DAK-ın
30 ölkədə nümayəndəliyi fəaliyyət
göstərir
Dünya azərbaycanlılarının
bir arada birləşməsi
hər keçən
gün daha
da intensiv hal
almaqdadır. Müxtəlif
ölkələrdə
yaşayan hər
bir azərbaycanlı
diasporumuzun bir zərrəsi
olaraq öz potensialını
bir amal uğrunda
istifadə etməsi
artıq aksioma
kimi qəbul
edilir. Soydaşlarımızın
bir arada birləşməsinə
diaspor fəaliyyəti
ilə məşğul
olan təşkilatlar
öz töhvəsini
verməkdədir. Bu
dəfə fəaliyyətini
araşdırdığımızı
təşkilat isə
Dünya Azərbaycanlıları
Konqresidir(DAK). DAK 1997-ci
ildə Amerikada yaradılıb. Əsas məqsədi dünyada yaşayan azərbaycanlıların insan haqlarını və hüquqlarını müdafiə etmək, öz tarixi ərazilərində yaşayan azərbaycanlıların mənəvi, mədəni, siyasi mübarizələrini dəstəkləmək, yaşadıqları ölkələrdə soydaşlarımızın milli adət-ənənələrini,
mədəni
irslərini qoruyub
saxlamalarına yardım
göstərmək, müstəqil
Azərbaycanın
beynəlxalq əlaqələrinin
genişləndirilməsinə
çalışmaqdır.
Qurumun
nizamnaməsində bildirilir ki, hər
bir təşkilat
üzvü yaşadıqları
ölkələrin
ictimai siyasi həyatında
yaxından iştirak
etməli, Azərbaycanı
təmsil edərək
həqiqətlərimizi
dünyaya çatdırmalıdır. Bununla
yanaşı DAK dünyanın
müxtəlif
ölkələrində
fəaliyyət
göstərən
Azərbaycan cəmiyyətləri
ilə, eləcə
də türk
xalqlarının
və digər
dost diaspor təşkilatları
ilə əlaqələr
yaratmaq və birgə
layihələr
həyata keçirmək, ana
dilinin və milli
mədəniyyətin
gənc nəslə
öyrədilməsi
niyyətilə lazımi
işlər
aparmaq, milli-mənəvi
sərvətlərimizin
öyrənilməsini
və təbliği
imkanlarını genişləndirmək, kütləvi
informasiya vasitələri
təsis etmək, ədəbi
irsimizi xarici dillərə
çevirərək
yaymaq məqsədini
də daşıyır.
Təşkilatın
baş ofisi isə
Belçikanın
Brüssel şəhərində
yerləşir. Ali orqanı qurultaydır. Qurultay İdarə Heyəti
tərəfindən
iki ildən
bir çağrılır. Zəruri hallar
yarandıqda növbədənkənar
qurultay idarə heyətinin
2/3 hissəsinin səs
çoxluğu ilə
qəbul edilmiş
qərarı əsasında
çağrıla
bilər. Qurultay nümayəndələri
İH-nin müəyyən
etdiyi kvotalar əsasında
DAK-ın ölkə
nümayəndəliklərinin
konfranslarında seçilir. Qərarlar səs
çoxluğu ilə
qəbul edilir. İdarə heyətinin seçilməsi, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi, habelə qurultayın mühüm hesab etdiyi digər məsələlərə dair qərarlar iştirak edənlərin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Qurultayda DAK və
Nəzarət-Təftiş
Komissiyasının
sədrlərinin
hesabatları dinlənilir
və qiymətləndirir. Təşkilatın
İdarə Heyəti
17 nəfərdən
ibarətdir. Onların 5-i
Azərbaycan, 4-ü MDB,
8-i isə Amerika,
Kanada, Türkiyə
və Avropadan olur.
