Azərbaycanlı
cazmen dünyanı fəth edir
Əminə Fiqarova: “Qürbətdə yaşasam da, Azərbaycanı canım qədər sevirəm”
Dünyada mövcud
olan bütün
musiqilərin kökü
muğama gedib
çıxır deyəndə
çoxları bu fikrə
qısqanclıqla yanaşır. Xüsusən
caz, rep kimi
sonradan inkişaf
etmiş musiqi növlərinin
vətəni
hesab olunan ABŞ
və Avropa dövlətləri
muğamın
sözügedən
musiqilərə heç
bir adiyyatı olmadığını
iddia edirdilər. Bu streotip, azərbaycanlı
cazmen Əminə Fiqarova dünyada tanınana
qədər
davam etdi. O, nəinki
musiqinin əcdadının
muğam olduğunu
sübut etdi,
həm də
istənilən
musiqi sahəsində
Azərbaycanla rəqabət
aparmağın mümkünsüz
olduğunu göstərdi. Bu dəfə
də qəhramanımız
barədə yazı
hazırlamağımızın
əsas
səbəbi
onun qürbətdə
yaşamasıdır. Bəlkə də
kimsə xaricdə yaşayanda
həmvətənləri
onun qədrini
daha çox bilir. Amma Əminə xaricdə
yaşayan həmvətənlilərimizin çoxundan
fərqli olaraq,
vətəni
maddi ehtiyac üzündən
tərk etməyib. Caz aləminin
dərinliklərinə
yiyələnmək
üçün onun
Avropaya getməsi
zərurəti
yaranmışdı. Bunu sonralar özü
də etiraf edəcəkdi. Amma bunlara keçməmişdən
öncə Əminə Fiqarovun həyatına
ötəri də
olsa nəzər
salaq.
Bakıda
anadan olan cazmen
ilk dəfə
piano arxasına
keçdiyi zaman
heç beş yaşı
da tamam olmamışdı.
Valideyinləri Əminənin
musiqiyə bu qədər
həvəs
göstərdiyini
nəzərə
alaraq, onu Bülbül
adına Orta İxtisas Musiqi
Məktəbinə
qoyurlar. İlk əsərlərini
də məhz
burada təhsil
aldığı illərdə
yazıb. Yaratdığı qeyri-adi
əsərlərə
görə bir
neçə dəfə
məktəb
üzrə qalib olur. Buradakı
uğurlarını
davam etdirmək
üçün Üzeyir Hacıbəyli
adına Azərbaycan
Dövlət
Konservatoriyasına daxil
olur. Tələbəlik
illərində yazdığı
“Hələ dünən” əsərini
mərkəzi
televiziyanın “Raduqa”
verilişində elan olunan
müsabiqəyə
təqdim edir. Televiziya rəhbərliyi
Əminəni
qalib edib, mükafatlandıranda,
gənc bəstəçi
Rafiq Babayevin diqqətini
cəlb edir. O, Əminənin
bütün
bəstələrinin
lentə alınmasına
nail olur. 1988-95-ci
illərdə Azərbaycan
televiziyasının “Xəbərlər” proqramı
və digər
ictimai-siyasi verilişləri
Əminənin
yazdığı musiqi ilə
başlayır. Amma nədənsə
o zaman musiqinin müəllifinin adını
çəkməyə ehtiyac
duymamışdılar. Çox
güman ki, sıradan
bir tələbənin
yazdığını ən
yüksək
səviyyədə
nümayiş etdirməyə
qısqanclıqla
yanaşırdılar.
Bu üzdən
də Əminə Bakıda təhsil
aldığı müddətdə
qazandığı uğurlardan yalnız özü
xəbərdar
oldu. O zaman
onun efirə çıxması
da mümkünsüz
idi. 1987-ci ildə
Konservatoriyanın Fortopiano fakültəsini
bitirən Əminə
Fiqarov Moskvaya getməyi
qərara alır. O, dünya miqyasına
çıxmaq üçün
Moskvanı
açar kimi görürdü.
Sovet
İttifaqının
paytaxtında Əminənin
istedadlı olduğuna
əmin
olan bəstəkarlar
onu Gənc
Bəstəkarlar
İttifaqına qəbul
edirlər. Burada yazdığı “Durnalar”
əsəri o
zamankı cazmenləri
heyrətə salır. Bu hadisədən
bir neçə gün
sonra təsadüfən
Moskva kinoteatrlarından birinə
gedən Əminə
filmdən əvvəl
göstərilən
kinojurnalda öz əsərinin
ifa olunduğunu
görür. Burada da müəllifin
adı çəkilmir. Amma artıq
azərbaycanlı cazmen
üçün bunların
o qədər
də önəmi
yox idi. O, dünya
musiqisinə yeni nəfəs
gətirdiyinə əmin
idi. Bundan sonra
gənc bəstəkar
Sovet İttifaqının
müxtəlif
yerlərində solo
konsertlər verməyə
başlayır.
