“Beynəlxalq
ictimaiyyətin Qurani-Kərimin yandırılmasına reaksiya
verməməyinə təəssüf edirəm“
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yekunlaşdı
“Bütün
dinlər bir-biri
ilə çox yaxındır, ən
müxtəlif
dinə tapınan
biz insanlar bir
Tanrıya dua
edirik. Dualarımızın mahiyyəti də
eynidir. Təəssüf ki,
bu gün insanlıqla bir araya sığmayan bir faktla
üzləşmişik. Bəzi qüvvələr insanların ən müqəddəs hissləri ilə
oynayırlar. Özünü
din xadimi adlandıran bir nəfər müqəddəs Qurani-Kərimi yandırıb. Bu hərəkətə
nə ad vermək olar?
Onun məqsədi nədir?
Bu, hansı qüvvələrin sifarişidir?
Çox
təəssüf edirəm ki,
beynəlxalq ictimaiyyət müqəddəs Quranın yandırılması
faktına reaksiya verməyib,
münasibət bildirməyib”.
Bu barədə Bakıda təşkil edilən
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində
keçirilən “Qadınlar:
Mədəniyyətlərarası
Dialoqun Əsas Təmsilçiləri” sessiyasında
çıxışı zamanı ABŞ-da bir keşişin Quranı
yandırmasına münasibətini bildirən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban Əliyeva deyib(APA).
Qeyd
edək ki, ABŞ-ın
Çıxışı zamanı
ölkənin birinci
xanımı Azərbaycanda müxtəlif
dini konfessiyalarının
fəaliyyət
göstərdiyini
qeyd edərək
bildirib ki, mədəniyyətlərarası
forumun keçirilməsi ölkələr
arasında sağlam
münasibətlərin
formalaşmasına
xidmət edir.
O Azərbaycanda olan dini
dözümlülükdən, tolerantlıqdan danışıb. Bildirilib ki, bu cür
tədbirlərin
keçirilməsi üçün
Azərbaycanda münbit şərait
mövcuddur: “Ümumdünya
Mədəniyyətlərarası
Dialoq Forumuna ev
sahibliyi edən
Azərbaycanda ötən
illər ərzində
bir neçə belə
tədbirlər
də keçirilib. 2009-cu
ildə Bakı İslam
Mədəniyyətinin
Paytaxtı elan olunub,
Bakıda İslam
Konfransı Təşkilatına
üzv ölkələrin
mədəniyyət
nazirlərinin toplantısı
keçirilib. 2008-ci
ildə isə Azərbaycanda keçirilən
mədəniyyətlərarası
dialoqda qadınların
roluna həsr
olunmuş beynəlxalq
konfrans Bakı Bəyannaməsinin
qəbulu ilə
başa çatıb. Əslində
belə tədbirlərin keçirilməsi
üçün Azərbaycanda
əlverişli mühit mövcuddur
“. O bildirib ki, Azərbaycan bütün dünyaya açıq olan
ölkədir, burada yüksək tolerantlıq mövcuddur
: “Ölkəmizdə hökm sürən yüksək tolerantlıq mühitini insanlarımızla ilk təmasdan hiss etmək mümkündür. Bakıda yanbayan yerləşən müsəlman məscidi,
katolik ibadətgahı, pravoslav kilsəsi, yəhudi sinaqoqu bu mühitin həm sübutu,
həm nəticəsidir.
Forumda səslənəcək müxtəlif fikir və
təkliflərin,
tədbirin nəticələrinin mədəniyyətlərarası
dialoqun möhkəmlənməsinə
layiqli töhfədir Mədəniyyətlərarası
dialoq indi dünyada ən aktual mövzulardan biridir.
Müxtəlif
ölkələrdə
bu problemə həsr olunmuş
dəyirmi masalar, forumlar,
konfranslar keçirilir. Təəssüflər olsun ki,
buna rəğmən qarşıdurmaların sayı
azalmır, əksinə
artır. Təəssüf ki,
düşmənçilik,
etnik təmizləmələr, müharibələr bugünkü
dünyamızın reallığına
çevrilib”. M.Əliyeva bu cür tədbirin Azərbaycanda keçirilməsi üçün göstərdikləri dəstəyə
görə beynəlxalq təşkilatlara minnətdarlıq edib.
Onu da vurğulayıb ki,
dinin siyasiləşdirilməsi məsələsi bəşəriyyətin ən böyük problemlərindəndir.
YUNESKO-nun mədəniyyət və
mədəniyyətlərarası
dialoq şöbəsinin direktoru Katerina Stenou isə sessiyanın
çox əhəmiyyətli olduğunu qeyd edib:
“Bu sessiya qadınların mədəniyyətlərarası
dialoqun əsas təmsilçiləri kimi oynadığı
rolun təşviq
edilməsi məqsədilə
nəzəri və
praktiki çərçivənin müəyyən edilməsinə
yönəlib.
Bu baxımdan, mədəniyyətlərarası
dialoq müştərək universal dəyərlərdən ilhamlanan davamlı proses hesab edilir. Sessiyada Rusiya
Federasiya
Şurasının sədr müavini Svetlana Orlova, Paris şəhəri,
7-ci rayonun meri, Avropa Parlamentinin üzvü
Rəşidə Dati,
ABŞ Mədəniyyətlərarası
Dialoq Mərkəzinin direktoru Vendi Lids-Hurvits də çıxış
ediblər.