Nəzarət-Təftiş
Şöbəsinin sədri
Samir Əsədli
qəzetimizə açıqlamasında
bildirib ki, DAK
ən
böyük
diaspor təşkilatlarından
biri hesab olunur:
“Təşkilat tarixi
torpaqlarımız
olan Borçalı,
Dərbənd, Qərbi
və Cənubi
Azərbaycan problemlərinin
qaldırılması və
orada yaşayan
soydaşlarımızın
haqlarının
qorunması və Qarabağ
problemi və Xocalı
soyqırımı
ilə bağlı
işlər
həyat keçirir,
bu istiqamətdə
tədbirlər, layihələr
təşkil edir.
Prioritet məsələlərdən
biri də Cənubi
Azərbaycanın
istiqlalıdır. Bu təşkilatın
daim diqqətdə
saxladığı məsələlərdəndir”.
Təşkilatın
azərbaycanlıların
yaşadığı 30-dan
artıq ölkədə
nümayəndəlikləri
yaradılıb. Baş ofisinin yanında
isə Avropa Xüsusi
Nümayəndəliyi
fəaliyyət
göstərir. Həmçinin
təşkilatın
biri Almaniyada, digəri
isə Azərbaycanda olmaqla iki
aparatı mövcuddur. Təşkilat əsasən
Bakı-Almaniya-Brüssel
istiqamətlərindən
idarə olunur. S.Əsədli
bildirib ki, təmsil
etdiyi qurumun fəaliyyəti
Avropada daha genişdir:
“DAK təşkilat
olaraq İsveçdə
qeydiyyatdan keçib.
İki həmsədrdən
biri isə baş
ofisin yerləşdiyi
Brüsseldə oturur.
Əslində fəaliyyətimizi
Avropada daha geniş
qurmaqla demokratiyanın ocağı olan
bu məkandakı dövlətlərin
diqqətinə Azərbaycanla bağlı məsələləri
çatdırmaq məqsədinə
hesablanıb. Avstrya,
İsveçrə, İsveç,
Belçika, Rusiya,
Gürcüstan,
İngiltərə, Amerika
parlamentlərində, Birləşmiş
Millətlər
Təşkilatında
və bir çox
beynəlxalq təşkilatlarında
müxtəlif
görüşlər
keçirir, Azərbaycanın
taleyüklü məsələləri, Xocalı,
Qarabağ, Cənubi
Azərbaycan və
xalqımıza qarşı törədilən
haqsızlıqları
qaldırırıq. Təşkilat əsasən
özünün
məramnaməsinə,
nizamnaməsinə və
fəaliyyət
istiqamətinə uyğun
hərəkət
edir. Qurumu həmsədrlər
idarə edir. Onlardan biri Cənubi,
biri isə Şimali
Azərbaycandan seçilir”.
Onun
sözlərinə
görə, türkdilli
dövlətlərlə
də əlaqələr
yaradılır: “Əsasən
Türkiyənin
diaspor təşkilatları
ilə bütün
sahələrdə
əməkdaşlıq
edirik. Eyni zamanda
digər türk
dövlətləri
olan Qazaxıstan,
Özbəkistan, Qırğızıstan, Türkmənistanda da müxtəlif
əlaqələrimiz
var. Bu yaxınlarda
DAK-ın Qazaxıstan
nümayəndəliyinin
rəhbəri
Araz Xuduyev son
prezident seçkilərində
orda fəaliyyət
göstərən
digər diaspor
təşkilatlarını
nümayəndələri
ilə birgə Nursultan Nazarbəyovla görüşü
olub. Eyni zamanda
seçkilərdə
dəstəklədikləri
namizəd olaraq
ikinci dəfə
seçilən
N.Nazarbəyov onlara
xüsusi minnətdarlıq
edib. Bu yaxınlarda
isə həmsədrlərdən
biri olan Sabir
Rüstəmxanlı
Özbəkistanda üç günlük
səfəri
zamanı müxtəlif
tədbirlərdə
oldu, ordakı soydaşlarımızla
görüşüb, problemləri
ilə maraqlandı. Şimali Kipr
Türk Respublikası
ilə prezident, baş
nazir və parlament səviyyəsində
əlaqələrimiz
mövcuddur”.
