Turistərin viza məsələsi sadələşdirilir

 

Ötən gün Milli Məclisin növbəti plenar iclası keçirildi. Gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl deputatlar cari məsələlərlə bağlı fikirlərini bölüşdülər. Sumqayıt hadisələrini yada salan spiker Oqtay Əsədov iclasda bildirdi ki, vaxtilə SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş Sumqayıt hadisələrindən sonra Azərbaycanın dünyada pis sifətdə göstərmək üçün axşam saat 8 radələrində baş verən hadisələr sabahısı gün saat 12-də Londonun bütün xəbərlərində verildi.

Onun sözlərinə görə, bu, qurulmuş ssenari idi. “O dövrlərdə siyasi partiyalar yox idi. İndi mən bunu bütün partiyalara aid etmək istəmirəm. Əfsuslar olsun ki, bəzi radikal müxalif partiyaların dəstəyi ilə ölkəmizi dünyada gözdən salmaq istəyən ölkələr bundan istifadə edib eyni ssenarini 2 apreldəki mitinqdə etdilər. 200-300 insan yığıldı. Bu gün onların əsas məqsədi pozuculuq xarakteri daşıyır”. O.Əsədovun fikrincə onlar istəyirlər ki, həyata keçirdikləri mitinqlər  beynəlxalq telekanallarda göstərilsin buna ad qoyulsun: “Mən ad demək istəmirəm, həmin gün aksiyada tanıdığımız insanlar da var idi. Sakit getdiyi yerdə birdən kamera gördükdəAzadlıq”-deyə qışqırmağa başlayırlar. Aydındır ki, bu, təşkil olunmuş ssenari idi. Mən inanmıram ki, belə bir biabırçı mitinqdən sonra yenidən mitinq keçirmək istəsinlər buna ürək etsinlər. Azərbaycan artıq o illərin Azərbaycanı deyil. Azərbaycan müstəqil, güclü inkişaf eləmiş bir ölkədir. Azərbaycanda belə qarışdırıcı məsələlərə yer yoxdur”.

Millət vəkilləri Azərbaycanın işğal altında olan Xankəndi şəhərində aeroportun açılması ora aviareyslərin təşkil olunması məsələsinə münasibət bildirdilər. Millət vəkili Azay Quliyev dedi ki, Azərbaycan tərəfi ermənilərin bu addımına adekvat cavab versə , ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın bununla bağlı mövqeyi adekvat olmayıb: “Əksinə, səfir açıqlamalarında Azərbaycan təyyarələrinin Naxçıvana uçuşları ilə Ermənistandan işğal altında olan ərazilərə uçuşlar arasında paralel aparmağa cəhd edib. ABŞ administrasiyasının nümayəndələri öz açıqlamalarında bu kimi yanlışlıqlara yol verməməlidirlər”.

Deputat Elman Məmmədov isə dedi ki, bu aeroport əslində Xankəndi şəhərində deyil, işğal altındakı digər ərazidə - Xocalıda yerləşir: “Ermənilər Xocalıdakı mövcud aeroportu genişləndirərək onu beynəlxalq səviyyəli aeroport kimi təqdim etmək istəyirlər”.

Deputat Fəzail Ağamalı ABŞ-ın Azərbaycandakı səfiri Mətyü Brayzəni ermənipərəst mövqe tutmaqda ittiham etdi: “O, hələ ermənipərəst mundirini əynindən çıxarmayıb. Hesab edirəm ki, Mətyü Brayzə öz açıqlamalarına diqqət yetirməlidir”.

Sonra gündəlikdəki birinci məsələ, 2011-ci ilinTurizm ilielan edilməsi ilə əlaqədarÖlkədən getmək, ölkəyə gəlmək pasportlar haqqındaqanuna əlavə dəyişikliklər layihəsi müzakirəyə çıxarıldı. İlk növbədə qanun layihəsi barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, bununla bağlı Azərbaycan prezidenti tərəfindən Milli Məclisə təkliflər layihəsi daxil olub.

Komitə sədri dedi ki, qanunvericiliyə təklif olunan əlavə dəyişikliklər əcnəbilərin turizm şirkətləri vasitəsilə viza almasını asanlaşdıracaq: “Bu, elektron vizaların tətbiqinə imkan verəcək. Əlavələrə əsasən, turizm şirkətləri turistlərə viza almaq üçün elektron qaydada (internet vasitəsilə) müraciət edə bilər. Bunun üçün əcnəbilərin yaşadığı ölkədəki Azərbaycanın diplomatik nümayəndəliklərinə, diplomatik nümayəndəliklər olmayan ölkələrdə isə üçüncü ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə müraciət edilməlidir”.

O, əlavələrdə elektron qaydada viza almaq üçün gərəkli olan sənədlərin göstərildiyini qeyd etdi: “Turistlərə viza verilməsi üçün ərizələrə müraciət edildiyi gündən ən geci 15 günü keçənədək baxılacaq. Viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı, ərizənin forması dövlət rüsumunun məbləği Azərbaycanın diplomatik nümayəndəliklərinin internet saytlarında yerləşdiriləcək”.

 Daha sonra deputatlar məsələyə münasibət bildiriblər. Deputatların bir qismi turistlərdən bəzilərininölkəyə xoş niyyətlə gəlmədikləriniəsas gətirərək, vizaların sadələşdirilməsinin təhlükəsizlik orqanlarının fəaliyyətinə çətinlik yaradacağını söylədilər.

Azərbaycanın işğal olunmuş əraziləri haqqında qanunun qəbul edilməsinə ehtiyac olduğunu deyən millət vəkili Qənirə Paşayeva bildirdi ki, bu, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərin təşkilini məhdudlaşdıra bilər. Buna Gürcüstan təcrübəsini misal göstərən deputat deyib ki, bu gün Ermənistanın siyasətinə bəzi beynəlxalq təşkilatlar da dəstək verir.

Deputat hesab edir ki, qanunda Azərbaycanın işğal olunmuş ərazilərinə gedən şəxslər, orada çalışan şirkətlər, onların işçiləri s. əlaqəli şəxslər arzuolunmaz elan edilməli, Azərbaycana buraxılmamalıdır.

İclasındaMiqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olundu. Dəyişikliklər barədə məlumat verən Ə.Hüseynli bildirdi ki, dəyişiklik miqrasiya orqanları əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlib.

O qeyd etdi ki, təklif olunan dəyişikliyə əsasən, miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25%-i miqrasiya işçilərinin sosial müdafiəsini gücləndirmək, maddi təminatını yaxşılaşdırmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının hesabına keçiriləcək. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq. “Qanuna əlavələr təsdiq olunduqdan sonra vəsaitdən istifadə qaydaları da müəyyən ediləcək. Bu, indiki şəraitdə müsbət addımdır miqrasiya işçiləri əməkdaşlarının maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəldiləcək” - deyə komitə sədri vurğuladı.

Həmçinin iclasdaİcbari sığortalar haqqındaqanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə sənədin konseptual baxımdan zəruriliyini vurğulayaraq bildirdi ki, qanun icbari sığorta sahəsində yaranan münasibətləri tənzimləyəcək, bu prosesin həyata keçirilməsinin ümumi əsaslarını, ayrı-ayrı icbari sığorta növlərinin aparılması qaydalarını şərtlərini müəyyən edəcək.

Əlavə dəyişikliklər müzakirələrdən sonra  hər üç qanun layihəsi səsə qoyularaq qəbul edildi.

 

 

F.HÜSEYNZADƏ

 

Paritet.- 2011.- 9-11 aprel.- S. 3.