“Qadınların diaspor işində rolu böyükdür

 

Gülşən Lətifxan:”Avropa Qadınlar Birliyinin yaradılması istiqamətində aparırıq

 

 Bu gün xaricdə fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycanın tarixi, mədəniyyəti   müasir inkişaf səviyyəsi ilə bağlı mövzulara həsr olunmuş konfranslar elmi simpozumlar keçirirlər. Eyni zamanda  xarici kütləvi informasiya vasitələrində Azərbaycan haqqında materialların dərc olunmasına xarici  kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycana gəlməsinə şərait yaradır onları  Azərbaycanın  tarixi mədəniyyəti müasir inkişaf  ilə  yaxından tanış edirlər. Yuxarıda qeyd etdiyimiz məsələləri işlərində  əsas götürən, bu günlərdə ölkəmizdə qonaq olan  müəllim, tərcüməçi, Niderland Krallığının hüquqşünası, Azərbaycvan Yazıçılar Birliyinin üzvü, Hollandiya Yazıçılar, Ssenaristlər Kinematoqrafçılar Birliyinin üzvü, çoxlu sayda  povest, hekayə ssenarilərin müəllifi   Hollandiya Azərbaycan Qadınlar Birliyinin sədri  Gülşən Lətifxanla həmsöhbət olduq. Onunla diaspor işində qadınların rolu yeni layihələr barədə söhbət etdik.

-Gülşən xanım, diaspor fəaliyyətinizdə  hansı yeniliklər var?

- Yeni işlərə gəldikdə qeyd edim ki, bu yaxınlarda Frankfurtda Avropa Azərbaycanlılar Konqresinin türk təşkilatları rəhbərlərinin birgə tədbiri keçirilib. Sözügedən tədbirdə mən yeni bir təşəbbüslə çıxış edərək, bildirdim ki, Avropa Qadınlar Birliyinin yaradılması vacibdir. Belə bir qrumun yaradılması ilə bağlı  təşəbbüs qrupunun formalaşdırılmasını təklif etdim. Çox sevindirici haldır ki,  bu təklifim tədbir iştirakçıları tərəfindən çox xoş qarşılandı. Hazırda işçi qrupu yaradılıb həmin təklif üzərində aparırlar. Çalışacayıq ki, Avropanın müxtəlif ölkələrindən- Danimarka, Hollandiya, İsveçrə, Almaniya sair bir sıra başqa  ölkələrdən olan bir qurup fəal qadınları  Avropa Qadınlar Birliyində toplayaq maraqlı layihələr həyata keçirək.

-Hazırda Almaniyada fəaliyyət göstərən Azərbaycan diasporunda vəziyyət necədir?

-Ümumiyyətlə, Azərbaycan diasporasının bu gün Avropada çox geniş rolu imkanları var. Eyni zamanda diasporların bir-biri ilə dərin yaxınlaşması əməkdaşlığı mövcuddur. Onu da qeyd edim ki, Avropada olan Azərbaycan təşkilatları  Avropada Azərbaycanın təqdimatı ilə məşğul olur eyni zamanda sivilizasiyalararası  dialoqlarda bir körpü olaraq özünü təqdim edir. Bu gün Avropada türk təşkilatları ilə azərbaycanlı təşkilatların birgə fəaliyyəti bizim diasporanın irəli sürdüyü məqsədyönlü layihələr çərçivəsində gerçəkləşib. Azərbaycan diasporası hazırda Avropa ölkələrində toplumda Şərqlə, Qərb, Şimalla Cənub arasında bir körpü olaraq fəaliyyətini irəli sürür bu istiqamətdə məqsədyönlü layihələr həyata keçirirlər.

- Bildiyimizə görə, Avropada erməni lobbisi güclüdür. Bu barədə sizin fikrinizi bilmək maraqlı olardı.

- Bilirsiniz ki, müəyyən  obyektiv   subyektiv səbəblərə görə erməni lobbiçiliyi Avropada çox güclüdür. Yüz illərdən çoxdur ki, Avropada  güclü bir kök salıb. Ancaq yeni-yeni qanad açan, möhkəmlənən ilk addımlarında  olan  Azərbaycan diasporasının gücü heç onlardan geridə qalmır.  Diasporamızın işi koordinasiya olunur daim yeni-yeni təkliflər irəli sürürlər. Bu gün Azərbaycan diaspor təşkilatının həm türk, həm rus koordinasiya şurası ilə birliyi, bundan  başqa digər xarici ölkə diaspora   millətlərlərinə çox aktiv özünü təqdimetməsini mən çox müsbət qiymətləndirirəm. Bütün bu cür əlaqələr səbəb olur ki, bu gün  Azərbaycan xaricdə 5-10 il bundan əvvəlki kimi  tanıdılmır. Artıq indi  Azərbaycan diaspor təşkilatları Azərbaycanın tarixi müasir dövrü haqqında  ətraflı dolğun məlumatları əcnəbilərə çatdırırlar. Azərbaycan haqqında əcnəbilərdə müsbət fikirlər formalaşdırırlar. Elə bunun nəticəsidir ki, hazırda  Azərbaycanla yaxından tanış olmağa həvəs göstərən xarici vətəndaşların sayı çoxdur. Bundan başqa da Azərbaycandan gələn həmyerlilərimizin- yazıçıların, rəssamların, jurnalistlərin musiqiçilərin simasında  Azərbaycan fərqli maraqlı bir formada əcnəbilərə təqdim edilir. Yəni, bu gün cəmiyyətdə aparıcı sima olan sənət adamlarının da  Azərbaycançılıq ideyasının təbliğində çox böyük rolları vardır.

