İrəvan
2015-ci ilə kimi Qarabağın beynəlxalq aləmdə
tanınacağına ümid edir
Cənubi Qafqaz
regionu gündən-günə
daha təhlükəli
vəziyyət
alır. Regionun sürətlə
inkişaf etdiyi
bir vaxtda burada
başlayacaq istənilən
toqquşma bütün
dünya üçün
xoşagəlməz
nəticələrə
səbəb
ola bilər. Bu baxımdan
son aylar dünya
gücləri
bir qədər
təzyiqləri
artırıb, kiçik
də olsa uğura
nail olmaq istəyirlər. Xüsusən
Türkiyənin
aktivləşməsi
diqqəti cəlb
edir. Rəsmi Ankara
ilə paralel olaraq
türk mətbuatı
da son günlər
Qarabağ münaqişəsi
barədə geniş
yazılar yazmağa
başlayıb.
Bu
baxımdan “Zaman”
qəzetinin münaqişəylə
bağlı hazırladığı
yazı xüsusi
əhəmiyyət
kəsb edir. Yazar ilk öncə
azərbaycanlılar
və ermənilər
arasında olan
çəkişmənin
tarixinə nəzər
salıb. 1828-ci
il Türkmənçay
müqaviləsinin
bağlanması ilə
iki xalq arasında
problemlərin əsası
qoyulub. Keçən
bu müddət
ərzində
milyonlarla Azərbaycan
türkü məhv
edilib, torpaqlarından
qovulub, minlərcə
kənd, qəsəbə,
şəhər yer
üzündən
silinib. Vəhşiliklər
yüz illər
boyunca davam etdiyindən
iki xalq arasında
unudulması mümkün
olmayan nifrət
hissləri yaranıb. Bu özünü
1905, 1918, 1992-ci illər
soyqırımlarında
bir daha göstərdi. Region Rus imperiyasının
tərkibinə keçən
vaxtdan geniş miqyaslı
ruslaşdırma
siyasətinə start
verildi. Din baxımından
ermənilər
ruslara yaxın
olduğundan, onlardan istifadə olunmağa
başlandı. Bu baxımdan
ermənilərin
törətdiyi
bütün
vəhşiliklərə
qəsdən
göz yumuldu. Çünki
bunlar imperiya maraqlarının
ümumi işinə
yardımçı olurdu.
Əks halda uzun
illər İslam
dininə ibadət
etmiş bir xalqı
istədikləri
səmtə dəyişə
bilməzdilər. Güclü dayaqların
yaradılması
üçün regiona
kütləvi
şəkildə rus və
erməni əsilli
insanlar köçürüldü. Onların çoxalıb, artması
üçün geniş
ərazilərə ehtiyac
var idi. Bu baxımdan
Azərbaycan türklərinin
başqa yerə
köçürülməsi
və ya məhv
edilməsi zərurəti
yaranırdı. O
zaman Çar Rusiyasının
Osmanlı imperiyası ilə
aramsız müharibələri
də bu işin
sürətlənməsinə
səbəb
olurdu.