Təşkilatın
ölkə nümayəndəlikləri
fəaliyyət
göstərdiyi
ölkələr
üzrə səlahiyyətli
orqan sayılır. Bu
nümayəndəliklərsə ən
azı 10 nəfər
azərbaycanlının
DAK-a fərdi
üzv, yaxud ən
azı iki Azərbaycan
təşkilatının
kollektiv üzv olduğu
ölkələrdə
yaradılır. Eyni zamanda DAK-ın
daim yenilənən
d-a-k.org
adlı veb səhifəsi
də fəaliyyət
göstərir. Bu saytda Azərbaycan
haqqında bütün
məlumatlar, Qarabağ
problemi, Xocalı faciəsi, Cənubi
Azərbaycan məsələsi və bir çox
önəmli xəbərlər, informasiyalar yerləşdirilir. Burda
Azərbaycanın
parçalanması, Dərbəndin,
İrəvanın
itirilməsi, Borçalı
və Zəngəzur
azərbaycanlılarının
köçürülməsi, Qarabağın
işğalı, ümumilikdə
işğal edilmiş
torpaqlarımız, Rusiyada və Gürcüstanda
olan tarixi torpaqlarımız, Ermənistandakı
türk toponimləri
barəsində geniş
məlumat, tarixi
faktları oxumaq olar.
Bu məsələlərdən
bəhs edən
ayrıca linklər
də yaradılıb. Saytda diaspor sahəsində
baş verən
hadisələrə
də yer ayrılır. Dünyanın
müxtəlif
ölkələrində
fəaliyyət
göstərən
diaspor təşkilatlarının
fəaliyyəti
işıqlandırılır. Eyni zamanda video
xəbərlər, sənədli
filmlər də
yer alıb. S.Əsədli
bildirib ki, bu, xəbər
saytıdır. Sadəcə
xəbərləri
çeşidləyərək
daha çox diaspor
sahəsində baş
verənləri,
İrandakı mövcud rejimin xalqımıza
qarşı törətdiyi
haqsızlıqları
və azərbaycan
üçün önəmli
olan hadisələri
işıqlandırırıq: “Bu
saytın fəaliyyət
göstərməsi məqsədlərimizə
çatmaqda köməklik
göstərir.
Biz burda
tarixi həqiqətlərimizi,
ermənilərin
xalqımıza
qarşı törətdikləri
və bir
çox önəmli
məsələlər
barəsində ətraflı
məlumatlar yerləşdiririk. Bu saytın
fəaliyyət
istiqamətlərindən
biri də xarici
dövlətlərdə
yaşayan, diaspor
həyatında
fəal iştirak
edən soydaşlarımıza
informasiya köməkliyi
göstərməkdir. Əgər
hansısa soydaşımız
tarixi faktlar barəsində
az məlumatlıdırsa
heç bir zəhmət
çəkmədən
bizim sayt vasitəsi
ilə istədiyi
məlumatı əldə
edə bilər. Eyni zamanda burda
keçirilən
tədbirlərin
videolenti də yerləşdirilir”. O
hesab edir ki, belə
xəbər
saytlarının
çox olması, orda
Azərbaycan haqqında
geniş məlumatların
yerləşdirilməsi
diasporçularımızın
fəaliyyətində
çətinlikləri aradan
qaldırır.
NTK-nın sədri
DAK-ın ikiyə
parçalanmasına
da aydınlıq
gətirdi. Onun
sözlərinə
görə əslində
təşkilat parçalanmayıb, sadəcə
bir qrup insan
ayrılaraq müstəqil
fəaliyyətə
başlayıblar:
“2008-ci ilin qurultayı
ərəfəsi
təkilatdan 3 nəfər, idarə
heyətinin üzvü
və digər
iki üzv DAK-dan
ayrılaraq Heşti
Məmmədrzanın
rəhbərlik
etdiyi Demokratik Dünya
Azərbaycanlıları
Konqresinə qoşuldular.
