Leyla Əliyeva:
“Mən istəyirəm ki, gənclər öz
soy-kökünü unutmasınlar”
“Naşa
molodyoj” ümumrusiya gənclər
jurnalının
mart nömrəsində
Heydər Əliyev
Fondunun vitse-prezidenti,
Rusiya Azərbaycanlı
Gənclər
Təşkilatının
sədri Leyla
Əliyevanın
müsahibəsi
dərc edilib.
Bu gün
RAGT (Rusiya Azərbaycanlı
Gənclər
Təşkilatı) Azərbaycan
gənclərinin
ölkə hüdudlarından
kənarda ən
fəal və
üzvlərinin sayı
ən çox olan
hərəkatıdır. Bu
uğurun sirri
nədir? RAGT
sədri Leyla
Əliyeva
bu barədə
danışıb. O,
şəxsi həyat
ilə ictimai həyatı
uzlaşdırmağın
və bundan yalnız
səmərə
əldə etməyin
ideal nümunəsidir.
RAGT Azərbaycan gənclərini sıx birləşdirir
Leyla xanım
deyib -Real işlər, gerçəkləşdirilmiş
ideyalar, əldə edilmiş
məqsədlər
əminliklə
söyləməyə
imkan verir ki, RAGT
uğurlu birlikdir.
Keçən il
ərzində
təşkilatın
iştirakçılarının
sayı bir neçə
dəfə artıb. Bölmələrimizin
sayı altmışı keçib, regional
şöbələr
fəallıq
baxımından
mərkəzdən
heç də geri
qalmır. Son
bir ildə biz
təkcə Moskvada və Bakıda
deyil, həm
də Sankt-Peterburq,
Tver, İvanovo, Smolensk,
Murmansk və Yekaterinburqda
çoxsaylı tədbirlər, görüşlər, aksiyalar keçirmişik. RAGT
Azərbaycan gənclərini
sıx birləşdirir,
onların cəmiyyətdə
layiqli yer tutmasına, hətta
Azərbaycanın
hüdudlarından
kənarda da
onun üçün faydalı
olmasına kömək
edir. Gənc
azərbaycanlıların
yaşadığı, təhsil
aldığı, işlədiyi
çoxmillətli Rusiyanın
reallıqlarına
inteqrasiya etməsinə
kömək
RAGT-nın fəaliyyətinin
prioritet istiqamətinə
çevrilib. Gənclər
təşkilatı ehtiyacı
olan hər
kəsə, xüsusən
uşaqlara və
xəstələrə
kömək
edir. RAGT görüşlər
təşkil etməyin,
ideyaları və praktiki sahibkarlığı birləşdirməyin
tərəfdarıdır, gənc
azərbaycanlıların
həm Rusiyada,
həm də
Azərbaycanda məşğulluq
səviyyəsini
daha da artırmaq
üçün şərait yaratmağa
çalışır. Təşkilatın
vəzifəsi
gənclərdə
həyata müsbət
baxış və düzgün
seçim etmək
bacarığı formalaşdırmaqdır.
Təşkilatın
yaradılması ideyası
gözlənilmədən
və qəfildən
meydana gəlməyib.
Mən Moskvanın, Sankt-Peterburq və digər
Rusiya şəhərlərinin
müxtəlif
ali məktəblərində
təhsil alan
tələbələrimizlə
tez-tez görüşürdüm. Onların
amalları və problemləri, arzu
və istəkləri
mənə məlum
idi. Bu cür
görüşlər
zamanı gənclər
daha çox və
daha sıx
ünsiyyət saxlamaq arzusunda olduqlarını
bildirirdilər, bu
gənclərin
hamısını
birləşdirəcək, bizim
əlaqələrimizin
özəyi və
stimulu olacaq, mühüm
sosial layihələrdə
fəal iştirak
etməyə imkan
verəcək
daimi bir təşkilatın
yaradılması barədə
təkliflər
getdikcə daha tez-tez
səslənirıb. Biz,
gənclər
fəal insanlarıq.