Müəllif
Qarabağ münaqişəsinin
kökünün
məhz burada
axtarılmasının
vacibliyini vurğulayıb. Hazırda Azərbaycan
və Ermənistan
müharibənin
başlaması
üçün kiçik
bir bəhanənin
kifayət edəcəyini
anlayırlar. Bu baxımdan
münaqişə iki
dövlətin
yox, bütün
regionun problemi hesab
olunmalıdır. Rusiyanın süni
olaraq yaratdığı Dağlıq
Qarabağ konfilikti ətrafında
davam edən
danışıqlar getdikcə
daha çözülməz
hala gəlir. Səbəb
çox sadədir. Bu Moskvanın
maraqlarına cavab
verir. Hazırda
vəziyyət
elə bir mərhələyə
daxil olub ki, danışıqlarda
həmsədrlər
yeni bir şey
söyləyə
bilmirlər. Hər şey
masa üzərindədir. Ya Ermənistandan qoşunlarını
geri çəkməyi, ya
da Azərbaycandan Qarabağın müstəqilliyini tanımağı tələb
etməlidirlər. Hər iki
tələb
müharibə deməkdir. Metodun dəyişdirilməsi üçün
digər dövlətlərin
işin içinə
daxil olmasına
isə imkan verilmir. Halbuki münaqişənin
həll olunmamasına
görə həmsədr
dövlətlərə
heç bir zərər
dəymir. Amma Türkiyə
buna görə
milyardlarla dollar vəsait
itirir. Gündəmdə
olan iqtisadi layihələrin
böyük
əksəriyyətini
ya reallaşdırmaq
olmur, ya da
nəzərdə
tutulduğundan daha
çox vəsait xərcləmək
lazım gəlir. Ermənistan-Türkiyə
arasında imzalanan protokolların
ortaya çıxardığı nəticələr
buna əyani sübutdur.
I
Qarabağ müharibəsinin
nəticələrinə
gəldikdə, qalib
haqqında danışmaq
gülüncdür. Hər iki
tərəf
sonda sosial, iqtisadi,
mədəni
iflasa uğradı. Azərbaycan torpaqlarını, mədəni, tarixi
abidələrini
itirdiyi halda, Ermənistan
bu günə
qədər
içindən
çıxa bilmədiyi
sosial, iqtisadi böhrana
düşdü. Əsası
tərəflərin
heç birinin məğlubiyyəti
qəbul etməməsidir.
Bu, II Qarabağ
müharibəsinin
başlama ehtimallarını
artırır. Baxmayaraq ki, Gürcüstanda
baş verən
savaş, bunun nə
qədər
təhlükəli
olduğunu göstərdi. Etiraf etmək lazımdır
ki, nə Ermənistan,
nə də Azərbaycan
müharibədən
inkar etmək
niyyətində deyillər. Amma regionda mənfəəti
olan dövlətlər
bunu qətiyyən
arzulamırlar. Hər kəs, müharibə
başlayacağı halda
maraqlarının
sual altında
qalacağını anlayır. Amma vəziyyəti
dəyişə də
bilmirlər.
1994-cü ildən
demək olar
ki, mütəmadi
görüşlər
keçirilir. Münaqişənin
uzaq keçmişdə
baş verməməsi, hər
hansı qaranlıq
məqamın
ortaya çıxmasına
da imkan vermir. Həmsədrlərdən
biri hansısa
irəliləyişə
nail olmaq istəyəndə,
digəri ona
mane olur. Tərəflərin
öz aralarında
ortaq məxrəcə gəlmək
imkanı isə sadəcə
sıfra bərabərdir. Lap əvvəldən
oraya qoyulmuş mövqelərdə
demək olar
ki, heç bir
dəyişiklik
olmayıb. Əksinə
şərtləri getdikcə sərtləşdirirlər.
Azərbaycan
mütəmadi
olaraq hərbi
variantı gündəliyə
gətirir. Ermənistan müxtəlif
bəhanələrlə
danışıqları pozur
və ya daha
sərt tələblər
irəli sürür. İrəvanın
bu səpkili
hərəkətləri
həmsədrlər
tərəfindən
anlayışla qarşılanır.
Çünki bu elə
onların istədikləri
mettoddur. Azərbaycan
müharibə haqqında
danışdığından
təzyiqlər
də ona olunur. Belə bir təssürat
yaranır ki,
İrəvan ortaq nəticəyə gəlmək
üçün yollar
axtarır, enerjisi tükənməyib. Bakı isə sülhlə
uğura imza
atmaq niyyətində
deyil. Onun fikri
ancaq müharibədədir. Hər halda
dünya vəziyyəti
bu cür
qəbul edir.