Sonradan isə
onlar fəaliyyət
göstərə
bilmədilər. Biabır olmamaq
üçün yeni
bir ad altında
çıxış etməyə
başladılar”.
Qeyd
edək ki,
1997-ci ildə yaradılan
təşkilat 2005-ci
ildə təşkilat
parçalanıb
və DAK adlı
iki qurum fəaliyyət
göstərib. Onlardan birinə Cavad
Derəxti, digərinə
isə Məhəmmədrza
Xeşti rəhbərlik
edib. Sonradan Məhəmmədrza
Xeştinin rəhbərlik
etdiyi DAK adını
dəyişərək
Demoktatik DAK adlandırılıb. Daha
sonra isə hər
iki təşkilata
birləşməyi
təklif etsələr
də ikinci DAK-a rəhbərlik
edən Qulamrza Səbri Təbrizinin zamanında təşkilatın
adını dəyişdirərək
Dünya Azərbaycanlılarının
İnformasiya Mərkəzi
adlandırılıb. Hazırda həmin
təşkilat fəaliyyətini
davam etdirir.
S.Əsədli
istəsələr
həmin insanların
yenidən təşkilatda
fəaliyyətə
başlaya biləcəyini
deyir: “Qeydiyyat, şəhadətnamələr, möhür, bütün
hər şey
DAK-a məxsusudur.
Qeyd edim
ki, bizim 30-dan
artıq ölkə
nümayəndəliklərimizin
hamısı qeydiyyatdan keçib və
bunların hamısı
bu tərəfdədir. Onların əlində
isə heç bir
şey yoxdur. Nə nümayəndəlik,
nə də hər
hansı bir sənədə
malik deyillər. İstəsələr yenidən bizə
qoşulub fəaliyyət göstərə
bilərlər”.
Bu
arada bildirək
ki, qarşıdan
Dünya Azərbaycanlılarının 3-cü
qurultayının
keçiriləcəyi
gün yaxınlaşır. Əvvəlcə
qurultayın keçirilməsi
mart ayında
nəzərdə
tutulsa da, sonradan vaxt dəyişdirilərək
iyul ayına
təyin edildi.
Həmin qurultayda DAK-ın iştirakın
gəlincə S.Əsədli
bildirib ki, qurultayda onların da
üzvləri iştirak
edəcəklər: “Əgər
bizə söz
versələr, həllini
gözləyən
bir çox problemlər
var ki, onları
diqqətə çatdırmağı
nəzərdə
tuturuq. Nümunə
üçün bildirib ki, diaspor təşkilatlarının
fəaliyyətinə
yenidən baxılması
daha yaxşı olar. Bizim təşkilat
düşünür
ki, bu təklif
nəzərə
alınarsa diaspor
fəaliyyətinin
inkişafına
yenidən təkan
verilmiş olar”.
O, DAK-ın
qarşıda görəcəyi
işlərdən
də danışıb. Qeyd
edilib ki, təşkilat
və bütün
ölkələr
üzrə nümayəndəlikləri
hər gün
Azərbaycanın
taleyüklü problemləri
ilə bağlı
işlər
görür: “Bütov
Azərbaycan, Cənubi
Azərbaycan barəsində,
Qarabağ, Xocalı soyqırımı
və digər
vacib olan məsələlərlə bağlı
işlər
görülür. Bu məsələlər
bizim daim diqqətimizdə
olan prioritet məsələlərdəndir. Dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımızın
birliyi, bərabərliyi
işində də
fəaliyyətimizi
davam etdiririk. Çalışırıq ki,
maksimum müsbət nəticələrə
nail olaq”.
DAK-ın 2011-ci ilin
dekabr ayının
24-də Almaniyanın
Bonn şəhərində
keçirilən
XI Qurultayında
yeni rəhbərlik
və həmsədrlər
seçilib. Hazırda təşkilata
Sabir Rüstəmxanlı
və Cənubi
Azərbaycandan olan
Firidun Pərvizniya rəhbərlik
edir.
Asif Nərimanlı
Paritet.- 2011.- 12-13
aprel.- S. 10.