Ağac üzərində “Quran” ayələrini yazan rəssam
Vüqar Məmmədov: ”Məni incəsənətə
gətirən yol döyüş sənəti
ilə məşğul
olduğum müddətdən
başladı”
Hər bir xalqın
böyüklüyü onun
zəngin mədəniyyəti
və həmin mədəniyyəti qoruyub
inkişaf etdirənlərin
bacarığı ilə
ölçülür. Belə ki, qədim tarixə
malik olan Azərbaycan mədəniyyəti tarix boyu qorunub
saxlanılıb. Bu gün dəyərli sənət
nümunələri yaradan sənət
adamlarıda onlardan bəhrələnir.
Müasir və qədimliyi özündə birləşdirən
dəyərli sənət nümunələri yaradırlar. Öz əsərlərində
bu meyarları əsas götürən, bir sıra yerli
və beynəlxalq sərgilərdə iştirak
edən belə sənət
adamlarından biri də
Vüqar Məmmədovdur. Biz də onunla
görüşüb maraqlı
sənət dünyası haqqında
danışdıq. O, bizimlə söhbətə həyat və
sənət yolundan danışmaqla
başladı.
-1969-cu ildə
Ordubadda anadan olmuşam.
Orta təhsilimi 1984-cü ildə Bakı şəhərində yerləşən
45 saylı orta məktəbdə almışam.
1988-ci il A.Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1998-ci ildə isə Bakı Musiqi Akademiyasını bitirmişəm. Dağlıq Qarabağda erməni
hərbi birləşmələrinə
qarşı gedən döyüşlərdə iştirak
etmişəm. Eyni zamanda
Çin döyüş
sənəti “UŞU” və
Yapon döyüş sənəti “CİU-CİTSU” üzrə
məşqçi müəlliməm.
“Mevlana” uşaq
musiqi qrupunun rəhbəriyəm. 1997-ci ildən
bədii xəttatlıqla,
2004-cü ildən isə
ağac üzərində
“Quran” ayələrini
yazaraq oyulması ilə məşğul oluram. Hazırda Bakı şəhəri
28 nömrəli Uşaq
Musiqi Məktəbində
tədris işləri
üzrə müdir müavini vəzifəsində
çalışıram və
yaradıcılıq işimi
də davam etdirirəm.
-Sizi möcüzəli
və qeyri-adi sənət aləminə
gətirən yol hardan başladı?
- Məni incəsənətə gətirən
yol döyüş sənəti ilə məşğul olduğum
müddətdən başladı.
1990-cı ildə SSRİ-nin müxtəlif şəhərlərində (Bişkek,
Aluşta, Moskva) Pekin UŞU akademiyasının
professorları tərəfindən
keçirilən praktik
seminarlarda uğurla iştirak edərək məşqçi diplomuna
layiq görülmüşəm.
Pekin
UŞU Akademiyasında təhsil
almaq üçün
Pr.Li Çzi Şen tərəfindən
dəvət almışdım.
Bu dəvət Azərbaycanın
Müharibə dövrünə
düşdüyünə görə imtina etməli olmuşam.
Praktik seminarda eyni zamanda Çin
kalliqrafiyası ilə
yaxından maraqlanmışam
və bu təsirdən 7 il
sonra möcüzəvi
surətdə bədii
xəttatlıqla məşğul
olmuşam. (Möcüzəvi
dedikdə, bütün
çəkdiyim yazı-şəkilləri
əyani surətdə,
oyaqkən yatmış
vəziyyətimdə göstərilib
3 il müddətində
onları kağıza
köçürmüşəm).
-İlk işiniz nə olub və daha
çox hansı materiallardan istifadə edirsiniz?
-Ağac üzərində ilk işim
“Allah və Bismillah “ yazılmış iş olub. Daha çox ağac
üzərində Quran ayələrini
yazıram.
İşlərimdə əsasən qoz
ağacından istifadə
edirəm. Bu ağacın əldə olunmasında böyük çətinlik çəkirəm.
Ümumiyyətlə, bu işin hər addımı böyük çətinliklərdən
keçir. Məsələn, emalatxanam yoxdur. Ev şəraitində də
hər zaman çalışmaq olmur.
İş prosesində texniki
alətlərdən və
ən çox da xüsusi iskənələrdən istifadə
olunur. Bu işin
əsas mexanizmi isə Allah kəlamına ehtiram
və bu işə isə böyük bir sevgi ilə yanaşmaqdır.
