“20 Yanvar faciəsi xalqımızın
qəhrəmanlıq salnaməsidir”
Dünən Bakı Şəhər
Gənclər və İdman Baş İdarəsinin, Gəncliyə
Yardım Fondunun və “Azərbaycan Tələbə-Gənclər İttifaqı”
İctimai Birliyinin təşəbbüsü
ilə Gəncliyə Yardım Fondunun konfrans zalında 20 yanvar faciəsinin XX ildönümünə həsr
olunmuş “20 yanvar faciəsi xalqımızın
qəhrəmanlıq səlnaməsidir”
mövzusunda tədbir
keçirildi.
Gəncliyə Yardım
Fondunun direktoru Əhməd Tecin xatırlatdı ki, 20 yanvar faciəsi baş verən zaman o tələb olub. O bildirdi ki, 20 Yanvar faciəsində
ölən soydaşlarımız vətən, torpaq uğuruda şəhid olublar: “ Amma qeyd edim ki,
şəhid olmaq ölmək
demək deyildi. Şəhid olmaq şahid olmaq deməkdir. Şahid olmaq isə bütün zamanın və məkanın üstünə
çıxaraq ruhu ölçüsüzləşdirmək
deməkdir. İllər keçsə də,tarixi faciənin şahidi olan şəhidlik zirvəsinə ucalanlar
yaddan çıxmayacaq
və əbədi olaraq qəlbimizdə və tarixin yaddaşında yaşayacaqlar”.
Prezident Aparatının
ictimai siyasi məsələr şöbəsinin
məsul işçisi Rasim
Mirzəyev bildirdi ki, 20 Yanvar faciəsinə tarixi hüquqi qiymət verilməsi ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü
ilə həyata keçirilib:”Eyni zamanda bu faciənin qəhrəmanlıq səhifəsi
kimi də qiymətləndirən ümummilli lider olub. 1990-cı ilin yanvar qırğını
nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.
20 Yanvar faciəsi Azərbaycanın yeni tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil oldu.
Həmin müdhiş gecədə
həlak olan insanlar Azərbaycanın
tarixinə parlaq səhifə
yazdılar, xalqın milli azadlığı, müstəqilliyi
üçün yol
açıdlar”.
20 Yanvar faciəsi baş verən zaman 23 yaşı olduğunu xatırladan Gənclər
və İdman Nazirliyinin şöbə
müdiri Əli Məmmədov isə bildirdi
ki, həlak olanların çoxu
gənclər idi.
20
Yanvar faciəsinin XX əsr
boyu Azərbaycan xalqına qarşı yeridilən düşünülmüş siyasətin növbəti
təzahürü olduğunu deyən Bakı Şəhər
Gənclər və İdman Baş İdarəsinin rəisi
Raqif Abbasov qeyd etdi ki,
Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin
tədricən ilhaq olunması, sovet rəhbərliyinin havadarlığı ilə
başlayan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi,
azərbaycanlıların indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından
qovulması bu siyasətin
mərhələləridir:” Bu gün 20 Yanvar faciəsinin dünyaya çatırılmasında tələbə
hərəkatının da çox böyük rolu var. Bu
gün biz 10 min beynəlxalq e-mail
ünvanına bu faciə
ilə bağlı məlumat göndərəcəyik.
Əgər, bir nəfər
bunu oxuyub bilsə. Deməli,
bu günümüz hədər getməyib. Mən bir daha tələbə hərəkatını
Qarabağ məsələsi
və 20 Yanvarla bağlı məsələlərin
dünyaya çatıdırılmasında fəal olmağa çağırıram. Yəni, gənclər mövqeyləri daxilində
savadla,elmlə ümumi faktlara
əsaslanaraq mübarizə aparsa biz qalibiyyətə daha tez yaxınlaşarıq. Və
torpaqlarımızın azad olunmasına nail
olarıq”.
“Bugünkü tədbirdə 1990-cu ildən sonra
dünyaya gəlmiş
uşaqların rəsm əsərləri sərgilənir, eyni zamanda 20 Yanvar faciəsi ilə bağlı inşa
yazıları qiymətləndiriləcək”.
Tədbirə
toplaşan bir qrup gənc tərəfindən 20 Yanvar faciəsinin iyirminci ildönümü
ilə bağlı dünya xalqlarına və dövlətlərinə
müraciət ünvanlandı. Müraciətdə bildirilir ki, bu büdhiş hadisənin, vandalizm
aktının törədilməsindən 20 il
vaxt ötməsinə baxmayaraq, olaya
dünya dövlətləri tərəfindən
indiyədək siyasi qiymət verilməməsi Azərbaycan xalqının və
o cümlədən biz gənclərin ciddi narahatçılığına səbəb olur.Sonda isə tədbirdə 20 Yanvar faciəsini əks etdirən
rəsm sərgisi nümayiş
olundu və faciəni
əks etdirən videçarx göstərildi. Həmçinin orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında
“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir”
mövzsunuda keçirilən
inşa yazı
müsabiqəsinin qalibləri
mükafatlandırıldı. İnşa
yazı müsabiqəsində
qalib olmuş şagirdlər-
I yer 150 manat,
II yer 100 manat və III
yer 50 manat və fərqlənmiş
uşaqlar 20 manat pul mükafatı və təşkilatçılar tərəfindən müvafiq diplomlar və xatirə hədiyyələri ilə təltif olundular.
Günay
Paritet.-
2010.- 19-20 yanvar.- S. 8.