Türkiyədə
diasporumuza ehtiyac varmı?
İlk dəfə
olaraq dünya azərbaycanlılarının həmrəyliyinə
yönələn tədbirlər məhz Türkiyədə
keçirilib
I yazı
Tarixi mənbələrdən
məlumdur ki, Azərbaycan mühacirlərinin
köçdükləri ölkələr içərisində
Türkiyə xüsusi yer tutur. Coğrafi baxımdan
dil-din yaxınlığı, soy - kök eyniliyi nöqteyi-nəzərindən
təbii hesab olunan bu proses nəticəsində tarix boyunca həm
Şimali, həm də Cənubi Azərbaycandan Türkiyəyə
köçən soydaşlarımızın sayı minlərlə
idi. Soydaşlarımızın Türkiyəyə
tarixi siyasi-ictimai hadisələr səbəbilə mühacirətləri
nəticəsində hələ ötən əsrin əvvəllərindən
Azərbaycan diasporu formalaşmış, təşkilatlanma
strukturu təsis edərək informasiya təbliğatı
işi ilə məşğul olublar.
Zamanla hər şeydə və dünyada baş verən
ictimai-siyasi dəyişikliklər, azərbaycanlıların
bu ölkədə siyasi fəaliyyətində xeyli dəyişiklik
yaratdı. 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının
süqutundan sonra çoxsaylı azərbaycanlıların
köçdükləri ölkələr içərisində
Türkiyə birinci yeri tuturdu. Buradakı Azərbaycan siyasi mühacirəti
ölkəni Sovet işğalından qurtarmaq
üçün geniş fəaliyyət göstərmiş və
bununla paralel olaraq mətbuat təsis edərək Azərbaycan
barədə xəbərləri yerli ictimaiyyət və burada
yaşayan soydaşlarımıza çatdırdılar (Azərbaycanın
siyasi mühacirlərinin Türkiyədəki fəaliyyəti
haqda ayrıca yazı verəcəyik)
Zamanla fəaliyyət
dairəsini genişləndirən Azərbaycan diasporu,
tanınmış insanlar olan Əhməd Cavad, Almas
İldırım, Əhməd Cəfəroğlu, Hüseyn
Baykara, Əli bəy Hüseynzadə, Əhməd
Ağaoğlu, Əbdülvahab Yurdsevər və digər
şəxslərin elmi-ictimai fəaliyyəti sayəsində
Türkiyədə qüvvətlənməyə
başladı. Azərbaycan mədəniyyəti,
poeziyası, ədəbiyyatı Türkiyədə təbliğ
olunmaqla yerli əhali tərəfindən rəğbətlə
və sevinclə qarşılanırdı. 1990-cı ildə isə dünyada baş verən
ictimai-siyasi proseslər, Azərbaycanın dövlət
müstəqilliyi diasporumuzun formalaşması və digər
azərbaycanlıların həmrəyliyi məsələlərini
gündəmə gətirdi. Bu zaman
artıq Türkiyədə güclü mövqeyə və
maddi imkana malik olan azərbaycanlılar Azərbaycanın
müstəqilliyi üçün fikirləri tez-tez səsləndirməyə
başladılar. İmkanlı azərbaycanlıların
təşəbbüsü ilə Azərbaycan mədəniyyətinə,
dövlətçiliyinə həsr olunan müxtəlif səpkili
tədbirlər Türkiyədə keçirilməyə
başladı. İlk dəfə olaraq
dünya azərbaycanlılarının həmrəyliyinə,
birliyinə yönələn və ətrafında
dünyanın bir çox bölgəsində yaşayan
soydaşlarımızı toplayan tədbirlər məhz
Türkiyədə keçirilib.
1989-cu ildə
Ümumdünya Azərbaycanlılar Konqresinin, 1990-cı ildə
Türk Dünyası Araşdırmalar Vəqfinin təşəbbüsü
ilə Kayseridə I Beynəlxalq Böyük Azərbaycan
Konqresinin və 1990-cı il noyabrın 30-dən dekabrın 6-dək
İstanbulda Azərbaycan Mədəniyyət Mərkəzlərinin
I Qurultayı həmrəylik istiqamətində keçirilmiş tədbirlərdəndir.
Azərbaycan ədəbiyyatına aid kitablar
Türkiyə türkcəsinə tərcümə olunmaqla, Rəsul
Rza, Məmməd Araz, Nigar Rəfibəyli, Elçin və digər
ədiblərimizin əsərləri Türkiyədə nəşr
olunmağa başlandı. Azərbaycan-Türkiyə
arasında tələbə mübadiləsi başlandı.
