“Bir pəncərə” gömrük nəzarətinin
effektivliyini artırıb
Lüzumsuz güzəştlərin ləğvi
və gömrük gəlirləriylə bağlı zəruri
olan qanunvericilik aktlarının təkmilləşdirilməsi
məqsədilə hökumətə təkliflər paketi təqdim
edilib
2009-cu
il yanvarın 1-dən etibarən Dövlət Gömrük
Komitəsi gömrük buraxılış məntəqələrində
“vahid pəncərə” sisteminə keçib .Trend
Capital-ın Dövlət Gömrük Komitəsinin (DGK) sədri,
gömrük xidməti general-leytenantı Aydın Əliyevlə
30 yanvar - ölkənin Gömrük Xidməti əməkdaşlarının
peşə bayramı ərəfəsində müsahibəsində
yeni sistemin səmərəliliyi barədə
danışıb. Müsahibəni ixtisarla təqdim edirik.
-Nəzərə alsaq ki, xarici ticarətin
aparılmasının əsas mərhələlərindən
biri malların və nəqliyyat vasitələrinin dövlət
sərhəd buraxılış məntəqələrindən
keçməsindən ibarətdir, onda burada “bir pəncərə”
prinsipinin tətbiq olunması çox vacib mövqedə
dayanır. Belə ki, ölkə sərhədindən
mal və nəqliyyat vasitələrinin keçirilməsi
zamanı müxtəlif dövlət qurumlarının
müvafiq nəzarət növlərindən keçmək,
icazə və digər sənədlərin təqdim
olunması tələb olunur. Bu proseslərin
bir orqan tərəfindən həyata keçirilməsi və
əməliyyatların aparılması zamanı sənədlərin
qəbulu və yoxlanılması fərmanın tələblərinə
uyğunlaşdırılaraq Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi tərəfindən Kənd
Təsərrüfatı
və Səhiyyə nazirlikləri ilə əlaqələndirilmiş
şəkildə yerinə yetirilir. Yuxarıda qeyd olunanlarla əlaqədar
operativ məlumat mübadiləsinin təkmilləşdirilməsi
məqsədilə Dövlət Gömrük Komitəsində
Vahid Avtomatlaşdırılmış İdarəetmə
Sistemi yaradılıb.
“Bir
pəncərə” prinsipinin tətbiqi nəticəsində
resursların səmərəli və rasional formada
bölgüsü və istifadəsinə, nəzarət
növlərinin əlaqələndirmə səviyyəsinin
yüksəldilməsinə və qurumlararası əməkdaşlığın
gücləndirilməsinə, eləcə də sərhəd
idarəçiliyi mexanizminin təkmilləşdirilməsinə və
gömrük nəzarətinin səmərəliliyinin
artırılmasına əlverişli şərait yaranıb.
Bundan başqa, iqtisadi operatorlar və
sahibkarlıq subyektləri tərəfindən qanunvericiliyin tələblərinə
daha ciddi riayət edilməsi, sərhəd nəzarəti
prosedurlarında şəffaflığın
artırılması, həmçinin ölkənin iqtisadi
potensialının gücləndirilməsinə xidmət
göstərən müasir metodların tətbiqi də
təmin edilir. Yük daşımaları
imkanlarının artırılması və nəqliyyat
sektorunun inkişafı, tranzit potensialının gücləndirilməsi
də deyilən üstünlüklərə aiddir.Bu sistemin tətbiqi
nəticəsində xarici iqtisadi fəaliyyət
iştirakçıları gömrük sərhədindən
keçirilən malların və nəqliyyat vasitələrinin
rəsmiləşdirilməsini minimum vaxt sərf etməklə
həyata keçirmək imkanı əldə etmişlər.
- Dövlət Gömrük Komitəsi
tərəfindən ölkə ərazisinə gələn
şəxslər üçün sadələşdirilmiş
nəzarətin tətbiqi üzrə (“yaşıl” və
“qırmızı” dəhlizlərdə) işlər
görüldü. Bu proses hansı mərhələdədir?
