“Diasporumuz gənc deyil...”
Bülənd Gürçam: “Bəzi diaspor təşkilatlarının adı böyükdür, amma iş qabiliyyəti yoxdur”
1988-ci ildən
başlayan Qarabağ
münaqişəsi
dörd il
ərzində
xarici mətbuatda
çox vaxt birtərəfli
işıqlandırılıb. Bu münaqişədə
marağı olanlar bizi
zalım, erməniləri
məzlum kimi
qələmə
veriblər. Nəhayət, gec
də olsa həqiqət
öz yerini tapır, məzlum
cildinə girmiş iblislərin
kimliyi aydın
olur. Həqiqətin
dünya ictimaiyyətinə
çatdırılmasında
əsas
vəzifə xaricdə
yaşayan soydaşlarımızın
üzərinə düşür. Türkiyədə,
Almaniya, Fransa, ABŞ,
Belçika və
s. dövlətlərdə fəaliyyət
göstərən
cəmiyyətlər
güclü Azərbaycan
lobbisinin təməlini
qoyur. Belçika
vətəndaşı
Bülənd
Gürçamın
da xaricdə yaşayan
həmvətənlərimizdən
biri kimi bu
baxımdan əvəzsiz
xidmətləri
olub. Əslən
irəvanlı olan
B.Gürçamın
peşəkar diaspor
rəhbəri
kimi fəaliyyəti
1980-ci illərdən
başlayıb. Brüsselə gəldiyi
gündən
Azərbaycan həqiqətlərinin
təbliğatı
ilə məşğul
olan B.Gürçam
1987-ci ildə Belçikada
ilk türk
nəşri olan
“Qürbət” adlı
qəzet nəşr
edib. Elə həmin
dövrlərdə
Azərbaycanda yaranmış
“Vətən” cəmiyyəti
ilə əlaqələr
quran B.Gürçamın
məqalələri “Odlar
yurdu” qəzetində
də çap edilməyə
başlayıb. “Vətən” cəmiyyəti ilə bir sıra tədbirlər həyata keçirən B.Gürçam Azərbaycanın Avropada təbliği ilə əlaqədar yeni forma və üsullar tapıb, bu sahədə
zəngin təcrübə toplayıb. 2000-ci ildən “Azərbaycan Kültür və İnformasiya” məcmuəsini, 2003-cü ildən
isə hər
il Xocalı faciəsinin
anımı ərəfəsində
dörd dildə
“Genocide” jurnalını
nəşr edən
Bülənd, Xocalı
həqiqətləri, ermənilərin
azərbaycanlılara
qarşı terrorçu
əməlləri
barədə avropalılara
bu gün
də ən yeni
və operativ informasiyalar verməkdə
davam edir. Qeyd
edək ki, B.Gürçam
hazırda “Belçika-Azərbaycan
Evi”nin sədri,
eləcə də
“EURO Xəbər” qəzetinin
təsisçisi və rəhbəridir.
O, “Paritet”ə müsahibəsində
öz diaspor təcrübəsini
bölüşdü.
-“Belçika-Azərbaycan
Evi” bir diaspor
təşkilatı kimi
simvolik bir zaman
ayrıcında,
2000-ci ildə Belçikanın
paytaxtı Brüsseldə
yaradılıb. Bu
diaspor qurumu Azərbaycanla Belçika arasında
diplomatik əlaqələrin
yaranması və inkişafında,
bu ölkədə
dövlətimizin
səfirliyinin yaranmasında,
habelə işğal
olunmuş ərazilərimiz,
Qarabağ torpaqlarının
bu günə
kimi erməni
işğalı altında
qalması, Azərbaycan
rəhbərliyinin bu istiqamətdə
apardığı sülhsevər
xarici siyasəti
ilə bağlı
həqiqətlərin
Avropa və dünya
xalqlarına çatdırılmasında
çox böyük
işlər
görüb
və bu gün
də görür.
-Təşkilat
olaraq Azərbaycan həqiqətlərinin Avropada təbliği
istiqamətində hansı layihələr həyata
keçiribsiniz?
-
Yarandığı gündən “Belçika Azərbaycan Evi”
Azərbaycanın dünyada və Avropada tanınması
istiqamətində analoqu olmayan işlər görüb, tədbirlər
həyata keçirib.
“Belçika-Azərbaycan Evi” 2003-cü ilin fevral ayında
Xocalı soyqırımının ildönümü münasibətilə
“Palase de
Təkşilatın
Azərbaycanın
Avropada tanınmasında
həyata keçirdiyi
ən
böyük
layihələrdən
biri də 2004-cü
ildə Dünya
Gömrük
Komitəsinin həyətində
Dədə Qorqud
heykəlinin qoyulmasıdır. Tədbirə Avropanın
və Azərbaycanın
tanınmış simaları
ilə yanaşı Prezident
İlham Əliyev də
qatılmışdı.
