Şeyx Məhəmməd Xiyabani hərəkatı Azərbaycan tarixşünaslığında

 

Azərbaycan tarixşünaslığında müəyyən yer almış şəxsiyyətlərdən biri də Şeyx Məhəmməd Xiyabanidir. Bu sahədə həm Cənubi, həm də Quzey Azərbaycanda müəyyən tədqiqatlar aparılıb, yazılıb ortaya çıxsa da, bu tarixşünaslıqda Xiyabani və Xiyabani hərəkatının dolğunluqla və ətraflı verilməsi demək deyildir. Bu tərəfdə sovet hakimiyyətinin mövcud olması, İranda Pəhləvi rejiminin şovinist siyasəti, bir sıra başqa mövzular kimi Xiyabani mövzusunun da istənilən səviyyədə tədqiqinə və oxuculara çatdırılmasına imkan verilməmişdi. Buna baxmayaraq Arazın hər iki sahilində yazıb yaradan tarixçi alimlərimiz ciddi basqılar şəraitində olsa da, bu sahədə az-çox yazıb yaratmışlar.

Sovet ordusu sıralarında xidmət etmiş məşhur jurnalist, tədqiqatçı-alim Qulam Məmmədli də 1945-1946-cı illərdə Cənubi Azərbaycanda olmuşdur. Q.Məmmədli Cənubi Azərbaycanda olduğu  müddət ərzində   elmimiz, ədəbiyyatımız və tariximiz üçün bir sıra dəyərli işlər görmüşdür. Onun Əbülqasim Nəbati, Mirzəli Möcüz kimi görkəmli Cənubi Azərbaycan şairlərini Arazın bu tayında tanıtdırmaqda böyük xidməti olmuşdur. Q.Məmmədli Təbrizdə olduğu müddətdə böyük ruhani, inqilabçı-demokrat Ş.M.Xiyabani ilə maraqlanmış, Xiyabani hərəkatında iştirak etmiş və onu yaxından tanıyan insanlarla təmasda olmuşdur. Əldə etdiyi materiallar ona sonrakı illərdə Ş.M.Xiyabani haqda dəyərli kitab yazmağa imkan vermişdir. Q.Məmmədlinin bu kitabı Xiyabanin  Azərbaycanın quzeyində ictimaiyyətə tanıtdırmaqda ilk vasitə olmuşdur. Bu kitab 1949-cu ildə BakıdaAzərbaycannəşriyyatında çap edilmişdir. “Xiyabani” (Azərbaycan xalqının milli azadlıq mübarizəsi tarixindən) adlı 160 səhifədən ibarət olan bu dəyərli əsər sovet dövründəki siyasi mühitin basqılarına baxmayaraq, Xiyabani haqqında, onun elmi, siyasi, dini, fəlsəfi görüşləri barədə oxucuda müəyyən təsəvvür yaradır. Kitabda Ş.M.Xiyabanin çıxışlarından verilmiş iqtibaslar gənc nəslin vətənpərvərlik ruhunda və tərbiyəsində mühüm rol oynamış və oynamaqdadır.

M.Xiyabani mədəni-maarif, xüsusilə siyasi tərbiyə və təlim məsələlərinə də əhəmiyyət verirdi. Q. Məmmədli Xiyabaninin ana dilimizin qorunması ilə bağlı apardığı mübarizə haqqında yazır: “Azərbaycanda aparılan farslaşdırma siyasətinə qarşı mübarizə aparırdı. O xalqın maariflənməsinə və mədəni olmasına çalışırdı. Mədəni-maarif işlərinin tərəqqisi yolunda var qüvvəsi ilə fəaliyyət göstərirdi. 1918-ci ilin baharında Bakıdan Təbrizə gəlmiş teatr heyəti Xiyabani tərəfindən məmnuniyyətlə qarşılanmışdı. Əksəriyyətlə Cənubi Azərbaycan gənclərindən olan həmin artistlər iqtisadi cəhətdən çətinlik çəkirdilər. Tamaşaları hazırlamaq üçün vəsait yox idi. Buna görə də artistlərin əhval-ruhiyyəsi düşkün idi. Bundan xəbəri olan Xiyabani artistləri qəbul etdi və ruhdan düşməməyə çağırdı: “Siz biletlərinizin satılıb-satılmamağına baxmayın, tamaşanı hazırlayın, oynayın, qoy camaat gəlib baxsın; pul məsələsi haqqında düşünməyin, onu mən yerbəyer elətdirərəm”, - deyə artistlərin həvəslə işləməsinə yardım edirdi. Şeyx öz nitqlərindən bəhs edib əhalini tamaşalara cəlb edirdi”. Xiyabaninin Azərbaycan dil, maarif və mədəniyyətinin inkişafı yolundakı siyasəti düşmənlərin xoşuna gəlmirdi. Onlar hər cür vasitə ilə bu gözəl təşəbbüsə mane olurdular. Lakin xalq Şeyxin ətrafında toplaşır və onu diqqətlə dinləyirdi. O, xalqın ana dilində danışdığı üçün sözləri əhaliyə çatır və təsir bağışlayırdı.