-Gömrük
məntəqələrinin buraxılış qabiliyyətini
artırmaq məqsədi ilə
Gömrük Məcəlləsi, habelə gömrük işi üzrə digər
qanunvericilik aktları əsasında Dövlət
Gömrük Komitəsi tərəfindən “Fiziki şəxslər
tərəfindən Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilən istehsal və
kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan malların ikikanallı buraxılış sistemindən
istifadəsi zamanı (“Yaşıl kanal” və
“Qırmızı kanal”) bəyan edilmənin sadələşdirilmiş
Qaydaları” işlənib hazırlanıb. Fiziki şəxslər sərhədi “Yaşıl
kanal”dan keçdikdə yazılı formada gömrük bəyannaməsi
doldurmurlar, “Qırmızı kanal”dan keçdikdə isə
malları yazılı formada bəyan etməlidirlər.Məlumat
üçün bildirirəm ki, fiziki şəxslər tərəfindən
Azərbaycan gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin
sadələşdirilmiş qaydasının (“Yaşıl
kanal” və “Qırmızı kanal”) həyata keçirilməsi
ilə bağlı müddəalar yeni Gömrük Məcəlləsi
layihəsində öz əksini geniş surətdə tapyib.
-
“Elektron Gömrüyün” yaradılması çərçivəsində
hansı tədbirlər nəzərdə tutulub?
-
“Elektron Gömrük” (e-Gömrük) layihəsi “e-Azərbaycan”
proqramının bir komponenti olaraq “Azərbaycan
Respublikasının gömrük sisteminin inkişafı
üzrə dövlət proqramının (2007-2011)” əsas
istiqamətlərindən birini əhatə edir. Bu səbəbdən, “e-Azərbaycan”
proqramının həyata keçirilməsi ilə
bağlı yaradılan hüquqi və normativ sənədlər
əsasında “e-Gömrük” layihəsi formalaşır və
icra edilir. “e-Gömrük” sisteminin yaradılması Dövlət
Gömrük Komitəsinin İnformasiya və Kommunikasiya
Texnologiyaları üzrə İnkişaf
Strategiyasının əsas məqsədlərindən birini təşkil
edir və əsasən üç altsistemdən ibarətdir:
1.
Gömrük Xidmətində Vahid
Avtomatlaşdırılmış İdarəetmə Sistemi.
2. İnternet informasiya resurslarının
idarəetmə sistemi.
3. Gömrük Komitəsinin
daxili portalı - İntranet sistemi.
“e-Gömrük” əsasən
DGK-da həyata keçirilən “Gömrük Xidmətində
Vahid Avtomatlaşdırılmış İdarəetmə
Sistemi” (VAİS) layihəsi üzərində qurulur. VAİS aşagıdakı modullardan ibarətdir:
- Gömrük nəzarəti sistemlərinin
elektronlaşdırılması;
- Gömrük rəsmiləşdirilmə
prosedurlarının avtomatlaşdırılması;
- Qaçaqmalçılıq və
hüquqpozmalara qarşı mübarizə üzrə
avtomatlaşdırılmış idarəetmə sistemləri
və kompüterləşdirilmiş əməliyyat mərkəzi;
- Maliyyə fəaliyyətinin
avtomatlaşdırılması;
- Valyuta sərvətlərinin
avtomatlaşdırılmış qeydiyyat sistemi;
- Resursların idarəetmə sistemi;
- Sənəd dövriyyəsinin
avtomatlaşdırılması;
- Risklərin idarə olunması sistemi;
- Texniki təchizat üzrə “Elektron
sifariş” sistemi;
- Dövlət sərhədinin avtomobil
buraxılış məntəqələrindən
keçirilən malların və nəqliyyat vasitələrinin
yoxlanılmasında “bir pəncərə”
avtomatlaşdırılmış idarəetmə sistemi.
Hazırda VAİS-in yuxarıda göstərilən
modulları mərhələlərlə həyata
keçirilir və ölkənin digər dövlət
orqanlarının informasiya resurslarına inteqrasiya olunması
istiqamətində layihələr həyata keçirilir və
“e-Azərbaycan” proqramı çərçivəsində
başa çatacaq.
