Müasir ədəbiyyatda qadın problemi”adlı seminar keçirilib

 

Misir Mədəniyyət MərkəzindəMüasir ədəbiyyatda qadın problemi”adlı seminar keçirilib. Semiranda bir neçə misirli yerli yazıçılarımız iştirak ediblər. Seminarı giriş sözü ilə açan  Misir Mədəniyyət Mərkəzinin direktoru professor Adel Dərviş  keçirilən seminarın Azərbaycan Misir xalqları arasında ədəbiyyat sahəsində əlaqələrin möhkəmləndirilməsi çərçivəsində baş tutduğunu dedi bildirdi ki, bu cür ədəbi tədbirlərin keçirilməsinə əsas səbəb Azərbaycan   ərəb şeiri arasından olan böyük oxşarlıqdır:”Belə ki, hər iki xalqın əruz vəzni kimi eyni şeiri arasında olan böyük oxşarlığın olması ilə əlaqədardır . Belə ki, hər iki xalq əruz vəzni kimi eyni şeir vəzinlərindən istifadə ediblər. Həqiqətən çoxlu sayda şairlər hazırki vaxtda qəsidə mövcud olub . Miladi təqvimi ilə VII əsrdə Misirdə ərəb dili hökmranlıq etməyə başladığı vaxtdan etibarən çoxlu sayda şairlər yetişdirib . Müasir dövrə gəldikdə isə müasir  ərəb şeiri inqilabi Əhməd Şövqi ilə başlayıb. Belə ki, o, ərəb şeirinin bütün növlərini mədh, risa, qəzəl, vəsf hikmətdən istifadə edib.  Ərəb mədəniyyətini bilməklə yanaşı, fransız mədəniyyətini gözəl bilib   ədəbiyyatla, incəsənətlə tanış olub ona  yiyələnib. Onun yaradıcı işlərindən, “Kleopatranın faciəsi ölümü”, “Məcnun Leylinigöstərmək olar.

Başqa məşhur şairlər   olublar ki, onlar ərəb milliyyətçiliyini üstün tutublar”-deyən A.Dərviş bildirdi ki,  buna əlavə olaraq, şeirin improvizasiyasından istifadə ediblər:” Bu tədqiqatçılar nəslinin  ardından gələn başqa şair nəsillər birinci  ədəbiyyatdan  çox təsirləniblər. Onlardan azad şeir şeir pyesi ustadı Səlah Əbdu Sabur, Əhməd Hacazi, Əməl Dunqal, Faruq Şəvşə, Muhamməd İbrahim Əbu Sənə Faruq Cuveydə başqalarını göstərə bilərik. Qeyd edilməlidir ki, Azərbaycan şairləri var ki, onlar ərəb  dilində  şeirlər yazıblar. Bu şairlər Məhəmməd Füzuli, İsmayıl İbn Yəsar, Musa Şəhavət, Ömər Gənci, Xaqani Şirvani, Xətib Təbrizi s.”

Onun sözlərinə gərə, Misirdə poetik roman ədəbiyyatı İsa ibn Hişamın məqamə  janrından   başlayıb.Seminarda qeyd edildi ki, Misirdə yeni dövrdə ədəbi aləmdə  yeni-yeni nəsillər meydana gəlib ki, onlar öz yazılarında cəmiyyətdə olan hadisələri müşahidə etməyə səy göstərirlər onlar öz romanlarında onları ifadə etməyə çalışırlar:”  Əhməd Zəki Əbu Şadi, Cəmal Qəytani, Fəthi Qanim, Yusif əl-Qeyd s.Lakin ərəb ədəbiyyatının sütunu Taha Hüseyndir. O, çoxlu sayda mühüm fəaliyyətlərdə iştirak edir ki, bu da Misirdə böyük dərəcədə ədəbiyyat sahəsinə təsir edib. Xüsusilə tənqiddə yeni  metod məktəbin rəhbəri olub. Onun yaradıcılığında dünya ədəbiyyatına ,xüsusilə yunan fransız ədəbiyyatına  pəncərələr açıb. Burada biz ədib professor Hüseyn Mucib əl-Misrinin qeyd etmək  istərdik. O,türk ədəbiyyatında ilk doktorluq dərəcəsi alan insan olub.İlk insan olub ki,türk ədəbiyyatı tarixinə dair ərəb dilində kitab yazıb. O ilk şəxs olub ki, onun türk  dilində şeir divanı var. O, 70-dən artıq kitab  tərcümə edib. 1967-ci ildəBağdadlı Füzuli qədim türk şairlərinin əmridiradlı əsər yazıb”.