Bundan
başqa Cəmiyyət
Brüsseldə üzərində
ümummilli liderimiz Heydər
Əliyevin
və Prezident İlham
Əliyevin
rəsmləri
olan markalar buraxıb.
Cəmiyyət
Azərbaycanın
Avropada tanınması
ilə yanaşı xalqımızın
Avropa adət-ənənələri
ilə də
-Digər
diaspor təşkilatları
ilə hansısa
əməkdaşlıq
edirsinizmi?
- 2006-cı
ildə “Belçika
Azərbaycan Evi”nin
yeni bir layihəsi
ilə Cəmiyyətin
mərkəzi
Brüssel ofisində
“London Azərbaycan”
Cəmiyyəti
arasında əməkdaşlıq
və tərəfdaşlıq
müqaviləsi
imzalandı. Tərəflər
arasında imzalanan
23 maddədən
ibarət olan
müqavilədə ölkə prezidentinin diqqətlə üzərində
durduğu informasiya mübadiləsi
ciddi şəkildə öz
əksini
tapıb. Məsələn, müqavilənin
4-cü maddəsində
belə deyilir: “tərəflər
informasiya mübadiləsi
aparmaq, bir-birilərini
lazımi və
zəruri informasiya ilə təmin
etmək üçün
ümumi İnformasiya Bankı
yaratmağı öhdələrinə
götürürlər”.
“Belçika
Azərbaycan Evi”
və “London Azərbaycan”
arasında imzalanmış
müqaviləyə
əsasən xarici
ölkələrdəki
azərbaycanlı diasporunun formalaşması,
inkişafı və
güclənməsi
istiqamətində bundan
sonra daha səmərəli
və məqsədyönlü
fəaliyyət
göstərmək
üçün səylərini
birləşdirməyi
öhdələrinə
götürüblər. Həmçinin
cəmiyyət
rəhbərlərinin
qarşılıqlı
razılığına
əsasən
bu təşkilatların
hər birinin
rəsmi ofisi
həm də
onların ümumi
ofisi statusuna malik
olacaq və onlardan hər biri
istədiyi zaman
digərinin ofisindən
öz ofisi kimi
istifadə etmək
imkanına nail
olacaq.
“Belçika
Azərbaycan Evi”nin
təşkil etdiyi
“Əməkdaşlıq
və Tərəfdaşlıq” müqaviləsi
27 Avropa ölkəsində
fəaliyyət
göstərən
Azərbaycan təşkilatlarının
birliyini yaratmaq məqsədi
daşıyır. Onu da qeyd
edək ki, müqaviləyə
hər Avropa
ölkəsindən
yalnız bir
Azərbaycan diaspor
təşkilatı qatıla
bilər.
Brüsselin
Avropa İttifaqının
paytaxtı olmasını
nəzərə
alaraq Avropadakı Azərbaycan
diaspor təşkilatlarının
da koordinasiya mərkəzinin
məhz Brüsseldə
yerləşməsi
zəruridir.
Xatırladım
ki, artıq
digər Avropa
ölkələrində
fəaliyyət
göstərən
Azərbaycan diaspor
təşkilatları da
artıq “Belçika
Azərbaycan Evi”
ilə “Əməkdaşlıq
və Tərəfdaşlıq” müqaviləsi
imzalamaq üçün müraciətlər
edirlər.
-Avropada Azərbaycanın
tanınması
üçün hansı
kitabları nəşr
etdiribsiniz?
- 2006-cı ilin
oktyabr ayında
“Belçika Azərbaycan
Evi”nin təşəbbüsü
və maliyyə dəstəyi
ilə fransız
dilində “Azərbaycan
Milli Mətbəxi” adlı
kitab nəşr
olunub. Kitabda xalqımızın
milli yeməkləri, milli
mətbəximiz,
yüzilliklər
boyu süfrələrimizi
bəzəmiş
ləziz nemətlərlə
yanaşı, Azərbaycanın
qədim şəhərlərini,
adət-ənənələrini,
arxeoloji qazıntılar
zamanı aşkar
edilmiş qədim
tapıntılarını
əks etdirən
fotoşəkillər
də yer alıb.
Milli
mətbəximizin
55 reseptinin yer aldığı
kitabda Şəki, Gəncə,
Lənkəran,
İğdır, Naxçıvan,
Ağrıdağı
barədə məlumatlar da maraq
doğurur.
“Azərbaycan Milli Mətbəxi” kitabının kütləvi tirajla nəşrində
əsas məqsəd son illər ərzində xalqımızın milli-mədəni, maddi və mənəvi sərvətlərinə təcavüz edən, xalqımıza məxsus bir sıra milli yeməklərimizi, o cümlədən plovu,
dolmanı, basdırmanı,
kababı, dovğanı
öz adlarına
çıxan bədnam
ermənilərin
Avropa ölkələrində
guya “erməni
milli mətbəxi” adı
altında təşkil
etdikləri yalançı
və qondarma tədbirlərdə
tutarlı bir cavab
məqsədi
güdür.