Ermənilər
yaranmış vəziyyətdən
maksimum istifadə etmək
niyyətindədirlər. Paralel
olaraq 1915-ci il “soyqırımını” gündəmə
gətirməklə
əlavə dividentlər
qazanmağa çalışırlar.
2015-ci ilə kimi
qarşılarına
iki məqsəd
qoyublar. 1. 1915-ci il
hadisələrini
bütün
dünyaya qəbul
etdirmək və
yəhudilərlə
eyni statusa sahib
olmaq. Bundan sonra
Türkiyədən
torpaq və təzminat
əldə
etmək arzusundadırlar. 2. I Qarabağ müharibəsində
əldə etdikləri
uğurları rəsmiləşdirmək. Onlar bu müddət
ərzində
işğal etdikləri
ərazilərin
müstəqil
dövlət
kimi tanınacağına
ümid edirlər.
Bu, iki
məqsədi
kölgədə
qoyacaq istənilən
addımı atmaqdan qaçırlar. Şübhəsiz
burada erməni
lobbisinin də böyük
təpkisi var.
Bütün
bunlar nəticə
olaraq hər
iki tərəfi
bir-birindən getdikcə
daha da uzaqlaşdırır. Xaricdə fəaliyyət
göstərən
erməni lobbisinin apardığı işlər
həqiqəti
ört-basdır etdiyindən
vəziyyət
daha da ağırlaşır.
Bununla
belə Azərbaycan
öz maraqlarını
beynəlxalq
güclərin
mənfəətləri
ilə uzlaşdırıb mövqelərini
möhkəmləndirməyə
çalışır. Bakı anlayır
ki, sonda problemləri
o təkbaşına
həll etməli
olacaq. Beynəlxalq
təşkilatlar, dövlətlər
bəyanat verməkdən
başqa heç
nə edə bilmirlər. Onu da anlayır
ki, Qarabağ işğal
altında qaldıqca
onun müstəqil
olma ehtimalları da
artır. Ermənilər
müxtəlif
yollarla bura millət
vəkillərini,
siyasətçiləri
gətirməyə
nail olur. Bu hələlik
bir qədər
çətinliklə həyata
keçirilir. Amma bir neçə
ildən sonra
vəziyyət
tamamilə dəyişə
bilər. Bu isə Bakı
üçün yaxşı
heç nə vəd
etmir. Azərbaycan
liderinin bəyanatlarına
baxdıqda, onun
narahat olduğunu
və tələsdiyini
açıq-aşkar
müşahidə etmək
olur. O, dünyanın
Azərbaycanın
başını aldatdığını
birmənalı olaraq
qəbul edib.
Bu baxımdan
müharibə qaçılmaz
olacaq. Və dünya
dövlətləri
bunun nələrə
səbəb
olacağının
fərqindədir. Buna görədir
ki, müharibə təhlükəsinin
artması ilə bağlı
bəyanatlar verməyə
başlayıblar. Amma sadəcə
bəyanatlarla
məsələ
həll olunsaydı,
o zaman dünyada
heç bir problem
olmazdı.
Müəllif
müharibədən
qaçmağın
yeganə yolunu, tam
yeni format axtarıb
tapmaqda görür. Belə ki, tərəflər
beynəlxaq hüququn qərarlarına qeyd-şərtsiz əməl
etməlidir. Ermənilər torpaqları boşaldır, Azərbaycan
orada yaşayan ermənilərə yüksək həyat şəraiti
vəd edir. Hətta lazım gəlsə onların ayrıca
qurum şəklində yaşamasına razılıq verməlidir.
Hər halda bu formatı iki dövlət təklikdə razılaşdıra
bilərlər. Yoxsa rayonun birini iki ilə
boşaldılması razılaşdırılır. Növbəti
dəfə bunun beş ilə mümkün olacağı bəyan
edilir və s. Bunlar vaxtı uzatmağa və müharibəni
tezləşdirməyə imkan yaradan amillərdir.
M.TAĞIYEV
Paritet.-2011.- 14-15 aprel.- S. 5.