İstəyirik ki, yaşıdlarımız
arasında bizə
tələbat,
ehtiyac olduğunu
dərk etməklə
yanaşı, həm
də özümüzü
cəmiyyətə,
ölkəyə, dünyaya
faydalı insanlar kimi
hiss edək. Bu
sözlər
bir qədər
gurultulu və pafoslu
səslənsə
də, təşkilatın
yaradılması ideyası
bu cür
əmələ
gəlib.
Əvvəlcə
Azərbaycandan olan
moskvalı tələbələrin
klubları yaradılıb. Moskvada azərbaycanlı gənclərdən
ibarət ilk
tələbə
klubu iki il
bundan əvvəl
Moskva Dövlət
Beynəlxalq Münasibətlər
İnstitutunda (MDBMİ) ərsəyə
gəlıb. Sonra
Rusiya paytaxtındakı
digər ali
məktəblərdə
- MDU-da və
Rusiya Xalqlar Dostluğu
Universitetində, Diplomatik, Tibb
və Vergi akademiyalarında,
bizim ölkədən
olan tələbələrin
təhsil aldığı
digər ali
məktəblərdə
də belə klublar
yaranmağa başlayıb. Əvvəlcə
bu proses təkcə
Moskvada gedirdi, lakin
zaman keçdikcə
Rusiyanın müxtəlif
şəhərlərində
bu cür
klublar yaranır. Gələcək
ümumrusiya təşkilatının
cizgiləri artıq
hiss edilir. Eyni
zamanda gələcək
RAGT-nin fəaliyyət
proqramı da hazırlanır, dəqiqləşdirilib.
Lakin artıq
dediyim kimi əsas
məqsəd
aydın idi
və bu məqsəd
lap əvvəldən
müəyyən
edilmişdi.
Mümkün qədər çoxlu və müxtəlif sahələr
Biz fəaliyyətə
başlayanda lap
əvvəldən
öz işimizi
elə qurmağa
çalışırdıq
ki, o, mümkün
qədər
çoxlu və müxtəlif
sahələri
və istiqamətləri
əhatə
etsin. Mədəniyyətlərarası
dialoqun tənzimlənməsi, Azərbaycanın
zəngin mədəni
və tarixi irsinin
təbliğ edilməsi, müasir
Azərbaycan reallıqlarının
Rusiya cəmiyyətinə
çatdırılması,
humanitar və sosial,
həmçinin
elm və təhsil
sahələri
bizim işimizin
prioritet istiqamətləridir.
Bir də, əlbəttə,
Rusiya Federasiyasında
yaşayan və
təhsil alan
vətəndaşlarımıza, bizim
tələbələrə
və gənclərə
qayğı göstərmək.
Heydər
Əliyev
Fondu ilə birgə
həyata keçirilən “Xocalıya
ədalət” beynəlxalq
kampaniyanı çox vacib
sayıram. Keçən
il bu kampaniya
çərçivəsində
1992-ci ilin fevral
hadisələri
haqqında məlumatı
bütün
qitələrin
sakinlərinə çatdırmaq
üçün 70-dən
çox aksiya keçirilib.
Məqsədimiz
Azərbaycanın
bu yerlə-yeksan
edilmiş Xocalı şəhəri
haqqında həqiqəti
bütün
dünyaya bildirməkdir.
Xocalı - Azərbaycanın
ağrılı
yeridir və RAGT
bu barədə
sadəcə olaraq
susa bilməz. Biz istəyirik
ki, dünya
birliyi bu faciədən, eləcə
də Ermənistan-Azərbaycan
münaqişəsindən
xəbərdar
olsun. Biz bu
istiqamətdə işimizi
gələcəkdə
də, münaqişə
ədalətlə həll
edilənə, Azərbaycanın
ərazi
bütövlüyü
bərpa olunana
qədər
davam etdirəcəyik.