-Qadınların diaspor işində rolunu neçə dəyərləndirirsiniz?

-  Bugünkü cəmiyyətimizdə  azərbaycançılıq ideyasının yayılmasında qloballaşan dünyanda sivilizasiyalararası dialoqun rolu çox böyükdür. İki il bundan öncə Bakıda keçirilənSivilizasiyalararası dialoqda qadınların rolumövzusunda keçirilən forumda iştirak etdim. Həmin forumdan ruhlanaraq xaricdə yaşayan fəaliyyət göstərən  qadınlar diaspor işində  daha fəal oldu. Hazırda bizimlə birgə işləyən hollandiyalı azərbaycanlı xanımlar var. Onlarında diaspor fəaliyyətində rolu əvəzsizdir.

-Siz eyni zamanda yazıçısınız. Müəllifi olduğunuzAzər Aida” əsəri yerli ictimaiyyət tərəfindən maraqla qarşılandı. Bu əsər xarici dilə tərcümə olunaraq, xaricdə yayıldımı?

- İlk əvvəl onu qeyd edim ki, mən özümü peşəkar yazıçı hesab etmirəm. O ki qaldıAzər Aida” əsərinə, bu əsər ancaq rus Azərbaycan dillərində var. Çox təəssüf hissi ilə  deyə bilərəm ki, “Azər Aida”nın digər xarici dillərə tərcümə olunma prosesi hələ qalıb. Bu səbəbdən bu əsər Avropada o qədər yayılmayıb.  Tərcümə işi vaxt aparan bir prosesdir. Amma buna baxmayaraq bu əsər xaricdə çox xoş qarşılandı. Onu da söyləyim ki, hazırda mənim hekayələrim holland dilinə tərümə olunur.  Hollandiyada fəaliyyət göstərən nəşriyyatlarla danışıqlar aparırıq. Əgər razılığa gələ bilsək onda  bir ad altında əsərlərimi toplayıb kitab çıxaracayıq.

- “Azər Aida” əsərində bağda cərəyan edən hadisələr insanda elə təəssürat yaradır ki, elə bil bu əsər real hadisələrdən götürülüb.

- Xatırladım ki, mən Bakıda anadan olmuşam burda  böyümüşəm. Əlbəttə, o zaman da bu gün hər bir normal səviyyəli Bakı ailəsi məzuniyyəti  bağda keçirir. Biz həmişə bağa gedərdik. Bakıda bağ evimizdə çox  gözəl anlarım olub. Bunun da təsiri var. Ümumiyyətlə, “Azər Aida romanını oxuyanların hamısı məndən soruşurlar ki, əsərdəki  qəhrəman real həyatdan götürülüb. Mən həmişə bir mənalı olaraq deyirəm ki, qəhrəmanlarımın heç birini tanımıram, amma əsər yaranandan sonra onlar mənim üçün  canlı olur.

-Şeir yazırsınızmı?

-Yazıram. Amma onlar nəşr üçün deyil, özəldir.

-Siz, bu yaxınlarda ölkəmizdə keçirilənSərhədsiz Sözadlı Beynəlxalq Simpozumun iştirakçısı olmuşdunuz. Belə bir tədbiri bir yazar kimi necə dəyərləndirirsiniz?

-Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü iləSərhədsiz sözadı altında keçirilən simpozumu  çox yüksək dəyərləndirirəm. Ona görə ki,  müxtəlif ölkədən gəlmiş yazıçılar bir yerə toplaşır müəyyən ədəbi məsələlər ətrafında müzakirələr aparırlar. Eyni ideyaya gəlir ki, biz qələmimizlə, sözlərimizlə yaratdığımız əsərlərlə   insanları  dostluq, bərabərlik   humanizm kimi  ideyalara xidmət etməyə çağırmalıyıq. Eyni zamanda belə ədəbi məclislərin keçirilməsi bizlərin yaradıcılığına da təsir edir gələcəkdə yeni-yeni əsərlərimizin yaranmasına stimul verir.

 

 

GÜNAY

 

Paritet.- 2010.- 14-15 yanvar.- S. 11.