Rusiya ilə Azərbaycan arasinda siyasi-iqtisadi əlaqələr çox yüksək səviyyədədir

 

Bakıda Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu keçirilib

 

Ötən gün Bakıda Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu başlayıb (AzərTac). İlk öncə forum iştirakçıları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını Şəhidlər Xiyabanın ziyarət ediblər. Ziyarətdən sonra Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev tədbir barədə jurnalistlərə açıqlama verib. Nazir deyib ki, Rusiya Azərbaycan arasında siyasi-iqtisadi əlaqələr çox yüksək səviyyədədir, vətəndaş cəmiyyətləri arasında da bu əlaqələr inkişaf etməlidir.

Rusiya mədəniyyətində, incəsənətində azərbaycanlıların iştirakına yüksək qiymət verən nazir “Biz fəxr edirik ki, bir sıra azərbaycanlılar Rusiya mədəniyyətinin görkəmli xadimləri olublar, onlar indi varsöyləyib. Azərbaycanda rus dilinə böyük hörmət olduğunu deyən nazir bildirib ki, bəzi hallarda azərbaycanlılar rus dilində ruslardan daha yaxşı danışırlar.

İki günlük forumun Beynəlxalq Muğam Mərkəzində təntənəli açılışından sonra  Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin çıxışı olub.  O, tədbirin məqsədinin iki ölkə arasında humanitar sahədə əməkdaşlığı daha da dərinləşdirmək olduğunu deyib, ümid etdiyi bildirib ki, forumun nəticəsi olaraq yeni layihələrin həyata keçirilməsinə başlanacaq. R.Mehdiyev bir neçə gün əvvəl 20 Yanvar hadisələrin 20 illiyinin qeyd olunduğunu xatırladıb, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına etiraz edən əhaliyə divan tutulduğunu bildirib: “Bəs üçün Qorbaçov Ermənistanda azərbaycanlılara qarşı vəhşiliklər törədiləndə, onları öz doğma yurd yuvalarında qovanda oraya qoşun yeritmədi? Əfsuslar olsun ki, həmin vaxt mərkəzi mətbuat susurdu, bəzi hallarda isə Azərbaycanın ərazi bütövlüyünün pozulmasını dəstəkləyirdilər”.

Bununla əlaqədar Prezident Administrasiyasının rəhbəri bir daha jurnalistləri, əsasən rusiyalı jurnalistləri bu mövzunun işıqlandırılması zamanı diqqətli olmağa çağırıb.

 Azərbaycanla Rusiya arasında humanitar əməkdaşlığın uğurla inkişaf etdiyini söyləyən R. Mehdiyev Azərbaycanda rus dilinə yüksək diqqət ayrıldığını, 16 mindən çox gəncin rus dilində təhsil aldığını xatırladıb. O, Puşkin, Lermontov, Yesenin Buqakovun əsərlərinin Azərbaycan dilinə tərcümə olunaraq 1,5 milyon tirajla çap edilməsini Azərbaycanda rus mədəniyyətinə böyük marağın sübutu olduğunu qeyd edib.

PA rəhbəri Azərbaycan-Rusiya əlaqələrinin dərin tarixi köklərə söykəndiyini, bu münasibətlərin indi yüksək səviyyədə davam etdirildiyini bildirib. O, iki ölkə arasında bütün sahələr üzrə əlaqələrdə müsbət inkişaf nəzərə çarpdığını, əməkdaşlığın daha da möhkəmlənməsi üçün mühüm addımlar atıldığını qeyd edib. Bugünkü tədbirin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən natiq yüksək səviyyəli Rusiya nümayəndə heyətinin burada təmsil olunmasının tədbirə verilən qiymət olduğunu vurğulayıb. O, bu tədbirin iki ölkə arasında münasibətlərin inkişafına öz töhfəsini verəcəyini qeyd edib.

R. Mehdiyev Rusiya mətbuatını Dağlıq Qarabağ münaqişəsindən yazarkən professional olmağa çağırıb: “Münaqişənin tarixindən yazanda rus mənbələrinə istinad edin, rusiyalı diplomat Aleksandr Qriboyedovun 19-cu əsrdə imperatora yazdığı məktubunu oxuyun. Diplomat İran Türkiyədən Azərbaycana köçürülən ermənilərdən yazarkən qeyd edirdi ki, azərbaycanlılar ermənilərin yerləşdikləri torpaqlarda həmişəlik qalacaqlarından qorxurlar”.