Qeyd
edək ki,
aprelin 7-də öz işinə
başlayan foruma 5 qitədən,
20 ölkədən
435 qonaq qatılıb. Qonaqlar arasında Avropa
Şurası Parlament Assambleyasının prezidenti Mövlud
Çavuşoğlu,
İSESKO-nun baş direktoru
Əbdüləziz bin Osman əl-Tüveycri,
AŞ-nın sabiq baş
katibi, Dünya
İctimai Forumunun Beynəlxalq
Əlaqələndirmə
Komitəsinin sədri Valter
Şvimmer, YUNESKO və BMT rəsmiləri də
var. Forumun proqramına uyğun olaraq açılış
mərasimindən sonra birinci sessiyada “Gəlin,
dünyanı bölüşdürməyək” mövzusu müzakirə
edilib. Forumda hər bir sessiya
üzrə xüsusi müzakirə
sənədləri olacaq.
Mədəniyyət, incəsənət və
irslə bağlı
sessiya Mədəniyyət və
Turizm Nazirliyi və Avropa Şurasının birgə
təşkilatçılığı
ilə baş tutacaq.
Dinlərarası mövzu Avropa
Şurasının
Şimal-Cənub Mərkəzi,
“Müasir medianın mədəniyyətlərarası
dialoqun təbliğində
rolu”, eyni zamanda “Mədəniyyətlərarası
dialoqun müasir inkişaf prosesində
rolu” ilə bağlı
sessiya BMT-nin Sivilizasiyalar
Alyansı,
“Qadınların mədəniyyətlərarası
dialoqda rolu” mövzusunda sessiyası
isə UNESCO tərəfindən təşkil olunacaq.
Bütün sessiyalarda Mədəniyyət və
Turizm Nazirliyi bilavasitə təşkilatçı
kimi iştirak edir.
Onu
da bildirək ki,
Bakıda keçirilən forum
çərçivəsində
TÜRKSOY və İSESKO təşkilatları
arasında qarşılıqlı
əməkdaşlıq haqqında protokol imzalanıb. Sənədə
İSESKO-nun baş katibi
Əbdüləziz bin Osman əl-Tüveycri və
TÜRKSOY təşkilatının baş katibi Düsen Kaseinov imza atıblar. İmzalanma mərasimindən sonra hər iki təşkilat rəhbərləri birgə
əməkdaşlığın yüksək səviyyədə
həyata keçiriləcəyini əminliklə
vurğulayıb. D.Kaseinov
İSESKO rəhbərinə
bu cür əməkdaşlıqda maraqlı
olduğunu diqqətə
çatdırıb və
ona təşəkkürünü
bildirib.
Qarşılıqlı
əməkdaşlıq protokoluna əsasən
İSESKO və TÜRKSOY arasında mədəni layihələr və
bir çox tədbirlərin keçirilməsi nəzərdə
tutulur.
Dünən “Gülüstan”
sarayında Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva forumda iştirak etmək
üçün ölkəmizdə
səfərdə
olan Svetlana Orlova ilə
görüşüb (“Azadinform”
İA). Mehriban xanım dəvəti qəbul edib Bakıya gəldiyinə
və forumda iştirak etdiyinə
görə qonağa təşəkkürünü
bildirib. Dəvətə
görə bir daha minnətdarlığını
bildirən S.Orlova forumun təşkilini və
keçirilməsini yüksək qiymətləndirib,
Bakı ilə bağlı
təəssüratlarını
bölüşüb. S.Orlova müasir dünyada gender problemlərinin həllinin vacibliyini vurğulayıb.
Azərbaycanın birinci xanımı
bu gün, həmçinin
ölkəmizdə səfərdə
olan Belçika
parlamentinin fəxri prezidenti Anna Marie Lizin ilə görüşüb. Azərbaycanın birinci xanımı
Belçika parlamentinin fəxri prezidentini Bakıda görməkdən şad olduğunu bildirib.
A.Marie Lizin ölkələrimizin parlamentləri arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə
əminliyini ifadə edib. Görüşdə
qarşılıqlı
maraq doğuran məsələlərə
dair fikir mübadiləsi aparılıb.
Forumun
bağlanış
mərasimi olub. Tədbirdə
forumun baş məruzəçisi Katerin Fieski əsas nəticələr barədə
danışıb.
Onun
fikrincə,
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunu uğurlu adlandırmaq olar:
“Bakı müxtəlif mədəniyyətlərin kəsişməsində
yerləşib. Burada
İslam və digər dinlərin arasındakı
qovuşma göz
önündədir”.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev yekun nitqi ilə çıxış edib.
O bildirib ki, bu, ilk təşəbbüs idi:
“İnanmazdıq ki, bu tədbir böyük maraq doğura,
bu qədər mövqeləri bir araya gətirə
bilər. Bizim kifayət qədər fərqlərimiz var.
Lakin hamımızın istədiyi bir
şeydir ki, o da sülh, xoşbəxtlik və
çiçəklənmədir”.
Nazir, Prezident İlham Əliyev adından tədbirin bütün təşkilatçılarına təşəkkürünü
bildirib.
Qeyd
edək ki,
iki gün ərzində
forumda edilən çıxışlar və
məruzələr kitab
şəklində çap olunacaq. Bağlanış
mərasimindən sonra mətbuat konfransı
keçirilib.
Asif
Paritet.-2011.- 9-11 aprel.- S. 2.