İtaliya televiziyalarının
birinin diqqətini
cəlb edən
Əminə
onları maraqlandırmağa
başlayır. “Rauna”
verilişi bütünlüklə
azərbaycanlı ifaçıya
həsr olunur.
Bu proqramın
bütün
Avropaya yayılması
gənc cazmenin sonrakı həyatına
böyük
təsir edir. Ona Avropadan
çoxsaylı təkliflər
gəlir. Artıq
Sovet İttifaqı dağıldığından Əminənin
qarşısını kəsəcək
hər hansı
bir maneə qalmamışdı.
Hələ
də təhsilini
inkişaf etdirmək
barədə düşünən
həmvətənimiz
Hollandiyaya getməyə
qərar verir. O, burada
cazı lap dərinliklərinə
qədər
öyrənəcəyinə
əmin idi. Çünki
həmin ərəfədə
Hollandiyada bu musiqi
növü çox
sevilirdi. O, heç
bir çətinlik çəkmədən
Bəstəkar
rus, ingilis, italyan,
ispan, fransız, alman,
holland dillərində
sərbəst
danışdığından
ən
məhşur
cazmenlərlə sərbəst
münasibət
qura bilirdi. Bütün
bu əlaqələr
Azərbaycan musiqisinin qüdrətinin
dünyada tanıdılmasına
səbəb
oldu. Cazı yalnız
Avropa, Amerika ifaçıları
mükəmməl
çala bilər
deyə düşünən
cazmenlər Əminəylə
rəqabət
apara bilmədiklərini
etiraf etməyə
məcbur olurdular.
Hollandiya tarixində ilk
dəfə olaraq,
Konservatoriyanı bitirməmiş
bəstəkarın
əsərləri
dərs vəsaiti
kimi istifadə olunmağa
başladı. Onun bütün
bəstələri
öz ifasında
disklərə köçürülüb
Universitetin kitabxanasına
təqdim olundu. Əminə
musiqiyə qəlbən
bağlı olduğundan,
musiqiçi ilə
ailə qurur. Əslən
Belçikadan olan
tələbə
yoldaşı fleytaçı Bartla
evlənən
azərbaycanlı cazmen
Hollandiyanı ikinci vətən
kimi seçib, orada
yaşayır.
Bir
neçə gün
öncə həmvətənlimiz
“Bloomberq” agentliyinə müsahibə
verib. Müsahibənin
bəzi hissələrinə
diqqət yetirmək
oxucular üçün də
maraqlı olacağını
düşünüb, diqqətinizə
çatdırırıq.
-İlk dəfə
ifa etdiyiniz musiqini xatırlayırsınızmı?
-Bu
çox çətindir.
Çünki piano arxasında oturanda çox
balaca idim. Amma konkret əsərləri ifa etmədiyimi dəqiq xatırlayıram. Harda hansı musiqini eşitsəm
yadımda saxlayıb, ifa
edirdim. Amma bir
qədər
keçdikdən
sonra klassik musiqilərə
meylim artdı. Bundan sonra demək
olar ki, fasiləsiz
musiqiylə məşğul
oldum.
-Hazırda
Hollandiyada yaşayırsınız. Amma çıxışlarınızda
azərbaycanlı olduğunuzu
deyirsiniz. Niyə?
-Çünki mən
gerçəkdən
azərbaycanlıyam
və vətənimi
çox sevirəm. Bununla belə Hollandiya da məni
özününkü
hesab edir. Buna görə
çox xoşbəxtəm. Harada konsert verməyimdən
asılı olmayaraq,
həmin ölkədə
fəaliyyət
göstərən
Azərbaycan, Hollandiya və Belçika
səfirləri konsertimə
gəlir. Bu mənə
əlavə ruh verir. Demək harda
yaşamağımdan
asılı olmayaraq vətənimdə
məni unutmayıblar.
-Bu vaxta
qədər
sənətinizdə
qazandığın ən
böyük
uğur hansıdır?
-Bir neçə
il öncə ABŞ-nın
ən
populyar jurnallarından
biri, “Bu disk
sübut edir
ki, Əminə Fiqarova əsrin
ən
yaxşı, aparıcı
bəstəkarlarından
biridir” deyə yazı
hazırlamışdı. Söhbət
“Buludların üstündə” diskindən gedirdi. Bunu
anamı itirəndən sonra yazmışdım. Beş ay ərzində
bu disk ABŞ-nın ilk
iyirmiliyinə başçılıq etdi. Bunu mən
böyük uğur hesab edirəm.
Məhəmməd
TAĞIYEV
Paritet.- 2011.-14-15
aprel.-S.9.