Həmçinin
bizim tərəfimizdən
2008-ci ildə “Terre
Occupee-le Haut
Karabakh” (Əsir Torpaq-Qarabağ)
adlı kitab, 2010-cu
ildə isə fransız
dilində “Folklore et
Coutumes Azerbaidjanais “ (Azərbaycan
folkloru və ənənələri) adlı
kitablar nəşr
olunub.
-Bəs, “EURO
Xəbər” qəzeti
Azərbaycan diasporunun bugünki durumunu necə işıqlandırır?
- “EURO Xəbər” qəzeti
2004-cü ilin 22 iyulundan
“Belçika Azərbaycan
Evi” nin təsisçiliyi
ilə Bakıda
nəşr olunur.
Azərbaycanda ilk
diaspor qəzeti
olan “EURO Xəbər” “Avropaya addım-addım” meyarını
öndə tutaraq xalqımızın
Avropaya inteqrasiyası, onların
Avropa adət-ənənələrini
tanımalarına
kömək
etməklə bərabər, Azərbaycan
həqiqətlərini,
xalqımızı
narahat edən
problemləri, tariximizi,
adət-ənənələrimizi
Avropanın paytaxtı
olan Brüsseldə,
ümumiyyətlə bütün
dünyada tanıtmağa
çalışır. Burada bir diaspor
qəzeti olaraq
soydaşlarımızın
istər xaricdə,
istərsə də
Azərbaycanda rastlaşdıqları
problemləri hər
zaman geniş işıqlandırılıb. Ayda iki dəfə
nəşr olunan
16 səhifəlik
rəngli qəzetdə
məqalələr
əsasən 3 dildə-Azərbaycan,
ingilis və fransız
dillərində gedir. Qəzeti həmçinin
www.euxeber.com
saytından PDF
formatda da oxumaq
mümkündür.
Onu da qeyd
edim ki, “EURO
Xəbər” qəzeti
NATO və Avropa
Birliyində akkreditə olunmuş
yeganə Azərbaycan
mətbu orqanıdır. Qəzet həmçinin
Azərbaycan Mətbuat
Şurasının, Beynəlxalq
Qəzetlər
Cəmiyyətinin
də üzvüdür.
-Hazırda
diasporumuzla bağlı
hansı narahatlığınız
var?
- Azərbaycan
diasporu ilə bağlı
ciddi narahatlıq
bildirən, açıq-açığına
diasporu tənqid
edən yeganə
diasporçu mənəm.
30 ilə yaxındır ki,
mən Avropada bu işlə
məşğulam. Bəllidir ki, azəri
diasporu zəifdir,
işləmir,
pərakəndəçilik
çoxdur. Bu da
bizim işlərimizin
gedişatına
çox böyük
əngəllər
yaradır. Bu
pərakəndəçiliyin
də səbəbi Azərbaycan xalqında özünəməxsus
liderlik həvəsinin
olmasıdır. Bir çox diaspor
cəmiyyətləri
həmişə içindən
parçalanır
və başqa
xırda-xırda
təşkilatlar yaradılır. Çox
təşkilat, az
iş məntiqi
elə davam edir.
Bəzi diaspor
təşkilatlarının
adı böyükdür, amma
iş qabiliyyəti
yoxdur. Əməlləri
adlarının
yanında çox
zəif görünür. O
ada baxanda gərək
həmin təşkilatlar BMT, Avropa İttifaqı
kimi beynəlxalq
təşkilatların
önündə duralar.
Bir də
görürsən
ki, böyük
ölkələrin
məşhur hotellərində
konfranslar keçirirlər. Bu tədbirlərdə
də ancaq və
ancaq özümüzü
maraqlandıran məsələlərə
toxunulur və Azərbaycandan gedən üç-beş
millət vəkili
dəvət
edilir. Amma xaricilərin
bu konfranslarda iştirakı
çox zəifdir.
- Bəlkə
diasporu tənqid
etməkdənsə
ona yollar göstərməyə
ehtiyac var?
- Bilirsiniz, dərs
keçəcək
qurum - Diasporla İş üzrə
Dövlət
Komitəsi var.
Dövlət
bunu yaradıb
ki, xaricdə yaşayan
azərbaycanlıları
orqanizə etsin, lazımdırsa
onlara informasiya dəstəyi
göstərsin
və s. Diasporumuz gənc deyil. Onun fəaliyyəti
tarixin bir neçə
qatına gedib
çıxır. İndi
də DİDK
gəncdir deyə
bir on il
bunda itirəcəyik.
O zaman vətəndaş
da deyir ki, Qarabağ
problemi niyə həll
olunmur, soyqırım
məsələsi
niyə gündəliyə
gəlmir? Biz elə “gəncik,
gəncik” desək, işlər
də axsayacaq.
Fuad Hüseynzadə
Paritet.-2011.- 9-11 aprel.- S.10.