Ümummilli lider Heydər Əliyevin xatirəsi bütün dünya azərbaycanlıları tərəfindən yad edilir

 

Dünyanın bir sıra ölkələrində məskunlaşmış azərbaycanlılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edir, ulu öndərin həyat fəaliyyətindən bəhs edən konfrans, dəyirmi masa, sərgilər keçirirlər.Ümummilli lider Heydər Əliyevin xatirəsi Rusiyanın Sankt Peterburq şəhərində yad edilib. Sankt-Peterburq ictimaiyyəti, azərbaycanlı ziyalılar, nüfuzlu adamları, ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrin diaspor nümayəndələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin xatirə lövhəsi önünə gül-çiçək dəstələri qoyulub, ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Daha Sonra Sankt-Peterburqun Smolnı İnstitutunda keçirilən mərasimdə çıxış edən Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Azərbaycan dövlətçiliyinin təşəkkülündə, respublikanın müstəqilliyinin təhlükəsizliyinin möhkəmlənməsində, iqtisadi inkişafında, bərabərhüquqlu sosial baxımdan müdafiə olunmuş vətəndaşların dövlətinə çevrilməsində Heydər Əliyevin əvəzsiz rolu barədə məlumat verib. O, Heydər Əliyev tərəfdən təməli qoyulmuş Azərbaycan Rusiya arasında mövcud olan sıx dostluq əlaqələrindən söz açaraq bu əlaqələri Prezident İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb.

250-dən çox iştirakçısı olan tədbirdə ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətini əks edənAzərbaycan deyəndəsənədli filmi nümayiş eydirilib.

Smolnı Universitetinin rektoru, akademik Heydər İmanov dövlətçilik siyasətində Heydər Əliyevin xüsusi əməyini qeyd edərək, Azərbaycan dövlətinin memarı Heydər Əliyevin həyat yolundan, dövlətçiliyimizin qurulmasında, möhkəmlənməsində qorunmasında misilsiz rolundan bəhs edib, onun Azərbaycandan kənarda, o cümlədən Rusiyada yaşayan soydaşlarımıza gənclərimizə olan qayğısından söz açıb(Trend).Ümummilli liderimizin həyat fəaliyyətini, onun Rusiyaya, o cümlədən Sankt-Peterburq şəhərinə səfərini əks etdirən fotosərgi nümayiş etdirilib.

Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq digər şəhərlərində Ümumrusiya Azərbaycan Konqresi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təşkilatçılığı ilə anım mərasimləri, dəyirmi masa konfranslar keçirilir. Ümummilli lideri Ukrayna, Belarus, Estoniya, Litva,  Latviya Moldovada yaşayan azərbaycanlılar da anırlar.

Avropanın ayrı-ayrı ölkələrində, o cümlədən Almaniya, Fransa, İtaliyada, habelə Danimarka, İsveç, Niderland krallıqlarında, Polşa, Rumıniya, Macarıstan, Finlandiya, Çexiyada Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir. Almaniyanın, Berlin, Drezden, Maqdeburq, Frankfurt şəhərlərində dekabrın 11-də keçirilmiş anım mərasimi xatirə gecələrində toplaşanlara ümummilli liderin şərəfli həyat yolu, onun Azərbaycan xalqı dövlət qarşısında misilsiz xidmətlərindən danışılıb, ulu öndər haqqında sənədli film nümayiş etdirilib. Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü, Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirlərdə azərbaycanlılarla yanaşı, yerli ictimaiyyətin nümayəndələri, türk, yəhudi, rus digər millətlərin nümayəndələri iştirak ediblər. Dekabr 11-də Almaniyanın Drezden şəhərində müasir Azərbaycan dövlətinin memarı qurucusu, dünya miqyaslı siyasi xadim, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Diasporla üzrə Dövlət Komitəsinin məlumatına görə, Mərasimdə Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ağahüseyn Babayev qonaqları salamlamış dahi şəxsiyyət, görkəmli siyasətçi dövlət xadimi ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu haqqında ətraflı məlumat verib. O Azərbaycanın ən yeni tarixinin böyük bir hissəsinin məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək vurğulamışdır ki, məhz Heydər Əliyevin dövlət quruculuğu sahəsində misilsiz xidmətlərinin məntiqi nəticəsi olaraq hazırda Azərbaycan Respublikası demokratik, hüquqi, tolerant bir dövlətdir.