Xüsusilə 1991-ci il 18 oktyabrda dövlət
müstəqilliyimiz elan edildikdən sonra 1918-ci ildə
olduğu kimi yenə ilk olaraq Türkiyə Azərbaycanın
müstəqilliyini tanıdığını bəyan edib.
“Diaspor və
Lobbi” Strateji Araşdırma Mərkəzinin sədri Zaur
Əliyevə görə, bu gün üçün Türkiyədə
Azərbaycan diasporu şərti olaraq üç hissəyə
bölünür: “1.Ziyalı təbəqə - Türkiyədə
çalışan müəllimlər, iş adamları, mədəniyyət
xadimləri, siyasi xadimlər. 2. İşçi qrup - əsasən
iqtisadi maraqlar güdən, siyasi-ictimai fəaliyyət göstərməyən,
yalnız iqtisadi vəziyyətlərini
normallaşdırmağa çalışanlar. Bu
cür şəxslərin sayı olduqca çoxluq təşkil
edir. 3. Tələbələr - Türkiyənin müxtəlif
ali və elmi təhsil müəssisələrində
oxuyan gənclərdən ibarət bu qanad, Türkiyədə
ilk zamanlar çox fəal idilər. Sonradan onlar
arasında dini-ideoloji işin müxtəlif dini təriqətlər
tərəfindən aparılması bu qrupun zəifləməsinə
səbəb olub. Zəif də olsa, bir
neçə tələbə təşkilatı yaradan bu
qanad son zamanlar fəaliyyətlərində dəyişiklik
etməyə çalışırlar”.
Türkiyədəki azərbaycanlıların
lobbiçilik fəaliyyətinin
passiv
olmasının səbəblər
Onun fikrincə, bu 3 qanad arasında hazırda intensiv
əlaqə yoxdur və bundan başqa, Türkiyədə
yaşayan soydaşlarımızın böyük imkanlarına baxmayaraq,
siyasi-ictimai passivlik göstərilir: “Azərbaycan diasporu erməni
diasporunun burada da təbliğat və lobbiçilik sahəsində
uduzurlar. Baxmayaraq ki, bütün dünya erməniləri
Türkiyə əleyhinə iş aparırlar, onların
Türkiyədəki azad və geniş fəaliyyətinə
qarşı nə Azərbaycan diasporu, nə də Türkiyə
rəsmiləri mane ola bilir. Bu isə milli
ideologiyanın zəifliyi, dini təsirin güclü olması
və digər səbəblərlə bağlıdır.
Dini təsir altında dedikdə Türkiyədə
nurçuluq və digər dini təriqətlərin təsiri
altında olan azərbaycanlı gənclərin nəzərdə
tutulduğunu bildirmək istərdik. Bu
gün heç kimə gizli deyil ki, Türkiyəyə təhsil
almağa gedən azərbaycanlı gənclər ilk növbə
olaraq dini təsirlər altına düşür ki, bu təsir
fanatizmdən daha çox kosmopolitik fikirlərin onlar
arasında güclü olmasına şərait yaradır”.
Azərbaycan diasporunun maddi intellektual imkanları hələlik
tam olaraq Azərbaycan dövləti naminə istifadə olunmur. Buradakı azərbaycanlıların
lobbiçilik fəaliyyəti də olduqca passivdir. Bu,
burada - Türkiyədə fəaliyyət göstərən
ABAD (Azad, Bütöv, Adil, Demokratik) - Azərbaycan
təşkilatının mətbuat və informasiya komitəsinin
sədri Ziya Rəcəbovun Türkiyədə “Azərbaycan
diasporu və istifadə olunan lobbi metodlar” məqaləsində
göstərilir: Üz-üzə ünsiyyət: media
orqanları ilə əlaqə, Toplantıların təşkili,
birbaşa aksiyalar. Türkiyəli Azərbaycan
diasporunun parçalı vəziyyətdə olması onun uzunmüddətli
strategiyalarının təyin edilməsinə əngəl
ibarədir. Hər təşkilatın
ayrı-ayrılıqda fəaliyyət göstərməsi fərqli
lobbi taktika və metodlarından qeyri-mütəşəkkil
istifadə etməsi və sayıqlı olan lobbi
materialının bir çox lobbi taktikaları ilə dəstəklənməsi
diaspor təşkilatlarımızın ciddi bir nailiyyət əldə
etməmələrilə nəticələnir”.
Məqaləsində həmçinin Ziya Rəcəbov
Türkiyədə Azərbaycan diasporunun lobbi fəaliyyəti
üçün aşağıdakı vasitələrin daha
məqsədəuyğun olduğunu qeyd edir.
Türkiyədə Azərbaycan diasporunun lobbi fəaliyyətinin
olduqca passiv olmasının mənfi cəhət kimi qəbul
etmək olar.