Rusiya mətbuatında Dağlıq Qarabağın Stalin tərəfindən Azərbaycana hədiyyə edilməsi barədə yazılanlara toxunan R. Mehdiyev həqiqətin tam əksinə olduğunu diqqətə çatdırıb: “Əslində təzyiqlər altında İrəvan Ermənistana hədiyyə edilib. Ermənistan Azərbaycana qarşı ərazi iddiaları olmayacağını bildirmişdi, amma belə olmadı. Əslində Borçalı da Stalin tərəfindən Gürcüstana hədiyyə edilib”.

R. Mehdiyev Dağlıq Qarabağı çıxmaqla, hazırda Azərbaycanda 20 min erməninin yaşadığını, azərbaycanlıların tarixi torpaqları olan indiki Ermənistanda isə 1 nəfər belə azərbaycanlının qalmadığını deyib. O, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bir daha vurğulayıb.

 Sevindirici haldır ki, forumda Rusiyanın tanınmış şəxsləri iştirak edirlər. Onlar ictimai rəy formalaşdırırlar”,-deyə R.Mehdiyev qeyd edib. O deyib ki, forumda Rusiyanın mədəniyyət naziri, Böyük Teatrın direktoru, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun digər ali məktəblərin  direktorları, aparıcı KİV-lərin rəhbərləri, tanınmış qanunvericilər, elm mədəniyyət xadimləri iştirak edirlər.

Tədbirdə çıxış edən Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy forumu yaratmaqda məqsədin iki xalqın ziyalılarının birgəbeyniniyaratmaq olduğunu deyib: Bizim xalqlarımız bir-birini daha yaxşı tanımalı, yaxşı başa düşməlidirlər”.

Rusiya mədəniyyət naziri Aleksandr Avdeyev  çıxışında deyib ki, forum sivilizasiyalar mədəniyyətlər arasında dialoqu dünyaya göstərməyə yönəlib: “Qarşımızda müzakirə ediləcək çoxlu ümumi məsələlər var. İki ölkənin vətəndaş cəmiyyətləri arasında münasibətləri inkişaf etdirməliyik”.  Onun sözlərinə görə,  mədəniyyətin şou-biznesin təsirindən necə qorunması, Boloniya prosesinə keçid zamanı əvvəl toplanmış potensialın itirilməməsi üçünyaradıcı-bədii təhsilinnecə saxlanmasının müzakirəsi vacibdir. Nazir deyib ki, forum zamanı Azərbaycanın mədəniyyətin maliyyələşdirilməsi sahəsində təcrübəsini bilmək Rusiya tərəfinə maraqlı olacaq.

Forumun keçirilməsi faktını qiymətləndirən Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəz Qarayev bildirib ki, Azərbaycanla Rusiya arasında humanitar əməkdaşlığın tamamilə yeni mərhələsi başlanıb. Onun sözlərinə görə, iki ölkə arasında mədəni sahədə qarşılıqlı əməkdaşlıq dayanmadan inkişaf edir. O qeyd edib ki, hazırda iki birgə film çəkilir, sabah BakıdaQu gölübaleti nümayiş olunacaq.

Nazirin sözlərinə görə, Azərbaycan Rusiya ilə humanitar əməkdaşlığın dərinləşdirilməsinə köklənib.  Bununla yanaşı nazir Azərbaycan musiqisinin teatr tamaşalarının Rusiyada daha fəal səhnəyə qoyulması arzusunu ifadə edib: “Biz dünən bu gün Avdeyev Şvıdkovla Rusiya rejissorlarının Azərbaycan tamaşalarına cəlb edilməsi Azərbaycan teatrlarının Rusiyaya qastrollarının təşkili məsələləri barədə danışmışıq”.  O deyib ki, Azərbaycan Rusiyadan yalnız mədəniyyət xadimlərini deyil, həm turist axınının artmasının tərəfdarıdır ki, bu da hər iki ölkəni daha da yaxınlaşdırır. Nazir bildirib ki, bu yaxınlarda ilk dəfə olaraqVokruq Svetanəşriyyatı rus dilində Azərbaycan üzrə soraq kitabçasını çap edib.

 İclas yekunlaşdıqdan sonra elə həmin məkanda forum çərçivəsində müxtəlif seksiyalar üzrə iclaslar keçirilib. Bu günsə Rusiya nümayəndə heyəti Heydər Əliyev Fondunda Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında olacaqlar. Forum çərçivəsində “İTAR-TASS”ın təqdimatındaRusiya Azərbaycan: Keçmişdən gələcəyəadlı foto-sərginin açılışı da nəzərdə tutulur.

 

 

Fuad

 

Paritet.- 2010.- 23-25 yanvar.- S. 1; 2.