Biz güman edirik ki, böyük tədqiqatçı-alim Qulam Məmmədlinin şəxsi arxivində Xiyabani və hərəkatı ilə bağlı hələ işıq üzü görməyən çoxlu materiallar var. Onları üzə çıxarıb tədqiqata cəlb etmək Azərbaycanda xiyabanişünaslıq üçün gözəl töhfə ola bilər.

Təcəddüdqəzeti 1917-ci ilin aprelin 9-da nəşrə başladı. Tədqiqatçı Qulam Məmmədlinin göstərdiyi kimi, “Onun imtiyaz sahibləri baş mühərrirləri ilk zamanlarda dəyişdirilsə ,  siyasi rəhbərlik əsas etibarilə Xiyabanin üzərində qalırdı”. Qəzetin 65 nömrəsi, yəni 137 - 202-ci nömrələr rəsmən Xiyabaninin müdirlik baş mühərrirliyi ilə çap olunmuşdu.

Q. Məmmədlinin ənənəsini davam etdirən iranşünas-alim, tarix elmləri doktoru, professor Şövkət xanım Tağıyevanın xidmətləri üzərində xüsusilə dayanmaq istərdik. Professor Ş.Ə.Tağıyeva  1956-cı ildə rus dilində çap olunan “1917-1920-ci illərdə İran Azərbaycanında milli azadlıq hərəkatımonoqrafiyasında Cənubi Azərbaycanda ingilis imperializminə İran irticaçılarına qarşı aparılan mübarizələrin sosial-iqtisadi köklərini araşdırmış milli azadlıq hərəkatı onun məğlubiyyətinin səbəblərini göstərməyə çalışmışdır. Burada Xiyabaninin ictimai-siyasi fəaliyyəti geniş şəkildə əks olunur.

Professor Ş.Ə.Tağıyeva “1920-ci il Təbriz üsyanı” (Bakı, 1990, 148 s.) adlı əsərində Şərqin müstəmləkə asılı ölkələrində I Dünya müharibəsinin sonlarına doğru başlamış milli azadlıq inqilabları dövrünün təbii nəticəsi olan Cənubi Azərbaycandakı 1917-1920-ci illər milli azadlıq demokratik hərəkatı, ölkədəki sosial-iqtisadi siyasi zəmin üzərində meydana gələn bu hərəkatın ən yüksək mərhələsi olan 1920-ci il Təbriz üsyanı, üsyan nəticəsində yaranan Milli Hökumətin fəaliyyəti  tədqiq edilir. Kitabda inqilaba rəhbərlik etmiş Azərbaycan Demokrat Partiyası onun başçısı Şeyx Məhəmməd Xiyabaninin İran irticasına İngiltərə imperializminin ölkədə işğallar siyasətinə qarşı yönəlmiş mübarizədəki rolundan danışılır, beş aydan çox davam etmiş üsyanın yatırılması hərəkatın məğlubiyyət səbəbi araşdırılır.

Filologiya elmləri doktoru, professor Vüqar ƏhmədinŞeyx Məhəmməd Xiyabaninin həyatı, mühiti ədəbi fəaliyyətıadlı monoqrafiyasında Xiyabaninin ictimai, siyasi fəaliyyəti, fəlsəfi görüşləri, publisistikasi tədqiq təhlil edilmişdir. Tədqiqatda Q.Məmmədli Ş.Tağıyeva, eləcə Rusiya alimlərinin Xiyabani haqqında fikirlərinə münasibət bildirmiş, onların bu sahədə tədqiqatlarını  dəyəndirilmişdir. O cümlədən, ilk dəfə olaraq fars dilində yazılmış İran alimlərindən Əli Azərinin, Əhməd Həsənin Xiyabani haqqında, onun dərin mənası, böyük nüfuzu, nurlu siması, böyük şəxsiyyəti barədə kəlamlar müəllif tərəfindən təcümə edilərək münasibət bildirməklə onlara istinad edilmişdir. Tədqiqatda ilk dəfə olaraq Xiyabaninin ədəbi fəaliyyəti, redaktorluğu, publisistikası, publisistikanın mövzu dairəsi s. təhlil süzgəcindən keçirilmişdir.

Mirzə İbrahimovCənubi Azərbaycanda milli demokratik hərəkat haqqında” (İnqilab mədəniyyət jurnalı, Bakı, 1947, No 4) məqaləsində yazırdı: “Xiyabaninin qiyamında azərbaycançılıq ruhu daha artıq özünü göstərirdi. Səttar xan inqilabından sonra güclənən irtica təzyiq, hakim fars dairələri istibdadın artan zülmü Azərbaycanı mütiləşdirmir, yatırdıb sakit etmir, əksinə, daha artıq oyadır hərəkətə gətirirdi. Getdikcə Azərbaycandakı xalq hərəkatları, daha artıq milli xasiyyət kəsb etməyə başlayırdı. Şeyx Məhəmməd, Tehran hakimlərinin Azərbaycanda yaratdığı zorakılıq səfalət mənzərəsini xalqın nəzərində canlandırırdı”.

 

 

Sübhan  TALIBLI

 

Paritet.- 2011.- 1-2 fevral.- S. 15.