Mədəniyyət, hər bir dialoqun
universal açarıdır
Mənim
fikrimcə, mədəniyyət, hər bir dialoqun universal
açarıdır. Biz Moskvada və Rusiyanın digər
şəhərlərində Azərbaycan mədəniyyəti
günləri və həftələri keçirmişik.
Musiqi gecələri, fotosərgilər, kinolara baxışlar
təşkil etmişik və bu istiqamətdə işimizi
davam etdirəcək, Azərbaycanın zəngin mədəniyyətini
layiqincə təmsil edəcəyik. Azərbaycan mədəniyyəti
haqqında danışmaqla qurtarmaz. Çoxəsrlik tarixə
malik olan Azərbaycan muğamı 2003-cü ildən YUNESKO tərəfindən
bəşəriyyətin şifahi və qeyri-maddi irsinin incisi
elan edilib. Muğam müəyyən mənada bizim genetik
kodumuzdur. Qarabağdan olan muğam ifaçılarının
yaradıcılığı simfonik muğam, muğam
operası, caz-muğam kimi yeni bənzərsiz musiqi
janrlarının yaranmasına kömək edib. Azərbaycan bəstəkarları
Qara Qarayevin, Arif Məlikovun, Fikrət Əmirovun baletləri
dünyanın aparıcı teatrlarının səhnələrində
tamaşaya qoyulur. Həm estrada mahnılarını, həm də
klassik operalardan partiyaları bənzərsiz ifa edən
Müslüm Maqomayevin ecazkar səsi hələ də dinləyiciləri
valeh edir. Dünyanın 20-dən çox rəssamlıq
akademiyası fəxr edir ki, görkəmli Azərbaycan rəssamı Tahir Salahov həmin akademiyaların
üzvləri sırasındadır. Müxtəlif dövrlərdə
Bakı, Qarabağ, Şamaxı xalça ustaları tərəfindən
toxunmuş Azərbaycan xalçaları dünyanın ən
məşhur muzeylərində saxlanılır. Azərbaycanın
dünya mədəniyyət xəzinəsinə töhfəsi
çox böyükdür və bizim fəxr etməyə
haqqımız vardır. Təşkilatımız humanitar və
sosial sahələrdə də çox iş
görmüş, ehtiyacı olanların hamısına konkret
yardım edilmiş, o cümlədən uşaq evlərində
və xəstəxanalarda olan balacalara böyük
qayğı göstərilib. Xəstə uşaqlar
üçün qanvermə üzrə dərin rəmzi məna
daşıyan “Qanın milləti yoxdur” layihəsini xüsusi
qeyd etmək istəyirəm. Bu, onu göstərir ki, Azərbaycan
və Rusiya gənclərinin həyati dəyərləri
eynidir. RAGT-nin təşəbbüsü ilə
tütünün və alkoqolun insan orqanizminə təsiri
haqqında reklam-maarifçilik kampaniyası keçirilib. “Yəqin
et ki, sən sağlamsan” və “Xəstəliyə yox de”
proqramları çərçivəsində Azərbaycandan
olan yüzlərlə insan Moskvada pulsuz müayinə
olunmuşdur. Biz öz humanitar fəaliyyətimizi gələcəkdə
daha da genişləndirməyi, onu daha dolğun etməyi
planlaşdırırıq.
Biz
idmanda parlaq nəticələr əldə etmişik. 2009-cu
ildən Moskvada Rusiya ali məktəblərində təhsil
alan azərbaycanlı tələbələrdən ibarət
16 komandanın iştirakı ilə daimi çempionat
keçirilir. Çox şadam ki, regionlar bu ideyanı dəstəkləyiblər.
Builki çempionatda 24 komanda iştirak edib. Bu, gənclərimizin
idmana böyük marağını nümayiş etdirir. Bu
yaxınlarda RAGT-nin rəsmi saytı yenilənib, indi bizim gənclər
bir-biri ilə ünsiyyət saxlamaq, maraqlı məlumatları
müzakirə etmək, müsabiqələrdə iştirak
etmək imkanına malikdir. Qeyd etmək istəyirəm ki,
bizim özümüzün mətbu orqanımız - RAGT-nin
yeni jurnalı yaradılıb. Biz müxtəlif istiqamətlərdə
fəaliyyətimizi genişləndiririk.