-Hansı yerli və beynəlxalq
sərgilərdə iştirak
etmisiniz?
- Çoxsaylı yerli və beynəlxalq
sərgilərdə iştirak
etmişəm. Belə ki,
2004-cü ilin noyabr ayında Təbriz şəhərində keçirilən
sərgidə bədii
xəttatlığa aid 4 işim
nümayiş etdirilib.
2006-cı ildə Tehranda keçirilən
14-cü Beynəlxalq Quran
Sərgisində Azərbaycanı
təmsil etmişəm,
9 işim nümayiş
etdirilib. 2-ci dəfə daha kamil işlərlə 2009-cu ildə Tehranda keçirilən
17-ci Beynəlxalq Quran
Sərgisində iştirak
etmişəm. 2007-ci ilin yanvar ayında
Təbriz şəhərində
keçirilən Beynəlxalq
Kalliqrafiya Festivalında
bir neçə bədii xəttatlığa
aid işim nümayiş
etdirilib. Ümumilikdə İranda 4 sərgidə təmsil olunmuşam.
Sərgilər yüksək dərəcədə
İslam Mədəniyyətini
təmsil edilərək
keçirilib. Bu sərgilərdə sənətimi
inkişaf etdirmək üçün müxtəlif
ölkələrdən çoxlu
sayda dostlar qazanmağıma səbəb
olub.
2009-cu il
aprel ayının 18-də
“İslam Mədəniyyəti
Paytaxtı” çərçivəsində
Bakı şəhəri
Qobustan qoruğunda 16 işim nümayiş etdirilib. Eyni zamanda 2009-cu il aprelin 27-də Qala qoruğunda 16 işim nümayiş etdirilib. 2009-cu il
mayın 6-da Bakı şəhəri Turizm İnstitutunda 17 işim nümayiş etdirilib. Ötən ilin iyun
ayının 16-da İranın
Azərbaycandakı Mədəniyyət
Mərkəzinin Bakı
da təşkil etdiyi tədbirdə 16 işim nümayiş etdirilib. 2009-cu il
oktyabr ayının
5-də Əl Oyunlari İdman Sarayında keçirilən Beynəlxalq
Kulinariya festivalında
təşkil olunan sərgidə 12 işim nümayiş etdirilib. Həmin il
noyabrın 3-də Mədəniyyət
və Turizm Nazirliyinin Muzey Mərkəzində təşkil
olunan sərgisində
13 işim nümayiş
etdirilib. Həmçinin noyabrın 13-də Muzey Mərkəzində təşkil olunan I Respublika Dekorativ-tətbiqi
sənət sergisində
20 işim sərgilənib
və I dərəcəli diploma layiq
görülmüşəm. 2009-cu il dekabr
ayının 4-də Muzey
Mərkəzində təşkil
olunan “Ağ-qara”sərgisində
3 işim nümayiş
etdirilib. Dekabrın
9-da Turizm İnstitutunda 34 işim nümayiş etdirilib. Həmin ayın 22-də Muzey Mərkəzində təşkil
olunan I Ümumrespublika
dekorativ-tətbiqi sənət
festivalının yekun
sergisində 4 işim
nümayiş etdirilib.
Bundan əlavə 2009-cu ilin avqust ayında Misirin Mədəniyyət
Nazirliyindən müraciətimə
əsasən fərdi
sərgimin keçirilməsinə
dair dəvət almışdım. Maddi vəziyyətimin
pis olduğuna görə bu sərgidən imtina edəsi oldum. Bu sərgi üçün
yalnız yol xərci istənilirdi.
Eyni zamanda əlaqədar təşkilatlara müraciət
etdim və heç bir cavab ala bilmədim.
-Azərbaycanda və ya hansısa
xarici ölkə sərgi salonlarında işləriniz saxlanırmı?
- Əlbəttə, müxtəlif sərgi salonlarında var. Məsələn,
hazırda Tehranda və Türkiyədə müxtəlif
sərgi salonlarında
işlərim saxlanılır.
-Hazrıda neçə işiniz var?
-Hazırda qoz ağacı üzərində 17 iş
və kağız üzərində 33 işim
var.Ağac üzərindəki
işlərin mövzusu
Quran ayələri və hədislərdir. Kağız üzərindəki işlərin
mövzusu təsəvvüf
və irfandır. İndi də bu istiqamətdə yaradıcılığımı
davam etdirirəm.
Günay
Paritet.-
2010.- 19-20 yanvar.- S. 12.