Güclü imkanlara və Türkiyə hökuməti tərəfindən
dəstəklənməsinə baxmayaraq,
soydaşlarımız lobbiçilik istiqamətində ciddi səy
göstərmir, ya da göstərmək istəmirlər. Lakin inanmaq olar ki, belə neqativ hallar aradan
qaldırılacaq. Türkiyə siyasi
partiyalılıq və ictimai xadimlərlə olan əlaqələrdə
səmərəli istifadə olunacaq. Çünki
qardaş Türkiyədə Azərbaycan lobbisinin güclü
olması olduqca əhəmiyyətli və vacibdir. Bununla paralel olaraq, Türkiyədə Azərbaycan
diasporunun kütləvi informasiya vasitələrində işi
əvvəlki illərə baxanda olduqca zəif və passivdir.
Hazırda Türkiyədə Azərbaycan
diasporuna məxsus fəaliyyət göstərən KİV-dən
“Araz”, “Xəzər”, “Azərbaycan dünyası”, “Azərbaycan”-
və s. adlarını sadalamaq olar. TRT, TGRT, Kanal D və digər
kanallarda Azərbaycanla bağlı məlumatlara kimi yer verilir.
TGRT - kanalı bazar günləri I saat
verilişi Azərbaycan tərəfinin öhdəsinə buraxıb.
Oğullar ataları bəyənmi
Bu KİV orqanlarından başqa Türkiyədə Azərbaycan
diaspor təşkilatları zəngin bir tarixə malikdir. Ötən əsrin
əvvəllərindən bu günə qədər
çoxsaylı Azərbaycan diaspor təşkilatı
qardaş ölkədə fəaliyyət göstərmiş
və hazırda da göstərir. Bunlardan “Azərbaycan
Kültür Dərnəyi” (1919), “Azərbaycan Müdafiə
Hüquq Cəmiyyəti (1948), “Azərbaycan millətçiləri
dərnəyi” (1952), “Azərbaycan müharibələr birliyi”
(1952), “Azərbaycan millət Partiyası” (1952), “Cəbhəçilər
İttifaqı Azər” (1952), Azərbaycan
Qarşılıqlı Yardım Cəmiyyəti (1958),
“İslam Müsəlman Cəmiyyəti”
(1952), “Azərbaycan Gənclik Dərnəyi” (1961) və digərlərinin
adını çəkmək olar.
İzmir Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru və Türkiyədə fəaliyyət
göstərən “CanAz” internet televiziyasının rəhbəri
Camal Mehmetxanoğlu qəzetimizə açıqlamasında
Türkiyədəki Azərbaycan təşkilatlarının
sayının 40-dan çox olduğunu dedi. Lakin C.
Mehmetxanoğlu qeyd etdi ki, bunların da əksərinin bir-biri
ilə əlaqəsi yoxdur: “Türkiyədə rəsmi məlumatlara
görə, 3 milyona qədər Azərbaycan türkü
yaşayır. Bunlar Cənubi və Qərbi Azərbaycandan
1850-1870-ci illərdə, 1915-1930-cu illərdə Türkiyəyə
köçmüş azərbaycanlılardır. Bu gün də Türkiyəyə azərbaycanlılar
köçür. Qeyri-rəsmi hesablamaya
görə, artıq Türkiyədə Azərbaycan türklərinin
sayı 5 milyonu keçib. Bu ölkədə fəaliyyət
göstərən Türkiyə Azərbaycan Dərnəkləri
Federasiyasının apardığı iş qənaətbəxş
deyil”. Türkiyədə milyonlarla azərbaycanlının
sanki yatdığını deyən təşkilat sədri
onların çoxunun öz kimliklərini unudaraq, özlərini
Anadolu türkü kimi təqdim etdiklərini vurğuladı.
Onun
fikrincə, ümumiyyətlə, Azərbaycan diasporu fəaliyyətini
iki istiqamətdə qurmalıdır: “Birincisi, Cənubi Azərbaycan
Milli Hərəkatına sona kimi dəstək olmaq və hərəkatın
davamlı olması üçün beynəlxalq-daxili
çalışmalarını gücləndirmək. İkincisi isə, Azərbaycanın işğal
altında olan Dağlıq Qarabağ məsələsini
dünya ictimaiyyətinə çatdırmaq və təbliğat
aparmaq. Bu iki mücadilə diasporun ana xəttini
təşkil etməlidir. Dünyanın hər bir yerində
- Avropada, Kanadada, Amerikada, Avstraliyada və s. yerlərdə fəaliyyət
göstərən diasporlarımız birləşib- Milli
Diaspor mərkəzlərini qurmalıdırlar”.
Fuad
HÜSEYNZADƏ
Paritet.-2011.-10-12 dekabr.-S.7.