- Gömrük məntəqələrinin
abadlaşdırılması və onların beynəlxalq
standartlara uyğun gəlməsi üzrə hansı işlər
görülür?
- Dövlət Gömrük
Komitəsi tərəfindən ölkənin əsas strateji
dövlət sərhədinin buraxılış məntəqələrində
beynəlxalq aləmdə müasir standartlara uyğun, yüksəkkeçiricilik
qabiliyyəti potensialı olan infrastruktur obyektləri tikilir. Daxili gömrük orqanlarında isə
bir neçə müasir inzibati bina artıq tikilib istifadəyə
verilib. Bundan əlavə, sərhədyanı
ərazilərdə mallar daşınarkən yükləmə
boşaltma, yoxlama əməliyyatlarını operativ həyata
keçirmək üçün əlverişli şəraitin
yaradılması məqsədilə müasir standartlara
uyğun terminallar və gömrük anabarları
yaradılır.
- Dünyada baş verən proseslər
Dövlət Gömrük Komitəsinə 2009-cu ildə fiskal
funksiyalarını yerinə yetirməkdə nə qədər
təsir edib? Bununla əlaqədar olaraq ölkəyə
idxal edilən mallara vergi və gömrük
rüsumlarının ödənilməsindən azad
olunmaların sayının azaldılması məsələsinin
nəzərdən keçirilməsi nə dərəcədə
aktualdır?
- İllik idxal mallarının həcmi
2008-ci il ilə müqayisədə 1,05
milyard ABŞ dolları məbləğdə azalıb. Digər
tərəfdən isə böhran nəticəsində xarici
ölkələrdə istehsal olunan malların dəyərinin
aşağı düşməsi ölkəyə idxal olunan
mallara tətbiq olunan gömrük vergi və rüsumlarına
əsasən yığılan gömrük ödənişlərinin
azalmasına öz təsirini göstərib.Aparılan təhlillər
əsasında müəyyən edilib ki, 1,05
milyard dollar məbləğində
azalma ilə müşahidə olunan idxal mallarını əsasən
vergitutumlu mallar təşkil edir. Buna baxmayaraq 2009-cu ilə nəzərdə
tutulan illik büdcə proqnozu 100 faizdən bir az
aşağı həcmdə yerinə yetirilib.Qeyd etmək
lazımdır ki, 2008-ci illə müqayisədə 2009-cu il
üzrə illik büdcə proqnozu 2,35 milyon manat məbləğdə
və ya 0,21 faiz artıq yerinə yetirilib.Büdcə
proqnozlaşdırılmasının səmərəliliyinin
artırılması, idxal olunan mallar üzrə gömrük
ödənişlərinin ödənilməsində
yayınmaların aradan qaldırılması, mövcud
gömrük tarif sistemində lüzumsuz güzəştlərin
ləğv edilməsi və gömrük işi sahəsində
gəlirlərlə bağlı zəruri olan qanunvericilik
aktlarının təkmilləşdirilməsi məqsədilə
tərəfimizdən müvafiq təkliflər paketi
hazırlanaraq hökumətə təqdim edilib. Dünyada baş verən qlobal maliyyə və
iqtisadi böhranı qeyd olunan məsələlərə daha
çox diqqətin ayrılmasını zəruri edir.
-Bakıda Ümumdünya
Gömrük Təşkilatının Avropa üzrə
ofisinin açılması qərarı nə ilə
bağlı olub?
- Azərbaycan Gömrük
Xidməti Ümumdünya Gömrük Təşkilatının
fəal üzvlərindən biridir.