Azərbaycanda olmağından belə bir seminarda iştirakından məmnun olduğunu  deyən  professor Əhməd əl- Mursi Safsafi  bildirdi ki, artıq Azərbaycanda ikinci dəfədir olur:”Bu dəfəki səfərimi öncədən planlaşdırmışdım.İstəyirəm bu məqamda bir tarixə dönüm. Biz tüklər dediyimiz zaman  təkcə müasir Türkiyədə olan türkləri nəzərdə tutmuruq. Biz bütün Orta Asiya qitəsində yaşayan türkləri nəzərdə tuturuq. elə buna görə İslam sivilizasiyasının yaradılmasında türklərin Abbasilər dövründə olan rolunu xüsusi olaraq vurğulamalıyıq.  İslamın zühurundan bu tərəfə türklər ərəblər birlikdə yaşayıblar.    Təbii ki, onların birlikdə yaşamasına baxmayaraq müəyyən problemlər olub. Amma buna baxmayaraq,  türk şəxsiyyəti obrazı istər qadın,istər kişi obrazı Misir cəmiyyəti tərəfindən gözəl qarşılanıb bu dövr ərzində özünü doğruldub hazırda da doğrultmaqdadır. Bu iki  xalq arasında müəyyən tarixi hadisələrlə bağlı qopmalar yaşansada onların ailə bağlılığı, hər iki xalq arasında qalıb. Sovet imperiyası hər zaman çalışmışdı ki, digər müsəlman xalqları ərəb dünyasından ayırsın. Lakin ortada olan yaxınlıq, qardaşlıq bağları buna imkan verməyib. Misir dövləti Azərbaycanın müstəqilliyini tanımış   ölkələrarası əlaqələrin genişlənməsinə hər zaman çalışmışdır.Və bunun nəticəsidir ki, 1990-cı ildən bu tərərfə Azərbaycan dilini Misirdə  bir sıra universitetlərdə tədris edirik”. Misirli professor söylədi ki, Azərbaycanın  qadın yazıçılarının  problemi ilə misirli qadın yazıçıların problemi eynidir.  

 Bakıya ilk dəfə səfər etdiyini deyən yazıçı MisirTeleviziya Radio” jurnalının redaktor müavini Hala İbrahim Əl Bədri bildirdi ki,  misirli qadın yazıçıların əsərləri, onların elmi işləri dünyanın müxtəlif dillərinə tərcümə olunub:” Bu  işlər daim   misir cəmiyyətinə öz töhfəsini verib. Ədəbiyyat tarixində yazılan tarix sıx zəngindir. Biz bir Həmzə adlı dahi şairə var. O, müxtəlif janrlarda şeirlər yazmışdı fikrini insanlara çatdırmışdı.   Misir cəmiyyətdə bu tərcümələrdən yazılardan faydalanaraq istifadə edirlər. Bu gün Misirdə roman yazan yazıçıların sayı çoxdur.Bunlardan ən məşhuru  Zeynəb xanımdır.Bu xanımın romanları dünyanın bir neçə dilinə tərcümə olunub ədəbiyyat tarixində öz yerini tutub. Misirli xanımlar təhsil aldıqdan sonra artıq müəyyən biliyə yiyələnib aldıqları təhsil vasitəsilə digər sahələrdə təmsil olunublar: teatr ümumilikdə mədəniyyət sahəsində çalışıblar. Mənim nəsilimə aid olan bizdən sonraki nəsillər müxtəlif mövzularda yazmağa üstünlük verirlər. Bir yazıçı olaraq deyim ki, istərdim  hər bir misirli yazıçı cinsindən asılı olmayaraq, yazdığı sahəyə,mövzuya diqqət etsin, nəyi yazdığını başa düşsün ən əsası insanların başa düşdüyü  dildə yazsın”.

Yazıçı çıxışının sonunda bildirdi ki, bu  onun Bakıya son səfəri olmayacaq, gələcəkdə də səfər edəcək və azərbaycanlı yazıçılarla daha yaxında tanış olacaq. 

Seminarda xatırladıldı ki, Misirdən gələn nümayəndə  heyəti Bakı Dövlət Universitetində,Yazıçılar Birliyində     AMEA-da olub, aiddiyyati şəxslərlə görüşüblər. Eyni zamana ədəbi proseslər haqda müzakirələr aparıblar və gələcəkdə bu sahədə iki ölkənin ədəbi qurumları arasında əməkdaşlıq yaranması üçün də danışıqlar aparıblar.

 

 

GÜNAY

 

Paritet.- 2010.- 30 yanvar-1 fevral.- S. 12.