“Əlil ola-ola
döyüşə getdiyimə görə fəxr edirəm”
Ruxsarə Cumayeva: “Fikirləşirdim ki,
yaralı əsgərlərimizin qolu və
ayaqlarının kəsilməyib yerində müalicə
olunması üçün nə etmək
olar?”
Dekabrın 3-ü “Beynəlxalq əlilliyi
olan insanlar günü”dür. 1992-ci il oktyabrın 14-də BMT Baş Məclisi tərəfindən
bu günün qeyd olunması
haqqında bəyannamə qəbul edilib. Bu
günün məqsədi cəmiyyəti
əlillik probleminin həllinə cəlb
etmək, əlilliyi olan bütün
insanların hüquqlarını qorumaqdır. Azərbaycan
2008-ci ildə BMT-nin “Əlilliyi olan insanların hüquqları” adlı konvensiyaya qoşulub.
Əlilliyi olan insanlar
günü bütün
dünyada olduğu kimi Azərbaycanda da qeyd olunur və bu gün ölkəmizdə
480 000 əlil insan var.
Ümumi olaraqsa, dünya əhalisinin 10 faizi
və ya 650 milyona
yaxın insan əlil halda
yaşayır... Qarabağ veteranı
Ruxsarə Cumayeva da onlardan biridir, amma elə dünyəvi olaraq
onun özəlliyi var.
Çünki həmişə eşitmişik, deyirlər ki,
müharibə əlili. Amma əlilin,
xüsusən qadının əlil kimi
müharibəyə getməsi görünməyən və eşidilməyən hadisədir.
Dünya əlilləri arasında Ruxsarə
xanımın fərqliliyi də bundadır. Dediyinə görə,
o, ilk dəfə əlil
kimi döyüşlərdə iştirak edən qadındır. Onun sözlərinə görə, əlillərlə
bağlı bir neçə təşkilat
araşdırma aparıb və dünyada
belə bir addımı atan
başqa bir xanım
tapılmayıb. Qeyd edək ki, Ruxsarə xanım Zaqatala
rayonunda dünyaya göz açıb. Uşaq
ikən omba çıxığından
II dərəcəli əlil olub. Bakı
2 saylı Tibb Texnikumunda
təhsil alıb. Daha sonra
Bakı Dövlət Universitetini bitirib.
-Günlərin
bir günü efirdə yaxın dostlarımdan biri əlini
çiynimə qoyub dedi ki, əlil ola-ola döyüşə
gedən xanmlarımızın birincisi və
axırıncısı Ruxsarə xanımdır. İkinci Dünya Müharibəsində
gedən döyüşlərdə də əlillər tam yararsız olublar.
Ümumiyyətlə, müharibənin hansı vəziyyəti
olursa olsun, əlillər
heç vaxt
döyüşə gedə bilməzlər. Bu,
tibbi və hərbi qaydalara
tam ziddir. Amma mən bu qaydanı pozaraq bir azərbaycanlı
qız kimi əlil ola-ola
döyüşə getdiyimə görə, bu
gün fəxr edirəm. Qanla
verilən torpaq heç
vaxt su ilə alına
bilməz. Qanla verilən torpaq
qanla da
alınmalıdır. Əgər bu gün Ali Baş
Komandan torpaqlarımızın işğaldan azad
olunmasına görə müharibə əmri verərsə,
bircəcik qızımla mən döyüşə getməyə
həmişə hazırıq. Amma bu gün ən
ağır vəziyyətimdir. Oynaqlarım artıq çox pis vəziyyətdədir.
Təsəvvür edin ki,
“Fərrux dağı” kimi bir
əməliyyata qalxanda çiynimdə 40
kiloqram yük var idi. Amma
bu gün bir kiloqram yükü
daşıya bilmirəm. Sümüklərimdə yeyilmə çox sürətlə gedir.
Bilmirəm müharibənin, yoxsa
cavanlığımın ağrılarıdır. Amma əlil olsam da, ikicə əsgəri döyüş
bölgəsindən kənara çıxardaramsa, mən bununla qürur duyaram.
- Əlil olmağınıza
baxmayaraq Sizi müharibəyə getməyə nə vadar etdi?
- Mən “Meydan hərəkat”ı, 20 Yanvar faciəsini görmüşəm. 20 Yanvar hadisəsindən sonra mən hospitalda tibb bacısı kimi könüllü işləyirdim. Amma 1991-ci ilin sonlarında, günlərin bir günü Şuşadan yaralılar gəlməyə başladı. O yaralıların içərisində olan Elçin adlı yeniyetmə bir oğlanın qolunun kəsilməsi əməliyyatı gedirdi. Mən də o oğlanın qolunun kəsilməsi əməliyyatında tibb bacısı kimi köməklik göstərirdim. O oğlanın qolu bir anlığa tavana dəyib yerə düşdü. Bu hadisəni görəndən sonra elə bil ki, mənim ürəyimdən bir parça ət qopdu. Onda hiss etdim ki, mən artıq döyüşə yararlıyam. Elçinin ayılanda “hanı mənim qolum” sözlərini deməsi məni o qədər sarsıtdı ki, bundan sonra döyüş bölgəsinə getməyi özümə borc bildim. Hətta hospitalın mərhum rəisi Vaqif İbrahimova müraciət edəndə, o dedi ki, mən burada lazımam. Lakin mən çox israr etdim ki, getməliyəm və getdim də.
- İlk dəfə hansı rayonda
gedən döyüşlərdə iştirak edibsiniz?
- Mənim ilk yolum oldu Daşaltı. “Daşaltı əməliyyatı”nda
mən Nəbilərdə
iştirak etmişəm.