Son illər ərzində respublikamız ÜGT-nin bir sıra
beynəlxalq tədbirlərinə ev sahibliyi etmiş, eləcə
də 176 ölkənin gömrük xidmətini özündə
birləşdirən bu mötəbər təşkilatın
2003-cü ildə Bakı şəhərində Regional Tədris
Mərkəzi fəaliyyətə başlayıb.Bakı şəhərində
Potensialın Gücləndirilməsi üzrə
Ümumdünya Gömrük Təşkilatının Avropa
Regional Ofisinin açılması təklifi, əvvəlcə
ötən il Norveç Krallığının Bergen şəhərində
Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu
Gömrük Xidməti Rəhbərlərinin Konfransında irəli
sürülüb, bu məsələ ilə bağlı Azərbaycan
nümayəndə heyəti iki hissəli təqdimatla
çıxış edib. 2009-cu il iyunun
25-dən 27-dək Belçika Kralığının
Brüssel şəhərində keçirilən
Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq
Şurasının 113-114-cü sessiyası zamanı yeganə
regional ofisin Azərbaycanda açılması təklifi dəstəklənmiş
və ofisin Bakı şəhərində təsis edilməsi
qərara alınıb. Nəhayət, yola
saldığımız ilin noyabrında “Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi və
Ümumdünya Gömrük Təşkilatı arasında Azərbaycan
Respublikasının Bakı şəhərində Potensialın
Gücləndirilməsi üzrə Ümumdünya
Gömrük Təşkilatının Avropa Regional Ofisinin
yaradılması ilə əlaqədar Anlaşma Memorandumu”
imzalanıb.
- Dörd səviyyəli
diferensiyalaşdırılmış tarif sisteminə
keçidi nəzərdə tutan gömrük tariflərinin
yeni modelinin tətbiqi nə vaxt gözlənilir?
- Xatırladım ki, Xarici İqtisadi Fəaliyyətin
Mal Nomenklaturasında mal mövqeləri üzrə mövcud
tarif dərəcələrinin (0; 0.5; 1; 3; 5; 10 və 15%) dəyişdirilərək
azpilləli sistemə (0; 5 və 15%) keçidi ilə əlaqədar
mövcud normativ-hüquqi aktlarda müvafiq dəyişikliklərin
ediləcəyini nəzərdə tutan aidiyyəti prosedurlar həyata
keçirilib və üç pilləli tarif sisteminə
keçidlə əlaqədar normativ sənəd layihəsi
hökumətə təqdim olunub.
- Xarici iqtisadi fəaliyyət
iştirakçılarının qeydiyyata alınmasının
yeni proseduru və sahibkarlara Gömrüyün internet saytı
üzərindən statistik kodun alınması
üçün imkan yaradılması xarici iqtisadi əməliyyatları
nə dərəcədə sadələşdirməyə
imkan verir?
- Vergi ödəyicisi olmayan xarici iqtisadi fəaliyyət
iştirakçılarına (XİFİ) statistik kodun verilməsi
qaydalarının yeni proseduru tətbiq edilməsi XİF
iştirakçıları ilə DGK arasındakı
işgüzar mansibətlərin yeni texnologiyalar əsasında
qurulmasına, XİF iştirakçıları
üçün imkanların daha da genişləndirilməsi
və şəffaflığın təmin edilməsinə
xidmət edir.XİF iştirakçılarına statistik kodun
İnternet vasitəsilə verilməsi e-Gömrük sisteminin
“Elektron Bəyannamə” layihəsinin başlanğıc mərhələsidir.Əgər
hər bir XİF iştirakçısı tələb olunan
sənədləri toplamaqla müvafiq gömrük orqanına
müraciət edərək Statistik Kod alandan sonra
gömrük rəsmiləşdirməsi həyata keçirə
bilirdisə, yeni qaydalara əsasən istənilən XİF
iştirakçısı Dövlət Gömrük Komitəsinin
rəsmi internet səhifəsindən (www.dgk.gov.az) istifadə
etməklə statistik kod ala bilər. Gələcəkdə
“Elektron Bəyannamə” sisteminin tətbiqi zamanı XİF
iştirakçıları üçün tam şərait
yaranır ki, gömrük rəsmiləşdirilməsi tələb
olunan mallarını gömrük orqanına getmədən
İnternet vasitəsilə bəyan etsin.
Paritet.-
2010.- 26-27 yanvar.- S. 10.