Mən
istəyirəm ki, Rusiyadakı Azərbaycan gəncləri
öz soy-kökünü unutmasınlar, öz doğma
diyarını sevsinlər və Vətənə faydalı
olmağa çalışsınlar. İstəyirəm ki, gənclər
Azərbaycan mədəniyyətini irəli aparsın və
populyarlaşdırsın. İnanın ki, bizim fəxr etməyə,
dünyaya göstərməyə layiq dəyərlərimiz
çoxdur. RAGT bizim Rusiyadakı həmvətənlərimizə
burada özlərini tənha hiss etməməkdə kömək
edəcək, onların çoxmillətli Rusiya cəmiyyətinə
inteqrasiyasına yardım edəcək. Əminəm ki, burada
böyük problem yaranmamalıdır. Nə üçün
buna əmin olduğumu izah edim: Azərbaycanı sovet
dövründə də SSRİ-də ən beynəlmiləlçi
respublika adlandırırdılar. Burada müxtəlif millətlərin
və xalqların nümayəndələri dinc və mehriban
yaşayıb. Onlardan heç biri özünü yad hiss
etmir. Belə vəziyyət yalnız bu torpağın yerli
xalqı olan azərbaycanlılara xas təbii tolerantlıq sayəsində
mümkün olub. Buna görə də əminəm ki, öz
qonşularının mədəniyyətinə və adətlərinə
hörmət ənənələri əsasında tərbiyə
olunmuş Azərbaycan gəncləri Rusiyada öz yerini
asanlıqla tapa biləcəkdir.
Əminəm
ki, RAGT Azərbaycan gənclərini sıx birləşdirəcək,
onların cəmiyyətdə layiqli yer tutmasına, hətta
Azərbaycanın hüdudlarından kənarda da ona faydalı
olmasına kömək edəcəkdir. Lakin qeyd etmək istəyirəm
ki, mən bizim mədəniyyətin Rusiyada yayılmasına
kömək etməyə hazır olan, RAGT-yə daxil olmayan
başqa təşkilatlara da hörmətlə
yanaşıram. Onların seçiminə hörmət edirəm
və onlarla əməkdaşlıq etməyə, onları dəstəkləməyə
hazıram.
Bu
gün biz öz vətənimizi Rusiyada təmsil edirik. Bizim
ölkələrimizi bağlayan cəhətlər çoxdur
- tarixi və mədəni köklər, ortaq
keçmişimiz. Azərbaycanda zəngin rus mədəniyyətinə,
böyük rus dilinə qayğı ilə yanaşırlar.
Qeyd etmək lazımdır ki, müstəqillik dövründə
Azərbaycanda heç bir rus məktəbi bağlayıb,
Bakı Slavyan Universiteti, Rus Dram Teatrı fəaliyyət
göstərir, başlıcası isə bizim insanlar
arasında, xalqlarımız arasında dostluq münasibətləri
mövcuddur. Biz burada özümüzü rahat hiss etməyimizə
və dünyada ən yaxşı təhsillərdən birini
almağımıza görə Rusiyaya minnətdarıq. Biz,
Azərbaycanın gənc nəsli dünyaya geniş nəzərlərlə
baxmaq və həmişə öz Vətənimizi yadda
saxlamaq, köklərimizi və ənənələrimizi sevmək
və qorumaq istəyirik, biz eşitmək və eşidilmək
istəyirik. RAGT-də milliyyətindən, yaşından, dini
əqidəsindən və digər fərqli cəhətlərdən
asılı olmayaraq, hər kəs üçün yer
vardır. Qarşıda hələ görülməli
işimiz çoxdur, bizim ümumi uğurumuz bu işlərin
gerçəkləşməsindən asılıdır.
Paritet.- 2011.- 2-4 aprel.- S. 10.