  Daha sonra tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər. Sonra tədbir iştirakçıları üçün ulu öndərin həyat fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. Anım mərasimində Drezdendə yaşayan azərbaycanlılarla yanaşı, yerli ictimaiyyət nümayəndələri, digər milli icmaların təmsilçiləri iştirak etmişlər.  Almaniyanın Zaksen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurasının təşəbbüsü Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə Maqdeburq şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

 Diasporla üzrə Dövlət Komitəsinin məlumatına görə, tədbirdə hər iki təşkilatın üzvləri, eləcə digər icmalardan olan cəmiyyət sədrləri iştirak etmişlər. Anım mərasiminin açılışında Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Millnits-Niftəliyev ümummilli lider Heydər Əliyevin həyat yolundan, Azərbaycanın inkişafı üçün göstərdiyi xidmətlər barədə məruzə ilə çıxış etib. Tədbir iştirakçıları ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

 BƏƏ-   ümummilli liderin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib . Dubayda keçirilmiş tədbirdə BƏƏ- yaşayan azərbaycanlılar, hökumət nümayəndələri, türk, ərəb digər xalqların diaspor təşkilatlarının təmsilçiləri iştirak etmişlər. Diasporla üzrə Dövlət Komitəsinin məlumatına görə, mərasimdə çıxış edən Azərbaycan Cəmiyyətinin sədri Samir İmanov ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi dövlətçiliyinin qorunub saxlanması məqsədilə göstərdiyi misilsiz xidmətləri barədə ətraflı danışıb. O ulu öndərin həyat fəaliyyətindən söhbət açaraq xalqının müstəqilliyi, suverenliyi, tərəqqisi uğrunda ağır mübarizə şəraitində keçən ömür yolundan bəhs edib. Samir İmanov 1941-ci ildən başlayaraq yüksək vəzifələrdə çalışmış ümummilli lider Heydər Əliyevin son nəfəsinədək Azərbaycan dövləti xalqına xidmət etdiyini vurğulayıb.

Tədbirdə Heydər Əliyev şəxsiyyətinin siyasətinin yalnız Azərbaycan çərçivəsində deyil, regional ümumiyyətlə qlobal miqyasda da dəyərləndirilməsinin vacibliyi qeyd olunmuş, bildirilib ki, Azərbaycan Respublikasının daxili xarici siyasət sahəsində qazandığı nailiyyətlər, o cümlədən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi Heydər Əliyev siyasətinin bəhrəsidir.

Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimləri Türkiyənin bir sıra şəhərlərində də keçirilir. Bu gün Ankarada ümummilli liderin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Anım tədbirində Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycan Milli Məclisinin üzvləri iştirak ediblər.Türkiyə-Azərbaycan Dərnəyinin İğdır vilayəti üzrə təmsilçisi, iğdırlı jurnalist Sərdar Ünsal isə ulu öndər Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı fikirlərini bölüşərkən deyib ki, onunbir millət - iki dövlət” kəlamında bildirildiyi kimi, xalqlarımız hər zaman bir-birinin yanında olmuşlar.

 Ümummilli lider Heydər Əliyevin Bakı-Tiflis-Ceyhan və digər mühüm əhəmiyyət daşıyan irimiqyaslı layihələrin memarı olduğunu vurğulayan S.Ünsal ulu öndərin əsasını qoyduğu uzaqgörən siyasətin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır: “Prezident İlham Əliyevin yorulmaz səyləri nəticəsində Azərbaycan dünya dövlətləri arasında özünə layiqli yer tutub”(AzərTAc).   Torpaqlarımızın 20 faizinin hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu diqqətə çatdıran S.Ünsal bildirib ki, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa edilməlidir. Əks halda, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını hərbi yolla azad edəcəkdir. Bunun üçün Azərbaycanın kifayət qədər güclü ordusu var(AzərTAc).

 

SABUTAY

Paritet.-2011.-13-14 dekabr.- S.3.