzunlarının 77 nəfəri 500-dən, o cümlədən 18 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Azərbaycan Müəllimlər İnstitutu və Bakı Dövlət Universitetinə qəbul olub. Rayonun abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 214.414-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 3.6% yuxarıdır. Rayonun abituriyentlərinin yalnız 27.67 faizi 300-dən yuxarı bal toplayıb. Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər cəmi 25.00%-dir. Qəbul imtahanlarında 73 məktəbin məzunları iştirak edib ki, bu məktəblərdən İnternat, Biləcik kənd 1 saylı, Böyuk Dəhnə kənd 2 saylı, Kiş kənd 4 saylı, Aşağı Kungut kənd, Cəfərabad kənd, Şorsu kənd, Aydınbulaq kənd, Kobər Zəyzid kənd, Baş Şabalıd kənd, Qudula kənd və Dərəcənnət kənd orta məktəblərinin bir abituriyenti belə ali məktəbə qəbul olmayıb. İncə Zunud və Cəfərabad kənd orta məktəblərinin abituriyentlərinin topladığı orta bal 100-dən aşağıdır. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun Şəhər fizika-riyaziyyat və humanitar təmayullu lisey, 5 saylı şəhər, 10 saylı şəhər, 14 saylı şəhər, 18 saylı şəhər, Baş Zəyzid kənd, Orta Zəyzid kənd 1 saylı, Kiş kənd 1 saylı və Turan qəsəbə orta məktəbləri daxil olub.

Ağdaş  rayonunun  orta ümumtəhsil məktəblərini 2009-cu ildə 1088 şagird bitirib və onların 897 nəfəri attestat alıb. Attestat alanların 57.86%-i (519 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 114 məzunu (imtahanda iştirak edənlərin 21.97 faizi) tələbə adını qazanıb. Onların 38.60 faizi (44 nəfəri) dövlət ali məktəblərinin ödənişsiz, 56.14 faizi (64 nəfəri) ödənişli ixtisaslarına, 5.26 faizi (6 nəfəri) isə özəl ali məktəblərə qəbul olub. Rayonun abituriyentlərinin bütün imtahan fənləri uzrə göstəriciləri respublikanın orta göstəricilərindən aşağıdır. Abituriyentlərin ən çoxu Azərbaycan Müəllimlər İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub. Ağdaş rayonu üzrə  abituriyentlərin yalnız 18.88 faizi 300-dən yuxarı bal toplayıb. Rayonun attestat qiymətləri əla olan abituriyentlərində qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər cəmi 14.29%-dir. Qəbul imtahanlarında isə 39 məktəbin məzunları iştirak edib.

Ağsu rayonunun orta ümumtəhsil məktəblərini 2009-cu ildə 660 şagird bitirib və onların 327 nəfəri attestat alıb. Attestat alanların 59.94%-i (196 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 31 məzunu (imtahanda iştirak edənlərin 15.82 faizi) tələbə adını qazanıb. Onların 54.84 faizi (17 nəfəri) dövlət ali məktəblərinin ödənişsiz, 41.94 faizi (13 nəfəri) ödənişli ixtisaslarına, 3.23 faizi (1 nəfəri) isə özəl ali məktəblərə qəbul olub. Rayonun abituriyentlərinin bütün imtahan fənləri üzrə göstəriciləri respublikanın orta göstəricilərindən aşağıdır. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun Qaraqoyunlu kənd orta məktəbi daxil olub.

Oğuz rayonunun orta ümumtəhsil məktəblərini 2009-cu ildə 731 şagird bitirib və onların 539 nəfəri attestat alıb. Attestat alanların 69.02%-i (372 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 110 məzunu (imtahanda iştirak edənlərin 29.57 faizi) tələbə adını qazanıb. Onların 63.64 faizi (70 nəfəri) dövlət ali məktəblərinin ödənişsiz, 32.73 faizi (36 nəfəri) ödənişli ixtisaslarına, 3.64 faizi (4 nəfəri) isə özəl ali məktəblərə qəbul olub.

Balakən rayonunun orta ümumtəhsil məktəblərini 2009-cu ildə 1040 şagird bitirib və onların 757 nəfəri attestat alıb. Attestat alanların 58.12%-i (440 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 133 məzunu (imtahanda iştirak edənlərin 30.23 faizi) tələbə adını qazanıb. Onların 42.11 faizi (56 nəfəri) dövlət ali məktəblərinin ödənişsiz, 49.62 faizi (66 nəfəri) ödənişli ixtisaslarına, 8.27 faizi (11 nəfəri) isə özəl ali məktəblərə qəbul olub. Rayonun məzunlarının 19 nəfəri 500-dən, o cümlədən 6 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Azərbaycan Müəllimlər İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. Rayonun abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 196.914-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 4.9% aşağıdır.

İsmayıllı rayonunun orta ümumtəhsil məktəblərini 2009-cu ildə 1123 şagird bitirib  onların 877 nəfəri attestat alıb. Attestat alanların 60.43%-i (530 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 156 məzunu (imtahanda iştirak edənlərin 29.43 faizi) tələbə adını qazanıb. Onların 53.21 faizi (83 nəfəri) dövlət ali məktəblərinin ödənişsiz, 40.38 faizi (63 nəfəri) ödənişli ixtisaslarına, 6.41 faizi (10 nəfəri) isə özəl ali məktəblərə qəbul olub.Məzunlardan 1 nəfər orta məktəbi əla qiymətlərlə başa vurub. Lakin 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edə bilməyib. Qəbul imtahanlarında 45 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 18-nin (40.00%) bir abituriyenti belə ali məktəbə qəbul olmayıb.

Qax rayonunun orta ümumtəhsil məktəblərini 1788 şagird bitirib və onların 682 nəfəri attestat alıb. Attestat alanların 60.70%-i (414 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 136 məzunu (imtahanda iştirak edənlərin 32.85 faizi) tələbə adını qazanıb. Onların 54.41 faizi (74 nəfəri) dövlət ali məktəblərinin ödənişsiz, 37.50 faizi (51 nəfəri) ödənişli ixtisaslarına, 8.09 faizi (11 nəfəri) isə özəl ali məktəblərə qəbul olub. Rayonun abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 234.806-ya bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 13.5% yuxarıdır.

Zaqatala rayonunun  ümumtəhsil məktəblərini 1752 şagird bitirib və onların 1296 nəfəri attestat alıb. Attestat alanların 52.78%-i (684 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 151 məzunu (imtahanda iştirak edənlərin 22.08 faizi) tələbə adını qazanıb. Onların 43.05 faizi (65 nəfəri) dövlət ali məktəblərinin ödənişsiz, 43.71 faizi (66 nəfəri) ödənişli ixtisaslarına, 13.25 faizi (20 nəfəri) isə özəl ali məktəblərə qəbul olub. Rayonun abituriyentlərinin bütün imtahan fənləri üzrə göstəriciləri respublikanın orta göstəricilərindən aşağıdır. Qəbul imtahanlarında 47 məktəbin məzunları iştirak edib.

 

 

G.Bünyadzadə

 

Paritet.- 2010.- 12-13 yanvar.- S. 8.