Yaralıların yarasını sarımışam,
şəhid olanları
çıxarmışıq. Qayıdıb gəlmişəm Bakı hospitalına.
Burada da bir müddət
işləyəndən sonra
gördüm ki, yox, əsgərlərimzin
qolları və ayaqları gələn kimi amputasiya olunur. Özlüyümdə dəfələrlə fikirləşirdim ki, necə etmək olar bu uşaqların
qolu və ayaqları kəsilməsin,
yerində müalicə
olunsun. Yəni hospitala çatana
qədər toxumalar ölüb məhv olmasın. O minvalla mən 1992-ci ilin aprelində yenidən qayıtdım Ağdama. Mən birbaşa ilk çağırışçılar
taborunda başladım
fəaliyyət göstərməyə.
Sonradan məni verdilər 5-ci
tabor, ikinci bölüyə.
Bu, rəhmətlik Şirin Mirzəyevin yaratdığı ilk tabor idi.
Orada tibb bacısı kimi çalışırdım.
Bütün gedən döyüşlərdə
necə lazımdırsa,
birbaşa ilk tibbi yardımı göstərib,
iynəsini vurub yola salmışam. Taborda olmayan dava-dərman məndə var idi. Çünki artıq o qədər
özümü doğrultmuşdum
ki, inanıb o dərmanları mənə
vermişdilər.
- Bəs, Ağdamdan başqa hansı rayonlardakı döyüşlərdə olubsunuz?
- Əfqanıstandan gələn
döyüşçü oğullarımız var idi. Mamed müəllim Murova
hücum etməkdən
ötrü döyüşçüləri
yığırdı. Həmin ərəfədə mənim
döyüş yoldaşlarımdan
bir neçəsi yaralanıb qayıtmışdılar.
Onlar özləri mənimlə
təsadüfən görüşərkən
dedilər ki, bir tibb bacısına
ehtiyacları var. Dedim
ki, özüm gedə bilərəm.
Amma sənədlərim hamısı
qalmışdı Ağdamda.
Beləcə, 1994-cü ilin fevralında
Rauf Rəcəbovun briqadası ilə biz Murova qalxdıq. Fevralın
9-dan 19-a qədər bizim
“Murov əməliyyatı”
olub. Ümumi olaraq Ağdam,
Ağdərə və
Kəlbəcərin ən
ağır döyüşlərində
iştirak etmişəm.
- Sizin əlil kimi müharibədə belə
ön cəbhədə
olmağınıza necə
icazə verilirdi?
- Buna görə mənim Ağdamda mübahisələrim
olurdu. Mən deyirdim ki, ön cəbhədə olmalıyam. Orada isə
deyirdilər ki, kazarmada qalmalıyam.
Onun üstündə dəfələrlə
bizim mübahisəmiz
düşmüşdü. Deyirdim ki, ilk yardımı göstərə bilirəmsə,
niyə görə kazarmada qalmalıyam?
Cəsur
oğullarımızın yanında
ona görə qalmaq istəyirdim ki, yaralı ikən onlar qan itirib ölməsinlər.
Orada elə faciələrlə rastlaşırdıq
ki, bundan sonra gəlib kazarmada rahat qalmaq olmurdu. 1992-ci ildə mən Ağdamda olanda erməni əsirliyində
olan qızlarımız rabitə vasitəsilə
bizə yalvarırdılar. Deyirdilər ki,
“Qrad”ı elə ataq ki,
tikələri də qalmasın, yoxsa vaxt gələcək ermənilərdən
törəyəcək uşaqları azərbaycanlılara
güllə atacaqlar. Onların
başına gətirilən zülmləri ermənilər
rabitə ilə bizə çatdırırdılar. Biz o səsləri eşidirdik. Onların
qışqırtıları, bağırtıları mənim
hələ də qulağımdan getmir.
Ermənilər tələb edirdilər ki,
Azərbaycan qızları onlardan övlad dünyaya gətirsinlər.
Faciəyə baxın ki, həmin
qızlarımızın dünyaya gətirdikləri
uşaqların indi
bu dəqiqə Ermənistanda 19
yaşları var
və həmin uşaqlar
hazırlaşır ki, Azərbaycana hücum etsinlər. Halbuki,
Azərbaycan qızı erməni əsirliyində
qalmasaydı, bu böyük
faciəyə gəlib çıxmazdıq.
- Müharibədə xilas etdiyiniz
yaralılardan indi Sizi axtaranı varmı?
- Aradan 17 il keçməsinə baxmayaraq, döyüşdən çıxartdığım yaralılar son illər məni daha çox axtarıb tapırlar. O cümlədən Mehmanə döyüşlərinin birində 86 yaralı sarıyıb yola salmışdım. Onlardan bir neçə nəfəri axtarıb tapdılar məni. Onlar ilk tibbi yardımı göstərən adamı bu gün axtarıb tapırlarsa, demək yaşamağa dəyər. Çünki onlar bilir ki, qanın iyi nədir. Hazırda komandirimlə, digər döyüş yoldaşlarımla əlaqə saxlayırıq. Keçirdiyim günlərə peşman deyiləm. Çünki Allahın yazdığı hər yaxşı və pis günə qurban olum. Mən heç vaxt fikirləşməmişəm ki, Qarabağ əlili olum. Mən Qarabağ veteranıyam. Düzdü, müharibədə də qəlpə yarası almışam, amma mən döyüşə gedəndə əlil idim. Məndən sonra kimlərsə əlil olacaq idisə, mənə qədər bilə bilməzdilər əlillik nə olan şeydir.
Fuad HÜSEYNZADƏ
Paritet.-2011.-3-5 dekabr.- S.12.